Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7634/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Nizami rayon Keşlə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişinin və “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, 20 fevral 2019-cu il tarixli "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı"na əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi, 0.759001 ha dövlət mükiyyətində olan torpağın üzərində olan 2 saylı ünvanda yerləşən ümumi sahəsi 7.291,27 kv.metrdən ibarət "Əmlak Kompleksi kimi müəssisə" xüsusi-şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. 20 fevral 2019-cu il tarixli "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən 0.759001 ha dövlət mükiyyətində olan torpaq sahəsi İddiaçı istifadəsindədir. Mübahisələndirilən “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edərək ondan 20.671,27 (iyirmi min altı yüz yetmiş bir manat, 27 qəpik) manat məbləğində vergi borcu tutulması qərara alınmışdır. “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il Qərarın əsaslandırıcı hissəsində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 20 fevral 2019-cu il tarixdə 29 noyabr 1972-ci ildə Bakı şəhərində doğulmuş, hal-hazırda ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş İddiaçı mülkiyyətinə verilmiş və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. Vətəndaş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə Bələdiyyəsinin inzibati ərazisindən yerləşdiyindən və fiziki şəxs olduğundan Azərbaycan Respublikası 198.1.1 və 206.3-cü maddələrinə, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsi nəzərə alınmaqla ötən dövrlər üzrə 10.057,31 (on min əlli yeddi manat, 31 qəpik) manat əmlak vergisi, 10.613,96 (on min altı yüz on üç manat, 96 qəpik) manat isə torpaq vergisi olmaqla ümumilikdə 20.671,27 (iyirmi min altı yüz yetmiş bir manat, 27 qəpik) manat vergi borcu hesablanmışdır. Lakin Bakı şəhəri Nizami Rayonu Keşlə bələdiyyəsinin İddiaçı ünvanlanmış olduğu 79-k saylı, 06 iyul 2020-ci il tarixli (sonradan əldə olunmuş) məktubunda isə qeyd edilir ki, 2020-ci ilin vergisi nəzərə alınmamaqla ötən dövrlər üzrə torpaq və əmlak vergisinə görə İddiaçı 12.653,15 (on iki min altı yüz əlli üç manat, 15 qəpik) manat, gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu 8.193,26 (səkkiz min bir yüz doxsan üç manat, 26 qəpik) manat olmaqla ümumilikdə 20.846,41 (iyirmi min səkkiz yüz qırx altı manat, 41 qəpik) manat borcu vardır. Bundan başqa, 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişinin beşinci qrafasında qeyd olunur ki, əmlak vergisi üzrə 2.916,51 (iki min doqquz yüz on altı manat, 51 qəpik) manat, torpaq vergisi üzrə 2.849,16 (iki min səkkiz yüz qırx doqquz manat, 16 qəpik) manat hesablanmış, tədiyyə bildirişinin altıncı qrafasında qeyd olunur ki, verginin ödənilmə müddəti 15 avqust 2020-ci il tarixədək 2.882,84 (iki min səkkiz yüz səksən iki manat, 84 qəpik) manat; 15 noyabr 2020-ci il tarixədək 2.882,84 (iki min səkkiz yüz səksən iki manat, 84 qəpik) manat, tədiyyə bildirişinin yeddinci qrafasında qeyd olunur ki, ötən dövrlər üzrə vergi borcu 12.653,15 (on iki min altı yüz əlli üç manat, 15 qəpik) manat, tədiyyə bildirişinin səkkizinci qrafasında qeyd olunur ki, gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu 8.193,26 (səkkiz min bir yüz doxsan üç manat, 26 qəpik) manat və tədiyyə bildirişinin onuncu qrafasmda ödəniləcək vergi məbləği 26.612,07 (iyirmi altı min altı yüz on iki manat, 07 qəpik) manat təşkil edir. Göründüyü kimi, cavabdeh Bakı Şəhəri Nizami Rayonu Keşlə bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarda göstərilən ümumi vergi məbləğləri ilə İddiaçı ünvanlanmış məktub və tədiyyə bildirişində göstərilən ümumi vergi məbləğləri bir birindən kəskin şəkildə fərqlənir. “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il Qərarının əsaslandırıcı hissəsində qeyd edilir, ki, İddiaçı 20.671,27 (iyirmi min altı yüz yetmiş bir manat, 27 qəpik) manat yaranmış vergi borcu məbləğinin 10.057,31 (on min əlli yeddi manat, 31 qəpik) manatı əmlak vergisi və 10.613,96 (on min altı yüz on üç manat, 96 qəpik) manat isə torpaq vergisi üzrədir. Lakin Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinin İddiaçı ünvanlanmış olduğu 79-k saylı, 06 iyul 2020-ci il tarixli (sonradan əldə olunmuş) məktubunda isə qeyd edilir ki, İddiaçı 20.846,41 (iyirmi min səkkiz yüz qırx altı manat, 41 qəpik) manat yaranmış vergi borcu məbləğinin 12.653,15 (on iki min altı yüz əlli üç manat, 15 qəpik) manatı torpaq və əmlak vergisi, 8.193,26 (səkkiz min bir yüz doxsan üç manat, 26 qəpik) manat isə gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu üzrədir. Göründüyü kimi cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsi iddiaçının hesablanmış olduğu ümumi vergi borcu məbləğləri bir birindən kəskin fərqlənməklə yanaşı həm də zidiyyətlidir. “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il Qərarının əsaslandırıcı hissəsində İddiaçı bələdiyyə orqanın hesablanmış olduğu vergi məbləğləri əsaslandırılmamış, yaranmış vergi məbləğləri hansı dövrlər üzrə və hansı qaydada hesablanması qeyd olunmamış, iddiaçıya məxsus əmlakın hansı əmsal tətbiq edilməsi qeyd olunmamışdır. Ümumilikdə cavabdeh tərəfdən qəbul edilən inzibati akt aydın, anlaşılan və dəqiq deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, 20 fevral 2019-cu il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı”na əsasən İddiaçı mülkiyyətində olan əmlak kompleksinin ümumi sahəsi 7291.27 kv. metr təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbinə əsasən fiziki şəxlərin əmlak vergisi üzrə iddiaçının illik vergi yükü ünvan 5 (zona 7, əmsal 0.95) 7291.21 x 0,40 x 0.95=2.770,68 (iki min yeddi yüz yetmiş manat, 68 qəpik) manat təşkil edir. 2020-ci il üçün tərtib edilmiş 0**********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində isə əmlak vergisi üzrə əsassız olaraq 2.916,51 (iki min doqquz yüz on altı manat, 51 qəpik) manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, 20 fevral 2019-cu il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi onun xüsusi şəxsi mülkiyyətində deyil, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla iddiaçının daimi istifadəsindədir. Belə olan halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı istifadə etdiyi torpaq sahəsi vergi obyekti olmadığı üçün torpaq vergisinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsində göstərilən torpaq sahəsinin istifadəçiləri dedikdə isə bu hal bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin qərar (müqavilə) əsasında istifadəçisi və icarəçisi başa düşülür, həmin istifadəçi şəxslər istifadəsində olan torpaq sahəsinin hər 100 kv.metrə görə vergi ödəyirlər. Hətta ehtimal olunsa belə ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsi vergi obyekti olaraq vergiyə cəlb edilə bilər, onda belə halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, 20 fevral 2019-cu il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı istifadəsində olan ümumi torpaq sahəsi 0.759001 ha bu isə 7.590 kv.m (0.759 ha və ya 75,9 sot) x 10= 759,00 (yeddi yüz əlli doqquz) manat təşkil etdiyi göründüyü halda, 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində isə topaq vergisi üzrə əsassız olaraq 2.849,16 (iki min səkkiz yüz qırx doqquz manat, 19 qəpik) manat qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsi iddiaya münasibət bildirərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi, ünvanında vət. İddiaçı məxsus qeyri-yaşayış sahəsi və bu tikililərin yerləşdiyi torpaq sahəsi anası mərhum X6 məxsus olmuşdur. (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən vət. X5 adına mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə və Texniki pasportun surəti əlavə olunur). Mərhum R.İddiaçı məxsus bu obyekt Keşlə bələdiyyəsinin inzibati ərazisində, yəni Keşlə qəsəbəsinin ərazisində yerləşdiyindən və o, fiziki şəxs olduğundan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 və 206.3cü maddələrinə, o cümlədən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq olaraq əmlak və torpaq vergisini yerli büdcəyə, bələdiyyə büdcəsinə ödəməli idi. Keşlə bələdiyyəsi mərhum R.İddiaçı vergiyə cəlb etmiş və o, hesablanmış əmlak və torpaq vergisini bələdiyyə büdcəsinə ödəməyə başlamışdır. Mərhum R.İddiaçı adına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin № 003413 saylı xx.xx.2009-cu il tarixli Texniki pasportuna əsasən mülkiyyətdə olan tikilinin sahəsi 8743,4 m2, bu tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 19245,8 kv.metr göstərilmişdir. (Texniki pasportda rənglənmiş rəqəmlər). X2 mülkiyyətindəki əmlakın və yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200 və 206.3-cü maddələrinə əsasən hesablanmış vergi hissə-hissə ödənilsə də, borc yaranmışdır. Vət.X7 öldükdən sonra obyekt mərhumun varisi vət. İddiaçı mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən №1483920 saylı xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200.5 və 208.5 maddələrinə əsasən müvafiq olaraq əmlak və torpaq vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədikdə, vergi borcu onların sahibi tərəfindən ödənilməlidir. Vət.İddiaçı nümayəndəsi tərəfindən onun adına verilmiş Çıxarış Keşlə bələdiyyəsinə təqdim edilsə də, Texniki pasport təqdim edilməmişdir. İddiaçı torpaq və əmlak vergisini həmin tarixdən hissə- hissə ödəməyə davam etsə də, vergi borcunu tam ödəməmişdir. İddiaçı bu barədə xx.xx.2020-ci il tarixdə 78-k saylı məktubla xəbərdarlıq edilsə də, borc ödənilməmişdir (surəti əlavə olunur). Bundan sonra borcun ödənilməsi barəsində xx.xx.2020-ci il tarixində 17 saylı qərar qəbul edilmiş və icra olunması üçün Nəsimi rayon İcra və probasiya şöbəsinə, məlumat üçün isə qərarın bir nüsxəsi vət.İddiaçı göndərilmişdir. Həmin tarixdən vət. İddiaçı vergi borcunu hissə-hissə ödəməyə davam etmiş, son ödəniş tarixi xx.xx.2021-ci il olmuşdur. Bu tarixdən vət. İddiaçı nümayəndəsi Keşlə bələdiyyəsinə gələrək guya təmsil etdiyi şəxsin istifadəsindəki torpaq sahəsi dövlət torpağı olduğunu qeyd edərək bu verginin ödəməməli olduqlarını bildirmişdir. Keşlə bələdiyyəsində isə bildirilmişdir ki, həm X2, sonradan varisinin mülkiyyətinə keçmiş əmlakın yerləşdiyi torpaq sahəsi Texniki pasportda göstərilən ölçüdə dövlət torpağı olsa da, onların qanuni istifadəsində olmuş və onlar fiziki şəxs olduqları üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.2, 204 və 205-ci maddələrinə əsasən bələdiyyənin vergi ödəyicisi olmuşlar. Çünki həm Texniki pasport, həm də Çıxarış istifadə hüquqlarını təsdiq edən sənədlərdir. Ancaq nədənsə vət. İddiaçı adına tərtib olunmuş Texniki pasport bələdiyyəyə təqdim olunmamışdır. Çünki Çıxarışda torpaq sahəsi Texniki pasporta nisbətən çox az göstərilmişdir. Belə ki, X2 adına olan Texniki pasportda istifadədəki torpaq sahəsi 19245,8 kv.metr, İddiaçı adına olan “Çıxarış”da isə 7590,61 kv. metr göstərilmişdir. Halbuki obyektin sərhədləri dəyişməmiş, əvvəl olduğu kimi vət.İddiaçı faktiki istifadəsindədir. Beləliklə, görünən odur ki, vət.İddiaçı əsassız olaraq məhkəməyə müraciət edərək Keşlə bələdiyyəsinin borcun ödənilməsi ilə bağlı 17 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğvini istəyir. Çünki Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi 2 ünvanındakı obyekt fiziki şəxs olduğu üçün torpaq və əmlak vergisi yerli büdcəyə ödənilməlidir. Hətta borcun ödənilməsi barədə bələdiyyənin xx.xx.2019-cu il tarixli 130-k saylı xəbərdarlıq məktubu vət.İddiaçı məxsus obyektin ünvanına çatmış, ancaq nədənsə həmin vaxt sahibkar tərəfindən hesablanmış vergi ilə bağlı heç bir narazılıq bildirməmiş və məhkəməyə müraciət etməmişdir. Əvvəl qeyd olunduğu kimi vergi borcunu hissə-hissə ödəməkdə davam etmişdir (məktubun surəti əlavə olunur). Halbuki vət. İddiaçı iddia ərizəsində 3.1, 3.2, 3.3 və 3.4 bəndində qeyd edir ki, xx.xx.2020-ci il tarixli 78-k saylı məktubla göndərilən bildirişdə qeyd olunan borcun 26612 manat 07 qəpik vergi borcu həmin ilin 15 avqust və 15 noyabr tarixinədək ödəniləcək vergi nəzərə alınmaqla qeyd olunub. Əslində 3.1 bəndində göstərilən məbləğin ödənilməsi barəsində qərar qəbul olunmuş və bu vergi borcunun, ödənilməsi tələb olunmuşdur. Bundan əlavə qərar qəbul olunub İcra və probasiya şöbəsinə göndəriləndən sonra da vət.İddiaçı borcunun hər ay hissə-hissə ödənilməsini davam etdirmişdir. Məhz bunun səbəbindən ayrı-ayrı vaxtlarda verilən bildirişlərdə məbləğlər arasında fərq yaranmışdır. İddia ərizəsinin 3.5 bəndində göstərilənlərlə bağlı bildirilir ki, iş vət.İddiaçı anası X2 vergi ödəyicisi olduğu zamanlarda borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin X2, sonradan vət.İddiaçı nümayəndəsi olmuş şəxslər bu barədə sahibkara doğru məlumat verməmişdir. Vət.İddiaçı nümayəndəsi xx.xx.2019-cu il tarixli ******* saylı Çıxarışı əsas tutaraq hesab edir ki, sahibkar torpaq vergisi ödəməməlidir. Halbuki Çıxarışda torpaq sahəsinin sahibkarın istifadəsində olduğu açıq-aşkar göstərilib və o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.2 maddəsinə əsasən yerli büdcənin ödəyicisidir. Ziddiyyətli məqam odur ki, X2 istifadəsində torpaq sahəsi 19245,8 kv.m göstərildiyi halda, vət.İddiaçı adına verilmiş Çıxarışda həmin torpaq sahəsi 7590,61 kv. metr göstərilmişdir. Ancaq faktiki olaraq 19245,8 kv. metr torpaq sahəsi bu gün də vət. İddiaçı istifadəsindədir və vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3 maddəsinə əsasən hesablanır. Yəni 10000 kv. metr x (hər yüz kv. metr 10 manat) =1000 manat. 10000 kv mdən yuxarı olan hissəsi, yəni 9245,8 kv metr x (hər yüz kv.m-i 20 manat) = 1849 manat 16 qəpik. Ümumilikdə torpaq vergisi 2849 manat 16 qəpik təşkil edir. Əmlak vergisinin hesablanmasına gəldikdə X2 mülkiyyətindəki tikililərin sahəsi onun varisi vət.İddiaçı adına verilmiş Çıxarışda az göstərilməklə ciddi fərq yaranır. Baxmayaraq ki, obyektin bir hissəsi hər hansı şəxslə alqı-satqı olunmayıb. Hər hansı halda vət.İddiaçı adına tərtib olunmuş Texniki pasport meydana çıxmalıdır ki, bu kimi suallara cavab tapmaq mümkün olsun. Əmlak vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1. maddəsinə əsasən hesablanır. Tikintinin sahəsi Çıxarışda olduğu kimi götürülsə, 7291,27 m2 x 0,4 x zona əmsalı (6-cı zona). 6-cı zonada əmsal vahiddir, yəni 7291,27 kv. metr x 0,4 x 1 = 2916 manat 51 qəpik. Vergi borcunun gecikdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən hər gecikdirilmiş gün üçün 0,1% məbləğində faiz hesablanır. Məhz bu səbəbdən vergi borcunun məbləği artır. Borc hissə-hissə ödənilsə də, faiz məbləği borcun artmasına səbəb olur. İddia ərizəsinin 4.5, 6.7 və 8-ci bəndlərində qeyd edildiyi kimi fiziki şəxslər bələdiyyənin əmlak və torpaq vergisi ödəyicisidirlər. Qaldı ki, vət. İddiaçı mülkiyyətindəki obyektin yerləşdiyi torpaq sahəsi Keşlə bələdiyyəsinin inzibati ərazisində olmaqla fiziki şəxsin qanuni istifadəsindədir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.2 maddəsinə əsasən torpaq vergisini yerli büdcəyə ödəməlidirlər. Keşlə bələdiyyəsinin vət.İddiaçı vergi borcunun ödənilməsi barəsində 17 saylı xx.xx.2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilib. Çünki vət. İddiaçı yuxarıda qeyd olunan qanunlara əsasən fiziki şəxs qismində əmlak və torpaq vergisi ödəyicisidir. Cavabdeh qeyd olunanların nəzərə alınaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7807/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-732/2022 saylı qərardadı ilə, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7807/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, … işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən cavabdehin müəyyən edilmiş inzibati icraatın məcburi prosedur qaydalarına riayət edib-etmədiyi, cavabdeh inzibati orqan tərəfindən 17 saylı 11 avqust 2020-ci il tarixli qərar qəbul edilərkən iddiaçıya məlumatın verilibverilmədiyi, inzibati icraatın aparılması zamanı iddiaçının iştirakının təmin edilib-edilmədiyi, ümumiyyətlə inzibati icraatın aparılıb-aparılmadığı, qərarın iddiaçıya göndərilibgöndərilmədiyi, göndərildiyi təqdirdə iddiaçının həmin qərardan hansı tarixdən məlumatlı olması, onu mübahisələndirmək üçün vaxtında məhkəməyə müraciət etməsinin mümkünlüyü, qərarın iddiaçıya göndərilmədən icra olunması üçün icra qurumuna göndərilməsinin mümkün olub-olmaması, tədiyyə bildirişinin inzibati akt olub-olmaması, onun ləğv edilməsinin tələb kimi qoyulmasının mümkünlüyü, həmçinin iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilibkeçirilməməsi araşdırılmamış, nəticə etibarilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul edilmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə, iddia “tədiyyə bildirişinin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarın ləğv edilməsinə dair iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan çıxarışda torpaq sahəsinin ölçüsü 0,759001, torpaq sahəsi üzərində hüququn növü “istifadə” kimi qeyd olunmuşdur; Azərbaycan Respublikası ƏMDK Əmlakın Texniki İnventarlaşdırması Bürosu tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi-2 ünvanda yerləşən Qeyri yaşayış sahəsi-X3 aid xx.xx.2009-cu il tarixdə tərtib olunmuş 003413 №li “Müəssissə və obyektin Daşınmaz Əmlakının Texniki pasportu”nun “Torpaq sahəsinin təsnifatı”nda torpaq sahəsinin faktiki ölçüsü 19245,8 kv. metr, ümumi tikinti altı sahə 8743,4 kv. metr kimi göstərilmişdir; Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin iclasının 17 saylı protokolunun 11 avqust 2020-ci il tarixli “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək. Vət. İddiaçı 20671 manat 27 qəpik məbləğində vergi borcunun tutulması qərara alınmış qərar icra olunması üçün Bakı şəhər Nəsimi rayon İcra və probasiya şöbəsinə və vətəndaşa göndərilmişdir; Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində ödəyici (iddiaçı) tərəfindən ödənilməli məbləğ kimi 26612,07 manat göstərilmişdir; Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 21 oktyabr 2019-cu il tarixli 130-K №li və 06 iyul 2020-ci il tarixli, 78-K №li məktublardan görünür ki, sonuncuya Keşlə bələdiyyəsinin tədiyyə bildirişində göstərilən borcun ödənilməsi tələb olunmuşdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Keşlə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında vət.İddiaçı məxsus qeyri-yaşayış sahəsi və bu tikililərin yerləşdiyi torpaq sahəsi anası mərhum X6 məxsus olmuşdur. (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən vət.X5 adına mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə və Texniki pasportun surəti əlavə olunur). Mərhum R.İddiaçı məxsus bu obyekt Keşlə bələdiyyəsinin inzibati ərazisində, yəni Keşlə qəsəbəsinin ərazisində yerləşdiyindən və o, fiziki şəxs olduğundan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddələrinə, o cümlədən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq olaraq əmlak və torpaq vergisini yerli büdcəyə, bələdiyyə büdcəsinə ödəməli idi. Keşlə bələdiyyəsi mərhum R.İddiaçı vergiyə cəlb etmiş və o, hesablanmış əmlak və torpaq vergisini bələdiyyə büdcəsinə ödəməyə başlamışdır. Mərhum R.İddiaçı adına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin №003413 saylı xx.xx.2009-cu il tarixli Texniki pasportuna əsasən mülkiyyətdə olan tikilinin sahəsi 8743,4 m2, bu tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 19245,8 m2 göstərilmişdir (Texniki pasportda rənglənmiş rəqəmlər). X2 mülkiyyətindəki əmlakın və yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200 və 206.3-cü maddələrinə əsasən hesablanmış vergi hissə-hissə ödənilsə də, borc yaranmışdır. Vət.X7 öldükdən sonra obyekt mərhumun varisi vət.İddiaçı mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən №1483920 saylı xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200.5 və 208.5 maddələrinə əsasən müvafiq olaraq əmlak və torpaq vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədikdə, vergi borcu onların sahibi tərəfindən ödənilməlidir. Vət.İddiaçı nümayəndəsi tərəfindən onun adına verilmiş Çıxarış Keşlə bələdiyyəsinə təqdim edilsə də Texniki pasport təqdim edilməmişdir. Vət.İddiaçı məxsus obyektə görə torpaq və əmlak vergisinin ödənilməsi haqqında hələ xx.xx.2019-cu il tarixdə 130-k saylı məktubla vət.İddiaçı qeydiyyatda olduğu ünvana poçt vasitəsilə, ona məxsus obyektin ünvanına isə 131-k saylı xx.xx.2019-cu il tarixli məktubla poçt vasitəsilə xəbərdarlıq məktubları göndərilmişdir. Vət.İddiaçı qeydiyyatda olduğu ünvana məktub çatmamış, səbəb kimi evdə olmaması göstərilmiş (surəti əlavə olunur), obyektin ünvanına isə məktub çatmış və rəsmən qəbul edilmişdir (surəti əlavə olunur). Vət.İddiaçı vergi borcunu bu müddət ərzində hissə-hissə ödəməyə davam etmişdir. Ancaq borcun məbləği çox olduğundan hər ay ödənilən 400 manat ümumi borcun tam ödənilməsinə çatmamaqla borcun məbləği getdikcə artmaqda davam etmişdir. Keşlə bələdiyyəsi 17 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul edilmədən oncə vergi borcunun ödənilməsi barəsində, ödənilməyəcəyi təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq qərarın qəbul ediləcəyi barədə 78-k saylı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu vət.İddiaçı qeydiyyatda olduğu ünvana poçt vasitəsi ilə (surəti əlavə olunur), ona məxsus obyektin ünvanına YAPS vasitəsi ilə göndərilmişdir. Vət.İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məktub çatmamış, ancaq obyektin ünvanına çatdırılmışdır (surəti əlavə olunur). Vət.İddiaçı yenə də borcun tam ödənilməsini təmin etməmiş, hissə-hissə (ayda 400 manat-500 manat məbləğində) ödəniş etməkdə davam etmişdir. Bundan sonra Keşlə bələdiyyəsi vət.İddiaçı barəsində qeyd olunan 17 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul edərək borcun ödənilməsini təmin etmək üçün vət.İddiaçı qeydiyyatda olduğu Nəsimi rayon İcra və probasiya şöbəsinə, məlumat üçün isə ona məxsus obyektin ünvanına poçt vasitəsilə göndərilmişdir (səbəb onun qeydiyyatda olduğu ünvanda deyil, ABŞ-da yaşamasıdır). Bundan sonra da vət.İddiaçı borcun xx.xx.2021-ci il tarixə qədər hər ay hissə-hissə (400 manat-500 manat olmaqla) ödəməyə davam etmişdir. Vergi borcunun hesablanması qaydası Keşlə bələdiyyəsinin 11-k saylı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir. Göründüyü kimi vət.İddiaçı vergi borcunun ödənilməməsi üçün heç bir səbəb olmadan müxtəlif bəhanələrlə vaxtı uzatmağa davam edir. Bu qədər bildiriş, xəbərnamə aldıqları halda qərarın alınmamasını bəhanə etmək təəccüb doğurur. Bir daha bildirilir ki, qərarın surətinin evə yox, müəssisəyə göndərməklərinin səbəbi vət.İddiaçı ölkədə olmadığını bilməkləri olmuşdur. Vət. İddiaçı torpaq və əmlak vergisini həmin tarixdən hissə-hissə ödəməyə davam etsə də, vergi borcunu tam ödəməmişdir. Vət.İddiaçı bu barədə xx.xx.2020-ci il tarixdə 78-k saylı məktubla xəbərdarlıq edilsə də, borc ödənilməmişdir (surəti əlavə olunur). Məktub Apellyasiya Məhkəməsinin iclasında zərfdən çıxarılmış və zərflə bir yerdə məhkəməyə təqdim edilmişdir. Qeyd olunmuşdur ki, vətəndaş bu ünvanda yaşamır. Bundan sonra borcun ödənilməsi barəsində xx.xx.2020-ci il tarixində 17 saylı qərar qəbul edilmiş və icra olunması üşün Nəsimi rayon İcra və probasiya şöbəsinə, məlumat üçün isə qərarın bir nüsxəsi vət.İddiaçı göndərilmişdir. Həmin tarixdən vət.İddiaçı vergi borcunu hissə-hissə ödəməyə davam etmiş, son ödəniş tarixi xx.xx.2021ci il olmuşdur. xx.xx.2021-ci il tarixdə vət.İddiaçı nümayəndəsi Keşlə bələdiyyəsinə gələrək (ərizənin surəti əlavə olunur) guya təmsil etdiyi şəxsin istifadəsindəki torpaq sahəsi dövlət torpağı olduğunu qeyd edərək bu verginin ödəməməli olduqlarını bildirmişdir. Halbuki qərar qəbul olunandan sonra vət.İddiaçı vergi borcunu ödəməkdə davam etmişdir. Keşlə bələdiyyəsində isə bildirilmişdir ki, həm X2, sonradan varisinin mülkiyyətinə keçmiş əmlakın yerləşdiyi torpaq sahəsi Texniki pasportda göstərilən ölçüdə dövlət torpağı olsa da, onların qanuni istifadəsində olmuş və onlar fiziki şəxs olduqları üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.2, 204 və 205-ci maddələrinə əsasən bələdiyyənin vergi ödəyicisi olmuşlar. Çünki həm Texniki pasport, həm də Çıxarış istifadə hüquqlarını təsdiq edən sənədlərdir. Ancaq nədənsə vət. İddiaçı adına tərtib olunmuş Texniki pasport bələdiyyəyə təqdim olunmamışdır. Çünki Çıxarışda torpaq sahəsi Texniki pasporta nisbətən çox az göstərilmişdir. Belə ki, X2 adına olan Texniki pasportda istifadədəki torpaq sahəsi 19245,8 m2, vət.İddiaçı adına olan Çıxarışda isə 7590,61 m2 göstərilmişdir. Halbuki obyektin sərhədləri dəyişməmiş, əvvəl olduğu kimi vət.İddiaçı faktiki istifadəsindədir. Vət.İddiaçı əsassız olaraq məhkəməyə müraciət edərək Keşlə bələdiyyəsinin borcun ödənilməsi ilə bağlı 17 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğvini istəyir. Çünki Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi, 2 ünvanındakı obyekt fiziki şəxs olduğu üçün torpaq və əmlak vergisi yerli büdcəyə ödənilməlidir. Hətta borcun ödənilməsi barədə bələdiyyənin xx.xx.2019-cu il tarixli 130-k saylı xəbərdarlıq məktubu vət.İddiaçı məxsus obyektin ünvanına çatmış, ancaq nədənsə həmin vaxt sahibkar tərəfindən hesablanmış vergi ilə bağlı heç bir narazılıq bildirməmiş və məhkəməyə müraciət etməmişdir. Əvvəl qeyd etdikləri kimi vergi borcunu hissə-hissə ödəməkdə davam etmişdir (məktubun surəti əlavə olunur). Halbuki vət.İddiaçı iddia ərizəsində 3.1, 3.2, 3.3 və 3.4 bəndində qeyd edir ki, xx.xx.2020-ci il tarixli 78-k saylı məktubla göndərilən bildirişdə qeyd olunan borcun 26612 manat 07 qəpik vergi borcu həmin ilin 15 avqust və 15 noyabr tarixinədək ödəniləcək vergi nəzərə alınmaqla qeyd olunub. Əslində 3.1 bəndində göstərilən məbləğin ödənilməsi barəsində qərar qəbul olunmuş və bu vergi borcunun ödənilməsi tələb olunmuşdur. Bundan əlavə qərar qəbul olunub İcra və probasiya şöbəsinə göndəriləndən sonra da vət.İddiaçı borcunun hər ay hissə-hissə ödənilməsini davam etdirmişdir. Məhz bunun səbəbindən ayrı-ayrı vaxtlarda verilən bildirişlərdə məbləğlər arasında fərq yaranmışdır. İddia ərizəsinin 3.5 bəndində göstərilənlərlə bağlı bildirilir ki, iş vət.İddiaçı anası X2 vergi ödəyicisi olduğu zamanlarda borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin X2, sonradan vət.İddiaçı nümayəndəsi olmuş şəxslər bu barədə sahibkara doğru məlumat verməmişdir. Vət.İddiaçı nümayəndəsi xx.xx.2019-cu il tarixli ******* saylı Çıxarışı əsas tutaraq hesab edir ki, sahibkar torpaq vergisi ödəməməlidir. Halbuki Çıxarışda torpaq sahəsinin sahibkarın istifadəsində olduğu açıq-aşkar göstərilib və o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.2 maddəsinə əsasən yerli büdcənin ödəyicisidir. Ziddiyyətli məqam odur ki, X2 istifadəsində torpaq sahəsi 19245,8 kv.m göstərildiyi halda, vət.İddiaçı adına verilmiş Çıxarışda həmin torpaq sahəsi 7590,61 kv.m göstərilmişdir. Ancaq faktiki olaraq 19245,8 kv.m torpaq sahəsi bu gün də vət.İddiaçı istifadəsindədir və vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3 maddəsinə əsasən hesablanır. Yəni 10000 m2x (hər yüz kv.m 10 manat) =1000 manat. 10000m2-dən yuxarı olan hissəsi, yəni 9245,8 m2 x (hər yüz kv.m-i 20 manat) = 1849 manat 16 qəpik. Ümumilikdə torpaq vergisi 2849 manat 16 qəpik təşkil edir. Əmlak vergisinin hesablanmasına gəldikdə X2 mülkiyyətindəki tikililərin sahəsi onun varisi vət.İddiaçı adına verilmiş Çıxarışda az göstərilməklə ciddi fərq yaranır. Baxmayaraq ki, obyektin bir hissəsi hər hansı şəxslə alqı-satqı olunmayıb. Hər hansı halda vət.İddiaçı adına tərtib olunmuş Texniki pasport meydana çıxmalıdır ki, bu kimi suallara cavab tapmaq mümkün olsun. Əmlak vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1. maddəsinə əsasən hesablanır. Tikintinin sahəsi Çıxarışda olduğu kimi götürülsə, 7291,27 m2 x 0,4 x zona əmsalı (6-cı zona). 6-cı zonada əmsal vahiddir, yəni 7291,27 m2 x 0,4 x 1 = 2916 manat 51 qəpik. Vergi borcunun gecikdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən hər gecikdirilmiş gün üçün 0,1% məbləğində faiz hesablanır. Məhz bu səbəbdən vergi borcunun məbləği artır. Borc hissə-hissə ödənilsə də faiz məbləği borcun artmasına səbəb olur, iddia ərizəsinin 4.5, 6.7 və 8-ci bəndlərində qeyd edildiyi kimi fiziki şəxslər bələdiyyənin əmlak və torpaq vergisi ödəyicisidirlər. Vət.İddiaçı mülkiyyətindəki obyektin yerləşdiyi torpaq sahəsi Keşlə bələdiyyəsinin inzibati ərazisində olmaqla fiziki şəxsin qanuni istifadəsindədir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203.2 maddəsinə əsasən torpaq vergisini yerli büdcəyə ödəməlidirlər. Keşlə bələdiyyəsinin vət.İddiaçı vergi borcunun ödənilməsi barəsində 17 saylı xx.xx.2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilib. Çünki vət.İddiaçı yuxarıda qeyd olunan qanunlara əsasən fiziki şəxs qismində əmlak və torpaq vergisi ödəyicisidir; Məhkəmə araşdırması zamanı verilmiş sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş: ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanda 7291,27 kv.metr əmlak kompleksi kimi müəssisə İddiaçı istifadəsindədir; xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, satıcı İddiaçı tam mülkiyyət üzrə ona məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 7291,27 kv/m olan əmlak kompleksi kimi müəssisənin 593.1 kv.metr hissəsini alıcı X1; İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 7291.27 kv.metr ümumi sahəsinin 6.955 kv.metr ümumi sahəyə azaldılmasına etiraz etmir; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanda 6347,6 kv.metr əmlak kompleksi kimi müəssisə İddiaçı istifadəsindədir; Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). "Yerli (bələdiyyə) vergilər və Ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafıq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Vergilər bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur (6.0.3.) Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8.0). "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 8.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, həmçinin 208.6-cı maddəyə əsasən fıziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla, mülkiyyətində olan daşınmaz əmalk və həmin əmlakın yerləşdiyi ərazidə istifadəsində olan torpaq sahəsi ilə bağlı yerli vergilər (bələdiyyə vergiləri) qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi üçün cavabdeh tərəfindən müəyyən edilmiş inzibati icraatın məcburi prosedur qaydalarına riayət edilmiş, iddiaçıya məlumat verilmiş və qeyd olunan qərar qəbul edilməklə, icra olunması üçün müvafiq İcra və probasiya şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7634/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7634/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver