Məhkəmə qərarları › İş №2-1(112)-758/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-758/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-758/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı” və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.202N-ci il tarixdə ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış N/g-N0297 nömrəli, xx.xx.202N-ci il tarixli imtina məktubunda bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə döyüş əməliyyatları aparılmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçıya inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. İddiaçının cavabdehə eyni məzmunlu müraciətinə xx.xx.2022-ci il tarixli, 4/3-33 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 768 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, N997-ci ildə C.Naxçıvanski adına hərbi liseyi və 2002-ci ildə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirmişdir. Hərbi xidmət keçdiyi dövrdə xx.xx.20N0-cu il tarixdən xx.xx.20N2-ci il tarixədək Ağcabədi rayonun cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə kəşfiyyat və rabitə rəisi kimi hərbi xidmət keçmişdir. xx.xx.20N8-xx.xx.2020-ci illərdə N saylı hərbi hissənin kəşfiyyat idarəsinin baş zabiti olaraq hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 fevral 2020-ci il tarixli, 53 nömrəli əmri ilə o, döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissədə kəşfiyyatçı kimi ezamiyyətdə olmuşdur. 28 fevral 2020-ci il tarixdə cəbhə bölgəsində ezamiyyətdə olarkən psixoemosional gərginlikdən sonra ürək nahiyəsində güclü ağrılar, soyuq tərbasma əmələ gəlmişdir. Bundan sonra N saylı hərbi hissəyə müraciət etmiş və burada ona “koronar sindrom” diaqnozu təyin edilərək yardım göstərilmiş və N nömrəli hərbi hissəyə təxliyə edilmişdir. Buradan isə X3 Mərkəzinə təxliyyə edilmiş və burada müayinə zamanı “Sol mədəciyin ön-zirvə-yan divarlarının kəskin miokard infarktı diaqnozu təyin edilmiş və bir ədəd stend implantasiyası” cərrahi əməliyyatı icra edilmişdir. xx.xx.2020-xx.xx.2020-ci illərdə müayinə və müalicə olunmuş, Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli, N787 saylı “Xəstəlik haqqında Şəhadətnaməsi” üzrə diaqnoz və xəsarətin səbəbli əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı aşağıdakı kimi olmuşdur: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif aorta, tac arteriyalarının aterosklerozu. Sol mədəciyin keçirilmiş kəskin transmural infarktına (xx.xx.2020) görə aparılmış koronar andioplastika +PTCA+N ədəd stent implantasiyası əməliyyatından (xx.xx.2020) sonrakı post infarkt iriocaqlı və aterosklerotik kardiosklero İİİ (üçüncü) funksional sinif ürək çatışmazlığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bu xəsarətlə əlaqədar xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin N57-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən polkovnik-leytenant rütbəsində istefaya buraxılmışdır. 27 dekabr 202N-ci il tarixdə o, müharibə veteranlarına güzəşt və imtiyazlardan, müharibə veteranı təqaüdündən istifadə etmək üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Ona xx.xx.2022-ci il tarixli, 4/3-33 saylı cavab məktubu ilə cavab verilərək müraciətinin qəbul edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubunu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci tarixli, NN/N027 nömrəli iddiaya etirazından imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia müddətinin vaxtını ötürmüşdür. İddiaçı xx.xx.2020-ci ildə imtina olunduğu halda, o, 2022-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, NN/N027 nömrəli yazılı münasibətində İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə istinad edərək iddiaçıya xx.xx.2020-ci il tarixdə imtina edildiyini, iddiaçının isə 2022-ci ildə məhkəməyə müraciət etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının müraciəti cavabcavab verildiyi qeyd edilsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.5-ci maddəsinə əməl edilməmişdir. Belə ki, həmin maddəyə əsasən inzibati orqan təkrar ərizə ilə müraciət etmək imkanı verən əsasların ərizədə qeyd olunmasını yoxlamalı, bu əsaslar olmadığı halda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul etməli idi. İşdən cavabdehin bu normanın tələblərinə əməl etməsi müəyyən olunmur. Buna görə də məhkəmə həmin cavab məktubunu ərizənin təminindən mahiyyəti üzrə imtina kimi qəbul edir və hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan EZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı N997-ci ildə C.Naxçıvanski adına hərbi liseyini, 2002-ci il tarixdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirmişdir. Müdafiə Nazirliyinin 056r №-li xx.xx.20N9-cu il tarixli əmri ilə iddiaçıya polkovnik-leylenant hərbi rütbəsi verilmişdir. SHXÇDX-nin Xətai rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.N997-ci ildə hərbi hissəyə göndərilmişdir. İddiaçı xx.xx.N997-ci ildən xx.xx.2002-ci ilə kimi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində müdavim, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N saylı hərbi hissədə rabitə tağım komandiri, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər N saylı hərbi hissədə radiomaneə tağım komandiri, xx.xx.2005-ci ildən xx.xx.20N0-cu il tarixədək Azərbaycan Ali hərbi Təyyarəçilik Məktəbində tağım komandiri müəllim köməkçisi, xx.xx.20N0-cu il tarixdən xx.xx.20N2-ci il tarixədək N saylı hərbi hissədə ZRD QR kom-kəşfiyyat və rabitə rəisi, xx.xx.20N2-ci il tarixdən xx.xx.20N4-cü il tarixədək N saylı hərbi hissədə RB İE məntəqə rəisi, xx.xx.20N4cü il tarixdən xx.xx.20N5-ci il tarixədək N saylı hərbi hissədə ƏB rəisi- qərargah rəsinin köməkçisi, xx.xx.20N5-ci il tarixdən xx.xx.20N8-ci il tarixdək N saylı hərbi hissədə ƏN-nin KMM üzrə müavinin baş köməkçisi, xx.xx.20N8-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə kəşfiyyat idarəsinin baş zabiti vəzifələri üzrə çalışmışdır. xx.xx.2020-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N57-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə ARSQ-də həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 58 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin Radioelektron kəşfiyyat və radioelektron mübarizə İdarəsinin Radioelektron kəşfiyyat şöbəsinin Radiotexniki kəşfiyyat bölməsinin baş zabiti, polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə, N gün müddətində (29 fevral 2020-ci il tarixədək) ərzaq təminatından çıxarılaraq ərzaq attestatı verilməklə ezamiyyətə göndərilmişdir. xx.xx.2020-ci il tarixli, 672 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, polkovnikleytenant İddiaçı xidməti vəzifəsini yerinə yetirmək üçün N gün müddətinə (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirmək üçün ezamiyyətə gəlmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirmək üçün ezamiyyətə gəlmiş hesab edilmiş, xx.xx.2020-ci il tarixdən qazan təminatına qoyulması müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, təlimdə iştirak etmək üçün ezamiyyətə gəlmiş polkovnik-leytenant İddiaçı getmiş hesab edilmiş və 06 mart 2020-ci il tarixdən qazan təminatından çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, N83 nömrəli əmrindən görünür ki, polkovnik-leytenant İddiaçı, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin Radioelektron kəşfiyyat və radioelektron mübarizə İdarəsinin Radioelektron kəşfiyyat şöbəsinin Radiotexniki kəşfiyyat bölməsinin baş zabiti, Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2020-ci il tarixli 0407 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N57-cı maddəsinin «b» bəndinə (xəstəliyə görə) və N64-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək 2020-ci ilin növbəti məzuniyyəti (45 təqvim günü) verilməklə N7 avqust 2020-ci il tarixdən Müdafiə Nazirliyi Aparatının şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə göndərilmişdir. Həmçinin əmrdə qeyd edilmişdir ki, polkovnikleytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli qərarının 27.2-ci bəndinə əsasən 2020-ci ilin yanvar-iyul ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müvafiq əmrlə polkovnikleytenant İddiaçı istefaya buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilməsi, 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyətə görə biraylıq vəzifə maaşı miqdarında əlavə pul təminatı ödənilməsi də müəyyən edilmişdir. İddiaçı hazırda ezamiyyətdə olduğu dövrdə döyüş əməliyyatlarını icra edərkən xəsarət alıdığını iddia edərək ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh isə xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə döyüş əməliyyatları aparılmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə iddiaçının tələbini təmin etməkdən imtina edir. İş materialları ilə cavabdehin bu dəlili təkzib olunduğuna görə məhkəmə bu dəlili əsaslı saymır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Normadan aydın olur ki, hərbi qulluqçuya N994-cü il N2 may tarixindən sonra müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, döyüş zonasında hərbi xidmət keçməli, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olmalı, yaxud bilavasitə döyüş əməliyyatlarında iştirak etməli;

2. həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalıdır. İşdən görünür ki, iddiaçı bu tələblərdən hər ikisini ödəyir. Belə ki, iddiaçının 05N saylı hərbi hissəyə ezam olunarkən döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-5366 saylı məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-7954 nömrəli məktubundan görünür ki, xx.xx.N994-cü il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin, habelə həmin hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirak etdikləri dövrlərə dair cədvəldə (xx.xx.202N-ci il tarixli N6/0425 nömrəli Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsi rəisinin İdarə heyəti və qərargah bölüyünün məktubu ilə komissiya daxil olmuşdur) N nömrəli hərbi hissənin iddiaçının xəsarət aldığı dövrdə deyil, xx.xx.20N6-cı il tarixdən xx.xx.20N6-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. Lakin işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin özü tərərfindən verilmiş xx.xx.2023-cü il tarixli, 440 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə və xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. İddiaçı göndərildiyi Tərtər rayonundakı bölmə döyüş əmliyyatları aparan bölmə hesab olunmuşdur. Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etməsə də, iddiaçının həmin hərbi hissədən ezam olunduğu Tərtər rayonundakı hərbi bölmə döyüş əməliyyatları aparan bölmə olmuşdur. Bundan əlavə, işdə olan xx.xx.2020-ci il tarixli, N787 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı N hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N5/689 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 8-ci hissəsində qeyd edilmişdir ki, Bundan əlavə, işdə olan xx.xx.2020-ci il tarixli, N787 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı N hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N5/689 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 8-ci hissəsində qeyd edilmişdir ki, deməsinə görə bir neçə ildir ürək nahiyəsində ağrılardan əziyyət çəkir. Xəstəliyin səbəbini psixoemosional gərginliklə əlaqələndirir. Təqdim etdiyi tibbi kitabçasında olan qeydlərə əsasən, 20N8-ci ilin noyabr ayında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkim-kardioloqu tərəfindən müayinə olunub, kardioloji patologiya aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixdə cəbhə bölgəsində ezamiyyətdə olarkən psixoemosional gərginlikdən sonra ürək nahiyəsində güclü ağrılar, soyuq tərbasma əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 03:25 radələrində xəstə N nömrəli hərbi hissəyə müraciət etmiş, "Kəskin koronar sindrom" diaqnozu təyin edilərək yardım göstərilmiş və xəstənin vəziyyəti stabilləşdikdən sonra N nömrəli hərbi hissəyə təxliyə edilmişdir (əsas N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli ambulator çıxarış). xx.xx.2020-ci il tarixdə xəstə N nömrəli hərbi hissədən X3 Mərkəzinə təxliyə edilmiş, müayinə zamanı "Sol mədəciyin ön-zirvə-yan divarlarının kəskin miokard infarktı" diaqnozu təyin edilmiş, koronar angioqrafiya müayinəsi aparılmış, LAD proksimal N00% darlıq (trombotik) aşkar edilərək, LAD damarına təcili angioplastika qərarı verilərək “Koronar angioplatika və bir ədəd stent implantasiyası" cərrahi əməliyyatı icra edilmişdir. Müalicəni davam etdirmək uçün xəstə hərbi hissə komandiri tərəfindən SQ BKH-na göndərilmiş və xx.xx.2020-N9 03.2020-ci il tarixədək BKH-da “Ürəyin işemik xəstəliyi. Sol mədəciyin ön-zirvə-yan divarlarının transmural miokard infarktı (xx.xx.2020), yarımkəskin dövr Koronar angioplastika+PTCA+N ədəd stent implantasiyası cərrahi əməliyyatı (xx.xx.2020) Aorta, tac arteriyalarının aterosklerozu Aterosklerotik kardioskleroz" diaqnozu ilə stasionar müalicə almış və “Xəstəliklər cədvəli”nin 48 maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilərək 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. Stasionar və daimi ambulator müalicə almasına baxmayaraq, yuxarıda göstərilən şikayətlərin davam etməsi, davamlı xarakter daşıması, xəstəliyin tədricən proqressivləşməsi ilə əlaqədar xidməti vəzifələrinin icrasında çətinlik çəkməsi ilə bağlı və xəstəliyə görə Ordu sıralarından təxris olunması məqsədəuyğun sayılaraq hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün hərbi-həkim komissiyasına göndəriş verilmişdir. Təqdim olunmuş hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N5/744 nömrəli arayışda "polkovnik-leytenant İddiaçı hal-hazırda tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti" subyektlərinin siyahısına daxil edilməsinin göstərilməsi, komandanlığın müvafiq əmrinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə bağlı döyüş bölgəsinə ezam edilməsi, döyüş bölgəsində olaraq ezam müddətində kəskin xəstəliyin alınması və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndinin tələbləri nəzərə alınaraq aldığı xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilməsinə əsas verir. Şəhadətnamənin N2-ci bəndinə əsasən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardıyası İİİ (üçüncü) funksional sinif Aorta, tac arteriyalarının aıerosklerozu. Sol mədəciyin keçirilmiş kəskin transmural infarktına (xx.xx.2020) görə aparılmış koronar angıoplastika+PTCA+N ədəd stent implantasiyası əməliyyatından (28.02 2020) sonrakı postinfarkt irtocaqlı və aterosklerotik kardioskleroz. İll (üçüncü) funksional sinif ürək çatışmazlığı.Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Şəhadətnamənin N3-cü bəndinə əsasən HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılığı haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 44a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Naziri ... Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə ezamiyyətdə olarkən xəsarət almış və bu xəsarətin şəhadətləndirilməsi zamanı onun komandanlığın müvafiq əmrinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə bağlı döyüş bölgəsinə ezam edilməsi, döyüş bölgəsində olaraq ezam müddətində kəskin xəstəliyin alınması müəyyən edilərək aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2020-ci il tarixli N787 saylı şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir. Beləliklə, istinad olunanlara əsasən iddiaçının N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən göndərildiyi Tərtər rayonundakı bölmənin döyüş əməliyyatları aparan bölmə olması və iddiaçı həmin bölmədə xidmət keçərkən xəsarət alması iş materialları ilə tam təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçı Nazirlər Kabinetinin 2N6 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 68, 69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar