Məhkəmə qərarları › İş №2-1(112)-7583/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7583/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7583/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İİ qrup əlillik dərəcəsinin təkrar qiymətləndirilməsinin 09 fevral 2021-ci il tarixdən hesablanıb əlilliyi olan şəxs hesab edilərək əlilliyə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əlilliyinin müddəti bitdiyi 08 dekabr 2020ci il tarixdən yeni təyinat tarixi olan 30 sentyabr 2021-ci il tarixədək ötən müddət ərzində əlilliyə görə müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın 21 fevral 2023-ci il tarixli imtina məktubundan görünür ki, yeni təyinat tarixi ilə əlilliyinin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. Cavabdeh orqanının imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, ilk dəfə İİ qrup əlillik dərəcəsi bir il müddətinə 08 dekabr 2014-cü ildə təyin edilmiş, daha sonra 18 yanvar 2016-cı il tarixdə beş il müddətinə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 09 fevral 2021-ci il tarixdə, 27 aprel 2021-ci il tarixdə, 30 sentyabr 2021-ci il tarixlərdə müxtəlif səbəblərdən imtina verilmişdir. Yeni təyinat tarixinin nəyə görə ilkin müraciət etdiyi tarixdə deyil, son imtinanın verildiyi tarixdən hesablanması anlaşılan deyil. Hansı hüquq normasına istinad etdiyini cavabdeh orqan əsaslandırmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən yenidən əlilliyin əyani olaraq müayinəsi aparılmış, xx.xx.2022-ci il tarixdə komissiyanın qərarına əsasən 30 sentyabr 2021-ci il tarixdən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Halbuki, 08 dekabr 2020-ci ildə əlillik müddəti bitsə də, əlilliyin təkrar qiymətləndirilməsi ilkin olaraq 09 fevral 2021-ci il tarixdə aparılmış, daha sonra 27 aprel 2021-ci il tarixdə, 30 sentyabr 2021-ci il tarixdə də əlilliyin təkrar qiymətləndirilməsi aparılmış, lakin müsbət cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə isə 30 sentyabr 2021-ci il tarixdən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Ona görə də iddiaçı hesab edir ki, əliliyinin bərpasının təkrar qiymətləndirmə üçün ilkin müraciət etdiyi 09 fevral 2021-ci il tarixdən deyil, sonuncu təkrar qiymətləndirmənin aparıldığı 30 sentyabr 2021-ci il tarixdən bərpa edilməsi düzgün olmamışdır. Cavabdeh orqan heç bir qanuna istinad etmədən əsassız olaraq xx.xx.2022-ci il tarixdə apardığı təkrar qiymətləndirmənin nəticəsində qəsdən 6 aylıq müddət keçdiyinə görə 09 fevral 2021-ci il tarixdən deyil, tarixdən 30 sentyabr 2021-ci il tarixdən hesablamışdır. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia ərizəsi təmin olunaraq xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilmişdir. 02 iyul 2021-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı iddia ərizəsinin təmin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə iddiaya dair yazılı münasibətini (etirazını) təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə: 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diab 2 tip.ağır forma,insulin tələbli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diab 2 tip.ağır forma, insulin tələbli; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəkərli diab” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşmiş şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyropatiya Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV Digər serebrovaskulyar xəstəliklər, Beyin ötüyündə ponsda solda kəskin beyin qan dövranı pozğunluğu.sağ tərəfli hemiparez; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ətraflı müayinə olunmayıb( dopler, MRT, EXO KQ)” səbəbi ilə imtina verilmişdir. Bakı 29 nömrəli Birləşmiş şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Xəstəliklərin Beynəlxalq Təsnifatı: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli. Diabetik polineyropatiya. Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV.Beyin ötüyündə ponsda solda kəskin beyin qan dövranı pozğunluğu. sağ tərəfli hemiparez.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. Bakı 29 nömrəli Birləşmiş şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi ilə Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), Diabetik retinopatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV Yanaşı xəstəliklər İ67 Digər serebrovaskulyar xəstəliklər, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət. Yanaşı xəstəliklər G81 Hemiplegiya, Sağ tərəfli hemiparez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1, E22.0-E22.1 .E23.0-E23.2,.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Bakı 29 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: ətraflı müayinə olunmayıb( dopler, MRT, EXO KQ)” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə əyani müayinə aktı ilə aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona Bakı 29 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında həmin tarixdən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdəndə də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının təyinatın tarixi “xx.xx.2021” hissəsinin “xx.xx.2021” kimi dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -ASAN 5 tərəfindən xx.xx.2016-cı il tarixdə verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sizə dair yeni təyinat tarixi ilə (xx.xx.2021-ci il) əlilliyin bitdiyi tarix (xx.xx.2020-ci il) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir.” -Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(112)-3401/2022 saylı Qərarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. İstinad olunan qərarın təsviri hissəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün 29 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0053003AAE5B saylı Forma 088 göndərişində “X1: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E11-insulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni- İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tiop İİ insulin rələbi ağır gedişli Ağırlaşma G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü, 3 işarəsi ilə), Diabetik retinopatiya Ağırlaşma N08.3 Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-e14, Diabetik nefropatiya Ağırlaşma 179.2 Digər rubrikalarda təsnik olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası; Yanaşı xəstəliklər- 110 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV; Yanaşı xəstəliklər İ67 digər serebrovaskulyar, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət; Yanaşı xəstəliklər G81 Hemiplegiya, Sağ tərəfli hemiparez göstərilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2-1(103)-368/2023 saylı qərardadından görünür ki, İddiaçı “İİ qrup əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair ərizəsinə əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməklə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yenidən baxılması üçün 10 (on) gün müddət təyin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində xx.xx.2021-ci il tarixindən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci qrup əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. Bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ qrup əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə ilk dəfə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə ikinci dəfə elektron qaydada beş il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişləri əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş, müvafiq olaraq əvvəlcə “göndərişin natamam doldurulması, ətraflı müayinə olunmayıb”, sonrakı qiymətləndirmələr nəticəsində isə “əlavə müalicəyə ehtiyacının olması” və “əlillik əlamətinin təyin etməməsi. Səbəb: əlavə müalicə- əlavə ixtisaslaşmış müalicə təyin edilir” əsası ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Yuxarıda istinad olunan qanuni qüvvəsini almış müvafiq məhkəmə qərarına əsasən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, lakin həmin qərar əsasında əlilliyin hansı tarixdən təyin edilməsi qeyd olunmamamışdır. Cavabdeh qərarı apellyasiya qaydasında mübahisələndirmiş, iş məhkəmə baxışında olarkən müvafiq qərardad əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuş və ona 29 nömrəli Birləşmiş şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi ilə Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), Diabetik retinopatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV Yanaşı xəstəliklər İ67 Digər serebrovaskulyar xəstəliklər, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət. Yanaşı xəstəliklər G81 Hemiplegiya, Sağ tərəfli hemiparez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1, E22.0-E22.1 .E23.0-E23.2,.” səbəbi ilə xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırkı halda iddiaçının məqsədi ona xx.xx.2021-ci il tarixdən təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyinin təyinat tarixinin xx.xx.2021-ci il tarixə dəyişdirilməsidir. Belə ki, həmin tarixdə iddiaçının əlillik vəziyyəti yoxlanılmış, lakin “göndərişin natamam doldurulması, ətraflı müayinə olunmayıb” əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi, göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasında nəzərdə tutulmayan əsaslarla iddiaçının əlillik dərəcəsinin müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmişdir. Hazırkı iddiada cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsindən imtina edilməsi barədə xx.xx.2021-ci il qərarın verilməsinə səbəb göndərişin natamam doldurulması olmuşdur. Həmçinin iddiaçının əlillik müddəti bitdikdən sonra onun sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi əvvəlki əlillik dərəcəsinin verilməsi üçün səbəb olmuş xəstəliyin sağalmaması nəticəsində yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, əlil şəxs hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli təyinat tarixinin “xx.xx.2021” kimi dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı X2 əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının təyinatın tarixi “xx.xx.2021” hissəsinin “xx.xx.2021” kimi dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar