Məhkəmə qərarları › İş №2-1(112)-7598/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7598/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7598/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Karaca Sinemin iştirakı ilə, İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Karaca Sinem cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tamnmaması barədə qərarın ləğv edilməsi və övladım xx.xx.2022-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun övladı xx.xx.2022-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixində isə buna dair 5 saylı Bakı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən AZ-V №081668 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Belə ki, övladı onunla birlikdə Azərbaycan Respublikasında yaşayır. Övladı Azərbaycan Respublikasında doğulmuş, hazırda da burada yaşadığından övladı xx.xx.2022-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması üçün tərəfimdən müraciət edilsə də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə qərar qəbul edilmiş, beləliklə, övladının mənsubiyyəti tanınmamışdır. Halbuki, bütün zəruri sənədlər övladı xx.xx.2022-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasına əsas verir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə qərar qəbul edilməsi onun övladının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasının bariz nümunəsidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarın 3.11-ci maddəsinə, yəni sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır normasına istinad edilsə də, bütün zəruri sübutlar tərəfimdən təfsilatı ilə təqdim edilmişdir. Buna baxmayaraq mövcud sənədlər tam, hərtərəfli araşdırılmamışdır. Əks halda bütün sənədlər mənim övladımın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasını şərtləndirirdirdi. Onun övladı xx.xx.2022-ci il təvəllüdlü X9 Azərbaycan Respuublikasının Bakı şəhərində doğulmuş, buna müvafiq 5 saylı Bakı “Asan xidmət mərkəzi’’ qeydiyyat şöbəsi tərəfindən AZ-V №081668 saylı doğum haqqında şəhadətnamə də bizə təqdim edilmişdir. Hal-hazırda da Azərbaycan Respublikasında yaşayır. Həmçinin, övladını Azərbaycan Respublikasında boya-başa çatdırmaq, həyatını burada davam etdirmək istəyir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tamnmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2022-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması barədə müvafiq qərarın qəbul edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, cavabdeh tərəfindən pozulmuş hüquqlarının məhkəmə tərəfindən bərpa edilməsini qanunauyğun hesab edir. İddiaçının qanuni nümayəndəsi Karaca Sinem xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddiaçı Karaca Sinemin əsl iddiaçı X9 ilə əvəz edilməsini xahiş etmiş, eyni tarixli qərardadla iddiaçı Karaca Sinem əsl iddiaçı X18 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh orqan iddiaya yazılı etiraz etmiş və etirazında bildirilmişdir ki, iddiaçı Xidmətə müraciət edərək övladı X12 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən X12 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, təqdim olunmuş sənədlər əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati icraata başlanılmış, icraat zamanı X13 bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunur ki, araşdırma zamanı X12 Azərbaycan Respublikasının ərazisində doğulduğu və hər iki valideyninin əcnəbi (Türkiyə Respublikasının vətəndaşları) olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunanlara əsasən şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2-ci bənddə isə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar (2.2.1 - “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, 2.2.2 - Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla), 2.2.3 - valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla), 2.2.4 - valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, 2.2.5 valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə, 2.2.6 - əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ərarvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, 2.2.7 - 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa, 2.2.8 - Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa) qeyd edilmişdir. Göründüyü kimi, sözügedən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunan şəxslərin təsir dairəsinə düşmür. Eyni zamanda qeyd olunur ki, X12 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar mövcud deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaısnda iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZ-V seriyalı 081668 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.ş Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 8268 nömrəsi ilə qeyd edilmişdir. X2, anası Karaca Sinem uammer qızıdır. İş materiallarına əlavə edilmiş MYİ seriyalı 0****** nömrəli Azərbaycan Respublikasının Ərazisində müvəqqəti yaşamaq üçün icazə vəəsiqəsindən görünür ki, X15 Respublikası vətəndaşıdır. İcazənin verilmə tarixi xx.xx.2024, etibarlılıq müddəti xx.xx.2025ci il tarixə qədərdir. İş materiallarına əlavə edilmiş **********70 nömrəli X3 Kartından görünür ki,xx.xx.1985-ci il təvəllüdlü X16 vətəndaşıdır. İş materiallarına əlavə edilmiş **********8 nömrəli X3 Kartından görünür ki,xx.xx.1992ci il təvəllüdlü X15 vətəndaşıdır. İş materiallarına əlavə edilmiş MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Ərazisində müvəqqəti yaşamaq üçün icazə vəəsiqəsindən görünür ki, X16 Respublikası vətəndaşıdır. İcazənin verilmə tarixi xx.xx.2024, etibarlılıq müddəti xx.xx.2025ci il tarixə qədərdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün xx.xx.2025-ci il tarixli ərizə-anketdən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Doğulduğu yer: Azərbaycan, milliyyəti: Türkiyə, ailə vəziyyəti:subaydır. X6 qızı xx.xx.1992-ci il təvəllüdlü olmaqla Türkiyə vətəndaşıdır. X7 oğlu xx.xx.1985-ci il təvəllüdlü olmaqla Türkiyə vətəndaşıdır. Hazırda ünvan 1 ünvanında yaşayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarında göstərilmişdir ki, Vətəndaşlıq məsələləri baş idarəsində 10 mart 2022-ci il təvəllüdlü X18-ın 06 yanvar 2025-ci il tarixli 4688/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq müəyyən edildi: X18 06 yanvar 2025-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sorğu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan halların mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1-ci bəndini rəhbər tutaraq, qərara alındı:10 mart 2022-ci il təvəllüdlü X18-ın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Qərarın surəti sorğu verən tərəfə təqdim edilsin. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi barəsində vətəndaşlıq mənsubiyyətinin tanınması barədə əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı X9 xx.xx.2022-ci il tarixdə Azərbaycanda doğulmuşdur, X2 və anası X8 olmaqla hər iki valideyni Türkiyə Respublikası vətəndaşları, milliyyətcə türkdürlər. İddiaçının valideyninin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq barədə icazələri var. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilətəsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. -2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Göründüyü kimi qanunla Azərbaycan Respublikasının ərazisində doğulmuş uşağın valideynlərin hər ikisi əcnəbi olduqda həmin uşaqlar Azərbaycan Respublikası vətəndaşı hesab edilmir. Hazırkı iş üzrə iddiaçının anası X5 məxsus **********8 nömrəli X3 kartından və iddiaçının X20a məxsus **********0 nömrəli X3 kartından görünür ki, iddiaçının hər iki valideyni Türkiyə Respublikasının vətəndaşıdır. Beləiklə, iddiaçı Azərbaycan Respublikası ərazisində doğulsa da lakin valideynlərinin vətəndaşsızlığı olmadığından, biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olmadığından, hər ikisi əcnəbi vətəndaş olduqlarından hüquqi vəziyyətləri də məhz Qanunun 12-ci maddəsinin təsirinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh orqan iddiaçınən arzuladığı əliverişli inzibati aktın qəbul edilməsini istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar