Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7600/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin üzərinə onun 9 il işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 65 yaşının tamam olduğu, 21.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinin səbəbləri göstərilməklə imtina verilmişdir. Belə ki, cavabdeh 21 dekabr 1971-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixinədək sığorta stajını 17 il hesablamışdır ki, bu da, əmək pensiyasının təyin olunması üçün qanunla nəzərdə tutulmuş 25 il müddətindən azdır. O, cavabdehə müraciət edərək, 03 aprel 1989-cu il tarixindən 16 iyul 1998-ci il tarixinədək işlədiyi müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. Lakin, onun 03 aprel 1989-cu il tarixindən 16 iyul 1998-ci il tarixinədək işlədiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmadığı göstərilmişdir. 29 aprel 2021-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul edib. Hesab edir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və cavabehin imtinaedici qərarı mahiyyəti üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin ona ünvanlanmış cavablarından görünür ki, onlar onun sığorta stajını 17 il hesablayıblar. Lakin, bu ərizədə təqdim etdiyi sənədlərdən görünür ki, onun iş stajı 26 ildir. Lakin, həmin illəri onun stajına daxil edərək əmək pensiyanı buna uyğun olaraq yenidən hesablamaqdan imtina edilmişdir. Hesab edir ki, bu qanunsuzdur və onun üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fond tərəfindən 29.04.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu verilmişdir. İddiaçı ərizəsinə əlavə edilmiş 21.12.1971-ci il tarixli əmək kitabçasının, ******* nömrəli hərbi biletin və 287815 nömrəli peşə-texniki təhsil attestatının surətindən görünür ki, onun 01.01.2006-cı il tarixədək 17 il sığorta stajı və müvafiq olaraq hüququnun yarandığı tarixədək indeksləsdirilməklə 12 955,19 manat pensiya kapitalı vardır. Sosial Ödənişlərin Təyinatı üzrə X4 daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin xidməti yoxlaması nəticəsində tərtib edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə yə Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinin 02.04.2021-ci il tarixli Aktından görünür ki, vətəndaşın 03.04.1989-cu il tarixdən 16.07.1998-ci il tarixədək işlədiyi dövrlər üzrə sənədlər aşkar edilməmişdir (arxiv sənədi qoşmaya əlavə edilir). Bu səbəbdən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitaiı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çamış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir ill azaldılmaqla hesablanır. Həmin Qanunun 27.1 -ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-1 -ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd edirlər ki, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 21.02.2021-ci il tarixə tələb olunan pensiya kapitalı 28800 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən, Qanunun 22.1.1 -ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün İddiaçı Səiim oğlunun 01.01.2006-cı ii tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, İddiaçı Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı, eləcə də, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu hesablamaya görə ödənişin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29 aprel 2021-ci il tarilxi, **********5 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş 26.02.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 21.12.1971 -ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək sığorta stajı 17 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirirlər ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 və araşdırmalar şöbəsinin 02.04.2021-ci il tarixli aktına əsasən 03.04.1989-cu il tarixindən, 16.07.1998-ci il tarixinədək işlədiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2701 saylı Avtokalonu qeyd olunan dövrlərin arxiv sənədlərini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə, qeyd olunan dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 3 ay orta peşə-texniki təhsil almış, 09.06.1971-ci il tarixdən 21.06.1974-cü il tarixədək, 29.08.1974-cü il tarixdən 23.10.1974-cü il tarixədək, 14.01.1977-ci il tarixdən 25.05.1977-ci il tarixədək, 22.06.1977-ci il tarixədən 08.10.1977ci il tarixədək, 16.11.1977-ci il tarixdən, 24.06.1983-cü il tarixədək, 01.07.1983-cü il tarixdən 31.08.1983-cü il tarixədək, 01.09.1983-cü il tarixdən, 02.09.1985-ci il tarixədək, 02.09.1985-ci il tarixdən 03.02.1986-cı il tarixədək, 03.02.1986-cı il tarixdən, 01.12.1988-ci il tarixədək, 16.01.1989-cu il tarixdən 28.03.1989-cu il tarixədək, 03.04.1989-cu il tarixdən 16.07.1998-ci il tarixədək, 01.03.1999-cu il tarixdən 01.10.1999-cu il tarixədək müxtəlif peşələrdə işləmişdir. İşdə olan məhkəmənin sorğusuna Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli, 1-6-118/5915-21 nömrəli cavab məktubundan görünür ki, İddiaçı işlədiyi 1989-1998-ci illər üzrə 2701 sayı Avtokolonun sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədinin tərəflərindən verilməsi mümkün olmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş iddiaçıya məxsus 125 nömrəli şəxsi vərəqədən görünür ki, Dövlət Əmlak Komitəsinin 15.07.1997-ci il tarixli sərəncamına əsasən Müəssisənin adı dəyişərək "xxxx" ASC olmuşdur. O, 03.04.1989-cu il tarixdə sürücü vəzifəsinə qəbul edilmiş, 16.07.1998-ci il tarixdən 27 nömrəli, 16.07.1998-ci il tarixli əmrlə işdən azad edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşının tamam olduğu 21.02.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında onun 3 ay orta peşə-texniki təhsil alması, 09.06.1971-ci il tarixdən 21.06.1974-cü il tarixədək, 29.08.1974-cü il tarixdən 23.10.1974-cü il tarixədək, 14.01.1977-ci il tarixdən 25.05.1977-ci il tarixədək, 22.06.1977-ci il tarixədən 08.10.1977-ci il tarixədək, 16.11.1977-ci il tarixdən, 24.06.1983-cü il tarixədək, 01.07.1983-cü il tarixdən 31.08.1983cü il tarixədək, 01.09.1983-cü il tarixdən, 02.09.1985-ci il tarixədək, 02.09.1985-ci il tarixdən 03.02.1986-cı il tarixədək, 03.02.1986-cı il tarixdən, 01.12.1988-ci il tarixədək, 16.01.1989-cu il tarixdən 28.03.1989-cu il tarixədək, 03.04.1989-cu il tarixdən 16.07.1998ci il tarixədək, 01.03.1999-cu il tarixdən 01.10.1999-cu il tarixədək müxtəlif peşələrdə işləməsinə dair qeydlər mövcuddur. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərə, sosial sığorta stajı vardır və 01.01.2006-cı tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı müəyyən edilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasına, hərbi biletə və peşə-texniki təhsil attestatının surətinə əsasən 17 il sosial sığorta stajı və müvafiq olaraq hüququnun yarandığı tarixədək indeksləşdirilməklə 12955.19 manat pensiya kapitalı vardır. Sosial Ödənişlərin Təyinatı üzrə X4, Daxili Nəzarət və Monitorinq Departamentinin Monitorinq və Araşdırma Şöbəsinin xidməti yoxlaması nəticəsində tərtib edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinin 02.04.2021-ci il tarixli Aktına əsasən iddiaçının 03.04.1989-cu il tarixdən 16.07.1998-ci il tarixədək işlədiyi dövrlər üzrə sənədlər aşkar edilməmişdir Bu səbəbdən də, həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Əlavə olaraq, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 21.02.2021-ci il tarixə tələb olunan pensiya kapitalı qeydə alınmamışdır. Bununla da, iddiaçının Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı, eləcə də, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bununla da, iddiaçının Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı, eləcə də, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən, yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkü hesab edilmir. Məhkəmə cavabehin iddiaçının 03.04.1989-cu il tarixdən 16.07.1998-ci il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçı, əmək kitabçasının 28-29-cu səhifələrində olan 03.04.1989- 16.07.1998-ci illərdə 2701 saylı Avtokolonda işlədiyi illərlə bağlı qeydlərin mötəbərliliyinin sübut edilməsi məqsədilə məhkəməyə həmin İdarədə işlədiyi müddət ərzində adına açılmış 125 saylı şəxsi vərəqə təqdim etmiş, həmin şəxsi vərəqə "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş, şəxsi vərəqədə iddiaçının 03.04.1989-cu il tarixdən 16.07.1998-ci il tarixədək 2701 saylı Avtokolonda (Dövlət Əmlak Komitəsinin 15.07.1997-ci il tarixli sərəcamına əsasən müəssisənin adı dəyişərək "xxxx" ASC olmuşdur) işləməsi ilə bağlı qeydlər mövcuddur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliliyini şübhə altına alan hər-hansı bir əsasın mövcud olması müəyyən edilməmişdir. Göstərilən hal, isə cavabdehin iddiaçının sığorta stajının mötəbər sayılmaması ilə bağlı dəlillərini əsassız etmişdir. Məhkəmə eyni zamanda, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 01.01.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində qeyd edilir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşından, yəni 21.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7600/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7600/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver