Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7609/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “elektron xidmətlər bazasında istismarçı adının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin elektron xidmətlər bazasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarçısı olaraq qeyd edilən "xxxx" MTK dəyişdirilərək İddiaçı MMC (VÖEN: **********) ilə əvəz edilməsi və bununla bağlı cavabdehdə və Bakı şəhəri üzrə ASAN Xidmət Mərkəzlərində sənədlərin qəbulu pəncərəsində xidmət göstərən əməkdaşlara, eləcə də aidiyyəti qurumlara məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İddiaçı MMC ilə "xxxx" MTK arasında 25 iyul 2005-ci il tarixli müqavilə bacglanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti İddiaçı MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan. 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı ‘Badu-Kubə” MTK-nın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi İddiaçı MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh və müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTKdan alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İcra qurumu tərəfindən yaşayış binasının istismarının, binaya və sakinlərə məxsus bütün sənədlərlə birlikdə "xxxx" MTKdan alınaraq İddiaçı MMC-yə verilməsi təmin edilmişdir. Göründüyü kimi "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasına dair bütün hüquqlarını, o cümlədən binanın istismarı və yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsi də daxil olmaqla itirmişdir. Hazırda yaşayış binasının istismarı tamamilə İddiaçı MMC-yə məxsusdur və sözügedən bina orada yaşayan sakinlərin istifadəsində olmaqla bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron xidmətlər bazasında binaya dair məlumatlarda hələ də binanın istismarçısı İddiaçı MMC-nin adı daxil edilməmiş, əksinə podratçı şirkət olan "xxxx" MTK-nın adı qeyd olunmuşdur. Eləcə də binada yerləşən mənzillərə dair həmin mənzillərin sakinləri tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Asan Xidmət Mərkəzləri üzrə xidmət pəncərələrinə müraciətlər edilərkən onlardan mənzilə dair sənədlərlə birlikdə "xxxx" MTK-dan “protokoldan çıxarış” gətirmələri tələb olunur. Halbuki "xxxx" MTK həmin binaya dair bütün hüquqlarını, o cümlədən binanın istismarı və yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsi də daxil olmaqla itirmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinə, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yazılı müraciətlər etsək də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən müraciətlərə cavab olaraq xx.xx.2025-ci il tarixli **********02 nömrəli məktubla cavab verilərək, formal mülahizələrə əsaslanmaqla tələbi icra edilməmişdir. Bütün miimkün (əlçatan) üsullardan istifadə etsə də, inzibati orqan məhkəmə qətnaməsi ilə təsdiq edilmiş hüquqları təmin etməkdən boyun qaçıraraq Azərbaycan Respublikası adından çıxarılmış və Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər, eləcə də dövlət qurumları tərəfindən icrası məcburi olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmışdır. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin elektron xidmətlər bazasında yaşayış binasına dair məlumatların yenilənməməsi hazırda həmin binada yaşayan sakinlərin hüquqlarının, eləcə də binanın istismarçısı olan İddiaçı MMC-nin qanuni mənafelərinin pozulmasına gətirib çıxarır. Eyni zamanda “yaşayış binasına dair məlumatların yenilənməməsi”, yəni hələ də binanın istismarçısı qismində "xxxx" MTK-nın qeyd olunması dövlət qurumu tərəfindən vətəndaşlara xidmət göstərilərkən çaşqınlıq yaratmaqla xidmətin əməkdaşları tərəfindən vətəndaşlardan tələb edilən sənədlərin siyahısında "xxxx" MTK-dan bir sıra sənədlərin, eləcə də “protokoldan çıxarışın” tələb olunmasına səbəb olur ki, bu da tamamilə qanunsuzdur. Sözügedən hal "xxxx" MTK-nın təsisçilərinin saxtakarlıq və dələduzluq əməllərinin vüsət almasına səbəb olmaqla, saxta sənədlərin (protokoldan çıxarışların) hazırlanmasına münbit şərait yaradır. Belə ki, inzibati orqanın əməkdaşları tərəfindən hələ də vətəndaşlara "xxxx" MTK-dan bir sıra sənədlərlə yanaşı “protokoldan çıxarış” təqdim etməli olmaları bildirildiyindən onlar da həmin hüquqi şəxsin hətta imza səlahiyyəti olmayan şəxslərinə müraciətlər edərək saxta "protokoldan çıxarış”-lar alaraq istər inzibati orqana, istərsə də məhkəməyə təqdim edirlər. Halbuki “Badu-Kübə" MTK-nın belə bir səlahiyyəti yoxdur. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələ müzakirə edildi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarçısı olaraq qeyd edilən "xxxx" MTK dəyişdirilərək İddiaçı MMC (VÖEN: **********) ilə əvəz edilməsi və bununla bağlı cavabdehdə və Bakı şəhəri üzrə ASAN Xidmət Mərkəzlərində sənədlərin qəbulu pəncərəsində xidmət göstərən əməkdaşlara, eləcə də aidiyyəti qurumlara məlumat verilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona yönəlmişdir ki, yaşayış binasında mənzil alan şəxslər mənzilə mülkiyyət hüququnun qeydə alınması zamanı cavabdehə müraciət edən zaman vətəndaşlardan "xxxx" MTK-ya dair sənədlər, xüsusilə də ümumi yıəıncağın qərarı tələb edilməsin. İddiaçı bunu onunla əsaslandırır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK-dan alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi tələbi qanunvericiliyin tələbidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər sadalanmışdır. Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, yaşayış binasında mənzilə dair mülkiyyət hüququnu qeydə almaq istəyən şəxslərdən ümumi yığıncağın qərarının tələb edilməsi qanunvericiliyin tələblərindən irəli gəlir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İddiaçı MMC ilə "xxxx" MTK arasında 25 iyul 2005-ci il tarixli müqavilə bacglanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti İddiaçı MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan. 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı ‘Badu-Kubə” MTK-nın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı MMC ilə Badu-Kübə” MTK arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən MTK-ya yaşayış binasından daşınmaz əmlakların satılması ilə bağlı razılıq əldə edilmiş və bir müddət MTK tərəfindən həmin binada daşınmaz əmlakarın satışı həyata keçirilmiş və vətəndaşlarla MTK arasında müqavilələr bağlanmış və maliyyə arayışı verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh İdarənin mülkiyyət hüququ qeydə aldırmaq üçün müraciət edən şəxslərdən MTK-nın ümumi yııncağın qərarının tələb edilməsi qanunvericliyin tələblərindən irəli gəlir. İddiaçının hazırkı tələbi aydın olmamaqla, hüquqi marağı müəyyən edilmir. Çünki, yaşayış binasının istismarçısının dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı isə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasına diar "xxxx" MTK-nın hər hansı əmlak hüququnun dövlət reyestrində qeydiyyata alınması müəyyən edilməmişdir. Həmçinin məhkəmə icraatında olan həmin binaya dair iddia tələbləri üzrə məhkəmə sorğusuna verilən cavablara Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismara icazə sənədi yoxdur. Ona görə də, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7609/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7609/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver