Məhkəmə qərarları › İş №2-1(112)-7638/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7638/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7638/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının müddətsiz təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il təvəllüdlü X13 1-ci qrup ömürlük əlillik təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlər sırasından çıxarılmış, iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, X13 orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qızı - xx.xx.1998-ci il təvəllüdlü X16 anadangəlmə dərin əqli-kəm epilepsiya xəstəsidir. Hazırda onun 26 yaşı var. İndiyə kimi o, müxtəlif psixatirik xəstəxanalarda müalicə almasına baxmayaraq sağalmamış, səhhətində hər hansı bir müsbət dəyişiklik olmamışdır. Hazırda da o, 1 saylı X15 qeydiyyatdadır və mütəmadi olaraq müalicə alır. O, iddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi, ev 121 A, mənzil 23-də qalır, özü müstəqil formada özünü idarə edə bilmir və onun köməkliyi ilə yaşayır. X13 18 yaşına çatana kimi əlillik pensiyası verilmişdir. 18 yaşına çatanda isə ona əlillik diaqnozu qoyularaq 5 il müddətinə 2-ci qrup əlillik verildi. 5 il tamam olandan sonra o, məhkəməyə onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə müraciət etdi və Nərimanov rayon Məhkəməsinin 2(005)-487/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizəsi təmin edildi, xx.xx.1998-ci il təvəllüdlü X16 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edildi. Məhkəmə işə baxarkən X16 barəsində ekspertiza təyin etdi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X20 xx.xx.2023-cü il tarixli 462 saylı rəyində qeyd edildi ki, X10 X9 demensiya (ağız zəifliyi) aşkar olunur, X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Bundan sonra o, 1 saylı Ruhi-Əsəb Xəstəxanasında 1 aya yaxın müalicə aldı və onun vəziyyəti aşağıdakı kimi qiymətləndirildi: «İrsiyyəti ruhi xəstəliklərlə ağırlaşıb. 8 aylıqdan qıcolma tutmalarından əziyyət çəkir. İnkişafı yaşıdlarından geri qalır. Dəfələrlə müalicələrdə olub. Sadə hesab əməllərini bacarmır. Son zamanlar psixi vəziyyəti pisləşdiyi üçün AR SN RPX-na qəbul olunub. 29.08.23-cü il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim olunub. «X9 Ağıl Zəifliyi, Tez-Tez Baş Verən Qicolma Tutmaları. X17 X18 Var ». diaqnozu təyin olunub. Zahirən narahatdır, gərgindir. Davranış pozuntuları qeyd edilir. Əhval-ruhiyyəsi fonu enib. Qıcolma tutmalarından əziyyət çəkir. Ünsiyyətə daxil olmur. Yuxusu narahatdır. Daim valideyn nəzarətindədir. Yaddaş enib İQ-34%». Bundan sonra o, qeydiyyatda olduğu ünvan üzrə 8 saylı Poliklinkaya müraciət etdi, oradan 88 saylı forma arayış AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərildi, lakin Agentlik məhkəmə qətnaməsini, ona verilmiş diaqnozu nəzərə almayıb, X13 əlillik dərəcəsi verməkdən imtina etdilər. O, X11 əlilliyinin təyin edilməsi üçün onun əyani müayinəyə cəlb edilməsini həmin Agentlikdən tələb etdi, Agentlik isə X13 qeyri-qanuni diaqnoz qoyub ona 2 il müddətinə 3-cü qrup əlillik təyin etdilər. Bununla razılaşmayıb ərazi üzrə Binəqədi rayon Prokurorluğuna ərizə ilə müraciət etdi, Binəqədi rayon Prokurorluğunda yenidən ekspertiza təyin edildi və ekspertizanın xx.xx.2023-cü il tarixli 3451 saylı rəyində göstərildi ki, elektron arayışda göstərilən diaqnozla A.Y.Səlimliyə təyin edilən 3-cü qrup əlillik dərəcəsi uyğunsuzluq təşkil edir və Binəqədi rayon X1 düzgün baxılmaq üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasından təkrar müayinədən keçməsi və ona yenidən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət edilməsi ilə bağlı Rayon Prokurorluğu qarşısında məsələ qaldırıldı, bundan sonra onlar X13 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin etdilər.

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, X2 dəfə məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinədə iştirak etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1998-ci il təvəllüdlü X11 (FİN:7B5PD7K) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 1 dəfə göndəriş rəsmiləşdirilmiş, əlillik təyinatı aparılmış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə iddiaçı X11 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı A.Səlimlinin əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, X11 xx.xx.2012-ci il tarixində Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə" diaqnozu ilə iki il müddətinə, ilkin; növbəti dəfə xx.xx.2014-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya nəticəsində şəxsiyyət dəyişilməsi" diaqnozu ilə iki il müddətinə, təkrar xx.xx.2016-ci il tarixindən Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya nəticəsində şəxsiyyət dəyişilməsi." diaqnozu ilə üç il müddətinə; xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək beş il müddətinə "Epilepsiya nəticəsində yaranan dərin aqil zəifliyi, tez-tez baş verən (ayda 8-10 dəfə) qıcolma tutmaları yə uzun müddətli (5-ildən çox) davranış pozuntularıilə) ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra xx.xx.2023-cü il tarixində Bakı 2 nömrəli X8 tərəfdən E00141297LDV nömrəli rəsmiləşdirilmiş göndərişi (diaqnoz: Ağırlaşma F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X9 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X17 X18 var. Əsas diaqnoz G 40 epilepsiya, X9 ağıl zəifliyi, tez-tez baş verən qıcolma tutmaları, X17 X18 var.) əsasında qiymətləndirilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Göndərişin natamam doldurulması" qərarı veriİərəк, "Xəstənin adı pulsuz dərman alan Şəkərli diabet xəstələrin reyestrində qeydə alınıb, lakin F88-də bu barədə məlumatlar yoxdur. Dəqiqləşdirilsin." səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Vətəndaş verilmiş qərardan narazı olduğu üçün xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, obyektiv baxış zamanı tək mütəxəssis tərəfindən əyani müayinə olunmuş, anamnestik məlumatlar ətraflı qeyd edilməmiş və klinik məlumatlar isə şəxsin psixi gərginliyi ilə əlaqədar qısa vaxtda ətraflı dəyərləndirilməmişdir. Həmçinin təqdim edilmiş tək sayda (xx.xx.2023-cü il tarixli) instrumental müayinə nəticəsi (EEQ) əsas xəstəliyi təsdiqləməmişdir. Baş beyin MRT nəticəsi norma daxilində qiymətləndirilmişdir. Obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.1. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 40% pozulmasına görə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. Təqdim edilmiş AR SN Uşaq Ruhi-Əsəb Dispanseri xx.xx.2012-ci il tarixli 660/02 nömrəli Arayışda diaqnoz "Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə" kimi, AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanası xx.xx.2017-xx.xx.2017-ci il tarixli Çıxarışda diaqnoz "Epilepsiya nəticəsində yaranan dərin aqil zəifliyi, tez-tez başverən (ayda 8-10 dəfə) qıcolma tutmaları və davranış pozuntusu, kənar şəxsin köməyinə ehtiyacı var” kimi, Respublika Psixiatriya Xəstəxanası xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz "X9 ağıl zəifliyi, tez-tez başverən qıcolma tutmaları, X17una X18 var” kimi müəyyən edilmişdir. Məhkəmə müraciəti əsasında xəstə A.Səlimlinin əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani şəkildə bir neçə həkim-ekspertin iştirakı ilə komissiyada yenidən qiymətləndirilmişdir. Obyektiv baxış zamanı ailə üzvlərindən toplanmış anamnestik məlumatlarda erkən uşaq yaşlarından qıcolma tutmaları ilə eyni zamanda psixo-fiziki inkişafın ləngiməsi qeyd olunmuşdur, bu da hazırkı intellektual-mnestik gerilik əlamətlərinin hər hansı bir xəstəlik nəticəsində yaranmadığını müəyyən etmişdir. Anamnezə əsasən xəstənin “bütün baxımı (yuyunması, qidalanması, ümumi nəzarəti) anası tərəfindən həyata keçirilir, ev şəraitində aktiv fəaliyyəti yoxdur, uzun müddət hərəkətsiz qala bilir və ətrafda baş verən hadisələrə qarşı tam laqeyd olur” kimi məlumatlar verilmişdir. Aparılan müayinə zamanı qeyd olunan məlumatlar əsasında psixi status formalaşdırılır. "Zahirən səliqəli, baxışları donuq, üz ifadəsi disforik-emosional sferası ilə uyumlu, ünsiyyətə alçaq səs tonu və çəkinərək daxil olması, sadə suallar verilməsinə baxmayaraq bəzilərinə tək kəlmələrlə konkret, bəzilərinə isə "bilmirəm” deyərək cavablar vermişdir. Bir çox sualların mahiyyətini anlamadığı, mexaniki şəkildə cavablandırması təəsüratı yaranmışdır. Ümumiyyətlə, xəstə özünə qapalıdır, çox sualldan narahat olur, aqressivləşir. Bələdliyi özündə və məkanda qismən qorunub, zamanda təhrif olunmuşdur: Ailə üzvlərini tanıyır, yaşadığı yer haqda məlumatlıdır. Abstrakt təfəkkür formalaşmayıb və təfəkkürün assosiasiya qabiliyyəti zəifdir. Düzgün qavramaq, analiz etmək qabiliyyəti zəifdir kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G.40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3 bəndi (ağır təzahür dərəcəsi (MMSE - 10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyinatı verilmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi iddiaçının xəstəliyi üzrə qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq həyata keçirilmiş və əlillik təyin edilmişdir. Hesab edir ki, iddiaçının hər hansı əsas olmadan İ qrup əlilliyin təyin edilməsini tələb etməsi əsassızdır.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixində qəbul edilmiş qərarında bildirilmişdir ki, X11 xx.xx.2012-ci il tarixində Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə" diaqnozu ilə iki il müddətinə, ilkin; növbəti dəfə xx.xx.2014-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya nəticəsində şəxsiyyət dəyişilməsi" diaqnozu ilə iki il müddətinə, təkrar xx.xx.2016-ci il tarixindən Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya nəticəsində şəxsiyyət dəyişilməsi." diaqnozu ilə üç il müddətinə; xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək beş il müddətinə "Epilepsiya nəticəsində yaranan dərin aqil zəifliyi, tez-tez baş verən (ayda 8-10 dəfə) qıcolma tutmaları yə uzun müddətli (5-ildən çox) davranış pozuntularıilə) ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra xx.xx.2023-cü il tarixində Bakı 2 nömrəli X8 tərəfdən E00141297LDV nömrəli rəsmiləşdirilmiş göndərişi (diaqnoz: Ağırlaşma F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X9 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X17 X18 var. Əsas diaqnoz G 40 epilepsiya, X9 ağıl zəifliyi, tez-tez baş verən qıcolma tutmaları, X17 X18 var.) əsasında qiymətləndirilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Göndərişin natamam doldurulması" qərarı veriİərəк, "Xəstənin adı pulsuz dərman alan Şəkərli diabet xəstələrin reyestrində qeydə alınıb, lakin F88-də bu barədə məlumatlar yoxdur. Dəqiqləşdirilsin." səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Vətəndaş verilmiş qərardan narazı olduğu üçün xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, obyektiv baxış zamanı tək mütəxəssis tərəfindən əyani müayinə olunmuş, anamnestik məlumatlar ətraflı qeyd edilməmiş və klinik məlumatlar isə şəxsin psixi gərginliyi ilə əlaqədar qısa vaxtda ətraflı dəyərləndirilməmişdir. Həmçinin təqdim edilmiş tək sayda (xx.xx.2023-cü il tarixli) instrumental müayinə nəticəsi (EEQ) əsas xəstəliyi təsdiqləməmişdir. Baş beyin MRT nəticəsi norma daxilində qiymətləndirilmişdir. Obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.1. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 40% pozulmasına görə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi- Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. Təqdim edilmiş AR SN Uşaq Ruhi- Əsəb Dispanseri xx.xx.2012-ci il tarixli 660/02 nömrəli Arayışda diaqnoz "Epilepsiya teztez təkrarlanan qıcolma tutmaları ilə" kimi, AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanası xx.xx.2017-xx.xx.2017-ci il tarixli Çıxarışda diaqnoz "Epilepsiya nəticəsində yaranan dərin aqil zəifliyi, tez-tez başverən (ayda 8-10 dəfə) qıcolma tutmaları və davranış pozuntusu, kənar şəxsin köməyinə ehtiyacı var” kimi, Respublika Psixiatriya Xəstəxanası xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz "X9 ağıl zəifliyi, tez-tez başverən qıcolma tutmaları, X17una X18 var” kimi müəyyən edilmişdir. Məhkəmə müraciəti əsasında xəstə A.Səlimlinin əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani şəkildə bir neçə həkim-ekspertin iştirakı ilə komissiyada yenidən qiymətləndirilmişdir. Obyektiv baxış zamanı ailə üzvlərindən toplanmış anamnestik məlumatlarda erkən uşaq yaşlarından qıcolma tutmaları ilə eyni zamanda psixo-fiziki inkişafın ləngiməsi qeyd olunmuşdur, bu da hazırkı intellektual-mnestik gerilik əlamətlərinin hər hansı bir xəstəlik nəticəsində yaranmadığını müəyyən etmişdir. Anamnezə əsasən xəstənin “bütün baxımı (yuyunması, qidalanması, ümumi nəzarəti) anası tərəfindən həyata keçirilir, ev şəraitində aktiv fəaliyyəti yoxdur, uzun müddət hərəkətsiz qala bilir və ətrafda baş verən hadisələrə qarşı tam laqeyd olur” kimi məlumatlar verilmişdir. Aparılan müayinə zamanı qeyd olunan məlumatlar əsasında psixi status formalaşdırılır. "Zahirən səliqəli, baxışları donuq, üz ifadəsi disforik-emosional sferası ilə uyumlu, ünsiyyətə alçaq səs tonu və çəkinərək daxil olması, sadə suallar verilməsinə baxmayaraq bəzilərinə tək kəlmələrlə konkret, bəzilərinə isə "bilmirəm” deyərək cavablar vermişdir. Bir çox sualların mahiyyətini anlamadığı, mexaniki şəkildə cavablandırması təəsüratı yaranmışdır. Ümumiyyətlə, xəstə özünə qapalıdır, çox sualldan narahat olur, aqressivləşir. Bələdliyi özündə və məkanda qismən qorunub, zamanda təhrif olunmuşdur: Ailə üzvlərini tanıyır, yaşadığı yer haqda məlumatlıdır. Abstrakt təfəkkür formalaşmayıb və təfəkkürün assosiasiya qabiliyyəti zəifdir. Düzgün qavramaq, analiz etmək qabiliyyəti zəifdir” kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G.40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3 bəndi (ağır təzahür dərəcəsi (MMSE - 10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyinatı verilmişdir.

6. Məhkəməni iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

9. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. 2.2 İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

11. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyin edilmişdir.

12. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

14. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

15. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir: - xx.xx.2012-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində X13 xx.xx.2012-cü il tarixdə Epilepsiya tez tez qicolma tutmaları ilə diaqnozu ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2014-cü il müəyyən olunmuşdur. - xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində X13 epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi diaqnozu ilə xx.xx.2014-cü il tarixdə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il müəyyən olunmuşdur. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində X13 epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi diaqnozu ilə xx.xx.2016-cı il tarixdə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmişdir. - xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində X13 epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi tez-tez baş verən (ayda 8-10 dəfə) qicolma tutmalarla və uzun müddətli (5-ilən çox) davranış pozuntuları ilə diaqnozu ilə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur.

19. Əlillik müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixində Bakı 2 nömrəli X8 tərəfdən E00141297LDV nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında qiymətləndirilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Göndərişin natamam doldurulması" qərarı verilərək, tibb müəssisəsinə geri qaytarılmışdır. Belə ki, X16 xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.1. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 40% pozulmasına görə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. Qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü tarixində məhkəmə qərardadı əsasında Aysel Səlimli DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyinatı verilmişdir.

20. Beləliklə xx.xx.2024-cü il tarixli qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət edərək, Aysel Səlimliyə orqanizmin funksiyalarının müddətsiz 85-100 faiz pozulmasının təyin edilməsini xahiş etmişdir.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Səlimova X7 Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X11 “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.1998-ci il təvəllüdlü X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 180 saylı rəyində qeyd olunur ki, X10 X9 demensiya (ağıl zəifliyi) aşkar olunur. X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır.

23. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixatriya ekspertizası nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, X10 X9 demensiya (ağıl zəifliyi) xəstəlik mövcuddur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd Psixi və davranış pozuntuları xəstəlikləri - 7.6.1.3-cü bənd - ağır təzahür dərəcəsi (MMSE – 10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü əlillik (orqanizmin funksiyalarının 85-100 faiz müddətsiz pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

25. Beləliklə, X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2-ci bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə təyin edilmiş əlillik onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, 1988-ci il təvəllüdlü X16 öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi təqdirə, cavabdeh orqan ona orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyin etmişdir. X16 uşaqlıqdan xəstəliklə mübarizə aparmasına, müxtəlif psixatirik xəstəxanalarda müalicə almasına baxmayaraq sağalmamış, səhhətində hər hansı bir müsbət dəyişiklik olmamışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

26. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərari ləğv edilməli, Aysel Səlimliyə orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. X13 orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar