Məhkəmə qərarları › İş №2-1(112)-7582/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7582/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7582/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə vərəsəsi olduğu mərhum X8 adına Bakı Soveti İcraiyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən Bakı şəhər Əzizbəyov rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 03 saylı qərarı ilə təsdiqlənmiş Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində (keçmiş üzümçülük sovxozunun ərazisi) ayrılmış, sahəsi 0,5 ha olan 18 saylı bağ sahəsinə dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2016-ci ildə vəfat emiş mərhum X9 vərəsəsləridir (qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında). X12 Bakı Soveti İcrayə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu ( hazırki Xəzər rayonu) Türkan qəsəbəsində 0,05 ha (5 sot) bağ yeri ayrılmışdır. (18 saylı bağ sahəsi). Ayrılmış bağ sahəsi Əzizbəyov rayon İcrayə Komitəsinin xx.xx.1988-ci il tarixli 03 saylı qərarı ilə qeydiyyatdan keçmişdir. Ayrılmış torpaq sahəsi Bakı şəhəri Xətai rayon Yeyinti Ticarəti İdarəsində çalışmış mərhum X13 1988-ci il yanvar ayının 7-də Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Xətai rayon Yeyinti Ticarət İdarəsinə ayrılmışdır. Bağçılıq Yoldaşlığın bağ sahələri daxilindədir və Türkan bağ massivində yerləşir. X13 Bağçılıq Cəmiyyəti Üzvlərinin 22 aprel 1988-ci il tarixli 1 nömrəli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 500 kv.m sahəsi olan 18 saylı bağ sahəsinin ayrılması barədə bağçının üzvlük kitabçası verilmişdir. Xətai rayon YTİ-nin HİK-nin xx.xx.1992-ci il tarixli arayışında da, qeyd olunur ki, həqiqətən 1988-ci il yanvarın 7 tarixində Bakı şəhər İcrayə Komitəsi tərəfindən Xətai rayon yeyinti ticarət idarəsinə ayrılmış bağçılıq yoldaşlığın X17 üzvüdür. Həmin BY Türkan qəsəbəsində Milli Arxiv idarəsinə edilmiş sorğuya cavabdan (Bakı şəhər XDS-nin İK-nin xx.xx.1987-ci il tarixli Qərarının surəti təqdim olunmaqla) görünür ki, həqiqətən 49 üzvdən ibarət bağçılıq yoldaşlıq 49 nəfər üzvlərinə Əzizbəov rayon Türkan qəsəbəsindəki üzümçülük sovxozunun ərazisindən bağ sahələri ayrılmışdır. Bağ sahəsi 1988-ci ildən ailələrinin istifadəsindədir, bağ sahəsində abadlıq işləri aparmışlar, hasar tikilmiş, giriş qapısı qoyulmuş, bağda ağaclar əkilib, yaşayış üçün X17 tərəfindən ev inşa olunmuşdur və yay mövsümündə uzun illərdir həmin mübahisəli bağda yaşamışlar. Hazırda həmin mübahisəli bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Xətai rayon Yeyinti Ticarət İdarəsinə ayrılmış, Bağçılıq Yoldaşlığın bağ sahələri daxilində olan və Türkan bağ massivində yerləşən əksər bağ sahələrinə dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi xx.xx.2022-ci il tarixli məktubu ilə onlara Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində yerləşən, sahəsi 0.5 ha olan bağ sahəsinə dair mərhum X8 adına arayışın və texniki pasportun verilməsindən imtina etmişdir. Əsas kimi cavabdeh onu qeyd etmişdir ki, guya arxivdə ərizəsinə əlavə edilmiş üzvçülük kitabçası aşkar edilməmişdir və s. Hesab edir ki, cavabdehin imtina məktubu tam qanunsuz və əsasızdır. Məhkəmə qaydasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vərəsələri olduqları mərhum X8 adına Bakı Soveti İcraiyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən, Bakı şəhər Əzizbəyov rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 03 saylı Qərarı ilə tədiqlənmiş Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində (keçmiş üzümçülük sovxozunun ərazisindən ayrılmış, sahəsi 0.5 ha olan 18 saylı bağ sahəsinə dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərardadı ilə X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində (keçmiş üzümçülük sovxozunun ərazisi) ayrılmış, sahəsi 0,5 ha olan 18 saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X13) məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X9 adı aşkar olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin bir hissəsi (19 kv.m) dövlət reyestrində **********68 reyestr nömrəsi ilə X5 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xətai rayon Tİİİ-nin b\Y-nın 19 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********02 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçı tərəfindən tələb olunan sahə 0.5 ha olmasına baxmayaraq, faktiki sahə 0,0507 ha-dır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs öz izahatında bildirmişdir ki, onun mülkiyyətində olan bağ sahəsi 19 saylı bağ sahəsidir və onunla iddiaçı arasında hər hansı bir mübahisə yoxdur. Əvvəldən onlara ayrılmış bağ sahələri eyni qaydada istifadələrindədir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri X16 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarından görünür ki, 49 nəfər qida satıcılarına bağ sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan xx.xx.1988-ci il tarixdə verilmiş X3 surətindən görünür ki, Bağçılıq Cəmiyyətinin Üzvlərinin 22 aprel 1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Türkan qəsəbəsi bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 18 saylı bağ sahəsini Bakı şəhəri X16 İcraiyyə Komitəsinin 20/396 nömrəli qərarına əsasən X13 ayırmışdır. İşdə olan Xətai rayon Yeyinti Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X18 həqiqətən 1988-ci il yanvar ayının 7-də Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Xətai rayon Yeyinti Ticarət İdarəsinə ayrılmış bağçılıq yoldaşlığın üzvüdür və həmin X11 qəsəbəsində yerləşir. Ona Bakı şəhər Soveti İcra Komitəsinin 27 oktyabr 1987ci il tarixli, 20/396 nömrəli qərarına əsasən Əzizbəyov rayonunun Türkan qəsəbəsində beş sot müddətsiz istifadə üçün bağ yeri ayrılmışdır. Ayrılmış bağ yeri Əzizbəyov rayon İcra Komitəsində xx.xx.1988-ci il 03 nömrəli qərarla qeydiyyatdan keçmişdir. İşdə olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 27 may 2021-ci il tarixli, 468 nömrəli məktubdan görünür ki, X6 miras qalmış əmlaka dair vərəslik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X8 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin nəvəsi İddiaçı1, nəvəsi İddiaçı2 və gəlini İddiaçı3 olması barədə məlumat verilmiş, ünvan ünvanında 500 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 820811 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 08 ayının 16-sı günündə 339 nömrə ilə qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********02 nömrəli, 18.06.021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin bir hissəsi dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bu səbəblərdən ərizəsinin icrası mümkün olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubun surətindən görünür ki, X8 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində ayrılmış, 0.05 ha torpaq shaəsi olan bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi ilə bağlı müraciətinə 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq bildirilmişdir ki, Bakı şəhəri Xətai rayon Yeyinti Ticarət İdarəsinin bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X8 adı göstərilməmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubla “Türkan-Tİİİ” X4 dair arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, arxiv qovluğunda olan bağçılıq üzvlərinin siyahılarında X9 adı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xətai rayon Tİİİ-nin b/y-nın 19 saylı bağ sahəsinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xətai rayon Tİİİ-nin b/y-nın 19 saylı, ümumi sahəsi 0.05 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə X2, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında isə xx.xx.2014-cü il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana yazılı müraciətlər etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdeh imtina məktubunda göstərmişdir ki: 1) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” X7 üzvlərinin siyahısında adı aşkar olunmamışdır. 2) Həmçinin bir hissəsi dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Məhkəmə cavabdehin ilkin dəlili olan 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmamasına münasibətdə qeyd edir ki, məhkəmə aradırması zamanı mübahisəli bağ sahəsinin iddiaçıların mərhum babaları X12 ayrılması müəyyən edilmiş, məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş “Türkan-İİ” X7nin arxiv qovluğuna baxış keçirilərkən həqiqətən X9 adı bağçılıq yoldaşlığın arxiv qovluğunda aşkar edilmişdir. Cavabdehin digər dəlili bağ sahəsinin bir hissəsinin dövlət reyestrində qeydiyyatdan keçmiş X5 xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşməsidir ki, məhkəmə cavabdehin həmin dəlilinin araşdırılması məqsədi ilə X10 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb etmiş, məhkəmə iclasında iştirak etmiş R.Əkbərov öz izahatında bildirmişdir ki, mülkiyyətində olan bağ sahəsi 19 saylı bağ sahəsidir və onunla iddiaçı arasında hər hansı bir mübahisə yoxdur. Əvvəldən onlara ayrılmış bağ sahələri eyni qaydada istifadələrindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasında göstərilən yuxarıda qeyd edilən əsaslar formal əsaslara söykənərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iddia tələbinin hüquqi cəhətdən əsaslılığına qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri X16 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən iddiaçıların mərhum babaları X12 Əzizbəyov rayonu, Türkan qəsəbəsində, 5 sot müddətsiz istifadə üçün bağ sahəsi ayrılmışdır. Ayrılmış bağ sahəsi Əzizbəyov rayon İcra Komitəsində xx.xx.1988-ci il, 03 nömrəli qərarla qeydiyyatdan keçmişdir. X7 tərəfindən X8 adına üzvlük kitabçası verilmişdir. Üzvlük kitabçasında Bağçılıq Cəmiyyəti üzvlərinin 22 aprel 1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Türkan qəsəbəsində 500 kv.m, 18 nömrəli bağ sahəsi ayrılmışdır. Beləliklə, mərhum X9 mübahisəli bağ sahəsi üzərində qanuni əsaslarla mülkiyyət hüququ yaranmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və mərhum X9 vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “18” saylı 500 kv.m bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X12) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar