Məhkəmə qərarları › İş №2-1(112)-7582/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7582/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7582/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “26.04.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar tutulduğu xəstəliklərə görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş edir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ildə yaralanıb, ikinci qrup müharibə əlilidir. Lakin cavabdehin son qərarı ilə ona əlillik verilməsindən imtina olunub. Səbəb kimi də əlavə müalicəyə ehtiyacının olması göstərilib. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuzdur. Bundan öncəki - 11.04.2016-cı il tarixli miayinəmin nəticəsində təsdiq edilmişdir ki, onun diaqnozum “onikibarmaq bağırsaq xorası: tez-tez kəskinləşmələrlə, xr hepatoxalesistit, meqaplastik anemiya, sol ayağın pəncə nahiyyəsini dəlib keçən güllə yarasından sonrakı vəziyyət, dilozestenoz mədənin motor evakııator funksiyasının pozulması, yeriş funksiyasının pozulması”dır. Beş il ərzində səhhətində heç bir dəyişiklik olmadığı halda indi diaqnozuma “onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə" yazıblar. Səhhətində heç bir dəyişiklik olmadığı halda cavabdeh bir dəfə bir cür, növbəti dəfə başqa cür diaqnoz qoymaqla özü-özünü təkzib edir. Müharibədən sonra 23-24 il ərzində sağalmayan xəstəliklər 5 ilin içində yox ola bilməz. Məsələn, pəncəni dəlib deşən güllə yarasından sonrakı vəziyyət. 2016-cı ilin müayinə nəticəsində var, 2021-ci ilinkində olmaya bilməz. Güllə yarası öz-özünə yoxa çıxa bilməz. Hesab edilsə ki, müalicəyə ehtiyacı var, bununla əlaqədar o əlillik statusundan, dolayısını ilə əlilliyə görə pensiyadan nəyə görə məhrum edilməlidir. Müalicəyə ehtiyacı varsa, onu müalicə etsinlər, əgər müalicə nəticəsində sağalsa, özü əlillik statusundan könüllü imtina edər. Mövcud qanunvericilikdə əlavə müalicəyə ehtiyacın olması əlilliyin müəyyən olunmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Yəni əlillik meyarlarına uyğun xəstəlik varsa, əlillik verilməli, yoxdursa, verilməməlidir. Cavabdeh tərəfindən isə imtinasının əsası olaraq hər hansı normativ-hüquqi akta istinad olunmamışdır. İmtina səbəbləri qanunauyğun olmalıdır və cavabdeh bu tələbə riayət etməmişdir. Əgər “müalicəyə ehtiyacı var” yazılırsa, deməli, sağlam olmadığı qəbul olunur, etiraf olunur. Deməli, faktiki olaraq əlil olduğu dövrdə əlillər üçün olan imtiyazlardan istifadə etmək imkanından süni şəkildə məhrum edilir. Bildirir ki, o, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Lerik Rayon X4 Hüquqi Şəxsi tərəfindən 02.03.2021-ci il tarixli, 180 nömrəli göndərişlə Akademik M.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasına müayinə və müalicə üçün göndərilmiş, müalicə alıb. Lakin müalicənin heç bir xeyrinin olmadığı müəyyən olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 6.1-ci bəndinə əsasən, dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək içün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasını və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir.

3. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin iddiaçıya 26.04.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyəti Lerik Rayon Mərkəzi Xəstəxanasının 19.03.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsaq xorası tez -tez kəskinləşmələrlə, Xr hepatoxolesistit. Meqaleplastik anemiya, sol ayağın pəncə nahiyyəsinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət , Dilozestenoz Mədənin motor evakuator funksiyasının pozulması , yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın 03.04.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsaq xorası tez -tez kəskinləşmələrlə, Xr hepatoxolesistit, Meqaleplastik anemiya, sol ayağın pəncə nahiyyəsinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət, Dilozestenoz Mədənin motor evakuator funksiyasının pozulması, yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 09.04.2015-ci il tarixli 2645003AABVH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsaq xorası tez -tez kəskinləşmələrlə, Xr hepatoxolesistit, Meqaleplastik anemiya, sol ayağın pəncə nahiyyəsinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət, Dilozestenoz Mədənin motor evakuator funksiyasının pozulması, yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 11.04.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsaq xorası tez -tez kəskinləşmələrlə, Xr hepatoxolesistit, Meqaleplastik anemiya, sol ayağın pəncə nahiyyəsinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət, Dilozestenoz Mədənin motor evakuator funksiyasının pozulması, yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 26.04.2021-ci ildə sözügedən poliklinikanın 2645003AAGH1 saylı göndərişi əsasında baxılmış və “X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

7. Məhkəmə tərəfindən hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Lerik Rayon X4 hüquqi şəxsi tərəfindən bildirilmişdir ki, Lerik rayonun Siyov kənd sakini, İddiaçı 2008-ci ildən Lerik rayon mərkəzi xəstəxanasının Poliklinika şöbəsində “12 barmaq bağırsaqın xorası tez-tez kəskinləşmələrlə, xroniki pankratit. meqablastik anemiya” diaqnozu ilə dispanser qeydiyyatındadır. 2008-ci il tarixdən etibarən hər iki ambulator və stasionar müalicə almışdır. Sonucu dəfə 08.09.2021-ci il tarixdən 15.09.2021-ci il tarixədək “12 barmaq xorasının kəskinləşməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddiaçı məhkəməyə müraciət etdiyi 17.06.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 26.04.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix müəyyən edilmir, qiymətləndirmənin nəticəsi iddiaçı tərəfindən 03.06.2021-ci ildə çap olunub.

11. İddiaçıya cavabdeh qurum tərəfindən 25.06.2021-ci il tarixli məktubla bildirilmişdir ki, onun əlillik vəziyyətinin qiymətləndiirlməsinə köməklik göstərilməsi barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq “Lerik Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 2645003AAGH1 nömrəli göndərişi əsasında 26.04.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müaliyəcə ehtiyac olması (səbəb: ixitsaslaşdırılmış stasionar müayinə və müalicə davam etdirilsin) barədə qərar qəbul edilmişdir. Bununla əlaəqdar, ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müalicə-müayinə olunacağı və göndəriş rəsmiləşdirildiyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.

12. Hazırki iddia məcburetməyə dair iddiadır.

13. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

16. İddiaçı Azərbaycan Respublikasının müharibə veteranıdır və 19.03.2008-ci il tarixdən Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; 12 barmaq bağırsaq xorası tez-tez kəskinləşmələrlə, Xr hepatoxolesistit, Meqaleplastik anemiya, sol ayağın pəncə nahiyyəsinin dəlib keçən güllə yarasından sonrakı vəziyyət, Dilozestenoz Mədənin motor evakuator funksiyasının pozulması, yeriş funksiyasının pozulması diaqnozu ilə ikinci dərəcə əlildir; Əlilliyin müəyyən olunması meyarı - 2.2. İkinci dərəcə əlillik = > 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.

17. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Lerik Rayon X4 hüquqi şəxsi tərəfindən verilmiş forma 88 arayışına əsasən (№2645003AAGH1) əsas diaqnoz: K26.0 Onikibarmaq bağırsağın xorası, kəskin, qanaxma ilə, onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə; Ağırlaşması: K.31.1 Böyüklərin hipertrofik pilorostenozu, Pilorostenoz. Mədənin mator və evakuator funksiyasının pozulması ilə D 50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, ikincili anemiya Yanakı xəstəliklər: K20 Ezofaqit. G55.1 Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L4-L5 fəqərəarası disklərin yırtığı N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatmamazlığı İİİ mərhələ. K44 Diafraqma yırtığı, Qida borusunun dəliyinin yırtığı. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol ayağn ikinci barmağından dəlib keçən güllə yarsından sonrakı deffekt F48.0 Nevrasteniya, Mülayim dərəcədə ifadə olunmuş Nevrasteniya K29.1 Digər kəskin qastritlər, Xroniki qastritin kəskinləşməsi. K75.2 Qeyri-spesifik reaktiv hepatit, Xroniki virus hepatiti N11.1 Xroniki obstruktiv pielonefrit, Xroniki obstruktiv pielonefrit, tez-tez kəskinləşmələr ilə.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58- K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9);

19. Məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayış (№2645003AAGH1) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5.-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz: K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin, qanaxma ilə, Onikibarmaq bağırsağın xorası, tez-tez baş verən qanaxmalar ilə; ağırlaşması K.31.1 Böyüklərin hipertrofik pilorostenozu, Pilorostenoz. Mədənin mator və evakuator funksiyasının pozulması.) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (rentgenoskopiya; ezofaqoqastroduodenoskopiya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən iddiaçının 10.03.2021-ci il tarixli qastroduodenoskopiya müayənəsinə əsasən, ona reflüks ezofagit (grade b), qida borusunun kardio-ezofaqeal keçidin xorası; qida borusunun yırtığı (sliding type); kataral qastrit. Qanaxma (forrest 2B); duodenal xora deformasiya. Eroziv bulbit diaqnozu qoyulmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

22. Məhkəmə müəyyən edir ki, 26.04.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır.

23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 26.04.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 26.04.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar