Məhkəmə qərarları › İş №2-1(112)-7634/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7634/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7634/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icra hərəkətlərinin təxirə salınması və dayandırılması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra hərəkətlərinin təxirə salınması və ya dayandırılması barədə icra orqanının məhkəməyə müraciətlə təqdimat verməməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində İddiaçı göstərməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra hərəkətlərinin təxirə salınması və ya dayandırılması barədə icra orqanın məhkəməyə müraciətlə təqdimat verməməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Mirzə Mənsur küçəsi 94 saylı evin 9A saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzilin texniki sənədlərində olmayan kommunikasiya xətlərinin ləğv olunması, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh orqan tərəfindən icra hərəkətləri başlanmışdır. İcra hərəkətlərinə görə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Mirzə Mənsur küçəsi 94 saylı evin 9A saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzilin texniki sənədlərində olmayan kommunikasiya xətlərinin ləğv olunması icra edilməlidir. Məhkəmə gedişatından əvvəl, o, həmin qurğuların sənədləşməsi barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti DƏDRX-nin səlahiyyətli nümayəndələri tərəfindən araşdırılmışdır və müraciəti təmin olunmuşdur. Hazırda xx.xx.2021-ci il tarixli, invetnar nömrəsi: 04/505 xx.xx.2021; reyest nömrəsi: **********22-05101-093005 saylı texniki pasport tərtib olunaraq ona verilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qurğular qanuniləşdirılərək istifadəsində olması qanuniləşdirilmişdir. Hazırda Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2G21 savlı işin icra icraatı Bakı şəhər Səbail rayon İcra şöbəsindədir. Fevral ayında ünvana baxış keçirərkən iş üzrə icra məmuru Tohid Nurlu iş yoldaşı ilə birlikdə gəlmişlər. Qətnamə üzrə birinci onun aidiyyatı üzrə evində icra hüququ olsa da, onun iş yoldaşı onu təhdid edərək hamam aksesuarlarını sökəcəyini bildirdi və əslində birinci mərtəbədə yerləşən sanitar qovşağının sökülməli olmasını inkar etdi. O qətnamənin pul hissəsindən imtina etmir. Artıq video çəkilişlə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin söküntüsünü aparmışdır. Qətnamənin qət hissəsində həllini tapmayan sanitar qovşağının texniki sənədlərində əksini tapması əsasdır. Xahiş edir işin üzrə qanunsuz icraatın dayadırılması tədbirlərr görülsün. Ancaq, məhkəmə tərəfindən işə baxılarkən bu hal müəyyən olunmamışdır. Buna görə də hazırda bu qurğular qanunsuz tikili statusunda deyildir. Hazırda söküləcək yerlərlə bağlı texniki pasport olması səbəbindən icranın mümkünsüz olmaması icra orqanı tərəfindən nəzərə alınmır. Bu barədə icra orqanı təqdimatla məhkəməyə müraciət etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 13 aprel 2023-cü il tarixə təyin edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə cavabdehin nümayənəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddiasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı Sumqayıt şəhəri, Qəhrəmanov küçəsində qeydiyyatdadır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mülkiyyətində olan 9a saylı mənzilin texniki sənədlərdə nəzərdə tutulmuş əvvəlki vəziyyətinə qaytarılması təmin edilərək, mənzil daxilində özbaşına tikilmiş sanitar qovşağın sökülərək texniki sənədlərdə nəzərdə tutulmuş, həyətdəki sahəyə köçürülməsi, yaşayış sahəsi üzərində özbaşına quraşdırılmış, texniki sənədlərdə olmayan bütün kommunikasiya xətlərinin ləğv edilməsi və ona dəymiş 2000 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (Qarşılıqı iddia ərizəsi üzrə İddiaçı cavabdeh X1 qarşı cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mansur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv olunması, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı X1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın cavabdeh Ağzadə Qəhrəman Səlim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin üzərinə mülki iş üzrə çıxarılmış 14 oktyabr 2021-ci il tarixli 2(009)-720/2021 saylı məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsinin icra hərəkətlərinin təxirə salınması və dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət etmək vəzifəsinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı icra hərəkətlərinin təxirə salınması və dayandırılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar