Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7609/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişllərin Təyinatı üzrə üzrə Mərkəzi Filialına qarşı «iş illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı (İddiaçı) xx xxxxxx 1956-cı il tarixdə Bərdə rayonnun Gülgəzli kəndində doğulmuşdur və hazırda orada yaşayır. Belə ki, o, 1970 – 1998-ci illərdə H.Aslanov adına kolxozda müxtəlif sahələrdə işləmişdir. 1970 – 1974-cü illərdə briqadada işləmiş, 5 noyabr 1974-cü il tarixdən 23 noyabr 1976-cı il tarixədək hərbi hissədə (xidmətdə) olmuş, N yanvar 1979-cu il tarixdən 1 aprel 1979-cu il tarixədək Bərdə rayon X4 sürücü vəzifəsində işləmiş, 1998-ci il tarixdə işlədiyi vəzifədən azad olunmuşdur. İşlədiyi dövrlərdə əmək stajının stajına əlavə olunaraq ona əmək pensiyasının verilməsi ilə əlaqədar DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun əmək kitabçası olmadığından, 1970 – 1998-ci illərdə kolxozda işləməsi faktını təstiq edib əmək stajını iş stajına əlavə etməkdən imtina olunmuşdur. Halbuki o, 1970 – 1998-ci illərdə həmin kolxozda işləmişdir. Həmçinin Bərdə “ASAN Xidmət” Mərkəzi tərəfindən veilmiş 32 saylı 5 fevral 2021-ci il tarixli arxiv arayışında onun 1970 – 1998-ci illərdə işləməsi öz təsdiqini tapsa da, DSMF-nun Bərdə rayon şöbəsi bunu nəzərə almamışdır. Bu səbəbdən kolxozda işləməsinə dair əmək stajının iş stajına müəyyən edilməsini istəyir. Onun 28 illik iş stajı var. Bu faktları X6 və İddiaçı təsdiq edə bilər. Odur ki, onun kolxozda 1970 – 1998-ci illərdə işləməsi faktını təstiq edib, əmək stajını iş stajına əlavə edilməsinə görə məhkəmə qərarına ehtiyacı var. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə, İPM-in 2.2-ci maddələrinə əsaslanaraq, onun 1970 – 1998-ci illərdə Bərdə rayonunda kolxozda işləməsi faktını təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü mdddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin icraatına qəbul olunduqdan sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1970 – 1998-ci illərdə Bərdə rayonu M.Hüseynzadə adına Kolxozda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Gəncə İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və cavabdeh tərəf iddiaya qarşı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddaçı İddiaçı cavabdeh DSMF Sosial Ödənişllərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul olunmuşdur. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Buna əsaslanaraq və İPM-in 1.2 və 47-ci maddələrini rəhbər tutaraq cavabdeh işə dair etirazını təqdim edir və hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsində 6N yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. “Qeyd”: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən 1 yanvar 2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. AR Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. AR Nazirlər Kabinetinin 638 nömrəli qərarı ilə təsdiq olunmuş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Bərdə rayonunun Gülgəzli kəndində doöulmuşdur. Onun pensiya hüququ 17 iyun 2020-ci il tarixdə yaranmışdır. İddiaçının DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti ilə əlaqədar 9 mart 2021-ci il tarixli əlverişsiz inzibati akt qəbul olunmuşdur. İddiaçının əmək kitabçası müvcud deyil və o, 1970 – 1998-ci illərdə Bərdə rayon “H.Aslanov adına kolxoz’da işlədiyini iddia edir. İşlədiyini iddia etdiyi illərlə bağlı təqdim etdiyi 5 fevral 2021-ci il tarixli 32 nömrəli arxiv arayışına əsasən ümumi stajı hesablandıqda cəmi 18 il 2 ay təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mövcud sosial sığorta stajı aşağıdakı cədvəldə təsvir olunmuşdur: ümumi stajı – 20 il 2 ay 18 gün; mübahisələndirilməyən illər (hərbi xidmət illəri) 2 il 18 gün, mübahisələndirilən illər (arxiv arayışına əsasən) 18 il 2 ay. Beləliklə «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qeyrimümkündür. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan 23 oktyabr 2017-ci il tarixli AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur və onun yaşayış yeri Bərdə rayonunun Gülgəzli kəndidir. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivinin 25 fevral 2021-ci il tarixli 32 nömrəli arxiv arayışında İddiaçı dövlət arxivində mühafizə olunan materiallara əsasən Bərdə rayonunun H.Aslanov (M.Hüseynzadə) kolxozunda 1970 – 1998-ci illər üzrə qazandığı əmək haqqı barədə aşağıdakılar bildirilir (minmum norma əmək günü 180): - 1970-ci il – 15 adam günü, 13 əmək günü; 1971-ci il – 46 adam günü, 53 əmək günü; 1972-ci il – 43 adam günü, 41 əmək günü; 1973-cü il – 53 adam günü, 71 əmək günü; 1974-cü il – 81 adam günü, 100 əmək günü; 1977-ci il – 81 adam günü, 308 əmək günü; 1978-ci il – “–“ adam günü, 205 əmək günü; 1979-cu il – 95 adam günü, 148 əmək günü; 1980-ci il – 151 adam günü, 361 əmək günü; 1981-ci il – 190 adam günü, 354 əmək günü; 1982-ci il – 104 adam günü, 266 əmək günü; 1983-cü il – 161 adam günü, 291 əmək günü; 1984-cü il – 179 adam günü, 301 əmək günü; 1985-ci il – 144 adam günü, 286 əmək günü; 1986-cı il – 148 adam günü, 233 əmək günü; 1987-ci il – 152 adam günü, 315 əmək günü; 1988-ci il – 142 adam günü, 295 əmək günü; 1989-cu il – 187 adam günü, 381 əmək günü; 1990-cı il – 140 adam günü, 321 əmək günü; 1991-ci il – 167 adam günü, 435 əmək günü; 1992-ci il – 200 adam günü, 780 əmək günü; 1993-cü il – 209 adam günü, 706 əmək günü; 1994-cü il – 96 adam günü, 610 əmək günü; 1995-ci il – 210 adam günü, “1.404.723 ə/h”; 1996-cı il – 158 adam günü, “1.301.498 ə/h”; 1997-ci il – 144 adam günü, “1.796.572 ə/h”; 1998-ci il – 69 adam günü, “256.822 ə/h”. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanasının 1/132 nömrəli 11 fevral 2021-ci il tarixli arayışında aşğıdakılar bildirilir: - İddiaçı N yanvar 1979-cu il tarixdən (2 nömrəli əmrlə) 1 aprel 1979-cu il tarixədək (45 nömrəli əmrlə) Bərdə rayon X4 sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxx 1956-cı il tarixdə doğulmuş İddiaçı 5 noyabr 1974-cü il tarixdən 23 noyabr 1976cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. Arxiv arayışı və hərbi biletinə əsasən o, 1970-ci ildən 1974-cü ilin noyabr ayınadək Bərdə rayonunda kolxozda işləmiş, 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək hərbi xidmətdə olmuş, 1977 – 1998-ci illərdə yendən kolxozda çalışmışdır (1979-cu ildə 3 ay müddət istisna olmaqla, həmin vaxtda Bərdə rayonu X4 sürücü işləmişdir). İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının X1 X7 Sisteminə əsasən 1 yanvar 2006-cı il tarixədək sıöorta stajı və 1 yanvar 2006-cı tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır, arxiv arayışı və hərbi bilet üzrə 25 il sığorta stajı da toplanmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən iş stajı üzrə (müvafiq arxiv arayış üzrə) dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra həmin dövrdə qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda AR Nazirlər Kabibnetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq, həmin norma iddiaçının 1992-ci ildən əvvəlki və 19980ci ilədək olan dövr üzrə əmək fəaliyyətinə münasibətdə tətbiq edilə bilər. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış (6N yaş + 2 il) yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajı olduqda. Məhkəmə icraatında iddiaçının “qeydə alınmış pensiya kapitalı”nın əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilir. Bu, həm də onunla təsdiq edilir ki, özünün təqdim etdiyi sənədlərə əsasən 1998-ci ildən sonrakı dövrdə əmək fəaliyyəti olmamışdır. İddiaçının sosial sığorta stajına gəldikdə isə məhkəmə vurğulayır ki, onun 1970 – 1974-cü illərdə və 1977 – 1998-ci illərdə kolxozda işləməsi, həmin dövrün arasında 3 ay sürücü işləməsi, 1974 – 1976-cı illərdə hərbi xidmətdə olmasına dair arxiv arayışı və hərbi bilet, onlarda olan məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər qiymətləndirilir. Lakin müvafiq arxiv arayışında iddiaçının 1970 – 1974 və 1977 – 1998-ci illərdə kolxozda işləməsi təsdiqini tapsa da, onun iş stajı müvafiq dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına münasibətdə hesablandıqda, həmin norma yerinə yetilmədiyindən, onun işlədiyi faktiki müddət nəzərə alınmalıdır. Bu halda isə, arxiv arayışına əsasən 1974 – 1976-cı illərdə 2 illik hərbi xidmət dövrü də daxil olmaqla onun 25 illik sığorta stajı toplanmış olmur. Çünki, həmin arayışda müəyyən olunmuş 180 günlük əmək iştirakı norması cəmi bir neçə il yerinə yetirilmişdir. Qalan illər üzrə faktiki işlədiyi günləri topladıqda isə, 1970 – 1974 və 1977 – 1998-ci illər üzrə iş stajı 23 il təşkil etmir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı fərdi hesabında “əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən” pensiya kapitalı qeydə alınmadığından və 25 il sığorta stajı toplanmadığından, ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi əmək qanunvericiliyinin müddəalarının, «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 19 və 24-cü maddələrinin tələblərinin pozulmasına səbəb olan hal qismində qiymətləndirilnəməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7609/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7609/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver