Məhkəmə qərarları › İş №2-1(112)-7601/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7601/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7601/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, aşağıdakı sənədlərin elektron surəti:

1. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda);

2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda);

3. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda);

4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti;

5. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavlərində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlanması (izahı) və götürüldüyü uçot sənədləri;

6. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə material hərəkəti barədə məlumat (excel faylda);

7. Müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti;

8. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda);

9. Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab fakturalar, alış aktları, üzləşmə aktları və s.;

10. Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə);

11. Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri;

12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri (excel faylda);

13. Yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı;

14. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda);

15. Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri;

16. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri;

17. “Malların alış aktı” , “Malların electron alış aktı”, “Malların təhvil-qəbul aktı” “Malların alınması üçün vəkalətnamə”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Yük avtonəqliyyatı üçün yol vərəqi”, “Malların qaytarılması aktı”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt”.

18. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər;

19. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar;

20. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar;

21. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti;

22. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu;

23. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat;

24. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti;

25. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı;

26. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti;

27. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər;

28. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı;

29. Dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri;

30. Dəyəri 20.000 manatdan yuxarı olan bütün sığorta polisləri;

31. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə), ciddi hesabat blanklarının Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164444 nömrəli Qərarı ilə Cavabdeh MMC-də (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli **********164466 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı Cavabdeh MMC tərəfindən yoxlamaya zəruri sənədlər təqdim edilməmişdir. Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2023-cü il tarixli **********16755 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədlərdən yoxlama ilə əhatə olunan dövr üzrə 38 vərəq əməkhaqqı cədvəli, 61 vərəq qeyri-rezidentlərlə bağlanmış müqavilələr, 18014 nömrəli nəzrət kassa apartı üzrə 21 NKA çıxarışı, ********** nömrəli nəzarət kassa aparatı üzrə 10 NKA çıxarışı, 54 vərəq təsisçi ilə bağlanmış müqavilələr və 1 vərəq təsisçi tərəfindən verilmiş borcların hərəkəti cədvəli təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2023-cü il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət “Sənədlərin qismən təqdim olunması barədə” Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Odur ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya dair münasibət, yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164444 nömrəli Qərarı ilə "xxxx" MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəli səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı tərəfindən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********164466 nömrəli Tələbnamə qəbul edilmişdir və həmin Tələbnamədə "xxxx" MMC-dən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-cı maddələri əsas göstərilərək, zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. Sənədlərin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni xx.xx.2022-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi AZ 1029 Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 115 ünvanında təqdim olunması qeyd edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı sənədlərin müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq məsuliyyət daşıyırsız və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlər götürüləcəyi göstərilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə” Aktlarla müəyyən edilir ki, tələbnamədə göstərilən sənədlərdən yalnız bir qismi təqdim edildiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq həmin aktlar tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli **********16755 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” Qərardan görünür ki, yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin və əşyaların nümunə kimi götürülməsi qərara alınmışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı İqtisadiyyat Nazirliyi yanında Dölət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********164466 saylı Tələbnaməyə əsasən Cavabdeh MMC-dən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, vergilərin hesablanması üçün zəruri olan sənədləri təqdim edilməsini tələb edilmişdir. Vergi ödəyicisi qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri tam təqdim etməmişdir. Cavabdeh, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlamasının keçirilməsi və vergilərin hesablanması üçün yoxlamanın predmetinə aid olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə qeyd edilən sənədlərin elektron surətinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün aşağıdakı sənədlərin elektron surəti:

1. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda);

2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda);

3. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda);

4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti;

5. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavlərində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlanması (izahı) və götürüldüyü uçot sənədləri;

6. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə material hərəkəti barədə məlumat (excel faylda);

7. Müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti;

8. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda);

9. Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab fakturalar, alış aktları, üzləşmə aktları və s.;

10. Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə);

11. Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri;

12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri (excel faylda);

13. Yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı;

14. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda);

15. Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri;

16. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri;

17. “Malların alış aktı” , “Malların electron alış aktı”, “Malların təhvil-qəbul aktı” “Malların alınması üçün vəkalətnamə”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Yük avtonəqliyyatı üçün yol vərəqi”, “Malların qaytarılması aktı”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt”.

18. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər;

19. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar;

20. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar;

21. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti;

22. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu;

23. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat;

24. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti;

25. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı;

26. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti;

27. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər;

28. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı;

29. Dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri;

30. Dəyəri 20.000 manatdan yuxarı olan bütün sığorta polisləri;

31. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə), ciddi hesabat blankları Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar