Məhkəmə qərarları › İş №2-1(112)-7629/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7629/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7629/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin N saylı hərbi hissədə aldığı əmək haqqında uyğun olaraq tərtib edilərək göndərilməsi öhdəliyinin Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 12.08.2013-cü il tarixdən 16.08.2007-ci il tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Akademiyasında, 21.08.2007-ci il tarixdən 08.02.2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı Hərbi Hissəsində, 08.02.2016-cı il tarixdən 08.11.2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi qulluq etmişdir. 04.11.2016-cı il tarixli Dövlət Sərhəd Xidmətinin Komandanın əmri ilə (xəstəliyə görə) ehtiyyata buraxılmışdır. İddiaçı N saylı Hərbi Hissədən səhhətinə görə digər N saylı hərbi hissəyə köçürülmüşdür. Daha sonra AR Dövlət Sərhəd Xidmətinin X3 04.11.2016-cı il tarixli 1945 saylı əmri ilə (əsasnamənin 41.0.3-cu laddəsinə əsasən xəstəliyə görə) İddiaçı ehtiyyata buraxılmişdir. İddiaçı ehtiyyata buraxılarkən pensiya təminatı N saylı hərbi hissədə aldığı əmək haqqına hesablanmış və məlumat vərəqi aldığı əmək haqqı və digər əlavələrə uyğun olaraq doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə göndərilmişdir. İddiaçı N saylı hərbi Hissədə 1 ildən az xiaməı etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 14 avqust 2012-ci il tarixli 2390 nömrəli sərəncamına əsasən “Vətən uğrunda” medalı və Azərbaycan Respublikasının Prezidentinin 28 avqust 2013-cü tarixli 3099 nömrəli sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Əmək Pensiyaları haqqında qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündəc heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunnması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmən qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keç rildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Həmin qanunun 11.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 22-ci maddəsinə görə hər bir şəxs cəmb yətin üzvü kimi sosial təminat hüququna və milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin strukturu və ehtiyatlarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdirlər. “İqtisadi, sosial və mədəni hüquqlar taqqında” Beynəlxalq Paktın 9-cu maddəsinə əsasən bu Paktda iştirak ecıən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “’Kondraşina Rusiya Federasiyasına qarşı” işində məhkəmə qeyd edir ki, ərizəçinin yaşa görə artırıl nış məbiəğdə pensiya almaq hüququ əmlak xarakteri daşıyır və konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə mülki hüquqların müəyyən edilməsi ilə bağlıdır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etn şdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensıya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşdirmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolunun 1-ci maddəsi ilə əhatə edilmişdir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. Qanunun 15-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququna dövlət tərəfindən zəmanət verilir və bu, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasramənin 155-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar, Həmin əsasnamənin 161-ci maddəsinə əsasən Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq naqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) ehtiyyata buraxılmağa təqdim etməzdər əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri, sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfındər müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu birədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinub hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti arqanının müzakirəsinə çıxarılır.

3. İddiaçı (vəkili) tərəfindən N saylı hərbi hissədə aldığı əmək haqqı və digər əlavələrə uyğun olaraq yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə göndərilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı 2007-ci ilin avqust ayında MTN Heydər Əliyev adına Akademiyasını bitirdikdən sonra xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına göndərilmiş və 21.08.2007-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilərək X5 N nömrəli hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmişdir. Həmin hərbi hissədə bir sıra vəzifələrdə xidmət keçmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar müayinə və müalicədən sonra Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və barəsində 13 avqust 2015-ci il tarixli 931 nömrəli arayış tərtib edilmişdir. Həmin arayışa əsasən İddiaçı səhhətində funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu. Dural kisənin və sinir kökcüyünün sıxılması ilə C6-C7 fəqərəarası diskin yırtığı. C3- C4 fəqərəarası diskin protuziyası. L5-S1 fəqərəarası diskin mərkəzi yırtığı. Funkisyaların pozulması olmayan davamlı zəif ağrı sindromu, hərəkət və hissi pozulmalar ilə müşayət olunan C6-C7diskogen, soltərəfli radikulopatiya. Dissosiativkonversion reaksiyalar diaqnozlu xəstəliklə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 66c, 26ç maddələrinin İİİ qrafasına əsasən Sıradankənar hərbi xidmətə yararlı olması təsdiq edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunununun 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Həmin qanunun 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. İddiaçı xidmət keçdiyi çevik hərəkət dəstəsində fiziki cəhətdən sağlam və hazırlıqlı hərbi qulluqçuların xidmət keçməsi zəruri olduğundan yuxarıda qeyd olunan (13.08.2015-ci il tarixli 931 nömrəli) Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında barəsində müvafiq sənədlər məruzə edilmiş və xidmət yeri 08.02.2016-cı il tarixdə xəstəliyi ilə əlaqədar xidmət aparmasına uyğun olan Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı 02 may 2016-cı il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələri ehtiyatına buraxılmasını xahiş etmiş və 04.11.2016-cı il tarixdə 1945 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək 13 il 02 ay 12 gün təqvimi xidmət illəri hesablanmışdır. Qeyd olunan qanunun müvafiq maddəsinə əsasən 08.02.2016-cı il tarixdə onun xidmət yerinin Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiasının əsassız olmasını hesab edilmişdir.

5. Məhkəmənin 17.09.2021-ci il tarixli qəraradadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı hazırki iddiası üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında (şifahi məhkəmə dinləmələri) iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçının başqa hərbi hissəyə keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçu hesab olunmadığı üçün yeni məlumat vərəqəsi verilməsi verilməsi hüququ yoxdur.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Məhkəmə cavabdeh qurumun iddiaya yazılı etirazında təqdim etdiyi dəlilləri əsaslı hesab edir. Belə ki, iddiaçı 21.08.2007-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilərək X5 N nömrəli hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli 931 nömrəli qərarı əsasında xidmət yeri 08.02.2016-cı il tarixdə xəstəliyi ilə əlaqədar xidmət aparmasına uyğun olan Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı 02 may 2016-cı il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələri ehtiyatına buraxılmasını xahiş etmiş və 04.11.2016-cı il tarixdə 1945 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

17. Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

18. Analoji müddəa “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununda da əks olunmuşdur. Həmin Qanunun 40-ci maddəsinin ikinci hissəsinə əsasən, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır.

19. İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür, hazırda 37 yaşı var, Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək 13 il 02 ay 12 gün təqvimi xidmət illəri hesablanmışdır. Qeyd olunan qanunun müvafiq maddəsinə əsasən 08.02.2016-cı il tarixdə onun xidmət yerinin Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Belə ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olan şəxslərin dairəsi qanunvericilikdə dəqiq müəyyənləşdirilmişdir, iddiaçı qeyd edilən tələblərə uyğun gələn hərbi qulluqçu hesab edilmir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

23. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

26. Məhkəmə iddiaçının yeni məlumat vərəqəsinin verilməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Belə ki, müvafiq inzibati hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar pensiya təminatı zamanı hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə olan vəzifəsi üzrə təminat xərcliyini nəzərə alır, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş hərbi qulluqçuların isə əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən o zaman hesablanır ki, keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular olmuş olsun. İddiaçı isə aşağı vəzifəyə keçirildiyi gün yuxarıda qeyd edilən qanuna əsasən yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçu kateqoriyasına aid deyil. Bu, hüquqi müəyyənlik prinsipindən irəli gəlir.

27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar