Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-759/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.N968-ci il təvəllüdlü İddiaçı SHXÇDX- nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.N986-cı il tarixdə həqiqi hərbi xidmətə çağırılaraq, xx.xx.N986-cı il tarixdən xx.xx.N988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda gedən döyüş əməliyyatlarında könüllü iştirak etmək üçün N saylı hərbi hissəyə daxil edilərək xx.xx.N994-cü il tarixədək döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli arxiv arayışında da onun xidməti barədə yazılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, Komissiya xx.xx.2020-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan(kənd), Daşkəsən, Göygöl (Keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümdüfiə dəsətələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağıış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma kontuziya) alam haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin fakultativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, işin tam və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxx 2020-ci il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli əmri ilə iddiaçının uzun müddət hərbi hissədən yayındığı üçün bütün təminat siyahısından çıxarıldığı və ştatdan kənar hesab edildiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, əvvəlki məhkəmə iclaslarında tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Bakıı şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən nizami xidmətə yararlı sayılaraq atıcı qismində həqiqi hərbi xidmətə çağırılmış, 0Naprel N986-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. xx.xx.N988-ci ildə SSRİ MN-in 3NN saylı xx.xx.N988ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Nizami rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli 9/2-209N7 nömrəli məktubda qeyd edilmişdir ki, Nizami RHK-dan çağırılmış, kiçik çavuş İddiaçı İsrail oğlu N nömrəli hərbi hissə komandirinin xx xxxx N992ci il tarixli 26 nömrəli əmrindən çıxarışda xx.xx.N992-ci il tarixdən şəxsi heyət üzvlüyünə qəbul edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli 60 №-li əmrində Nizami RHK-nın çağırışçısı, İddiaçı İ. oğlunun raportuna əsasən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Uzun müddət hərbi hissədən yayındığı üçün və “hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq N-ci motoatıcı taburun zenit raket tağımının N-ci bölməsinin atıcı zenitci, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 0208 №-li əmrilə vəzifəsindən azad edilməklə bütün növ təminatlarından çıxarılaraq ştatdan kənar hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N8-ci il tarixdə 9/2-N7874 №-li məktubla İddiaçı ünvanına və xx.xx.20N9-cu il tarixdə 9/2-N3698 №-li məktubla SHXÇÜDX-nin Bakı şəhəri Nizami rayon idarəsinə cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin arayışından görünür ki, İddiaçı İsrail oğlu N nömrəli hərbi hissənin tərkibində xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi xidmət etmişdir və xx.xx.N992-ci il tarixdən 60№-li əmrlə hissənin tərkibindən azad edilmişdir. Erməni təcavuzkarlarına qarşı Dağlıq Qarabağda döyüşlərdə xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 9/2-3436 nömrəli xx xxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Nizami RHK-dan çağırılmış, kiçik çavuş İddiaçı İsrail oğlu N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli 26 nömrəli əmrindən çıxarışda xx.xx.N992-ci il tarixdən şəxsi heyət üzvlüyünə qəbul edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli 60 №-li əmrində Nizami RHK-nın çağırışçısı Məmmıdov Eldar İ oğlunun raportuna əsasən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Uzun müddət hərbi hissədən yayındığı üçün və “hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq N-ci motoatıcı taburun zenit raket tağımının N-ci bölməsinin atıcı zenitçi, sıravi Məmmədov Eldar İsrayıl oğlu N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993cü il tarixli 0208 №-li əmrilə vəzifəsindən azad edilməklə bütün növ təminatlarından çıxarılaraq ştatdan kənar hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin may N994cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 002-6709-N220 nömrəli xx xxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.N998-ci ildə Gədəbəy rayonunda doğulmuş İddiaçı İsrail oğlunun cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx xxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı İsrail oğlu barəsində Tərtər Hərbi Prokurorluğunda araşdırma aparılaraq, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 0208 №-li əmrinin arxiv çıxarışından görünür ki, uzun müddət hərbi hissədən yayındıqları üçün və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq 738.İ motoatıcı taburun zenit raket tağımının İ bölməsinin atıcı zenitçisi sıravi İddiaçı şəxsi heyyət üzvləri vəzifəsindən azad edilmiş, bütün təminat siyahılarından çıxarılmış və ştatdan kənar hesab edilmişdir. Məhkəmə işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cüabzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklikləredilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli FərmanınınN.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılarauyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranıadlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, AzərbaycanRespublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dəkerməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində,habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam,Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən,Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı,Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmətkeçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüştapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezamolunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmətkeçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlıezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüşəməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AzərbaycanRespublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi DövlətMühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxivarayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaqhaqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerliicra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edənsənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakısübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş«Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi iləəlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42cimaddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiyaaktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» AzərbaycanRespublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». İş üzrə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndində qeyd olunan hərbi xidmət keçməsini tam sübut edən hərbi hissələrin nizami hissə üzrə bütün əmrləri və ya arxiv arayışlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərlə əlaqədar Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmədedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyataburaxılmasıdır. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan vənəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi.Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sonaçatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-N4.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görəinzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həminaktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsiiddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunukonkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi iləbağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbuledir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının özmülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-759/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-759/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver