Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-758/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 01 mart 2018-ci il tarixdən təyin olunması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətlərindən görünür ki, 01 aprel 1977ci il tarixdən 20 mart 1980-ci il tarixinədək (2 il 11 ay 19 gün) Salyan rayonu Lenin adına kolxozda kolxozçu işləmiş, 14 may 1980-ci il tarixdən 10 iyun 1982-ci il tarixinədək (2 il 27 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 10 yanvar 1983-cü il tarixdən 01 sentyabr 1987-ci il tarixinədək (4 il 7 ay 21 gün) Salyan rayonu Lenin adma kolxozda kolxozçu, 29 aprel 1988-ci il 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:2290000a-19483), 24 yanvar 1989-cu il tarixdən 12 fevral 1992-ci il tarixinədək (3 il 8 gün) Sanqaçal daş karxanasında üzləmə tavalarının cilalanması sexində maşinist (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:2290000a-19660), 02 noyabr 1992-ci il tarixdən 18 avqust 1993-cü il tarixinədək (9 ay 16 gün) “Azdəmiryoltikinti” tresti nəzdindəki “Orxan” KM-də maşinist, 15 dekabr 1994-cü il tarixdən 01 may 2003-cü il tarixinədək (8 il 4 ay 16 gün) “Azneft” İB-nin X1maçı köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:2130100a-11297), 01 may 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixinədək (2 il 1 ay) “Azneft” İB-nin X15 İdarəsində qazmaçı köməkçisi, 01 iyun 2005-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək (7 ay) və həmin tarixdən 27 avqust 2012-ci il tarixinədək (6 il 7 ay 27 gün) “Azneft” İB-nin X17 İdarəsində qazmaçı köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:2130100a-11297), 20 oktyabr 2014-cü il tarixdən 30 aprel 2015-ci il tarixinədək (6 ay N gün) hərbi hissədə əsgər yeməkxanasında təmirçi-çilingər, 01 iyul 2015-ci il tarixdən 01 iyun 2017-ci il tarixinədək (1 il N ay) N saylı hərbi hissənin əsgər yeməkxanasında təmirçi-çilingər peşəsində işləmiş, 01 iyun 2017-ci il tarixdən bu günə kimi həmin hərbi hissənin kimya silahlarının və qorunma vasitələrinin saxlama anbarında fəhlə peşəsində işləyir.Beləliklə, 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 25 il 1 ay 09 gün təşkil etmiş (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı toplamışdır), həmin staj illərindən 14 il 6 ay 16 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13 maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 01 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır.Göstərilənləri nəzərə alaraq, İddiaçı pensiya almaq hüququ yarandığı 01 mart 2018-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətimizə imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 14 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Bayramov iddia tələbinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İdarə 30.12.2019-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır”) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respiblikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq zəruri sənədlər tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh İdarənin iddiaçıdan sözügedən sənədlərin əsillərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsillərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh İdarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə hazırki iddia tələbinin əsaslı olmadığını qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Qaradağ RPİ tərəfindən 11.04.2011-ci il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il tarixdə doğulmuşdur, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır. - НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 14.05.1980-ci ildən 10.06.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının 01.01.1988-ci il tarixli АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 01.04.1977-ci il tarixdə Salyan rayonu Lenin adına kolxozun 3 №-li briqadasında kolxozçu kimi işə qəbul edilmiş, 20.03.1980-ci tarixdə hərbi xidmətə getməsilə əlaqədar olaraq işdən azad edilmiş, 10.01.1983-cü il tarixdə Salyan rayonu Lenin adına kolxozun 3 №-li briqadasına kolxozçu kimi işə qəbul edilmiş, 01.09.1987-ci il tarixdə ərizəsinə əsasən köçüb Qobustan qəsəbəsində yaşadığı üçün kolxozda işdən azad edilmiş, 29.04.1988-ci il tarixdə Azərb. SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Korgöz TMK-nin 6 №-li dağ sexinə 3-cü dərəcə üzrə daş kəsən maşının maşinistin köməkçisi işinə qəbul olunmuş, 21.10.1988-ci il tarixdə Azərb. SSR ƏQM 37 maddəsinə əsasən öz xahişi ilə azad olunmuş, 24.01.1989-cu il tarixdə 3-cü dərəcə üzrə üzvlük sexinə maşinist köməkçisi işinə qəbul olunmuş, 01.02.1990-cı il tarixdə Maşinist kvalifikasiya verilmiş və 4-cü dərəcəli maşinist işinə keçirilmiş, 12.02.1993-cü il tarixdə ərizəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş (Azərb. SSR ƏQM 37 maddəsi ilə), 02.11.1992-ci il tarixdə maşinist vəzifəsinə qəbul olunmuş, 18.08.1993-cü il tarixdə Az. Respublikasının ƏQM 37 maddəsinə əsasən işdən azad olunmuş, 15.12.1994-cü il tarixdə Qalmaz X9 buruq briqadasına qazmaçı köməkçisi 4 dərəcəli işə qəbul olunmuş, “Azneft” İstehsalat Birliyinin 08 saylı 16.04.03-cü il tarixli əmrinə əsasən Qalmaz X2ma sexi kimi 01.05.2003-cü il tarixdən X15 İdarəsinin tərkibinə verilmiş, 01.05.2003-cü il tarixdə X18 İdarəsində Qalmaz qazma sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi keçirilmiş, 01.02.2005-ci il tarixdə Kürsəngi qazma sexinə 4cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş, 01.05.2005-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş. 01.06.2005-ci il tarixdə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilmiş, 24.03.2006-cı il tarixdə 4-cü dərəcəli qazmaçı köməkçisinə 5-ci dərəcə verilmiş, 27.08.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad edilmiş, 20.10.2014-cü il tarixdə Hərbi Hissənin əsgər yeməkxanasında çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş, 30.04.2015-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01.07.2015-ci il N nömrəli hərbi hissənin yeməkxanasının (stasionar) çilingəri vəzifəsinə işə qəbul olunmuş, 01.06.2017-ci il tarixdə kimya silahlarının və qorunma vasitələrinin saxlama anbarına fəhlə qəbul edilmişdir. - SOCAR “Kompleks qazma işləri trestinin 14.02.2020-ci il tarixli iş stajı haqqında arxiv arayışından görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı “Azneft” X8 X9, X15 İdarəsində, X12 İşləri İdarəsində və X17 İdarəsində işləmişdir. 15.12.1994-cü ildən 01.05.2003-cü ilədək X15 İdarəsində 3-cü dərəcəli təmir üzrə çilingər peşəsində, 01.05.2003-cü ildən 01.06.2005-ci ilədək “Azneft” X4 Qazma İşlər İdarəsində Qalmaz qazma sexində 4-cü dərəcəli qazmaçı köməkçisi, 01.06.2005-ci ildən 24.03.2006-cı ilədək X17 İdarəsində 4-cü dərəcəli təmir üzrə çilingər peşəsində, 24.03.2006-cı ildən 27.08.2012-ci ilədək 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir. Məhkəmə sorğusu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2020ci il tarixli 02 nömrəli arayışından görünür ki, xx.xx.1961-ci təvəllüdlü İddiaçı 29.04.1988-ci il tarixdə Korgöz tikinti materialları kombinatının 6 №-li dağ sahəsinə 3-cü dər.daş kəsən maşınına maşinist köməkçisi qəbul edilmiş, 28.09.1988-ci il tarixdən 6 nömrəli sahəsinin 3-cü dərəcəli daş kəsən maşinisti-maşinist köməkçisi Azər. SSR-nin ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 01.06.1999-cu il tarixdən “Korgöz tikinti materialları kombinatı” "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə, yaşa görə pensiya hüququ verən istehsalat işlərinin, peşələrinin, vəzifələrinin və göstərişlərin haqqında 320 №-li 21.06.1993-cü il tarixli qərarın 2 №-li siyahısına əsasən güzəştli şərtlə pensiya hüququna malikdir. Daş kəsən maşinisti köməkçisi kimi (şifrə 2010100a – 13749). - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X13 filialının 11 fevral 2021-ci il tarixli 55 nömrəli məktubunda qeyd edilmişdir ki, X13 filialında mühafizə olunan Salyan rayon Xalac kənd “Lenin” kolxozunun arxiv sənədlərində, o cümlədən 1977-1980, 1983-1987-ci illərə aid inventarizasiya kitabları araşdırıldı. Lakin İddiaçı iş fəaliyyəti aşkar edilmədi. - "xxxx" ASC-nin “Yol-Körpütikinti firmasının 19 fevral 2021-ci il tarixli 15/i saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC üzrə verilmiş 26 yanvar 2016-cı il tarixli 08 saylı əmrlə Sanqaçal daş karxanasının da daxil olduğu Bakı Yerlitikintimaterialları filialı” "xxxx" Firmasına birləşdirilmişdir. İddiaçı Sanqaçal daş karxanasında işlədiyi dövrə aid sənədlər "xxxx" ASC-nin "xxxx" Firmasına təhvil verilmədiyindən İddiaçı daş karxanasında işləməsi ilə bağlı əlavə məlumat verilməsi mümkün olmadı. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X13 filialının 18 iyul 2021-ci il tarixli 340 nömrəli arxiv arayışından görünür ki, X13 filialında mühafizə olunan Salyan rayon Xalac kənd “Lenin” adına kolxozun inventarizasiya (əmək haqqı) kitablarında Əliyev Böyükxanın 1977-1987-ci illərdə kolxozçu işləməsi qeyd olunub.Əliyev Böyükxanın 1977-ci ildə inventarizasiya kitablarında şəxsi № 366, 1980-ci ldə şəxsi № 21, 1983-cü ildə şəxsi № 356, 1987-ci ildə şəxsi № 0302 qeyd olunmuşdur.İddiaçı əmək kitabçası ilə “Lenin” kolxozunun inventarizasiya kitablarında göstərilən Əliyev Böyükxanın şəxsi nömrələri eynidir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X13 filialı tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 263 nömrəli arxiv arayışından görünür ki, X13 filialında mühafizə olunan Salyan rayon Xalac kənd “Lenin” adına kolxozun arxiv sənədlərinə əsasən, Əliyev Böyükxanın həmin kolxozda yerinə yetirilmiş min.adam günləri barədə aşağdaki qeydlər mövcuddur: 1976-cı ildə - 120 gün; 1977-ci ildə - 124 gün; 1978cı ildə - 90 gün; 1979-cu ildə - 119 gün; 1980-ci ildə - 58 gün; 1983-cü ildə - 198 gün; 1984-cü ildə - 163 gün; 1985-ci ildə-193 gün; 1986-cı ildə - 263 gün; 1987-ci ildə - 190 gün. Arayışda 1976-1980-ci illər üçün tələb olunan min.adam günün- 220 gün olması, 1983-1987-ci illər üçün 200 gün olması göstərilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun müraciətinə mahiyyəti üzrə rəsmi cavab verilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hesab edir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Qüvvədə olan qanunvericiliyin tələblərindən, həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia İnzibati Prosessual Məcəlləsinin normalarına uyğun olmaqla mümkün iddiadır. İddianın mahiyyəti: Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 14.05.1980-ci il tarixdən 10.06.1982-ci il tarixədək hərbi xidmət keçmişdir. 2 il 27 gün təşkil edən xidmət illəri, iddiaçının stajına əlavə edilməlidir. İddiaçının ümumi və güzəştli stajını müəyyən etmək üçün, onun kolxozda üzv olduğu dövrə ayrı-ayrılıqda qiymət verilməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçının 01.04.1977-20.03.1980 və 10.01.1983- 01.09.1987-ci illərdə Salyan rayonu “Lenin” adına kolxozda kolxozçu işlədiyi dövr ona məxsus 01.01.1988-ci il tarixli АЗЕ ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X13 filialı tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 263 saylı arxiv arayışında öz təsdiqini tapmış və cavabdeh həmin əmək kitabçasının və arayışın mötəbərliyini mübahisələndirməmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1976-1980-ci illər üzrə minimum əmək günü norması 220, 1983-1987-ci illər üzrə minimum əmək günü norması 200 gün olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X13 filialı tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 263 saylı arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1976-1980-ci illərdə 220, 1983-1987-ci illərdə 200 olmuşdur. Buna qarşılıq iddiaçı 1976-cı ildə - 120 gün; 1977-ci ildə - 124 gün; 1978-cı ildə - 90 gün; 1979-cu ildə - 119 gün; 1980-ci ildə - 58 gün; 1983-cü ildə - 198 gün; 1984-cü ildə - 163 gün; 1985-ci ildə-193 gün; 1986-cı ildə - 263 gün; 1987-ci ildə - 190 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1986-cı dövr üzrə olmuşdur. Digər illərdə isə, o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illərin iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir (120+124+90+119+58) x 12=511/220≈ 2 il 2 ay 11 gün, (198+163+193+190) x 12=744/200≈ 3 il 4 ay 24 gün. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1976-1980 və 1983-1987-ci illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 6 il, 7 ay, 05 gün iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə iddiaçının Salyan rayonu “Lenin” kolxozundaki əmək fəaliyyəti ilə əlaqədar arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X16) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Salyan rayonu “Lenin” kolxozunda kolxozçu işlədiyinə dair əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının ümumi stajı 25 ildən çoxdur. Məhkəmə iddiaçının güzəştli stajı ilə bağlı aşağıdakıları qeyd edir: Əmək kitabçasından görünür ki, iddiaçı 29.04.1988-21.10.1988-ci illərdə “Korgöz” Tikinti Materiallarının 6 №-li dağ sexində daşkəsən maşının maşinist köməkçisi, 24.01.1989-12.02.1993-cü illərdə Səngəçal daş karxanasında maşinist köməkçisi, maşinist vəzifələrində, 15.12.1994-01.05.2005-ci illərdə Qalmaz X9 (X15 İdarəsində), 01.06.2005-27.08.2012-cı illərdə X17 İdarəsində qazmaçı köməkçisi vəzifələrində işləmişdir. Lakin SOCAR “Kompleks qazma işləri trestinin 14.02.2020-ci il tarixli iş stajı haqqında arxiv arayışında iddiaçının 15.12.1994-01.05.2003-cü illərdə Qalmaz X9 (X15 İdarəsi), 01.06.2005-24.03.2006-cı illərdə X17 İdarəsində təmir üzrə çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının 29.04.1988-21.10.1988-ci illərdə “Korgöz” Tikinti Materiallarının 6 №-li dağ sexində daş kəsən maşinisti köməkçisi, 24.01.1989-12.02.1993-cü illərdə Səngəçal daş karxanasında işlədiyi daşkəsən maşının maşinist köməkçisi və maşinist vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Dağ-mədən işləri” adlı İ bölməsində qeyd edilmiş “daşkəsən maşın maşinistləri” (şifrə 2010100a—13749) bəndinə, 15.12.1994-27.08.2012-cı illərdə Qalmaz X9 (X15 İdarəsində) və X17 İdarəsində işlədiyi qazmaçı köməkçisi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” 23.01.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən həmin Siyahının 10.1-ci Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində a bəndinə (qazmaçılar və azmaçı köməkçisi) uyğundur. Həmçinin məhkəmə SOCAR “Kompleks qazma işləri trestinin 14.02.2020-ci il tarixli iş stajı haqqında arxiv arayışında iddiaçının 15.12.1994- 01.05.2003-cü illərdə Qalmaz X9 (X15 İdarəsi), 01.06.2005-24.03.2006-cı illərdə X17 İdarəsində təmir üzrə çilingər vəzifəsində işləməsi ilə bağlı qeyd edir ki, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur və həmin siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində qeyd edilmiş “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” (10.1 a-fəhlələr), “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” (10.2 a), “təmirçi-çilingərlər” (10.5.1 a) bəndlərinə uyğundur. Odur ki, qeyd edilən illər iddiaçının sosial sığorta stajına daxil edildikdə onun 12 il 6 aydan artıq güzəştli iş stajı müəyyən edilmiş olur. Bundan əlavə iddiaçının pensiya sığorta kapitalı ilə bağlı mübahisə mövcud olmamış, cavabdeh inzibati orqan tərəfindən psk mübahisələndirilməmişdir. İddiaçı tələbində həmçinin, ötən dövrün pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması xahiş edir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, Məhkəmə araşdırılması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericilikdə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İMP- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 60 yaşının tamam olduğu 01 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 01.03.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-758/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-758/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver