Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7575/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi Bakı şəhər 7 saylı şəhər poliklinikası 3-cü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona arxa beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri. Koordinasiya pozğunluğu. ÜİX.postinfrakt kardioskeleroz diaqnozu ilə İİ dərəcə əlillik təyin edilmişdir. Həmin diaqnoz ilə cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona əlillik dərəcə təyin edilməsindən imtina edərək qeyd etmişdir ki, dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilməklə və insturmental müayinələrlə təsdiq olunmalıdır. Onun xəstəliyinin bərpa edilməsi mümkün deyildir. Çünki, onun arxa beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri müalicə ilə bərpa olunan xəstəliklərdən deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona qanunsuz imtina vermişdir. O, dəfələrlə xəstəxanalarda müalicə almışdır. Bu barədə epikrizlər də mövcuddur ki, həmin epikrizlərdən görünür ki, xəstəliyinin müalicə ilə bərpa edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi Bakı şəhər 7 saylı şəhər poliklinikası 3-cü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə daxil olmuş cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67f) => G46.3* - Baş beyin kötüy...; Diaqnozun mətni: Hipertoniya mərhələsi. Arxa BAH-də işemik insultun qalığı, koordinasiya zəifliyi. Şəkərli diabet İİ tip. ÜİX postinfarkt kardioskleroz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Arxa BAH-dəişemik insultun qalığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİİ mər. Arxa beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri. Koordinasiya pozğunluğu. ÜİX.postinfarkt kardioskleroz; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 Beyin infarktının nəticələri; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİİ mər. Arxa beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri. Koordinasiya pozğunluğu. ÜİX.postinfarkt kardioskleroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ..." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60- İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Soltərəfli hemiparez; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: nevroloji status səthi qeyd olunub (əzələ gücü qeyd olunmayıb)” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: İ69.3 Beyin infarktının nəticələri, Sağ arxa beyin arteriya hövzəsində keçirilmiş insultun davamlı qalıq əlamətləri. Ağırlaşma G81.1 Spastik hemiplegiya, Soltərəfli hemiparez (sol yuxarı ətrafda 3 bal, sol aşağı ətrafda 4 bal). Ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, Koordinator pozğunluqlar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin və instrumental müayinələrlə təsdiq olunsun” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi Bakı şəhər 7 saylı şəhər poliklinikası iddia tələbinə dair yazılı münasbətində göstərmişdir ki, M.Rüstəmov küçəsi ev 21, mənzil 103 ünvanında qeydiyyatda olan 1957-ci il təvəllüdlü İddiaçı 2014-cü ildən həkim nevropatoloqun və həkim-endokrinoloqun "D" qeydiyyatındadır və İİ qrup əlildir. Diaqnoz: Sağ arxa beyin arteriya hövzəsində keçirilmiş insultun davamlı qalıq əlamətləri. Soltərəfli hemiparez (sol yuxarı ətrafda 3 bal, sol aşağı ətrafda 4 bal). Koordinator pozğunluqlarla. Diabetik polineyropatiya. Diabetik retinopatiya. ÜlX. İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası. Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet tip İİ insulin tələbli. Xəstədə əlillik müddəti bitdikdən sonra növbəti əlillik dərəcəsini təyin etmək üçün TSEK-na göndərilmək məqsədi ilə poliklinikaya müraciət etmişdir. Son 5 il müddətində xəstə 2 dəfə stasionar müalicə almışdır. xx.xx.2017-xx.xx.2017-ci il tarixədək M.Ə.Əfəndiyev adına 2 nömrəli ŞKX-da “Arterial hipertenziya İİİ mərhələ.Serebral ateroskleroz. Şəkərli diabet, orta ağırlıqda. Sağ arxa beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, koordinasiyanın pozulması diaqnozu ilə stasionar müalicə, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək M.Ə.Əfəndiyev adına X6 “Sağ arxa beyin arteriya hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları, əzələ gücü yuxarı ətraflarda 3, aşağı ətraflarda 4 baldır. Soltərəfli hemiparez. koordinator pozğunluqlarla.ÜİX Stabil gərginlik stenokardiyası İİ f/s.Arterial hipertenziya İİİ mərhələ. Şəkərli diabet İİ tip insulin tələbli “diaqnozu ilə stasionar müalicədə olmuşdur. Poliklinika daxilində mütəmadi olaraq müayinə və müalicələr almışdır. İddiaçı xx.xx.2021-ci ildə Forma 088 doldurulub TSEK-na göndərilib və xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən imtina edilib. Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Nevroloji status səthi qeyd olunub (əzələ gücü qeyd olunmayıb). Xəstə təkrar xx.xx.2021-ci il tarixdə TSEK-na göndərilmiş və yenə TSEK-sı tərəfindən xx.xx.2021 imtina gəlmişdir. Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulumuşdur. Həkimin rəyi: ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin və instrumental müayinələr təsdiq olunsun. Xəstə xx.xx.2021-ci il tarixdə stasionar müalicə alarkən baş-beynin KT müayinəsindən keçmişdir. Nəticə: Sağ arxa periventrikulyar sahədə infarkt sahə. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli xxxxxxx0004 №-li məlumatdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə ümumi xəstəliklə ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əlllik təyin olunması üçün TSEK-in diaqnoz: Hipertoniya xəstəliyi İİİ mər. Arxa beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri. Koordinasiya pozğunluğu.ÜİX.postinfarkt kardioskleroz; Əlilliyin müəyyən olunması meyrı: 2.2. ikinci əlillik =>2.2.10 Baş beyin qan dövranın xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəlyi, onurğanın patalogiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün 7 №li şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmiş göndərişə cavabdeh inzibati orqan tərəfindən baxılmış, göndərişin natamam doldurulması –Səbəb: nevroloji status səthi qeyd olunub (əzələ gücü qeyd olunmayıb) səbəbi ilə imtina verilmişdir. Tibbi – Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli xxxxxxx0008 №-li aktında İddiaçı müayinə nəticəsi olaraq X1 İX sinif-Qan dövranı xəstəlikləri =>160-169- Serebrovaskulyar xəstəliklər => 169- Serebrovaskulyar xəstəliklərin nəticələri => 169.3- Beyin infraktının nəticələri. Diaqnozun mətni: 169.3 Beyin infraktının nəticələri, sağ arxa beyin arteriya hövzəsində keçirilmiş insultun davamlı qalıq əlamətləri. Ağırlaşma G81.1 Spastik hemiplegiya, Soltərəfli hemiparez (sol yuxarı ətrafda 3 bal, sol aşağı ətrafda 4 bal). Ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, Koordinator pozğunluqlar. İmtinanın səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin və instrumental müayinələrlə təsdiq olunsun. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün 7 №li şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmiş 0170003AAERZ saylı göndərişdə əsas diaqnoz 169.3 Beyin infarktın nəticələri, Sağ arxa beyin arteriya hövzəsində keçirilmiş insultun davamlı qalıq əlamətləri; Ağırlaşma-G81.1-Spesfik hemipelegiya, soltərəfli hemiparez (sol yuxarı ətrafda 3 bal, sol aşağı ətrafda 4 bal); ağırlaşma R27-digər koordinasiya pozğunluğu, Koordinator pozğunluqlar; Yanaşı xəstəliklər E10-insulindən asılı şəkərli diabet, şəkərli diabet tip 2 insulin tələbli; yanaşı xəstəliklər İ10-Essesnsial (birincili) hipertenziya xəstəliyi İİİ dərəcə; yanaşı xəstəliklər H36.0-Diabetik retinopatiya (E10-e14 ümumi dördüncü.3 işarəsi ilə) OU-qeyri proliferativ diabetik retinopatiya; yanaşı xəstəliklər 125.2 -əvvəllər keçirilən miokard ifarktı, ÜİX infarkdan sonrakı kardioskleroz; Yanaşı xəstəliklər G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə); 120.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stanokardiyası İİ f/s. Tibbi – Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli xxxxxxx0008 №-li aktında İddiaçı müayinə nəticəsi olaraq X1 İX sinif-Qan dövranı xəstəlikləri =>160-169- Serebrovaskulyar xəstəliklər => 169- Serebrovaskulyar xəstəliklərin nəticələri => 169.3- Beyin infraktının nəticələri. Diaqnozun mətni: 169.3 Beyin infraktının nəticələri, sağ arxa beyin arteriya hövzəsində keçirilmiş insultun davamlı qalıq əlamətləri. Ağırlaşma G81.1 Spastik hemiplegiya, Soltərəfli hemiparez (sol yuxarı ətrafda 3 bal, sol aşağı ətrafda 4 bal). Ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, Koordinator pozğunluqlar. İmtinanın səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin və instrumental müayinələrlə təstiq olunsun. İddiaçının hazırki tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-ci bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.1.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda dəyişdirilir. Məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə tapşırılmış, ekspertiza keçirilməsi üçün İddiaçı və hazırki işin materiallarının ekspertizaya təqdim olunması qərara alınmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə göndərilmiş; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və əlavə ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac vardırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - İddiaçı aşkar olunan xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.4-cü bəndində nəzərdə tutulmuş əlilliyin qiymətləndirilməsinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”nda müəyyən olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı ekspertizadan keçməkdən imtina etməsi əsası ilə iş ekspertiza aparılmadan geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçıya işin yenidən ekspertizaya göndərilməsinə münasibət bildiməsi təklif olunmuş, sonuncu ekspertizadan keçməkdən imtina etmişdir. İPM-nin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirildiyini, iddiaçının isə mübahisələndirilən məsələ ilə bağlı məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etdiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetiilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7575/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7575/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver