Məhkəmə qərarları › İş №2-1(112)-7639/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7639/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7639/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdeheydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində adına tərtib edilmiş 05 saylı 24.01.1992-ci il tarixli nikah haqqında akt qeydinin “qadın” qrafasının “ad” bəndində “Durna”dan “Gülnaz” adına düzəliş edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdeheydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildə Azərbaycan Respublikası Ağdam şəhərində doğulub. 24 01 1992-ci İ tarixində X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından 02.07.1993-cü il təvəllüdlü X5 və 02.12.1995-ci il təvəllüdlü X3 doğulmuşdur. Məhkəmənin nəzərinə çatdırır kı, X4 ilə nikaha daxıl olan zaman nikah şəhadətnaməsində və nikah haqqında akt qeydinin “qadın” qrafasının "ad” bəndində adı səhv olaraq “Gülnaz" deyil, “Durna" kimi qeyd edilmişdir. Halbuki adı Durna deyil, Gülnazdır. Qeyd edilən problemin aradan qaldırılması məqsədilə 3 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə müraciət edib, Ağdam rayonu Sarıcalı kənd icra nümayəndəliyində adına tərtib edilmiş nikah haqqında akt qeydinin “qadın” qrafasının “ad” bəndinə “Durna”dan “Gülnaz"a düzəliş edilməsini xahiş edib, lakın 3 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi 16.02.2021-cı il tarixli 05/Q-11 /62 saylı imtina cavabında bildirmişdir ki, Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində adına tərtib edilmiş 05 saylı 24.01.1992-ci il tarixli nikah haqqında akt qeydinin “qadın" qrafasının ad bəndində “Gülnaz” deyil, “Durna” qeyd edilmişdir. Lakin ona təqdim edilmiş V-JQ № 440532 saylı ilkin nikah haqqında şəhadətnamədə adı yazılan bənddə düzəliş aparılmış və bu düzəlişin həqiqiliyi səlahiyyətli şəxsin imzasıyla və qeydiyyat şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Bu səbəblə həmin şəhadətnamənin ona məxsus olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı ıl tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıqıvəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilmir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, imtina əsassızdır və 3 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində adına tərtib edilmiş 05 saylı 24.01.1992-ci il tarixli nikah haqqında akt qeydinin "qadın” qrafasının “ad “bəndində “Durna”dan “Gülnaz”a düzəliş edilməsi vəzifəsi qoyulmalıdır.

3. Məhkənin hazırlıq icraatı üzrə iclasında (mümkünlük iclası) və baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın (mümkünlük iclası) keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdeheydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25.06.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci İ tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində tərtib edilmiş nikah haqqında akt qeydinin “qadın” qrafasının “ad” bəndində “Durna”dan “Gülnaz”a düzəliş edilməsi barədə İddiaçı ərizəsini icra etmək mümkün olmamışdır.

II. İddianın növü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

8. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 16.02.2021-ci il tarixli cavabında bildirilmişdir ki, Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində adına tərtib edilmiş 05 saylı 24.01.1992-ci il tarixli nikah haqqında akt qeydinin “qadın" qrafasının ad bəndində “Gülnaz” deyil, “Durna” qeyd edilmişdir. Lakin ona təqdim edilmiş V-JQ № 440532 saylı ilkin nikah haqqında şəhadətnamədə adı yazılan bənddə düzəliş aparılmış və bu düzəlişin həqiqiliyi səlahiyyətli şəxsin imzasıyla və qeydiyyat şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Bu səbəblə həmin şəhadətnamənin ona məxsus olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı ıl tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilmir.

9. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddia öhdəliyin icrasına dair iddiadır.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Nikahın bağlanması haqqında akt qeydinə əsasən, 19.01.1963-cü il təvəllüdlü X4 ilə xx.xx.1971-ci il təvəllüdlü Əliyeva (nikahdan sonra Hüseynova) Durna Yusif qızı arasında Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində 05 saylı 24.01.1992-ci il tarixli nikah haqqında akt qeydi tərtib olunmuş, həmin akt qeydində seriya V-JQ 440532 nikahın bağlanması haqqında şəhadətnamə verildiyi qeyd edilmişdir. Qadın tərəfindən təqdim olunan sənədlər qrafasında SSRİ vətəndaşının XXİİ-JQ 568774 pasportu qeyd edilmişdir.

12. Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində 05 saylı 24.01.1992-ci il tarixli nikah haqqında akt qeydi əsasında V-JQ 440532 nikahın bağlanması haqqında nikahın bağlanması haqqında şəhadətnamənin “qadın” qrafasında “Gülnaz” adına düzəliş aparılmışdır (Şəhadətnamənin əsli məhkəmə iclasında təqdim edilmişdir).

13. SSRİ vətəndaşının XXİİ-JQ 568774 pasportunun surətinə əsasən, həmin pasport xx.xx.1971-ci ildə Azərbaycan SSR Ağdam şəhərində anadan olmuş X7 məxsusdur.

14. X6 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1971-ci ildə Ağdam rayonunda anadan olmuşdur.

15. X2 doğum haqqında şəhadətnaməsinə əsasən, 02 iyul 1993-cü il təvəllüdlü X2 atası X4, anası İddiaçıdır.

16. X1 doğum haqqında şəhadətnaməsinə əsasən, 02 dekabr 1995-ci il təvəllüdlü X1 atası X4, anası İddiaçıdır.

IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

17. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.

18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

19. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlıdır bağlıdır.

20. İddia mümkündür.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar nikah haqqında akt qeydində düzəliş üçün kifayət edir (bax: İİİ. Məhkəmə tərəfindən təqdim edilən sübutlar). Belə ki, məhkəmə müəyyən edir ki, nikah haqqında akt qeydinin tərtib olunması üçün Əliyeva (Hüseynova) Gülnaz Yusif qızı tərəfindən SSRİ vətəndaşının XXİİ-JQ 568774 pasportu təqdim edilmiş (nikah haqqında akt qeydinin tərtib olunması üçün təqdim olunan sənədlərə əsasən), lakin adı nikah haqqında akt qeydində yanlış olaraq “Durna” olaraq göstərilmişdir. Həmin nikahdan tərəflərin iki övladı var. Düzəlişin edilməsi üçün kifayət qədər əsaslar var və aidiyyəti şəxslər arasında mübahisə yoxdur. Odur ki, nikah haqqında akt qeydində müvafiq düzəlişi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Ağdam rayonu Sarcalı kənd icra nümayəndəliyində tərtib edilmiş 24.01.1992-ci il tarixli 05 saylı nikah haqqında akt qeydinin “qadın” qrafasının “ad” bəndində “Durna”dan “Gülnaz” adına düzəliş edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdeheydiyyat şöbəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar