Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7601/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli “Torpaq sahələrinin ayrılması haqqında” qərarı ilə, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonu Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün ayrılmış 7,0 ha ərazinin daxilində müəyyən edilmiş koordinatlar üzrə yerləşən, sahəsi 600 kv. metr olan, daimi istifadə üçün verilmiş 51 №-li bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli “Torpaq sahələrinin ayrlması haqqında” qərarı ilə, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. “Bərəkət” bağçılıq-bostançılıq və yoldaşlıq şirkətinin nizamnaməsinin təsdiq edilməsinə dair 54 saylı Qərar qəbul edilmişdir. Bağçılıq cəmiyyəti üzvlərinin 10 iyul 1991-ci il tarixli protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmişdir. Daimi istifadə üçün Novxanı ərazisində sahəsi 600 kv. metr olan 51 nömrəli bağ sahəsi və Abşeron rayon XDS İK-nin Bağçılıq yoldaşlığı möhürü ilə təstiqlənmiş 51№-li üzvlük kitabçası ona verilmişdir. Uzun müddətdir ki, torpaq sahəsi istifadəsinə verilsə də müəyyən səbəblərdən torpaq sahəsini daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmaq mümkün olmamışdır. Bağ sahəsi verildiyi zamandan indiyə qədər heç kimin istifadəsində olmayan və hasarlanma işləri aparılmamış ərazidir. Bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o, daha əvvəllər 4 saylı Abşeron ərazi idarəsinə dəfələrlə müraciət etmişdir. Sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatların (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) olmaması və bağçılığa aid olan arxiv sənədlərinin aşkar edilməməsi səbəbi ilə bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qonşuluqda yerləşən eyni bağçılıq tərəfindən verilmiş 53 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olunduqdan və ona verilmiş 51 nömrəli bağın dəqiq koordinatları müəyyən edildikdən sonra o, yuxarı instansiyalara müraciət etmişdir. Məlum olmuşdur ki, 53 nömrəli qonşu bağ sahəsi Bakı şəhəri Binəqədi rayonu ərazisi üzrə qeydiyyata alınıb. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********08 nömrəli və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********24 nömrəli cavab məktublarında sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün ilkin hüquqmüəyyənedici sənədlə birgə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etməyi bildirilmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********35 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə ayrılmış 7.0 ha torpaq sahəsinə dair ilkin sənədlər mövcuddur və BN-004633 nömrəli “Torpaqdan istifadə hüququqna dair Dövlət Aktı” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixində o, Əmlak Xidmətləri Məkanına bağ sahəsinin qeydiyyata alınmasına dair ərizə və qeydiyyat üçün əsaslardan hesab edilən bağçının üzvlük kitabçası ilə birgə müraciət etmişdir. Ərizəsində 53 nömrəli qonşu bağ sahəsinin Binəqədi rayonu üzrə dövlət reyestrinə qeydiyyata alınması faktını da xüsusi olaraq qeyd etmişdir. Son icra tarixi xx.xx.2022-ci il göstərilsə də, cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli ərizəsinin icrasındandan imtina bildirişi verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 12 aprel 2022-ci il tarixli bildirişi ilə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********86 saylı yazılı etirazında göstərmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi Abşeron İnzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********65 saylı cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən sahə üç tərəfi hasar olan ümumi ərazi daxilində yerləşir və 600 kv.m şərti olaraq göstərilir. Torpaq sahəsinin yerləşməsinə dair bağçılığın bölgü sxemi təqdim edilmədiyindən şərti göstərilən sahənin 51 saylı bağa aid olub-olmadığını aydınlaşdırmaq mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan 51 №-li Bağçılıq üzvülük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1991-ci il tarixdən bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul olunmuş İddiaçı Rza qızına Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli protokoluna əsasən Novxanı ərazisində Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv. metr olan 51 №-li bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin 19 mart 2019-cu il tarixli K-16 № -li arxiv arayışında (surəti) qeyd olunmuşdur ki, “Azərbaycan SSR Nazirlər Soveti” arxiv fondunda mühafizə edilən sənədlərində Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 №-li “Torpaq sahələri ayrılması haqqında” qərarında qeyd olunur ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılan sahənin Şimali Abşeron kurort zonasına daxil olduğunu nəzərə alaraq, ərazinin memarlıq görkəminin lazımi səviyyəsinin təmini üçün tikinti eskizi işlənilmiş və Dövlət Tikinti Komitəsi ilə müəyyən olunmuş qaydada razılaşdırılmışdır. Cavabdeh inzibati orqan da iddia tələbinə dair etirazında göstərmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Abşeron İnzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1993/2020 №li xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki; - İddiaçı (İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli qərarı ilə, Azərbaycan SSR X6 Komitəsinin təqdimatına əsasən, kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə verilən Novxanı ərazisində sahəsi 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsinin planı və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-1463/2019 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. - İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-197/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)-1463/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2-1(105)-197/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin qeyd olunan qərarında məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, həqiqətən Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 600 saylı “Torpaq sahələri ayrılması haqqında” qərarının, həmçinin Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin Azərbaycan Respublikası Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin Nizamnaməsinin qeydə alınması faktının, eləcə də iddiaçı da həmin bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də aldıqdan sonra hazırkı məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisində yerləşən daşınmaz əmlak ilə bağlıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını bildirdi. İPM-nin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir.Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair 2- 1(112)-7601/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7601/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7601/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver