Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-762/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səyyar vergi yoxlaması ilə hesablanmış 225751,55 manat vergi məbləğinin hesablanmasının və ona 114955,8 manat maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi müəssisəmizdə səyyar vergi yoxlaması aparılmışdır. Aparılmış yoxlama Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən təyin edilərək 22.05.2020-ci il tarixdə başlanıldı və 11.02.2021-ci il tarixdə başa çatdırıldı. Adıçəkilən yoxlama dövrü 2017-ci ilin 4-cü rübü ilə 2020-ci ilin 1-ci rübünü əhatə edir. Bu dövr ərzində yoxlama müxtəlif səbəblərdən ya müvəqqəti uzadıldı ya da müvəqqəti dayandırıldı. Aparılmış yoxlamanın nəticəsi olaraq 15.02.2021-ci il tarixdə tərtib edilmiş akt iddiaçıya 17.02.2021-ci il tarixdə təqdim edilmişdir. Yoxlamanın Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. Lakin Vergi Məcəlləsinin tələblərindən görünür ki, müəssisədə aparılmış yoxlamalar qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Aparılmış yoxlamanın qanunverciliyin tələbləri pozulmaqla aparıldığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qanunverciliyin tələbindən göründüyü kimi cavabdeh orqan tərəfindən aparılmış yoxlama tam qanunsuz və əsassız olmuşdur. Həmçinin bildirir ki, aparılmış Səyyar vergi yoxlaması ilə müəssisəmizə 225751,55 manat vergi məbləği hesablanmış və həmin vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi aparılmış yoxlama qanunsuz və əsasız olduğundan həmin yoxlamanın nəticələri də qanunsuz və əsassız hesab edilməldir. SVY 30 gündən artıq davam edə bilməz, yəni, 22.05.2020-ci il tarixində yoxlama başlamış, 22.06.2020-ci tarixində başa çatmalı idi. Lakin SVY qeyd edilən tarixdə başa çatmamış, müddət düzgün olmadan 11.02.2021-ci il tarixədək davam etmişdir. SVY əsassız olaraq qəbul edilmiş qərarlarla 266 gün davam etdirilmişdir.
3. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı səyyar vergi yoxlaması ilə hesablanmış 225751,55 manat vergi məbləğinin hesablanmasının və həmin məbləğə hesablanmış maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz hesab edilməsini iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarı qeyd etməmiş və bununla bağlı tələbini düzgün əsaslandırmamışdır. Bu səbəbdən iddia mümkün sayılmamalıdır.
4. Məhkəmənin 19.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 02.04.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğiin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi kimi dəyişdirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman cavabdeh orqan tərəfindən Vergi ödəyicisinin və ya siğortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 02.04.2021-ci il tarixli **********145811 nömrəli qərar müəssisəyə təqdim edilməmişdir. Hazırda adıçəkilən qərar 02.04.2021-ci il tarixdə təqdim olunduğundan iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır.
5. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin tələbləri pozulmaqla aparılması, cavabdeh tərəfindən aparılan yoxlamanıri qanunsuz və əsassız olması, səyyar vergi yoxlamasının 30 gündən artıq davam etməsi; 22.05.2020-ci il tarixdə başlanan yoxlamanın 22.06.2020-ci il tarixində başa çatmalı olmasına baxmayaraq düzgün olmadan 11.02.2021-ci il tarixədək davam etməsi və yoxlamanın əsassız olaraq qəbul edilmiş qərarlarla 266 gün davam etdirilməsi barədə iddia ərizəsində göstərdiyi dəlillər tamamilə əsassızdır. Bununla bağlı aşağıdakılar qeyd edilir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün tələblərə riayət olunmuşdur.’ Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması bu maddədə göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Bildirilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.05.2020-ci il tarixli **********200072 nömrəli qərar ilə təyin edilən yoxlama 21.05.2020-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY201455379; 21.05.2020-ci il), yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Eyni zamanda dayandırma barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur (çıxarış və qərarlar əlavə olunur). Uçot-baza məlumatına əsasən İddiaçı əsas fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlən qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanl yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindəri lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 11.12.2004-cü il tarixli 295 saylı sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən 1,25 hektar torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 5 ədəd 1 girişli 16+mansard mərtəbəli, 435 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikintinin ümumi sahəsi 80363,14 kv.m. (o cümlədən: yaşayış sahəsi 43576,2 kv.m., qeyri-yaşayış sahəsi 3690,93 kv.m., mansard sahəsi 1591,20 kv.m., zirzəmi 25937,61 kv.m., pilləkən, dəhliz, lift sahəsi 5567,2 kv.m.) təşkil edir. İddiaçındə təməlqoyma işləri 2007-ci il tarixədək aparıldığı üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ödəyicisi olmamışdır. Əvvəlki yoxlamalarla 48507,43 kv.m (o cümlədən yaşayış sahəsi 43576,2 kv.m., qeyri-yaşayış 3690,93 kv.m., mansard 1240,3 kv.m.) satışa yararlı sahə əhatə olunmuşdur. Cari yoxlama ilə əlavə olaraq 1650,70 m mansard sahəsinin və 38 ədəd qarajın (871 kv.m.) satıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Bildirilmişdir ki, səyyar vergi yoxlaması ilə bağlı vergi ödəyicisinə 22.05.2020-ci il tarixli **********200166 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim olunmuşdur. Vergi ödəyicisi qeyd olunmuş tələbnaməyə 02.06.2020-ci il tarixli **********022100 nömrəli məktubla cavab verərək, 03.04.2015-ci il tarixdən 03.04.2020-ci il tarixədək koorperativin fəaliyyətinin rəsmi olaraq 5 illik dayandırıldığını, yoxlama dövrünə aid heç bir sənədlərinin olmadığını bildirərək hər hansi sənədin təqdim edilə bilməyəcəyini bildirmişdir. 22.05.2020-ci il tarixli **********200166 nömrəli tələbnamə üzrə tələb olunan sənədlər yoxlamaya təqdim olunmamış və bu barədə 19.06.2020-ci il tarixdə “Sənədlərin yoxlamaya təqdim edilməməsi haqqında” akt tərtib edilmişdir. Eyni zamanda 22.06.2020-ci il tarixli **********137496 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılmış, lakin sənədlər yoxlamaya təqdim olunmamış və nəticəsi 01.07.2020-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilmişdir. Yoxlama zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25.08.2020-ci il tarixli **********4406 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarının icrası zamanı vergi ödəyicisinin səyyar vergi yoxlaması dövründə fəaliyyətinin olduğu sənədlərlə müəyyən edilmişdir. Bununla əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 25.08.2020-ci il tarixli **********4420 nömrəli qərara əsasən 28.08.2020-ci il tarixli DVX 000148 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokolla sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülmüşdür. Qərar, protokol və akt İddiaçı MTK-nın rəhbəri X5 tərəfindən imzalanmışdır. Eyni zamanda S.Əhmədov götürülmüş sənədlərin kserosurətinin çıxarılaraq öz imzası və cəmiyyətin möhrü ilə təsdiq olunduğunu və vergi orqanın yoxlamanı keçirən vəzifəli şəxslərinə təqdim edildiyini izahatı ilə də təsdiq etmişdir. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması Baş İdarənin 11.11.2020-ci il tarixli **********141574 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən götürülmüş satış sənədləri və koorperativin rəhbəri S. Əhmədovun 28.12.2020- ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.m.-nin 900,0 manat, qeyri-yaşayış sahələrinin hər kv.m.-nin 1500,0 manat, mansard sahəsinin hər kv.m.-nin 540,0 manat, qarajların (0-25 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat (26-35 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicidən götürülmüş sənədlərlə 2891,0 kv.m. (3601,0 kv.metr-710,0 kv.m. yenidən rəsmiləşdirmə) mansard sahəsinin (cədvəl əlavə olunmuşdur) və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə əlaraq, cari yoxlama ilə 1650,70 m2 (2891,0 kv.m. ümumi satılmış sahə-1240,3 kv.m. yoxlama ilə əhatə olumuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir. Həmin Məcəllənin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı hesablamalar aparılmışdır. Əlavə dəyər vergisinin yoxlanması üzrə: Vergi ödəyicisi yoxlanılan dövr ərzində ƏDV-nin ödəyicisi olmuşdur. Əlavə dəyər vergisinin düzgünlüyü yoxlanılarkən aşağıdakılar müəyyən edildi. Mansard satışı üzrə: 1564,70 kv.m. x 540,0 man=844938,00 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 56 kv.m. x 600,0 man=33600,00 manat satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 30,00 kv.m.x 500,0 manat=15000,0 manat satış müqaviləsindəki qiymətə əsasən satış olmaqla ümumilikdə yoxlama ilə 893538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Qaraj satışı üzrə: 36 ədəd qaraj x 15000,0 man=540000,0 manat bazar qiyməti tətbiq edilməklə satışdan gəlir, (sahələri 0-25 m aralığında olan qarajlar) 1 ədəd qaraj x 18000,0 manat=18000,0 manat bazar qiyməti tətbiq edilməklə satışdan gəlır.(sahəsi 25-35 m aralığında olan qaraj) 1 ədəd qaraj x 12000,0 man=12000,0 manat satış müqavilələrindəki qiymətlərə əsasən satış olmaqla ümumilikdə yoxlama ilə 570000,0 manat (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Yoxlamanın zamanı əlavə dəyər vergisinin ümumilikdə 1463538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırıldığı müəyyən olunmuşdur. Əlavə dəyər vergisinə cəlb olunan gəlir: 1240286,44 manat (1463538,0 man/1,18). Əlavə dəyər vergisi: 223251,55 manat (1240286,44 manat x 18%) Yoxlama ilə müəyyən olunmuş və vergi ödəyicisi tərəfindən bəyannamə təqdirh etməməklə yayındırılmış ümumi 1240286,44 manat (ƏDV-siz) satış dövriyyəsinin 12711,86 manatı (ƏDV-siz) 2018-ci ilin aprel ayında, 12711,86 manatı (ƏDV-siz) 2019-cu ilin fevral ayında satışdan gələn gəlir olduğu üçün aidiyyəti üzrə 2018-ci ilin aprel və 2019cu ilin fevral ayının bəyannamələrində müvafiq hesablamalar aparılmışdır. Ümumi satışdan gələn gəlirin 1214862,72 manatının (1240286,44-25423,72) isə 12711,86 manatı (ƏDV-siz) 2020-ci ilin mart ayında, qalan 1202150,86 manat (1214862,72-12711,86) olan hissəsinin isə yoxlama dövründən əvvəl satıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlama dövrünün son hesabat dövründə, yəni 2020-ci ilin mart ayında hesablanması aparılmışdır. Beləliklə, yoxlama nəticəsində əlavə dəyər vergisi üzrə 223251,55 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindəri bəyannamə təqdim etməməklə yayındırılmış 223251,55 manat ƏDV məbləğinə 50% yəni', 111625,80 manat maliyyə sanksiyyası tətbiq edilmişdir. Mənfəət vergisinin yoxlanılması üzrə:
Mənfəət Vergi məbləği Fərq vergisinin müqayisəli VÖ bəyannamə Kameral SVY Azaldılmış Artıq cədvəli məlumatı bəyannamə bəyannamə dır hesablanmışd (Azərbayca məlumatı məlumatı ır 2017-ci 0 0 1652,54 1652,5 0 il2018-ci 0 0 423,73 4 423,73 0 il2019-ci 0 0 423,73 423,73 0 ilCəmi 0 0 2500,00 2500,0 0 0 Bildirilmişdir ki, İddiaçı yoxlanılan dövr üzrə mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması Baş İdarənin 11.11.2020-ci il tarixli **********141574 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən götürülmüş satış sənədləri və koorperativin rəhbəri S.Əhmədovun 28.12.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.metrinin 900,0 manat, qeyri-yaşayış sahəllərinin hər kv.metrinin 1500,0 manat, mansard sahəsinin hər kv.metrinin 540,0 manat, qarajların (0-25 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat, (26-35 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicidən götürülmüş sənədlərlə 2891,0 m2 (3601,0 kv.metr-710,0 m2 yenidən rəsmiləşdirmə, cədvəl əlavə olunmuşdur) mansard sahəsinin və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə əlaraq, cari yoxlama ilə 1650,70 kv.m. (2891,0 kv.m. ümumi satılmış sahə-1240,3 m2 yoxlama ilə əhatə olumuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış yazışmalarda köhnə dövrlərdə yuxarıda qeyd olunmuş qaraj və mansard sahələrinin satılmadığı dəfələrlə qeyd olunmuşdur. Qeyd olunanlar və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrini nəzərə alaraq, koorperativə yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı qaydada hesablama aparılmışdır. 2017-ci ilin mənfəət vergisi üzrə: Mansard satış üzrə: 75 kv.m. x 540,0 man=40500,0 manat (ƏDV-daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Qaraj satışı üzrə: 1 ədəd qaraj (32 kv.m.) x 18000,0 man=18000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2017-ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 49576,27 manat dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 1652,54 manat mənfəət vergisi hesablanmışdır. 2018-ci ilin mənfəət vergisi üzrə: Mansard satışı üzrə: 30,00 kv.m. sahə üzrə 15000,0 manat (ƏDV daxil) satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2018-ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711,86 manat dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 423,73 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu ilin mənfəət vergisi üzrə: Qaraj satışı üzrə: 1 ədəd qaraj (24 kv.m) x 15000,0 man=15000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2019-cu ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711,86 manat dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 423,73 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama nəticəsində mənfəət vergisi üzrə 2500,0 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 2500,0 manat mənfəət vergisinə görə 50% yəni, 1250,0 manät maliyyə sanksiyyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 15.02.2021 -ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021- ci il tarixli **********145811 nömrəli nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycäh Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digör üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur- əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tarri və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildö göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021-ci il tarixli **********145811 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.
7. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 02.04.2021-ci il tarixli №**********145811 qərara əsasən vergi orqanı tərəfindən mənfəət və əlavə dəyər vergisi üzrə 225751,55 manat əlavə hesablama, 114555,8 manat maliyyə sanksiyası, torpaq vergisi üzrə 3000 manat artıq hesablama aparılmışdır.
8. Qeyd edilən qərarda qeyd edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 11.12.2004cü il tarixli 295 saylı sərəncamına əsasən İddiaçı barəsində ünvan 2 ünvanda yerləşən 1,25 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 5 ədəd 1 girişli 16+mansard mərtəbəli, 435 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikinti başa çatmış, faktiki olaraq yaşayış vardır. Tikintinin ümumi sahəsi 80363,14 kv.m. (o cümlədən: yaşayış sahəsi 43576,2 kv.m, qeyri-yaşayış sahəsi 3690,93 kv.m., mansard sahəsi 1591,2 kv.m. zirzəmi 25937,61 kv.m., pilləkən, dəhliz, lift sahəsi 5567,2 kv.m. təşkil edir. Əvvəlki yoxlamalarla 48507,43 kv.m. (o cümlədən yaşayış sahəsi 43576,2 kv.m, qeyri-yaşayış 3690,93 kv.m. mansard 1240,3 kv.m.) satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25.08.2020-ci il tarixli **********4406 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının icrası zamanı vergi ödəyıcisinin səyyar vergi yoxlaması dövründə fəaliyyətinin olduğu sənədlərlə müəyyən edilmiş və 28.08.2020-ci il tarixli DVX 000148 nömrəli "Sənədlərin və nümunə kilin əşyaların götürülməsi haqqında" Protokolla sənədlərin vergi ödəyicısi tərəfindən təsdiq olunmuş surətləri götürülmüşdür. Vergilərin hesablanması Baş idarənin 11.11.2020-ci il tarixlı **********141574 nömrəli "Ekspertizanın təyin edilinəsi haqqında" Qərarına əsasən “MBA LTD MMC tərəfindən verilmiş 11.02.2021-ci il tarixli “Ekspertin rəyi", vergi ödəyicisindən götürülmüş satış sənədləri və koorperativin rəhbərinin 28.12.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.metrinin 900,0 manat, Qeyri-yaşayış sahələrinin hər kv.metrinin 1500,0 manat, Mansard sahəsinin hər kv. metrinin 540,0 manat, Qarajların (0-25 kv metr aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat, (26-35 kv metr aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən olunmuşdur. Operativ vergi nəzarəti tədbiri ilə ödəyicidən götürülmüş sənədlərlə 2891,0 kv metr (3601,0 kv metr-710,0 kv metr yenidən rəsmiləşdirmə, cədvəl əlavə olunmuşdur) mansard sahəsinin və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur, əvvəlki yoxlamalarla 1240,3 kv.metr mansard sahəsinin əhatə olunduğunu nəzərə alaraq cari yoxlama ilə 1650,70 kv metr (2891,0 кv metr ümumi satılmış sahə-1240,3 kv metr yoxlama ilə əhatə olunmuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakın əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur, Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış yazışmalarda köhnə dövrlərdə yuxarıda qeyd olunmuş qaraj və mansard sahələrinin satılmadığı dələlərlə qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq kooperativə yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı hesablamalar aparılmışdır. Mansard satışı üzrə: 1564.70 kv.metr x 540,0 man=844938,00 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satış dövriyyəsinin olduğu müəyyən edilmişdir (ekspert rəyinə əsasən). 56 kv.metr x 600,0 man = 33600,00 manat satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 30,00 kv. metr x 500,0 manat = 15000,0 manat satış müqaviləsindəki qiymətə əsasan satış olmaqla ümumilikdə yoxlama ilə 893538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Qaraj satışı üzrə: 36 ədəd qaraj x 15000,0 man = 540000,0 manat bazar qiyməti tətbiq edilməklə satışdan gəlir (sahələri 0-25 kv metr aralığında olan qarajlar) 1 ədəd qaraj x 18000,0 manat = 18000,0 manat bazar qiyməsi tətbiq edilməklə satışdan gəlir (sahəsi 25-35 kv metr aralığında olan qaraj) 1 ədəd qaraj x 12000,0 man = 12000,0 manat satış müqavilələrindəki qiymətlərə əsasən satış olmaqla ümumilikdə yoxlama ilə 570000,0 man (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq əlavə dəyər vergisi üzrə ümumilikdə 1.463.538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin ödəyici tərəfindən bəyannamə təqdim etməməklə yayındırıldığı müəyyən olunmuşdur. Əlavə dəyər vergisinə cəlb olunan gəlir: 1240286,44 man (1463538,0 man/ 1,18). Əlavə dəyər vergisi: 223251,55 man (1240286,44 man x 18%) Yoxlama ilə müəyyən olunmuş vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış ümumi 1240286,44 manat (ƏDV-siz) satış dövriyyəsinin 12711,86 manatı (ƏDV-siz) 2018-ci ilin aprel ayında, 12711,86 manatı (ƏDV-siz) 2019-cu ilin fevral ayında satışdan gələn gəlir olduğu üçün aidiyyəti üzrə 2018-ci ilin aprel və 2019-cu itin fevral ayının bəyannamələrində müvafiq hesablamalar aparılmışdır. Ümumi satışdan gələn gəlirin 1214862,72 manatının (11240286,44-25423,72) isə 12711,86 manatı (ƏDV-siz) 2020-ci ilin mart ayında, qalan 1202150,86 manat (1214862,72-12711,86) olan hissəsinin isə yoxlama dövründən əvvəl satıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlama dövrünün son hesabat dövründə, yəni 2020-cı ilin may ayında hesablanması aparılmışdır. Yoxlama nəticəsində Əlavə dəyər vergisi üzrə 223251,55 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasan vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 223251,55 manat ƏDV məbləğinə 50%, yəni 111625,80 manat maliyyə sanksiyyası tətbiq edilmişdir. Mənfəət vergisinin yoxlanılması nəticəsində: 2017 ci il mənfəət vergisi üzrə: Mansard satışı üzrə 75 kv.m x 540,0 man=40500,0 manat (ƏDV-daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Qaraj satışı üzrə: 1 ədəd qaraj (32 kv metrlik) x 18000,0 man=18000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2017-ci ilin mənfəət vergisi dövrü uzrə ümumilikdə 49576,27 manat (58500,0 manat/1,18) dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 1652,54 manat (49576,27/6x20%) mənfəət vergisi hesablanmışdır. 2018-ci il mənfəət vergisi üzrə: Mansard satışı üzrə: 30,00 kv. metr sahə üzrə 15000.0 manat (ƏDV daxil) satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2018-ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711, 86 manat (15000,0 manat/1,18) dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasan vergi ödəyicisinə 423,73 manat (12711,86 / 6x20%) mənfəət vergisi hesablanmışdır. 2019-cu il mənfəət vergisi üzrə: Qaraj satışı üzrə 1 ədəd qaraj (24 kx metrlik) x 15000,0 man = 15000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2019-cu ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711.86 manat (15000,0 manat / 1,18) dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 423,73 manat (12711,86 / 6x20%) mənfəət vergisi hesablanmışdır. Yoxlama nəticəsində mənfəət vergisi üzrə 2500,0 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 2500,0 manat mənfəət vergisinə görə 50%, yəni 1250,0 manat maliyyə sanksiyyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisinə kameral yoxlama ilə 2018-ci il üzrə 1500, 0 manat və 2019-cu il üzrə 1500,0 manat olmaqla ümumilikdə 3000,0 manat torpaq hesablanmışdır. Vergi ödəyicisindən götürülmüş sənədlərlə yoxlama aparıldıqda torpaq vergisi uzrə kameral hesablanmış 3000,0 manat məbləğin ilkin sənədlərlə təsdiqini tapmadığı üçun müvafiq azaldılma aparılmış, Vergi və sosial hesabatların qanunla müəyyən olunmuş müddətdə vergi orqanlarına təqdim edilmədiyi üçün 1680,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödayicısinin özünümüdafiəsi üçün gətirdiyi dəlillər vədigəı sənədlər: Vergi ödəyicisi səyyar vergi yoxlaması aktı ilə aparılmış hesablamalarla razı olmadığını bildirmiş, lakin heç bir dəlil təqdimetməmişdir.
9. Məhkəmə iclasında izahat verən yoxlayıcı, dövlət vergi müfəttişi X3 izahat verərək bildirdi ki, yoxlama dövrü üzrə araşdırma predmeti olan mansard və qarajın satışı müqavilələri hazırki yoxlama dövrü zamanı müəyyənləşdirirək aktlaşdırılmışdır.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
16. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
17. İddiaçı əsas fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarətdir.
18. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.05.2020-ci il tarixli **********200072 nömrəli qərar ilə təyin edilən yoxlama 21.05.2020-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY201455379; 21.05.2020-ci il), yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Eyni zamanda dayandırma barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur.
19. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlanılan dövr: 01.11.2017-01.04.2020; yoxlamanın müddəti (başlama, sona çatma tarixi: 22.05.2020-10.07.2020) 06.07.2020 tarixindən 06.08.2020 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 07.08.2020 tarixindən 07.09.2020 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 08.09.2020 tarixindən 08.10.2020 tarixinədək (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 09.10.2020 tarixindən 10.11.2020 tarixinədək (33 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü iləmütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 11.11.2020 tarixindən 11.12.2020 tarixinədək (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 11.12.2020 tarixindən 11.01.2021 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 11.01.2021 tarixindən 11.02.2021 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi.
20. Əvvəlki yoxlamalarla 48507,43 kv.m. (o cümlədən yaşayış sahəsi 43576,2 kv.m, qeyriyaşayış 3690,93 kv.m. mansard 1240,3 kv.m.) satışa yararlı sahə əhatə olunmuşdur. Operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisindən götürülmüş sənədlərlə 2891,0 kv.m. (3601,0 kv.m. – 710 kv.m. yenidən rəsmiləşdirmə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən edilmişdir. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə alaraq cari yoxlama ilə 1650,70 kv.m. (2891,0 kv.m. ümumi satılmış sahə - 1240,3 kv.m. yoxlama ilə əhatə olumuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur.
21. İddiaçının dəlili ondan ibarətdir ki, qeyd edilən yoxlama ilə əhətə olunan sahələr (mansard sahəsi və qaraj) əvvəlki yoxlama ilə təqdim edilmiş sahələrin təkrar satışıdır.
22. Vergi orqanı tərəfindən iddiaçının sənədlərlə faktiki olaraq 3601,0 kv.m. mansard sahəsinin satışının həyata keçirildiyi, ondan iddiaçının təsdiq etdiyi 710 kv.m. sahənin yenidən rəsmiləşdirmə apardığı, əvvəlki yoxlama ilə əhatə olunan 1240,3 kv.m. nəzərə alınmaqla cari yoxlama ilə əsaslı olaraq 1650,70 kv.m. mansard sahəsinin təqdim edilməsi nəzərə alınmışdır.
23. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən dəlilləri qəbul etməklə bildirir ki, iddiaçı yoxlama dövründə təqdim edildiyi aşkar olunan və əvvəlki vergi yoxlaması ilə əhatə olunmayan sahələrin ekspert tərəfindən müəyyənləşdirilən satış qiymətini mübahisələndirmədən həmin sahələrin təkrar təqdim olunduğunu (satıldığını) bildirsə də, yoxlama zamanı götürülmüş sənədlərlə faktiki olaraq iddiaçı tərəfindən ümumilikdə 3601,0 kv.m. mansard sahəsinin satışının və 38 ədəd qarajın satışının həyata keçirildiyi müəyyən edilmişdir.
24. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması Baş İdarənin 11.11.2020-ci il tarixli **********141574 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən götürülmüş satış sənədləri və koorperativin rəhbəri S.Əhmədovun 28.12.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Həmin izahatda bildirilir ki, yoxlama dövründə iddiaçıdan götürülmüş sənədlərlə bağlı bildirilmişdir ki, mansard satışının 8 vətəndaş üzrə ümumilikdə 710 kv.m. sahəsi addan-ada dəyişdirməklə yenidən rəsmiləşdirilmişdir. Eyni zamanda sənədlərlə satışı müəyyən olunmuş 38 ədəd qarajdan sahəsi müqavilələrdə qeyd olunmayan 7 ədəd qarajın hər birinin sahəsi 22 kv.m. olmaqla ümumi sahəsi 154 kv.m. təşkil edir. Digər 31 ədəd qaraj üzrə ümumi sahə 717 kv.m. olmaqla ümumilikdə 871 kv.m. (717 kv.m. + 154 kv.m.) təşkil edir.
25. Ekspert rəyinə əsasən bazar qiymətlərini mansard sahəsinin hər kv.metrinin 540,0 manat, qarajların (0-25 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat, (26-35 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicidən götürülmüş sənədlərlə 2891,0 kv.m. (3601,0 kv.metr-710,0 kv.m. yenidən rəsmiləşdirmə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı müəyyən olunmuşdur.
26. İddiaçı kooperativin sədri tərəfindən vergi orqanına təqdim edilən 28.08.2020-ci il tarixli izahatda bildirilmişdir ki, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 25.08.2020-ci il tarixli Operativ vergi nəzarəti həyata keçirilməsi haqqında №**********4406 qərar, çıxarış, sənəd və nümunə kimi əşyaların götürülməsi haqqında №**********420 qərarla tanış olmuş və tələbnamənin bir nüsxəsini almışdır. İddiaçı MTK-ya dair bütün sənədlər qeyd olunan ünvanda yerləşməklə onun iştirakı ilə sənədlərin kserosurəti çıxarılaraq imza və müəssisənin möhürü ilə təsdiqlənərək vergi orqanı əməkdaşlarına onun tərəfindən təqdim olunmuşdur.
27. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə əlaraq, cari yoxlama ilə 1650,70 kv.m. (2891,0 kv.m. ümumi satılmış sahə-1240,3 kv.m. yoxlama ilə əhatə olumuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur (müvafiq cədvəllər iş materiallarına əlavə edilmişdir).
28. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş yazışmalarda yoxlanılan dövrdə kooperativin fəaliyyətinin olmadığı, hər hansı yararlı sahənin satışının həyata keçirilmədiyi bildirilmişdir.
29. Vergi Məcəlləsindən: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
30. Odur ki, məhkəmə müvafiq olaraq 1650,70 kv.m. mansard sahəsinin və 38 ədəd qarajın satılması və əvvəlki yoxlama ilə əhatə olunmaması ilə bağlı vergi orqanının qənaətini (sadə riyazi hesablama ilə) və müvafiq olaraq həmin 1650,70 kv.m. mansard sahəsinin və 38 ədəd qarajın satışı ilə bağlı vergi orqanı tərəfindən ƏDV və mənfəət vergisinin hesablanmasını (qərarda göstərilmiş hesablamanı) əsaslı hesab edir. Bu səbəbdən həmin 225751,55 manat vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz hesab edilə bilməz.
31. İddiaçı vergi orqanı tərəfindən alınmış ekspert rəyi tərəfindən müəyyənləşdirilmiş bazar qiymətlərini mübahisələndirmir. Məhkəmə ekspert rəyi ilə müəyyənləşdirilmiş sahələrin hər kv.metrinin bazar qiymətini nəzərə almamaq və ya təkzib etmək üçün əsas müəyyən etmir. Yoxlama dövrünün həddən artıq uzun davam etməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yoxlama müddəti bir neçə dəfə dayandırılmış, vergi orqanının təşəbbüsü ilə ekspertizalar keçirilmiş, həmin müddətdə vergi orqanı tərəfindən hərəkətsizlik göstərilməmişdir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva