Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7575/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış N/N-11946 nömrəli, xx.xx.N0N3-cü il tarixli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N16 nömrəli N sentyabr 1995-ci il tarixli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə xx.xx.N0N3-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.N019-cu il tarixdən xx.xx.N0N1ci il tarixədək N nömrəli hərbi hissədə zabit kimi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsi vaxtı o, xx.xx.N0N0-ci il tarixdən 10 gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Ezamiyyət zamanı yerinə yetirdiyi tapşırıqlar aşağıda göstərilənlərdən ibarət olmuşdur: N noyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli hərbi hissənin S-300 PMU-N divizionlar qrupunun tərkibində olan GNT-94 markalı dizel elektrik aqreqatının mühərrik hissəsinin təmirində, 30N6EN markalı işıqlandırma və yönəltmə radiolokatorunu, 5P85TEN markalı atıcı qurğuları qidalandıran 5İ57A-1 markalı dizel elektrik stansiyalarına və 63T6A-N markalı paylayıcı-çevirici qurğularına texniki qulluğun göstərilməsində və göstərilən tarixlərdə enerji təminatı vasitələrinin saz vəziyyətdə işləməsini təmin etməkdə köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-N divizionlar qrupunun Mingəçevir şəhərinin, Mingəçevir su anbarının və Mingəçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərinə qarşı müdafiə imkanları artmışdır. Lakin ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. İmtina əsassız və qanunsuz olmaqla, formaldır. Belə ki, imtina cavabından görünür ki, onun ərizəsinə baxılmamış, ərizə üzrə araşdırma aparılmamış və formal cavab vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək bildirmişdir ki, iş materiallarında olan sənədlərdən də görüyündüyü kimi iddiaçının ezam olunduğu ərazi (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli N16 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 6N.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N019cu il tarixli N80 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N019-cu il tarixli 3386 nömrəli təyinat vərəqəsi əsasında mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 17 avqust N019-cu il tarixli 0N4 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin (A4) enerji təminatı və təhlükəsizlik xidməti rəisi vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (A4) enerji təminatı və təhlükəsizlik xidməti rəisi vəzifəsindən gəlmiş hesab edilmiş, N sentyabr N019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin icrasına və qəbuluna başlamışdır. Vəzifə maaşı ştata əsasən təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 336 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin aparılması məqsədilə maddi texniki təminat bölməsinin enerji təminatı və təhlükəsizlik xidməti rəisi mayor İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.N0N0-ci il tarixədək ezamiyyətə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N0-ci il tarixli, 6303 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, mayor İddiaçı HHQ Komandanının xx.xx.N0N0-ci il tarixli 05 nömrəli sərəncamı əsasında döyüş fəaliyyətlərinin aparılması məqsədi ilə xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək 10 gün müddətində N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 346 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin aparılması məqsədi ilə N nömrəli hərbi hissəyə ezam olunmuş mayor A.R.Məmmədovun raportu əsasında döyüş fəaliyyətlərin aparılması məqsədilə N nömrəli hərbi hissəyə ezam olunmuş maddi texniki təminat bölməsinin enerji təminatı və təhlükəsizlik xidməti rəisi mayor İddiaçı ezamiyyət müddəti xx.xx.N0N0-ci il tarixədək artırılmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 349 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N0N0-ci il tarixli 4303 nömrəli ezamiyyət vəsiqəsi əsasında maddi texniki təminat bölməsinin enerji təminatı və təhlükəsizlik xidməti rəisi mayor İddiaçı N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissədən (Mingəçevir şəhəri) ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışməlumatdan görünür ki, ehtiyatda olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (N7.09. – xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə maddi-texniki təminat bölməsinin enerji təminati və təhlükəsizlik xidmət rəisi vəzifəsində xidmət keçmişdir. xx.xx.N0N0-ci il tarixli 336 nömrəli əmr ilə döyüş texnikasını qidalandıran sıradan çıxmış enerji təminat vasitələrinin təmiri məqsədi ilə Mingəçevir şəhəri N nömrəli hərbi hissəyə ezam olunmuş, xx.xx.N0N0-ci il tarixili 349 nömrəli əmr ilə ezamdan qayıtmışdır. Ezam olunduğu hərbi hissədə Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli 06N nömrəli əmri ilə və Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 019 nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırığını yerinə yetirmişdir. Döyüş əməliyyatları zamanı heç bir xəsarət almamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.N0N4-cü il tarixli arayışından görünür ki, ehtiyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N1-ci il tarixli № 019 əmrinə əsasən N noyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissəyə (Mingəçevir şəhərinə) ezam edilmiş, N nömrəli hərbi hissənin S-300PMU-N divizionlar qrupunun tərkibində olan GNT-94 markalı dizel elektrik aqreqatının mühərrik hissəsinin təmirində, 30N6EN markalı işıqlandırma və yünəltmə radiolokatorunu, 5P85TEN markalı atıcı qurğuları qidalandıran 5157A-1 markalı dizel elektrik stansiyalarına və 63T6A-N markalı paylayıcı-çevirici qurğularına texniki qulluğun göstərilməsində və göstərilən tarixlərdə enerji təminatı vasitələrinin saz vəziyyətdə işləməsini təmin etməkdə köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300PMU-N divizionlar qrupunun Mingəçevir şəhərinin, Mingəçevir su anbarının və Mingəçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərinə qarşı müdafiə imkanları artmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-N5-4/N-30N6/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam şəkildə, N nömrəli hərbi hissənin isə 4-cü zenit-raket divizionu döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı hazırda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində döyüş əməliyyatları gedərkən həmin əməliyyatlarda iştirak edən N saylı hərbi hissəyə ezam edildiyini və maddi texniki təminatın göstərilməsində iştirak etdiyini bildirərək ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmayan o şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir ki:
1. o, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının N0N0-ci il 5 -N noyabr tarixlərində döyüş fəaliyyətlərini aparmaq məqsədilə N nömrəli hərbi hissəyə ezam edilməsi, ezam dövründə həmin hərbi hissənin tərkibində GNT-94 markalı dizel elektrik aqreqatının mühərrik hissəsinin təmirində, 30N6EN markalı işıqlandırma və yünəltmə radiolokatorunu, 5P85TEN markalı atıcı qurğuları qidalandıran 5157A-1 markalı dizel elektrik stansiyalarına və 63T6A-N markalı paylayıcı-çevirici qurğularına texniki qulluğun göstərilməsində və göstərilən tarixlərdə enerji təminatı vasitələrinin saz vəziyyətdə işləməsini təmin etməkdə iştirak etməsi hərbi hissənin arayışı, müvafiq əmrdən çıxarışlarla tam təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, onun yerinə yetirdiyi həmin işlər özündə döyüş təminatının bir növü olan mühəndis texniki təminatı ehtiva edir, hansı ki, Əsasnaməyə əsasən bu işlərin yerinə yetirilməsi üçün Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərində olması tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Nazirlər Kabinetinin N16 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova