Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7638/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “tutulan ödənişlərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “Gürcüstana ezamla əlaqədar ezamiyyət xərclərinin ödənilməsini Cavabdehnə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyul 1999-cu il tarixdə Azərbaycan Respublikası DİN-n Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində xidmətə qəbul olunmuş və 31 iyul 2024-cü il tarixdə, yəni 25 il 18 gün xidmət müddətilə təqaüdə çıxmışdır. Cavabdehə və aidiyyatı qurumlara müraciət etmiş, «X1 xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu»nun 23.13-cü maddəsinin prinsiplərinə uyğun olaraq, vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinatın, xidmət dövründə Gürcüstan Respublikası ərazisinə ezam olunduğu müddət üçün ezamiyyət xərclərinin, həmçinin xidməti dövrdə gecə növbələrində xidmət apardığım müddətlər üçün hesablanmamış ödənişlərin hesablanması və ona ödənilməsin xahiş etmişdir. Lakin xx.xx.2024-cü il tarixli məktubla cavabdeh yuxarıda adıçəkilən Qanunun prinsiplərinə zidd olaraq haqlı tələbimi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı isə, məhkəməyə təqdim etdiyi ərizədə pensiyaçı olduğunu bildirsə də, bu faktı təsdiqləyən heç bir sənəd əlavə etməmişdir. Bununla yanaşı, onun pensiyaçı olması təsdiqləndiyi halda belə, İddiaçı müvafiq müavinətin verilməsi mümkün deyildir. Belə ki, iddia ərizəsində göstərildiyi kimi, xidmətkeçməsinə xitam verilərkən onun 25 il 18 gün xidmət stajı olmuşdur ki, bu da “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsi ilə nəzərdə tutulmuş pensiyaya çıxma şərtlərinə uyğun deyildir. Müvafiq Qanunla tələb olunan 35 illik xidmət stajının olmadığı halda iddiaçının pensiyaya çıxması isə, onun digər əsaslarla pensiya hüququ əldə etməsinə dəlalət edir və ona sözü gedən müavinətin ödənilməsini qeyri-mümkün edir. Bu məsələ ilə bağlı məhkəmə təcrübəsi də var və DYMXnin sabiq əməkdaşları tərəfindən verilən müvafiq iddia tələbləri məhkəmələr tərəfindən təmin edilməyib. Belə ki, birdəfəlik müavinətin ödənilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində müxtəlif vaxtlarda keçmiş əməkdaşlar tərəfindən iddia qaldırılmış və Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2-1(103)-347/2024 nömrəli və 17 may 2024-cü il tarixli 2-1(103)-700/2024 nömrəli qərarları ilə həmin iddialar təmin edilməmişdir. Sabiq əməkdaş İddiaçı fövqəladə hallar orqanında xidmət dövründə FHN-nin 0874/e nömrəli 22 avqust 2017-ci il tarixli əmri ilə yanğınlarının söndürülməsinə yardım məqsədilə 22 avqust 2017-ci il tarixdən 29 avqust 2017-ci il tarixədək Gürcüstanın Samtsxe- Cavaxetiya bölgəsinə ezam ölünmüşdür. Onun xidmətkeçməsinə Azərbaycan Respublikası FHN-nin xx.xx.2024-cü il tarixli 2090/ş nömrəli əmri ilə xitam verilmişdir (əmrin surəti əlavə olunur). Xidmətdə olduğu dövr ərzində İddiaçı ezam xərclərinin ödənilməsi ilə bağlı iş yerinə müraciət etməmişdir. Göründüyü kimi, hazırki iddia tələbi işəgötürənlə işçi arasındakı əmək münasibətlərindən irəli gəlir. Əmək münasibətlərini tənzimləyən əsas normativ sənəd olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfin məhkəməyə verdiyi tələbdə əsaslandığı ezam olunma əmri 22 avqust 2017-ci il tarixdə verilib və göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə görə, qanunla müəyyən edilmiş iddia müddəti ötürülüb. İddiaçınin xidməti fəaliyyəti xx.xx.1999-cu ildən xx.xx.2024-cü ilədək olan müddəti əhatə edir. Həmin müddət ərzində o, xx.xx.2001 -ci il tarixdən xx.xx.2002-ci il tarixədək növbətçi yanğınsöndürmə xidmətinin rəisi vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə, əməliyyat növbətçisinin böyük köməkçisi vəzifəsində xidmət etmişdir (xidmət dövrlərinə dair məlumat vərəqi əlavə olunur). İddiaçının xidmət müddətinin yalnız qeyd olunan vəzifələrdə işlədiyi dövrü gecə vaxtı və çoxnövbəli iş rejiminə aid edilir. Belə ki, bu vəzifələrdə işləyənlər 3 növbəli olmaqla (2 gündən bir) sutkalıq işə çıxırlar. Lakin FHN-nin müvafiq vəzifələrdə xidmət edən və sutkalıq iş rejimi ilə işləyən heç bir əməkdaşına bununla bağlı əlavə ödəniş verilmir. Belə ki, həmin vəzifələr üzrə vəzifə maaşının konkret məbləği təsdiq edilmişdir və fövqəladə hallar orqanları əməkdaşlarının maddi təminatı, habelə buraya aid edilən ödəniş növləri “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddənin məzmununda gecə vaxtı və ya çoxnövbəli iş rejiminə görə ödəniş növü nəzərdə tutulmayıb. Habelə, həmin Qanunun 2.3-cü maddəsinin tələblərinə görə, yalnız əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan məsələlər barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları tətbiq olunur. Bu baxımdan, maddi təminat şərtləri “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyi üçün, bu məsələdə hər hansı digər normativ akta istinad edilməsinə yol verilmir. Eyni zamanda, xidmətdə olduğu dövr ərzində İddiaçı bununla bağlı iş yerinə müraciət etməyib və çoxnövbəli iş (gecə) rejiminə görə ödəniş məsələsində də iddia müddəti ötürülüb. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh xx.xx.2017-ci il tarixli, 0874/e nömrəli əmrinə əsasən Gürcüstanın Borjomi-Xaraquls qoruğuunda baş vermiş yanğınların söndürülməsində iştirak etmək məqsədilə nazirliyin əməkdaşları (həmçinin DYMX-ninYanğınsöndürmə qərargahının baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı İddiaçı) 22 avqust 2017-ci il tarixdən 29 avqust 2017-ci il tarixədək Samstse-Cavaxetiya bölgəsinə ezam olunmuşdurlar. Cavabdeh 30 iyul 2024-cü il tarixli, 2090/ş nömrəli əmrinə əsasən Nazirliyin X2 Xidmətinin Yanğınsöndürmə qərargahının əməliyyat növbətçisinin böyük köməkçisi daxili xidmət polkovnik-leytenantı İddiaçı öz arzusu ilə X1 xidmətkeçməsinə xitam verilmişdir. FHN X2 Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, müvafiq əmrlə Gürcüstan Respublikasına ezam edilmiş şəxslərdən heç birinə ezam xərcləri ödənilməyib. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2017-ci il tarixli, 0874/e əmrinə əsasən 22 avqust 2017-ci il tarixdən 29 avqust 2017-ci il tarixədək Gürcüstanın Borjomi-Xaraquls qoruğuunda baş vermiş yanğınların söndürülməsində iştirak etmək məqsədilə Samstse-Cavaxetiya bölgəsinə ezam olunmuş, hazırki tələblə ezam olunduğu müddət üçün ezam xərclərinin ödənilməsini xahiş edir. Doğrudur ki, həmin əmrlər Gürcüstan Respublikasına ezam edilmiş şəxslərdən heç birinə ezam xərcləri ödənilməyib. Buna baxmayaraq Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmək hüququndan qanunvericilikdə göstərilən müddətdə yararlanmamışdır. Belə ki, “X1 qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. X1 xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. ...Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə nəzərə alır ki, Əmək Məcəlləsinin tələblərinə əsasən pul tələbləri ilə əlaqədar bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə İddiaçı isə hüquqlarının pozulduğunu iddia etdiyi sonuncu tarixdən (ezamiyyət müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən) təqribən 07 il 05 ay 20 gün sonra daha dəqiq desək xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunur ki, həmin hal prosessual müddət hesab edilmir və mahiyyəti üzrə baxılmasına maneə olan müddət kimi nəzərə alınmasa belə, nə qədər ki, Əmək Məcəlləsində göstərilən tələb iddiaçının statusunda olan xüsusi rütbəli şəxslərə də aiddir və iddiaçı hərbi qulluqçu hesab edilmir, 1 il ərzində müraciət edilmə barədə imperativ norma iddianın mahiyyəti üzrə qiymətləndirilməsində nəzərə alınmalıdır. Qeyd olunur ki, vergi, əmək, gömrük və digər növ qanunvericilik normalarında məhkəməyə və cavabdeh inzibati orqana müraciətlə əlaqədar müddət məhdudiyyətləri müəyyən edilməkdədir ki, həmin müddət məhdudiyyətləri iddianın mümkünsüzlüyünə səbəb olmasa belə, məhkəməyə və inzibati orqana müraciət üzrə müraciətin müsbət həllinə təsir göstərməkdədir. Bu səbəbdən də 1 illik əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət məhdudiyyəti nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov