Məhkəmə qərarları › İş №2-1(112)-760/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-760/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-760/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Hətəmli oğlunun, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.

2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbi “xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanlarının (61-80%) pozulmasının müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək xidmət etmişdir. xx.xx.2008ci il tarixdə 4 aydan artıq xəstəliyi ilə əlaqədar vəzifəni yerinə yetirə bilmədiyinə görə tibbihəkim komissiyasının rəyinə əsasən daxili xidmət çavuşu rütbəsində xidmətdən xaric edilmişdir. Belə ki, 2004-cü ildən iddiaçının səhhətində problemlər yaranmağa başlamış, 2005-ci ildə WPW sindromunun əlavə yollarının destruksiyasından əməliyyat keçirmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 müayinə edilmişdir. Ona WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrosistoliyası, neyrosirkulyator distoniya, iqoxondriya diaqnozları qoyulmuşdur. Qeyd etdikləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 55 nömrəli xx.xx.2008-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin 1022 nömrəli xx.xx.2008-ci il tarixli rəyinə əsasən xəstəliklər və fiziki çatışmazlıqlar cədvəlinin İİ qrafasının 42b maddəsinə D təyinat qrupu üzrə xüsusi həkim ekspertiza komissiyasında şəhadətləndirilərkən xx.xx.2008-ci il tarixdə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. Diaqnoz: ÜİX gərginlik stenokardiyası. WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrosistolik aritmiya. Xəstəliyimlə əlaqədar ilk dəfə 2010-cu ildə stenokardiyanın digər formaları. ÜİX gərginlik stenokardiyası. Ürək çatışmazlığı diaqnozu ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə iddiaçı təkrar müayinədən keçmiş və eyni diaqnozla ona ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsindən hazırkı günədək iddiaçının səhhətində yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Əksinə xəstəlikləri daha da kəskinləşmişdir. Əlilliyi səbəbindən iddiaçı heç yerdə işləyə bilmir. İddiaçı 2022-ci il tarixdə təkrar müayinəyə dəvət olunmuş və müayinənin nəticəsində ona təyin edilmiş əlillik ləğv edilmişdir. Səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Diaqnoz isə stenokardiyanın digər formaları. Vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 2005-ci ildə WPW sindromunun əlavə yollarının destruksiyasından əməliyyat keçirmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 müayinə edilmişdir. Ona WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekslrosistoliyası, neyrosirkulyator distoniya, iqoxondriya diaqnozları qoyulmuşdur və həmin diaqnozlar əsasında da mənə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya əvvəllər əlilliyin təyin edilməsi üçün əsas olmuş stenokardiyanın digər formaları. Vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət diaqnozlarının hazırda əlillik əlaməti təyin etməməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

4. TSEK-Müayinələr: - xx.xx.2008-ci il tarixində ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət diaqnozun mətni ilə ikinci dərəcə əlillik (ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət) təyin edilmişdir. - xx.xx.2012-ci il tarixində ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət diaqnozun mətni ilə ikinci dərəcə əlillik (ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət) təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində ÜİX. Gərginlik stenok 2-3 f. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (2.2.1 Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində 120.8 Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatdan sonrakı vəziyyət diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə imtina edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial ekspert komissiyasının **********2 nömrəli xx.xx.2022-ci il tarixində qəbul edilmiş qərarında bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 55 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "ÜİX Gərginlik stenokardiyası. WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrosistlik aritmiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıqdan, təngənəfəlikdən, ürək döyüntüsündən şikayət etmişdir. Baxış zamanı üzündə, aşağı ətraflarında ödem izlənməmişdir. Medikamentoz preparatlardan Kardaron, Kankor qəbul etdiyini bildirmişdir. AR SN X4nun xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş diaqnoz əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola dıastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%>) Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR-99)’’ kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2008-ci il tarixindər hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və aşağıdakı suallar qoyulmuşdur: - xx xxxx 1972-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X3 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - Aparılan müayinələrin nəticəsi əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı?

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli T362/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir: 1.4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisinin tərtib etdiyi son öndərişdə qeyd edilmiş “Diaqnoz: İ20.8- Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları. Vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət” diaqnoz xəstənin hazırkı vəziyyəti ilə uyğunluq (vəhdət) təşkil etmir. Belə ki, həmin diaqnoz instrumental müayinələrlə təsdiq olunmur, yəni, Exo-KQ müayinədə ürəyin atma fraksiyası 60% olmuş, ürək əzələsində olan dəyişikliklər isə yaş həddi ilə bağlı olan dəyişiklərdir. Həmin xəstəliklərlə əlaqədar onun hazırda əlavə müalicəsinə ehtiyac yoxdur. 2.3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7- Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir.

9. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadi ilə hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxxx 1972-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X3 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - Aparılan müayinələrin nəticəsi əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı?

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli T737/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir: 1.Vətəndaş İddiaçı məhkəmə-tibb müayinəsi zamanı 26 saylı şəhər klinik xəstəxanasına göndərilmiş və onun xx.xx.2023-cü il tarixdə X2 aparılan Holter (24 saat ambulator ambulator EKQ qeydi) müayinəsində ST seqmentində dəyişiklik qeydə alınmışdır. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “İ20.8-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, vaxtından əvvəl oyanma sindromu, WPW sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. 2,3. Əlilliyin təyini ilə əlaqədar 2,3-cü sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

4. Vətəndaş Ə.F. İskəndərovun müəyyən edilən diaqnozla əlaqədar hal-hazırda hansı bərpaedici müalicəyə ehtiyacı yoxdur, lakin əvvəl bərpaedici müalicəyə zərurət yarandığı təqdirdə cəlb edilə bilər.

11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili)iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

12. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

13. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

14. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

16. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

18. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

19. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

20. Hazırki iddia məcburetməyə dair iddiadır.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

22. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2022-ci il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir). Həmin göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

23. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.

24. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) uzun müddətdir ki, xəstədir. FHN-də işləyərkən xəstələnmişdir. Xəstənin dediyinə görə 2004-cü ildən xəstədir. 2005-ci ildə WPW sindromunun əlavə yollarının destruksiyasından əməliyyat keçirib. Son illər əsasən ambulator müalicə alıb. Şikayətləri: ürək nahiyyəsində olan ağrılar, ürəkdöyünmə təngnəfəslik boğulma tez yorulma fiziki hərəkət zamanı döş sümüyü arxasında baş verən yandırıcı ağrıdan ümumi zəiflikdən və halsızlıqdan ürək ritminin pozulduğundandır. Xəstə son dəfə ETKİ-də stasionar müalicə alıb. (xx.xx.2022-xx.xx.2022) AF=53% Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (2.2.1.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əksgöstəriş, əməliyyatdan imtina etməsi); 2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.2-ci bəndi yeni redaksiyada verilmişdir)) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına X4) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 2.2.1.ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 35-60 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. 2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əksgöstəriş, əməliyyatdan imtina etməsi) – 65-80 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 iyul 2023-cü il, “Xalq” qəzeti, 28 iyul 2023-cü il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1074) ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 2.2-ci bəndi yeni redaksiyada verilmişdir: 2.2.2 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda– 65-80 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir.

29. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən (xx.xx.2022-ci il tarixindən) əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.

30. İddiaçı barədə təkrar məhkəmə-tibb ekspertiza rəyinə əsasən ona “İ20.8-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, vaxtından əvvəl oyanma sindromu, WPW sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri (Holter (24 saat ambulator EKQ qeydi)) və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən iddiaçının ÜDS (ürək damar sistemi) xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunsa da, həmin xəstəliklər nəticəsində ÜDSin mülayim (35-60 faiz orqanizmin funksiyalarının pozulması) və ya ciddi disfunksiyası (65-80 faiz orqanizmin funksiyalarının pozulması) olduğu qeyd edilməmişdir. 31.Cavabdeh orqan tərəfindən xx.xx.2008-ci il, xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015ci il, xx.xx.2016-cı il tarixlərində iddiaçıya məhz 2-ci qrup əlillik (ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin etməsi işin mübahisəsiz halıdır. Odur ki, faktiki olaraq xx.xx.2022-ci il tarixində aparılmış müayinədə qeyd edilən xəstəliyin (İ20.8 Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatdan sonrakı vəziyyət), xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərində təyin edilmiş xəstəliklə (stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s.) məzmun etibarı ilə eynilik təşkil etməsinə baxmayaraq, cavabdeh orqan İddiaçı xeyrinə qərar qəbul etməmiş (diaqnoz əlillik əlaməti təyin etmir) və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

32. Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəyinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına X4) ambulator müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə (2008-ci il tarixdən 2021-ci il tarixədək iddiaçının həmin xəstəliklə (diaqnozla) 2-ci dərəcə əlilliyi olduğundan məhkəmə onda olan xəstəliyin məhz Meyarların 2.2.2-ci bəndinə uyğun olduğu qənaətindədir) baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 33.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

35. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

36. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

37. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

38. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

39. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

40. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

41. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Meyarların qeyd edilən bəndi (2.2.2-ci bənd) orqanizmin funksiyalarının 65-80 faiz pozulması müəyyən edir. Qaydaların 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halı 61-80 faiz kimi nəzərdə tutulmuşdur, iddia tələbi orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının müəyyən edilməsi ilə bağlı olduğundan tələb qeyd edilən şəkildə təmin edilir.

42. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar