Məhkəmə qərarları › İş №2-1(112)-7608/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7608/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7608/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X2 oglunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “tikililərə və torpaq sahəsinə dair vahid çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddai ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında, 63,0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin çıxarışına əsasən, çıxarışın 3/6 hissəsinin adına olan və həmin ünvanda yerləşən əlavə tikdiyi mövcud fərdi yaşayış otaqlarının, mövcud yarımtikili iki ədəd yardımçı tikililərin və istifadəsində olan həyətyanı torpaq sahəsinə dair vahid çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında, 63,0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin çıxarışına əsasən 1/6 hissəsi iddiaçıya, 1/6 hissəsi oğlu Bəydəmirzadə Raminə və 1/6 hissəsi qızı Bəydəmirzadə Elyaya məxsusdur. Eyni zamanda, yaşadıqları fərdi yaşayış evinin ön hissəsində 187 kv.m torpaq sahəsi mövcuddur. Torpaq sahəsi iyirmi ildən artıqdır ki, onların istifadəsindədir. Həmin torpaq sahəsinin içində iki yarımçıq yardımçı tikili 3,90x4,4 və 7,20x3,9 vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********60-10301 reyestr nömrəsi ilə fərdi yaşayış evinin texniki pasportu vardır. Texniki pasport PN-İNŞAAT MMC-nin memarlıq- planlaşdırma bölməsi tərəfindən 2021-ci il tarixdə onlara məxsus mövcud fərdi yaşayış evi, mövcud iki ədəd yarımçıq yardımçı tikili 3,90x4,4 və 7,20x3,9 və həyətyanı sahəsinin layihəsi çəkilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabehin **********45 nömrəli, 29 aprel tarixli məktubu ilə müraciətinə cavab olaraq, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan və mövcud tikililər söküldüyünü nəzərə alaraq, payçıların sözügedən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində məhvlə bağlı qeydiyyatın ləğv olunaraq torpaq sahəsinin sənədləşməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin və bölgü sxeminin təqdim edildikdən sonra müraciətə baxılması bildirilmişdir. Torpaq sahəsi mübahisəli olduğu üçün, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Çıxarışdan göründüyü kimi, tikili və torpaq sahəsi altı paydan ibarətdir, onun üç payı iddiaçıya və övladlarına, üç payı isə qonşuya məxsusdur, evlər və əmlak arasında neçə illərdir ki, daş hasar çəkilmişdir. Bu barədə cavabdehə bildirsə də, dedikləri nəzərə alınmamışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunvericiliyə uyğun olaraq iddia tələbinə oldugu kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahatında göstərdi ki, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğunu və mövcud tikililərin söküldüyünü nəzərə alaraq, payçıların sözügedən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində məhvlə bağlı qeydiyyatın ləğv olunaraq torpaq sahəsinin sənədləşməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin və bölgü sxeminin təqdim edildikdən sonra müraciətə yenidən baxılması barədə iddiaçıya ünvanlanan **********45 nömrəli, 29 aprel tarixli məktubla bildirilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd iddiaçının paylı mülkiyyətində olan evə dair deyil, cavabdeh tərəfindən ümumilikdə “ünvan 2 ünvanında, 63,0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin çıxarışına əsasən, çıxarışın 3/6 hissəsinin adına olan və həmin ünvanda yerləşən əlavə tikdiyi mövcud fərdi yaşayış otaqlarının, mövcud yarımtikili iki ədəd yardımçı tikililərin və istifadəsində olan həyətyanı torpaq sahəsinə dair vahid çıxarışın verilməsi”ndən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmalı və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında, 0,0063 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 49 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə baxılması barədə ünvanlanan **********45 nömrəli, 29 aprel tarixli məktubunda bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan və mövcud tikililərin söküldüyünü nəzərə alaraq, payçıların sözügedən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində məhvlə bağlı qeydiyyatın ləğv olunaraq torpaq sahəsinin sənədləşməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin və bölgü sxeminin təqdim edildikdən sonra müraciətinə yenidən baxıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.2.-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 39.1. çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. 39.2. əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. 61.2. ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Mülki Məcəllənin: 144.5.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmadığından və iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməməsi, belə bir halın məhkəmə araşdırması zamanı müəyyən edilməməsi səbəbindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğu müəyyən edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçıya izah edilir ki, iddia etdiyi daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusu olduğundan naturada payı ayrılmadan torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydə alınmasını tələb edə bilməz. Əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mübahisə olduqda isə mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz payının naturada ayrılmasını əmlakın oldugu yer üzrə ümumi yurisdiksiyalı məhkəməsi müstəvisində tələb edə bilər. Göstərilən məsələlər öz həllini tapdıqdan və iddiaçının paylı əmlakdan payı ayrıldıqdan sonra isə, həmçinin də əlavə tələb etdiyi (həmin ünvanda yerləşən əlavə tikdiyi mövcud fərdi yaşayış otaqlarının, mövcud yarımtikili iki ədəd yardımçı tikililərin və istifadəsində olan həyətyanı torpaq sahəsinə dair) daşınmaz əmlakla baglı müvafiq səlahiyyətli inzibati orqana əmlak hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etməklə müstəqil şəkildə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar