Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7583/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinə bitişik olan qeyri-yaşayış sahəsinə istifadə hüququnun və istifadə qaydalarının müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək hazırda yaşadığı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan qeyri-yaşayış sahəsinə istifadə hüququnun və istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşayır. Hazırda faktiki olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmçinin bildirirəm ki, həmin yaşayış evinin hasarına bitişik şəkildə uzun müddət əvvəl inşa etdirdiyi bir tikili var. Lakin onun həmin tikiliyə istifadə hüququ olmadığından, istifadə hüququnun müəyyən olunması zərurəti yaranmışdır. Bildirir ki, həmin əmlak faktiki mülkiyyətindədir. Mövcud problem ilə əlaqədar olaraq dəfələrlə müvafiq orqanlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Elə ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
2. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi. İzahatına əlavə olaraq bildirdi ki, məhz qeyd edilən qeyri-yaşayış sahəsinə istifadə hüququnun və istifadə qaydalarının müəyyən edilməsini tələb edir, hazırki iddiaya mülki qaydada yox, inzibati mübahisə olduğu üçün inzibati qaydada baxılmalıdır. İstifadə qaydalarının müəyyən edilməsi dedikdə həmin qeyri-yaşayış sahəsinin necə istifadə olunmasının müəyyən edilməsi kimi başa düşür.
3. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, hazırki mübahisə mülki xarakterlidir və ümumiyyətlə Bakı şəhər İcra Hakimiyyətinin belə bir səlahiyyəti yoxdur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etmir.
5. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10 aprel 2015-ci il № 4 qərarına əsasən: 2.Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 5.1.İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2.Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin geri qaytarılması haqqında 13.04.2021-ci il tarixli qərardaddan görünür ki, eyni tələblə iddiaçı Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş, mübahisənin məhkəməyə qədər həll olunmasına dair sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya izah olunmuşdur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır (iş 2(009)-1216/2021). İddianın predmeti mülki xarakterlidir, eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iddia iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilməz.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva