Məhkəmə qərarları › İş №2-1(112)-759/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-759/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-759/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: N.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 iyun N992-ci il tarixdən N yanvar N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə, (Fizuli istiqamətində) iştirak etmişdir. Onun döyüşlərdə iştirakı hərbi biletində olan müvafiq qeydlər, həmçinin Yasamal rayon hərbi komissarlığının xx.xx.N992-ci il tarixli, N/628 saylı, xx.xx.N992-ci il tarixli, N/377 saylı və xx.xx.N993-cü il tarixli , N/N79 saylı arayışları ilə təsdiq olunur. Belə ki, həmin arayışlarda iddiaçının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüşlərdə iştirak etməyi göstərilir. Həmçinin də arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3N N:li N6 mart N992-ci il tarixli Fərmanına əsasən , ailə üzvülərinin döyüşlərdə iştirak etdiyinə görə nəzərdə tutulmuş imtiyazlardan istifadə etməsi göstərilir. Həmçinin də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən verilmiş N4 yanvar N993-cü il tarixli N67 saylı arayışlarından görünür ki, iddiaçı əl barmağından güllə yarası almış və hərbi komissiyanın rəyinə əsasən aldığı xəsarətin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Həmçinin də Müdafiə Nazirliyi tərəfindən verilmiş Arxiv arayışında (xx.xx.20N9-cü il tarixli, 9N2/379N saylı) mənim N saylı hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməyi bir daha öz təsdiqini tapır. İddiaçı, ona müharibə veteranı adının verilməsi məqsədilə X3 Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etmiş və komissiyadan ona ünvanlanan xx.xx.202N-ci il tarixli, l/Q-2747 saylı məktubda hərbi biletinin birinci səhifəsinin notarial qaydada təsdiq olunmuş surətini və digər sənədlərin surətinin komissiyaya göndərilməsi təqdirdə, ona veteran adının verilməsi məsələsinə baxılacağı göstərilmişdir. İddiaçı, ona tövsif edilən qaydada sənədlərini komissiyaya göndərmiş, lakin komissiyadan göndərilən xx.xx.202N-ci il tarixli, l/q-9488 saylı və xx.xx.202N-ci il tarixli, 4\3-N80 saylı məktubda onun müraciətinə sözü gedən komissiyada baxılması göstərilməklə, barəsində müsbət qərar qəbul edilmədiyindən sənədləri geri qaytarılmışdır. İddiaçı hesab edir ki, təqdim etdiyi sənədlər X3 Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası tərəfindən hərtərəfli araşdırılmamışdır. İddiaçı hesab edir ki, ona Müharibə Veteranı adının verilməsi üçün kifayər qədər əsas və sübutlar mövcuddur. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını müharibə veteranları olan döyüş yoldaşları da təsdiq edə bilər. Və zərurət yarandığı halda onların məhkəmədə iştirakını təmin edə bilməsini iddiaçı qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6204/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-759/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindəniddia tələbinə qarşı məhkəməyə təqdim edilmiş xx.xx.20222-ci il tarixli NN/NN52 nömrəli “Münasibət” məktubunda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini mümkünsüz sayılması barədə qərardad qəbul edəsiniz.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixlərdə N nömrəli hərbi (Fizuli) hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi barədə müvafiq qeydlər mövcuddur. - Oktyabr Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli N/N79 nömrəli Arayışdan görünür ki, N967-ci il təvəllüdlü çağırışçı İddiaçı həqiqətən Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissə üzrə hərbi xidmətə çağrılmışdır. Həmin arayışa əsasən NK-nin xx.xx.N992-ci il tarixli N3N nömrəli fərmanı ilə çağırışçının ailəsinə imtiyazlar və üstünlüklər verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli və xx.xx.N993-cü il tarixli N67 nömrəli Arayışdan görünür ki, N nömrəli hərbi hissədə xidmət edən N967-ci il təvəllüdlü çağırışçı olan İddiaçı sol əlindən güllə(mərmi) yarası almış və Mərkəzi Həkim Komissiyasının xx.xx.N993-cü il tarixli qərarı ilə iddiaçının aldığı güllə yarası Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır və Hərbi xidmətə yararlı hesab edilmişdir. - xx.xx.N992-ci il tarixli N/628 nömrəli Arayışda qeyd edilmişdir ki, çağırışçı İddiaçı həqiqətən könüllü olaraq vətənə xidmət üçün xx.xx.N992-ci il tarixdən Milli Ordu sıralarında Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. - Oktyabr Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli N/N79 nömrəli Arayışda qeyd edilmişdir ki, çağırışçı İddiaçı Bakı şəhəri Yasamal rayon hərbi komissrlığı tərəfindən hərbi xidmətə çağrılıb. xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət edib. - N nömrəli hərbi hissənin komandiri kapitan Cəfərov tərəfindən verilmiş Arayışdan görünür ki, hərbi qulluqçu İddiaçı həqiqətən xx.xx.N993-cü il tarixdən könüllü olaraq Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3N nömrəli qərarında göstərilən bütün imtiyazlar ona şamildir. Arayış Yasamal Rayon Hərbi Komissarlığına təqdim edilməsi üçün verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin xx.xx.20N9-cu il tarixli X6 İlham Tofik oğlu barəsində N N-li hərbi hissə komandirinin əmrləri qeyd edilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, haqqınızda Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 407 nömrəli məktubunda qeyd edilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı Tofik oğlu xx.xx.N986-cı il tarixində keçmiş Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən ordu sıralarına hərbi xidmətə çağırılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 775 nömrəli məktubunda İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 nömrəli, N sentyabr N992-ci il tarixli N07 nömrəli, N oktyabr N992-ci il tarixli N32 nömrəli, N yanvar N993-cü il tarixli Nnömrəli və N yanvar N993-cü il tarixli N2 nömrəli nizami hissə üzrə əmrlərdən Arxiv çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin əmrlərə əsasən: N. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 №-li əmrilə İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır.

2. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N07 №-li əmrilə İddiaçı tuşlayıcı vəzifəsinə təyin olunmuşdur.

3. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N32 №-li əmrilə sıravi İddiaçı sentyabr ayı üçün N992-ci ildə Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilmişdir.

4. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı dekabr ayı üçün N992-ci ildə Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilmişdir.

5. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N2 №-li əmrilə (könüllü sıravi İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. - N nömrəli hərbi hissənin silah sursat anbarının rəisi Əsgərov tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli Arayışda İddiaçı TF-432N AİM silahını təhvil verdiyinə dair qeyd aparılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.N.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, 29 iyun N992-ci il tarixdən N yanvar N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə, (Fizuli istiqamətində) iştirak etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd edilmişdir ki, Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 765 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. İmtinadan narazı qalan iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin imtina dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarında olan, İddiaçı məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü. il tarixlərdə N nömrəli hərbi (Fizuli) hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi barədə müvafiq qeydlər mövcuddur. İş materiallarında olan, Oktyabr (Yasamal) Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli N/N79 nömrəli Arayışdan görünür ki, N967-ci il təvəllüdlü çağırışçı İddiaçı Tofik oğlu həqiqətən Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissə üzrə hərbi xidmətə çağrılmışdır. Həmin arayışa əsasən NK-nin xx.xx.N992-ci il tarixli N3N nömrəli fərmanı ilə çağırışçının ailəsinə imtiyazlar və üstünlüklər verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş N4.0N. N993-cü il tarixli və xx.xx.N993-cü il tarixli N67 nömrəli Arayışdan görünür ki, Mərkəzi Həkim Komissiyasının xx.xx.N993-cü il tarixli qərarı ilə N nömrəli hərbi hissədə xidmət edən N967-ci il təvəllüdlü çağırışçı olan İddiaçı Tofik oğlu sol əlindən güllə(mərmi) yarası aldığı qeyd edilmişdir. Həmin Arayışda qeyd edilmişdir ki, iddiaçının aldığı güllə yarası – Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır və hərbi xidmətə yararlıdır. İş materiallarında olan, xx.xx.N992-ci il tarixli N/628 nömrəli Arayışda qeyd edilmişdir ki, çağırışçı İddiaçı Tofik oğlu həqiqətən könüllü olaraq vətənə xidmət üçün xx.xx.N992-ci il tarixdən Milli Ordu sıralarında Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan, xx.xx.N992-ci il tarixli N/377 nömrəli Arayışda qeyd edilmişdir ki, çağırışçı İddiaçı Tofik oğlu Milli Ordu sıralarında Yasamal Hərbi Komissarlığı tərəfindən çağrılmışdır və xx.xx.N992-ci il tarixdən hal-hazıradək N saylı hərbi hissədə xidmət keçir. İş materiallarında olan, Oktyabr (Yasamal) Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli N/N79 nömrəli Arayışda qeyd edilmişdir ki, çağırışçı İddiaçı Bakı şəhəri Yasamal rayon hərbi komissrlığı tərəfindən hərbi xidmətə çağrılıb. xx.xx.N992ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İş materiallarında olan, N nömrəli hərbi hissənin komandiri kapitan Cəfərov tərəfindən verilmiş Arayışdan görünür ki, hərbi qulluqçu İddiaçı həqiqətən xx.xx.N993-cü il tarixdən könüllü olaraq Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3N nömrəli qərarında göstərilən bütün imtiyazlar ona şamildir. Arayış Yasamal Rayon Hərbi Komissarlığına təqdim edilməsi üçün verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin xx.xx.20N9-cu il tarixli Arxiv Arayışında qeyd edilmişdir: Verilir, İddiaçı Tofik oğluna ondan ötrü ki, Bakı şəhəri Yasamal RHK-dan gəlmiş İddiaçı Tofik oğlu N N-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 №-li əmrilə (əsas: §N, səh-NN7, sıra-2, əmrdə atasının adı Tofik yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N07 №-li əmrilə (əsas: §3, səh-N2N, sıra-N0) İddiaçı tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N32 №-li əmrilə (əsas: §3, səh-N42, əmrdə atasının adı qeyd olunmamışdır) sıravi İddiaçı Füzuli rayonunda sentyabr ayı üçün döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N8N №-li əmrilə (əsas: §2, səh-49, əmrdə atasının adı qeyd olunmamışdır) sıravi İddiaçı Füzuli rayonunda dekabr N992-ci il tarixi üçün döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N2 №-li əmrilə (əsas: §2, səh-58, sıra-N, əmrdə atasının adı Tofik yazılmışdır) sıravi İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, haqqınızda Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 407 nömrəli məktubda qeyd edilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı xx.xx.N996-cı il tarixində keçmiş Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində onun barəsində əlavə məlumat olmadığı qeyd edilmişdir. İş materiallarında olan, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir: Sizin, xx.xx.2022-ci il tarixli NN/927 №-li məktubunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri Yasamal RHK-dan gəlmiş İddiaçı Tofik oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 №-li əmrilə (əsas: §N, səh-NN7, sıra-2, əmrdə atasının adı Tofik yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N07 №-li əmrilə (əsas: §3, səh-N2N, sıra-N0) İddiaçı tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N32 №-li əmrilə (əsas §3, səh-N42, əmrdə atasının adı qeyd olunmamışdır) sıravi İddiaçı Füzuli rayonunda sentyabr ayı üçün döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N №-li əmrilə (əsas: §2, səh- 49, əmrdə atasının adı qeyd olunmamışdır) sıravi İddiaçı Füzuli rayonunda dekabr N992-ci il tarixi üçün döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N2 №-li əmrilə (əsas: §2, səh-58, sıra-N, əmrdə atasının adı Tofik yazılmışdır) könüllü sıravi İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı hərbi xidmətə könüllü və ya səfərbərliklə çağırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətinə aid olmadığı üçün sorğunu cavablandırmaq mümkün deyildir. Həmin sorğunun cavablandırılması ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon İdarəsinə (şöbəsinə) müraciət etməyiniz tövsiyyə olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli 775 nömrəli məktubu ilə İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 nömrəli, N sentyabr N992-ci il tarixli N07 nömrəli, N oktyabr N992-ci il tarixli N32 nömrəli, N yanvar N993-cü il tarixli N nömrəli və N yanvar N993-cü il tarixli N2 nömrəli nizami hissə üzrə əmrlərindən Arxiv çıxarışları məhkəməyə təqdim edilmişdir. Həmin əmrlərə əsasən:

1. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 №-li əmrilə İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır.

2. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N07 №-li əmrilə İddiaçı tuşlayıcı vəzifəsinə təyin olunmuşdur.

3. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N32 №-li əmrilə sıravi İddiaçı sentyabr ayı üçün N992-ci ildə Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilmişdir.

4. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı dekabr ayı üçün N992-ci ildə Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilmişdir.

5. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N2 №-li əmrilə (könüllü sıravi İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissənin silah sursat anbarının rəisi Əsgərov tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli Arayışda İddiaçı TF-432N AİM silahını təhvil verdiyinə dair qeyd aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.N.N. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün hərbi xidmətin başlanğıcı sayılır. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Konstitusiya Məhkəməsinin Plenumunun “X2” şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun M a d d ə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, N967-ci il təvəllüdlü çağırışçı İddiaçı həqiqətən Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissə üzrə hərbi xidmətə çağrılmış və NK-nin xx.xx.N992-ci il tarixli N3N nömrəli qərarı ilə çağırışçının ailəsinə imtiyazlar və üstünlüklər verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 №-li əmrilə iddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. İddiaçı könüllü olaraq vətənə xidmət üçün xx.xx.N992-ci il tarixdən Milli Ordu sıralarında Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N07 №-li əmrilə İddiaçı tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. İddiaçı Qasımov N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N32 №-li əmrilə sentyabr ayı üçün və xx.xx.N993-cü il tarixli N №-li əmrilə dekabr ayı üçün N992-ci ildə Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmişdir. N nömrəli hərbi hissədə xidmət edən N967-ci il təvəllüdlü çağırışçı olan İddiaçı sol əlindən güllə(mərmi) yarası almış və Mərkəzi Həkim Komissiyasının xx.xx.N993-cü il tarixli qərarı ilə aldığı güllə yarası – Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır və Hərbi xidmətə yararlı hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N2 №-li əmrilə könüllü sıravi İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin, N nömrəli hərbi hissənin silah sursat anbarının rəisi Əsgərov tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli Arayışda İddiaçı TF-432N AİM silahını təhvil verdiyinə dair qeyd aparılmışdır. Sonradan hərbi qulluqçu İddiaçı xx.xx.N993-cü il tarixdən könüllü olaraq Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında xidmət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3N nömrəli qərarında göstərilən bütün imtiyazlar ona şamil edilmişdir. Göründüyü kimi iddiaçının N992-ci ildə Fizuli rayonu döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirdiyi sübuta yetirilir. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olunan şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Oktyabr Rayon Hərbi Komissarlığı tərəfindən Yasamal Rayon Hərbi Komissarlığına təqdim edilməsi üçün verilmiş xx.xx.N993-cü il tarixli N/N79 nömrəli Arayışda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət edib. İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin surərindən görünür ki iddiaçı xx.xx.N992-cil tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi (Fizuli) hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş və hərbi hissəni vəya xidmət yerini özbaşına tərk etdiyinə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli məktubda iddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Göründüyü kimi İddiaçı qanuni əsaslarla təxris olunduğu onun hərbi biletinin 7-ci səhifəsində aparılmış qeyddən və göstərilən faktı təsdiq edən Müdafiə Nazirliyinin arxivində də mövcud olan N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli N2 nömrəli əmrindən və qeyd edilən halı təkzib edən hər hasnı sübutun məhkəməyə təqdim edilməməsi ilə də müəyyən olunur. Həmçinin məhkəmə bildirir ki, onun qanuni əsaslarla təxris olması, iddiaçının xx.xx.N993-cü il tarixində könüllü olaraq yenidən Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında xidmət etməsi ilə də sübuta yetirilir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X5 “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.N maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X5 “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar