Məhkəmə qərarları › İş №2-1(112)-758/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-758/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-758/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X1 (Bakı şəh., 5-ci mkr., Cavadxan küç., ev 31, mənzil 82 qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 57 yaşı tamam olduğuna görə xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 57 yaşı tamam olduğuna görə xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan ödənişlərin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, güzəştli şərtlərlə pensiyaya çıxmağla əlaqədar Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət edərək, qanunvericiliyə əsasən sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsi öz növbəsində 09 fevral 2021-ci il tarixli **********9 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsasız olaraq güzəştli pensiyanı təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsi 09 fevral 2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd edirlər ki, təqdim etdiyim sənədlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün deyil. İddiaçı bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsinə iddiaçının ümümi iş stajını və zərərli işdə iş stajını təsdiq edən və həmən sənədlərə əsasən güzəştli şərtlərlə yaşa gorə pensiya çıxmaq hüququ olduğunu sübut edən sənədləri təqdim edilmişdir. İlkin olaraq iddiaçı qeyd edir ki, AR “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa” güzəştli şərtlərlə pensiya təyin olunmalıdır.İddiaçı əmək kitabçasında qeydlərə əsasən xx.xx.1980ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək stajı, hərbidə olduğu müddəti və institutda təhsil aldığı müddəti nəzərə alaraq 25 il, 01 ay, 20 gün ümümi stajı vardır. Belə ki, 17 il, 10 ay, 30 gün əmək stajıdır, 5 il, 04 ay, 1 gün təhsilaldığı müddətdir, 1 il, 10 ay, 01 gün hərbi xidmət etdiyi müddətdir. İddiaçı qeyd edir ki, 25 il, 01 ay, 20 gün ümümi stajından 14 il, 10 ay, 29 gün zərərli staj olaraq yanı xx.xx.1991-ci ildən-xx.xx.2005-ci il tarixdədək AR Lərik Rayonu “Qızıl Qum” Kooperativində İV dərəcəli qaz qaynaqçısı işləmişdir. Bu faktı təsdiq edən arayış iddia ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahıda 23200000-11620 kodla həmən vəzifə qeyd olunub. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il, 01 ay, 20 gün ümümi stajı vardır, ondan 14 il, 10 ay, 29 günü zərərli iş stajıdır və qanunvericiliyə əsasən 57 yaşı tamam olduğu gündən, yani xx.xx.2019-cü il tarixindən pensiya hüququ vardır. Bu əsasdan da iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Etiraza görə, cavabdeh bildirir ki, İddiaçı iddiasını əsassız və qanunsuz hesab edir. Belə ki, “X5" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1 -ci maddədə "57” rəqəmləri "60” rəqəmləri ilə, “52” rəqəmləri "55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. İddaçıya münasibətdə hal-hazırda qüvvədə olan “X5” Qanun, nə də ki, hal-hazırda qüvvədə düşmüş "Vətəndaşların pensiya təminatı" haqqında Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərlə onun xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasında “Qızıl- Qum” kooperativində işləməsi qeyd edilmişdir. Bununla əlaqədar inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə "Sığorta Alt Sistemi (monitoring) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Cavabdeh həmçinin onu da xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Yanında Dövlət Xidmətinin internet saytında Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sisteminə baxdıqda "Qızıl Qum” Kooperativi adlı hüquqi şəxs aşkar edilməmişdir. Məhz bu səbəbdən iddiaçının xx.xx.1991-xx.xx.2005-ci il arasındakı dövr onun iş stajına sayıla bilməz və bu səbəbdən də onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (04 il 02 gün), Güzəştli iş stajı da 12 il 05 aydan az (04 il 01 gün). İddiaçıya 9.1-ci maddənin 01 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, qeyd edilən tarixdə isə artıq 9.1-ci maddənin yeni mətni qüvvədə (60 yaş və pensiya kapitalı) olmuşdur. Yani həmin qanunda edilmiş dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 6133,70 manatdır. iddiaçının təqdim etdiyi ənmək kitabçasındakı bəzi qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçının əmək kitabçasının xx.xx.1991-ci (7-ci qrafa) ildə işlədiyi müəssisənin üzərinə vurulmuş möhürün üstündəki yazılar həm kiril həm də latın əlifbası ilə yazılmışdır. Lakin, Latın qrafikalı Azərbaycan Respublikası əlifbasının bərpa edilməsi barədə Qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 dekabr 1991-ci il tarixində imzalanmışdır. Həmin əmək kitabçasında xx.xx.2005-ci (8-ci qrafa) il tarixli qeydinin üstündə də vurulmuş möhürdə həm latın qrafikası, həm də kiril qrafikası istifadə edilmişdir. Qeyd edilən tarixdə isə Azərbaycan Respublikasının ərazisində kiril əlifbası istifadə edilmirdi. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək ərizəsində qeyd etmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, güzəştli şərtlərlə pensiyaya çıxmağla əlaqədar Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət etmişdir. Müraciət edərək bildirmişdir ki, qanunvericiliyə əsasən sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsi öz növbəsində 09 fevral 2021-ci il tarixli **********9 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsasız olaraq güzəştli pensiyanı təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsi 09 fevral 2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd edirlər ki, təqdim etdiyim sənədlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsasızdır və qanunsuzdur. Belə ki, əmək kitabçasına və iddia ərizəsinə əlavə edilmiş digər sənədlərə uyğun olaraq: xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilədək (5 ay 3 gün) Spyuzzoloto birliyində zərərli sexində işləmişdir. xx.xx.1980-cı ildə xx.xx.1982-ci ilədək (1 il 10 ay 19 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə Soyuzzolotoya işə qəbul edilir, xx.xx.1983-cü il tarixindən (2 ay 1 gün) Selxozinistuta qəbul edildiyinə görə işdən azad olunur. xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilədək (5 il 8 ay 27 gün) Selxozinistitutda təhsil almışdır. xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixədək (2 il 5 ay 24 gün) Soyuzzoloto birliyində zərərli sexində işləmişdir. xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək (14 il 10 ay 2 gün ) “Qızıl Qum” kooperativində 4 cü dərəcəli qaz qaynaqçısı işləmişdir. İddiaçı bildirir ki, İddiaçı əmək kitabçasında qeydlərə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək stajı, hərbidə olduğu müddəti və institutda təhsil aldığı müddəti nəzərə alaraq 25 il 6 ay 16 gün ümümi stajı vardır. Ümümi stajından 14 il, 10 ay, 2 gün zərərli staj olaraq yanı xx.xx.1991-ci ildən-xx.xx.2005-ci il tarixdədək AR Lərik Rayonu “Qızıl Qum” Kooperativində İV dərəcəli qaz qaynaqçısı işləmişdir. Bu faktı təsdiq edən arayış iddia ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahıda 23200000-11620 kodla həmən vəzifə qeyd olunub. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il, 6 ay, 16 gün ümümi stajı vardır, ondan 14 il, 10 ay, 2 günü zərərli iş stajıdır və qanunvericiliyə əsasən 57 yaşı tamam olduğu gündən, yani xx.xx.2019-cü il tarixindən pensiya hüququ vardır. “X5” AR qanunun 9.8-ci maddəsinə əsasən “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” Yuxarıda qeyd olunanları nəzərə alaraq görünür ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun qəbul etdiyi qərar əsasız və qanunsuzdur. İddiaçı məhkəməyə cavabdehin etiraz ərizəsinə dair münasibəti yazılı şəkildə təqdim edərək, ərizədə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində dörd əsasla bildirir ki, cavabdehin əsasları qanunsuzdur. Birinci əsas olaraq cavabdeh etiraz ərizsəndə qeyd edir ki, iddiaçı işlədiyi müəsissə DSMF-da sığorta olunan kimi qeydiyyatda olmadığını və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə olaraq qeyd edilər ki, AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Xidmətinin internet saytında vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sistemində baxdıqda kooperativin adı hüquqi şəxs olaraq aşkar olunmadı. Etirazın birinci əsasına dair iddiaçı bildirir ki, AR Dövlət Sosial Müdafiə Fondu Bakı Şəhəri üzrə Hüquqi Şəxslər iş Departamentinin rəisi Şiraslan Əsədov tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli, 95/132 saylı məktubundan görünür ki, “Qızıl Qum” kooperativi xx.xx.1991-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sosial sığorta ödəmələr keçirtmişdir. Etirazın birinci əsasın ikinci hissəsinə məhkəməyə bildirilir ki, cavabdeh inzibati icraat haqqında qanuna uyğun olaraq vergi orqanına sorğu verib və həmən məlumatları əldə edilməsini kənara qoyaraq, internet resusrlara öz etirazını əsaslandırır. Bununla bağlı iddiaçı qeyd edir ki, hər hansı texniki səhvin nəticəsində “Qızıl Qum” kooperativin adı internet resuslarda çıxmaya bilər, lakin bu demək deyil ki, həmin kooperativ hüquqi şəxs kimi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunan məlumatlardan görünür ki, “Qızıl Qum” kooperativi sossial sığorta ödənişlərini keçirdiyi təqdirdə mütləq hüquqi şəxs kimi qeydiyyatda olmalı idi, əks təqdirdə həmən sosial ödənişləri keçirdə bilməzdi. İddiaçının vəkili tərəfindən "Qızıl Qum" kooperativin hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması ilə bağlı AR İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli, FVB-1081 saylı sorğu göndərilmişdir. Bundan əlavə iddiaçı qeyd edir ki, iddiaçının tələbi xx.xx.2006-cı ilədək əldə edilmiş ümümi pensiya stajına və güzəştli pensiya stajına əsaslanaraq, 57 yaşı tamam olduğuna görə güzəştli pensiyanı təyin edilməsi ilə bağlıdı. Bu halda ümumiyyətlə iddiaçı tərəfindən xx.xx.2006-cı ilədək sosial ödənişlərin edib edilməməsi araşdırılmamalıdır. Çünki tələbin təmin edilib edilməməsinə heç bir təsir etmir. Qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş iş yerindən arayışlarda, iddiaçının işlədiyi müddət və vəzifəsi qeyd olunur, həmçinin əmək haqqının ödənilməsi də qeyd olunur. Əmək haqqı ödənilməsi müəsisənin həmən tarixlərdə sosial sığorta ödənişlərin ödənilməsi ilə təsdiqlənir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2006-cı ilədək əldə edilmiş ümümi pensiya stajına və güzəştli pensiya stajına əsaslanaraq, 57 yaşı tamam olduğuna görə güzəştli pensiyanı təyin edilməsi ilə bağlıdır. “X5" qanunun 9.8 ci maddəsində qeyd edilib “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir." Əvvəlki qüvvədə olan “vətəndaşların pensiya təminatı" haqqında qanunun 13-cü maddəsinə əsasən “Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların. peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa”. Qeyd etmək istəyirəm ki. 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır, və bu səbəbdən iddiaçı 2005-ci ildə stajı topladığına görə 57 yaşdan pensiya hüququnu əldə edir. Cavabdeh etiazın üçüncü hissəsində qeyd edir ki. əmək pensiaysını təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində 45600 manat olmalıdı, iddiaçının isə fərdi hesabın sığorta hissəsində cəmi 6133.70 manat olduğuna görə, əmək pensiyası təyin edilə bilməz. Görünür ki. iddiaçının tələbəini cavabdeh ümiyyətlə araşdırmamışdır. Bir daha qeyd edilir ki, iddiaçı xx.xx.2006-cı ilədək əldə edilmiş ümümi pensiya stajına və güzəştli pensiya stajına əsaslanaraq, 57 yaşı tamam olduğuna görə güzəştli pensiyanın təyin edilməsi ilə bağlıdır..... Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili D.Novruzov iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 09165977 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistanın Krasnoselo rayonunda doğulmuşdur. -AR SHXÇDX-nin Bakı şəhər Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş EZ ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. -Azərbaycan Kənd Təsərrüfatı İnstitunun 414 №li attestatından görünür ki, İddiaçı 01 sentyabr 1982-ci ildə Azərbaycan SSR X2 “zootexniya” ixtisasına daxil olmuş, həmin ixtisas üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 18 may 1988-ci il tarixli Qərarı ilə ona “zoomühəndis” ixtisası verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 04 iyun 1980-ci il tarixdə açılmış əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı müəssisəyə işə daxil olana qədər xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilədək SSRİ Əlvan Metallurgiya Nazirliyinin “Soyuzzoloto” Tökmə Sexində 4-cü dərəcəli qəlibçi işləmişdir. xx.xx.1980-cı ildə hərbi xidmətə gedməsi ilə əlaqədar işdən azad olmuşdur. xx.xx.1982-ci ildə “Soyuzzoloto” Tökmə Sexinə 4-cü dərəcəli qəlibçi işinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixindən Selxozinistuta qəbul edildiyinə görə işdən azad olunmuşdur. xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixədək SSRİ Əlvan Metallurgiya Nazirliyinin “Soyuzzoloto” Tökmə Sexində 4-cü dərəcəli qəlibçi işləmişdir işləmişdir. xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində 4 cü dərəcəli qaynaqçısı işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 09 fevral 2022-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciəti araşdırılaraq bildirilmişdir ki, "X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindənaz olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-cı il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən duşmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq. 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Qanunun 1.0 8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Qızıl-qum” kooperativində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə iddiaçının işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. X5 qanunvericiliyin tələblərinə görə məcburi sosial sığorta haqları ödəniləyən dövr sığorta stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan müddətinin o nun iş stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Buna görə də iddiaçının ümumi iş stajının 25 ildən (4 il 1 gün), güzəştli iş stajının 12 il 6 aydan az ( 4 il 1 gün) təşkil etdiyi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6133,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmədiyi qeyd olunaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi iddiaçıya 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmət dövrü (1 il 10 ay, 19 gün) və təhsil dövrü (05 il 08 ay 27 gün) də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 06 ay 16 gün) ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lerik rayonu “Qızıl Qum” Kooperativində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair sənədlərin (əmrlər, əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi sorğu əsasında Lerik rayon Dövlət Arxivindən tələb edilmişdir. Sorğuya cavab olaraq “Qızıl Qum” kooperativinin sənədlərinin Lerik rayon Dövlət Arxivinə təqdim edilmədiyi bildirilmişdir. Lakin iddiaçının vəkili tərəfindən sorğu əsasında əldə etdiyi və məhkəməyə təqdim olunan Lerik rayon “Qızıl Qum” Kooperativi tərəfindən verilən xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, kooperativ 2015-ci il tarixdən fəaliyyətini dayandırdığı, həmin səbəbdən arxiv sənədlərinin əldə edilməsinin mümkün olmadığı qeyd edilmiş, barəsində sorğu edilən İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək “Qızıl Qum” kooperativində 4 cü dərəcəli qaz qaynaqçısı işlədiyi, xx.xx.1993-cü il tarixli 2 saylı siyahı üzrə işlədiyi sahənin 23200000 kodu üzrə güzəştli sahə hesab olunduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin “Qızıl Qum” Kooperativinin hüquqi şəxs qismində qeydiyyatdan keçib-keçməməsi barədə sorğu vergi orqanından tələb edilmiş, məhkəmənin sorğusuna cavab olaraq 6 saylı ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən cavab məktubunda arxiv məlumatlarına əsasən “Qızıl Qum” Kooperativinin xx.xx.1994-cü il tarixli 326 №li Şəhadətnamə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi və kooperativin sədrinin X4 olması barədə məlumatın mövcud olduğu bildirilmişdir. O cümlədən İddiaçı tərəfindən məhkəməyə tədim edilən sosial-sığorta haqqlarının dinamikasının qeyd olunduğu cədvəldən də görünür ki, kooperativ tərəfindən xx.xx.1991-ci il tarixdən xx.xx.2013-cü il tarixədək sosial-sığorta haqqları ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr bölməsində “qaz qaynaqçıları” (kod 23200000-11620) nəzərdə tutulmuşdur. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.2005-cu il tarixədək Lerik rayon “Qızıl Qum” kooperativində 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsində işləmiş və bu onun əmək kitabçasında da öz əksini tapmışdır. O cümlədən iddiaçının göstərilən dövr ərzində qeyd olunann peşə üzrə işləməsi əmək kitabçası ilə yanaşı, kooperativ tərəfindən verilən arayışla da təsdiq olunur. Cavabdeh tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 57 yaşı 05 may 2019-cu il tarixdə, yəni xx.xx.2017-ci il tarixdən sonra tamam olsa da, hazırki halda iddiaçı “X5” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi də qanunauyğun olmamışdır. “X5” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğundan, cavabdeh tərəfindən əlavə olaraq zəruri pensiya kapitalının mövcud olmasını tələb edilməsi, qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli, məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan ödənişlərin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan ödənişlərin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar