Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7622/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 394 saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.metr torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7622/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı X4 Bakı İnzibati Məhkəməsinə müraciət edərək “çıxarışın və plan-ölçünün verilməsi” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi üzrə 2-1(112)-7618/2024 nömrəli inzibati iş hazırda məhkəmənin icraatındadır. Həmçinin hazırkı iş üzrə İddiaçı 2- 1(112)-7618/2024 nömrəli iş üzrə iddiaçı X2 nümayəndəsidir. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmeti, işlərin faktiki və hüquqi əsasları eynidir, hər iki iddia eyni cavabdehə qarşı verilmişdir. Belə ki, hər iki torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Belə olan halda, məhkəmə icraata qənaət prinsipini rəhbər tutaraq işlər üzrə vahid qərar qəbul edilməsi məqsədilə hər iki müstəqil iş üzrə icraatın bir icraatda birləşdirilməsi qənaətindədir. Odur ki, hazırkı 2-1(112)-7622/2024 nömrəli inzibati iş üzrə icraatın 2- 1(112)-7618/2024 nömrəli inzibati iş üzrə icraata birləşdirilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə tərəfindən yazılı icraat çərçivəsində qeyd edilən məsələyə iddiaçının münasibəti öyrənilmiş. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində işlərin eyni icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İPM-in 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, icraatların birləşdirilməsi zamanı vahid icraatda birləşdirilmiş işlər üzrə bir məhkəmə iclasın təyin edilməsi və ziddiyyətin yaranmaması məqsədilə xx.xx.2025-ci il tarixə saat 12:45-ə təyin edilmiş məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır və iclas ləğv edilməlidir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 16.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair 2-1(112)-7622/2024 nömrəli inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7618/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. X6.
Məhkəmə qərarları › İş №2-1(112)-7622/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7622/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver