Məhkəmə qərarları › İş №2-1(112)-759/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-759/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-759/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 119 nömrəli torpaq sahəsinin yerləşmə cizgisinin (plan-eskiz) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya keçmiş Suraxanı Rayon X2 İcraiyyə Komitəsinin (indiki Suraxanı Rayon İcra Hakimiyyəti) 20 aprel 1990-cı il tarixli 5 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsində yerləşən 119 nömrəli sahədə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin dövrdən bugünədək torpaq sahəsindən istifadə edir. Hal-hazırda həmin sahədə apardığı evin tikintisi tam başa çatmamış, yəni yarım tikili vəziyyətindədir. 2022-ci ilin sentyabr ayında sözügedən torpaq sahəsini dövlət qeydiyyatından keçirərək çıxarış almaq məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdim. Müraciətim əsnasında onlar məndən Suraxanı Rayon X2 İcraiyyə Komitəsinin qərarını və torpaq sahəsinin yerləşmə cizgisinin (plan-eskiz) arxiv arayışını tələb etdilər. Bu səbəbdən, 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 1 noyabr 2022-ci il tarixli, BA-07083-2022 saylı cavab məktubu verilmişdir. Cavab məktubunda, 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinizə əsasən İddiaçı torpaq sahəsi ayrılması barədə keçmiş Suraxanı Rayon XDS İK-nın (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 5 saylı qərarının təsdiq edilmiş kserosurətinin 1 (bir) vərəqdən ibarət olmaqla göndərildiyi qeyd edilmişdir. Cavab məktubunun qeyd hissəsində qərara cizginin əlavə edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından cavab məktubunu aldıqdan sonra 18 noyabr 2022-ci il tarixində təkrarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətinə şifahi olaraq bildirildi ki, qeyd olunan yerləşmə cizgisi (plan-eskiz) ancaq torpaq sahəsinin yerləşdiyi rayonun İcra Hakimiyyətinin Memarlıq Şöbəsi tərəfindən tərtib və təsdiq edildiyi halda qəbul edilə bilər. Torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona cavab olaraq 29 dekabr 2022-ci il tarixli, Ə-297- 091 saylı məktubla bildirilmişdir ki, tərəflərindən yerində aparılan araşdırma zamanı göstərdiyi 1 nömrəli Zeytunçuluq sovxozu adlanan ərazidə yerləşən 1200.0 kv.m. ərazini əhatə edən torpaq sahəsinin bir neçə hissəyə müxtəlif ölçülərlə bölündüyü aşkar edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 119 nömrəli 1200 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1169/2024 nömrəli məktubu ilə göndərilmiş keçmiş Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 5 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsində yerləşən 119 nömrəli sahədə fərdi ev tikintisi üçün 1200 kv.m ölçüdə İddiaçı torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/6657 nömrəli məktubla göndərilmiş ekspert rəyinin nəticəsindən görünür ki, Mülki iş materiallarında mübahisə predmeti olan torpaq sahəsinə dair plansxem və ya ayrıc aktı mövcud olmadığından həmin torpaq sahəsinin faktiki texniki göstəriciləri ilə sənəd üzrə texniki göstəriciləri {yerləşmə vəziyyəti və tikililərin mövqeyi) arasında uyğunsuzluq olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Naturada təqdim edilən torpaq sahəsinin mişar daşından inşa edilmiş hasar tikilisi ilə müxtəlif ölçülərdə olmaqla 4 (dörd) hissəyə bölündüyü, faktiki ümumi sahəsinin 1248 kv.m təşkil etdiyi və Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron kadastr portalına (kadastrportali.az) əsasən həmin torpaq sahəsinin təyinatının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətində olduğu müəyyən olunur. xx.xx.2023-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin mütəxəssisləri tərəfindən tərtib edilməli olan müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********66 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1300.0 kv.m təşkil edir (sahə dörd hissəyə bölünüb). Torpaq sahəsinin üzərində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən 1300.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X= 422564.840, Y= 4471235.655, X= 422557.189, Y= 4471264.271, X= 422559.745, Y= 4471265.891, X= 422559.483, Y= 4471265.897, X= 422598.550, Y= 4471276.079, X= 422605.854, Y= 4471246.672. Vahid elektron kadastr baza məlumatların aəsasən göstərilən sahə "yaşayış məntəqələrinin torpaqarı" kateqoriyasəna aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahə qaz kəmərlərinin, elektrik xəttinin mühafizəsinə düşmür. Sahəninq eydiyyatı barədə məlumat yoxdur. Spözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.(Abşeron kontrakt). Həmçinin, torpaq sahəsi keçmiş 1 nömrəli X1 Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin İddiaçı müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, Ə-297-091 nömrəli məktubunda bildirmişdir ki, keçmiş Suraxanı rayon X2 İcraiyyə Komitəsinin (indiki Suraxanı RİH) xx.xx.1990-cı il tarixli 5 nömrəli qərarı ilə Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 119 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün Sizə 1200,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bildiririk ki, tərəfimizdən yerində aparılan araşdırma zamanı göstərdiyiniz 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu adlanan ərazidə yerləşən 1200,0 kv.m ərazini əhatə edən torpaq sahəsinin bir neçə hissəyə müxtəlif ölçülərlə bölündüyü aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, yuxarıda qeyd olunanları və RİH-in sənədləri 2016-cı i! daxii olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Suraxanı Rayon X2 İcraiyyə Komitəsinin (indiki Suraxanı Rayon İcra Hakimiyyəti) 20 aprel 1990-cı il tarixli 5 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsində yerləşən 119 nömrəli sahədə fərdi ev tikintisi üçün İddiaçı 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar dövlət arxivinə təhvil verilmiş, lakin həmin qərarla birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, eləcə də dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan əlavə rəydə torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınmadığı, mühafizəyə düşmədiyi qeyd edilmişdir. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayırlması barədə Suraxanı Rayon X2 İcraiyyə Komitəsinin 20 aprel 1990-cı il tarixli 7 saylı qərarı hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi yaşayış məntəqələri torpağına aid olmaqla hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. Torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmasına gəlincə məhkəmə hesab edir ki, bu, mübahisəli torpaq sahəsinə dair cizgi verilməməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin mübahisəli ünvanda yerləşən torpaq sahəsi hasarlanmış və üzərində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikili olan həmin torpaq sahəsi vahid elektron kaldastr məlumatlarına əsasən göstərilən sahə «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aiddir. Belə olan halda, qanunvericilyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüavvədə olan tələblərinə uyğun hərəkət etmişdir. İkincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Odur ki, bu hal qüvvədə olan inzibati aktın tərkibinə aid yerləşmə cizgisi kimi texniki sənədin verilməsini istisna etmir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyətinin 20 aprel 1990-cı il tarixli 5 saylı qərarı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 119 nömrəli 1200 kv.m ölçüdə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar