Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-760/2020 20.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının nümayəndəsi X8, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı (üçüncü şəxslər Qusar rayon İcra Hakimiyyəti Başçısının Aparatı, Qusar rayon köhnə Xudat bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) «onun və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı (üçüncü şəxslər Qusar rayon İcra Hakimiyyəti Başçısının Aparatı, Qusar rayon Köhnə Xudat bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ondan, X3, X5 və X6 ibarət ailəsinin kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə təmin edilməsi öhdəliyinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)- 760/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,iddiaçı Qusar rayonunun Köhnə Xudat kəndində doğulmuş, X16 ilə həmin kənddə ailə qurmuş, onların birgə nikahdan üç övladı (X9, X14 və X15) doğulmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qusar rayon İcra Hakimiyyəti Qusar rayon dövlət arxivinin 10 mart 2017-ci il tarixli, 149 saylı arxiv arayışından göründüyü kimi, iddiaçı 1977-1996-cı illərdə Qusar rayonunun Köhnə Xudat kəndinin Qusar rayonunun Karl Marks adına sovxozunda işləmiş və əmək haqqı almışdır. Yuxarıda qeyd edilmiş araşından aydın olur ki, Qusar rayonunun köhnə Xudat kənd inzibati ərazi üzrə nümayəndəliyinin Köhnə Xudat kəndi üzrə 1991-1995-ci illərin 15 saylı “təsərrüfatbaşına kitabı”nda şəxsi hesab nömrəsi 815 və 873 olan X10 təsərrüfatında İddiaçı, X9, X14 və X15 təsərrüfat üzvləri olmuşlar. Həmçinin, həmin arayışa əsasən 2001-2005-ci illər üzrə həmin şəxslər “təsərrüfatbaşına kitabı”nda şəxsi hesab nömrəsi 587 olan təsərrüfatda da təsərrüfat üzvləri olmuşlar. Qusar rayonunun Köhnə Xudat kənd inzibati ərazi üzrə nümayəndəliyinin 15 may 2018-ci il tarixli, 244 saylı arayışına əsasən İddiaçı, X7, X11 və X12 torpaq sahəsi verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 iyun 2018-ci il tarixli, **********05 saylı məktubunda göstərilmişdir ki, arxivdə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Qusar rayonu, Köhnə Xudat kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda yerli aqrar islahat komissiyası iddiaçının həyat yoldaşının və onun ailə üzvlərinin adları siyahiya daxil edilməmiş və bu səbəbdən pay torpaq sahəsi verilməmişdir. İddiaçı məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciət, aidiyyəti üzrə baxılması üçün Qusar rayon İcra hakimiyyətinə göndərilmiş, sonuncunun cavab məktubunda isə məsələnin müsbət həllinin mümkün olmadığı səbəbi ilə məhkəməyə müracitə edilməsi iddiaçıya tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verib, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi iddianı əsassız hesab edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 iyun 2018-ci il tarixli, **********05 saylı məktubunun məzmununa uyğun şəkildə izahat verdi və əlavə olaraq bildirdi ki, Qusar rayonunun Köhnə Xudat kəndində aqrar islahat 1999-cu ildə həyata keçirilərək başa çatdırılmışdır. Hal-hazırda yerli aqrar islahat komissiyalarının və rayon aqrar islahat komissiyasının fəaliyyətinə xitam verildiyindən, iddiaçı qaldırdığı məsələ ilə bağlı aidiyyəti qurumlara vaxtında müraciət etmədiyindən iddia müddəti ötürülmüşdür. Bundan başqa iddiaçının iddia ərizəsində əsaslandığı hallardan dolayı halhazırda aqrar islahat çərçivəsində torpaq sahələrinin ayrılması ilə əlaqədar səlahiyyətlərin həyata keçirilməsinə dair yerli aqrar islahat komissiyalarının hüquqi varisi olmadığından məsələnin müsbət həlli mümkün deyildir. Nümayəndə izahatının sonunda qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflərin nümayəndələri təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq digər tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Göründüyü kimi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun müddəlarına istinad etməklə iddiaçı hazırkı iddiası ilə ona və ailə üzvlərinə ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 25-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Məhkəmə əlavə olaraq, qeyd edir ki, aqrar islahatların hüquqi bazasını yaratmaq üçün 1995-ci ildən başlayaraq, "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 yanvar 1997-ci il tarixli "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" fərman imzalanmışdır. Yaradılan bu hüquqi baza əsasında Azərbaycan Respublikası ərazisində aqrar islahat prosesi başlamış və çox qısa bir vaxtda sovxoz və kolxozlar ləğv edilərək torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylanmışdır. Aqrar sektorun inkişafı etdirilməsi ilə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində qəbul olunan mühüm sənədlərdən biri də xx.xx.1999-cu il tarixli 203 nömrəli Fərmanla təsdiq olunan «1999 – 2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı»dır. Proqramda bir sıra dövlət orqanları qarşısında həyata keçirilməsi zəruri hesab edilən bir sıra tədbirlər nəzərdə tutulmuşdur ki, həmin tədbirlərə aqrar sahədə əmlakın özəlləşdirilməsinin, eyni zamanda, torpaq islahatının başa çatdırılması da daxil edilmişdir. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə «X19 Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı və «Azərbaycan Respublikası X19 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişlər. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında daxili işlər etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. Lakin iş materiallarından məlum olur ki, qanunvericilik sözügedən dövrdə həyata keçirilmiş aqrar islahat çərçivəsində fiziki və hüquqi şəxslərin yerli aqrar islahat komissiyalarının çıxardığı qərardan narazı qalmış olduqları halda yuxarı instansiyaya və məhkəməyə şikayət verilməsi qaydasını müəyyən etsə də, iddiaçı müvafiq münasibətlərin mövcud olduğu dövrdə, yəni vaxtında iddia ərizəsində istinad etdiyi hallarla əlaqəli olmaqla ona və ailə üzvlərinə torpaq sahəsinin ayrılması ilə bağlı yerli aqrar islahat komissiyalarına müraciət etmədiyindən hazırkı məsələnin müsbət həlli üçün iddia müddəti ötürülmüşdür. Bundan başqa, hal-hazırda yerli aqrar islahat komissiyaları fəaliyyət göstərmədiyindən və hüquqi varisi olmadığından qaldırılmış məsələ ilə bağlı müvafiq səlahiyyətlərə malik olan və cavabdehlik daşıyan orqanın müəyyən edilməsi qeyri-mümkündür. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, tərəflərin əvəz edilməsi və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-760/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-760/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver