Məhkəmə qərarları › İş №2-1(112)-7612/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7612/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7612/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna yaranan 218,22 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri Yasamal rayonu Şərifzadə 67 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Koreya istehsalı olan 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd 60 kv.m-lik ELİT markalı kondisioner və Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd ULU markalı vitrin soyucudu olmaqla ümumilikdə 800 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna yaranan 218,22 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri Yasamal rayonu Şərifzadə 67 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Koreya istehsalı olan 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd 60 kv.m-lik ELİT markalı kondisioner və Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd ULU markalı vitrin soyucudu olmaqla ümumilikdə 800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna yaranan 218,22 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ağır maliyyə vəziyyəti ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna həqiqətən də 218,22 manat məbləğində ödənişi vaxtında edə bilməmişdir. Lakin hal-hazırda Dövlət Sosial Müdafiə Fonduna olan borcları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ödəməklə borcları tam şəkildə bağlamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 275,11 manat məbləğində pulu ********** qeydiyyat kodu ilə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 1247,50 manat məbləğində pulu ********** qeydiyyat kodu ilə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 92,20 manat məbləğində pulu ********** qeydiyyat kodu ilə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 256,62 manat məbləğində pulu ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 15 manat məbləğində pulu ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 248,45 manat məbləğində pulu ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansına köçürmüşdür. Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış **********7 saylı xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, onun xx.xx.2022-ci il tarixə ümumilikdə 718,22 manat, o cümlədən: muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə 675 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 43,22 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********5 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********0 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən baş dövlət vergi müfəttişi X1 və baş dövlət vergi müfəttişi X3 tərəfindən vergi ödəyicisi Cavabdeh fəaliyyət göstərdiyi Bakı şəhəri Yasamal rayonu Şərifzadə 67 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Koreya istehsalı olan 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd 60 kv.m-lik ELİT markalı kondisioner və Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd ULU markalı vitrin soyucudu olmaqla ümumilikdə 800 manat məbləğində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********159000 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə fiziki şəxs Cavabdeh vergi üzrə vərəqədə 14,97 manat faiz borcu, sosial sığorta haqları üzrə vərəqədə 2,58 manat əsas, işsizlikdən sığorta haqları üzrə vərəqədə 92,96 manat əsas, 75 manat faiz borcu və icbari tibbi sığorta haqları üzrə vərəqədə 0,63 manat əsas borcu mövcuddur. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********370400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vergi ödəyicisi Cavabdeh xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu mövcud deyil. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək Dövlət Sosial Müdafiə Fonduna olan borclarının hamısını ödədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********370400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vergi ödəyicisi Cavabdeh xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar