Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-764/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 və X18 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpağa dair istifadə hüquqlarının qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X22, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 və X18 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpağa dair istifadə hüquqlarının qeydə alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanmış 07 oktyabr 2015-ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqavilənin icrasının təmin olunaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli **********05 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən ona alqı-satqı yolu ilə satılmış 0.014 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X33 xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış 07 oktyabr 2015ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqavilələri ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********05 reyestr nömrəli müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolu ünvanında yerləşən 0.06 ha və 0,2213 ha torpaq sahələrindən alqı-satqı yolu ilə satılmış 0.014 ha və 0,007 ha torpaq sahələrinə dair İddiaçı daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış 07 oktyabr 2015-ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqaviləyə əsasən X19 DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli **********05 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi you ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən 0.014 ha torpaq sahəsinə dair daimi istifadə hüququnu ona satmışdır. Torpaq sahəsindən daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilməmişdir. Qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna müvafiq çıxarışın verilməsi ilə bağlı bir neçə dəfə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciətinə cavab olaraq **********53 saylı imtina məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi you ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən 0.014 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsinin tərtib edilməsi nəzərdə tutulan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcud olduğu bildirilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli **********27 saylı imtina məktubu ilə arxiv sənədləri araşdırılaraq sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsinin naturada ona göstərildiyi və 140.0 kv.metr torpaq sahəsinin faktiki başqa şəxsin istifadəsində olduğu və sözügedən sahə üzərində iki ayrı-ayrı yaşayış evlərinin bir hissəsinin yerləşdiyi bildirilmişdir. xx.xx.2018-ci il tarixli **********02 saylı və xx.xx.2018-ci il tarixli **********60 saylı və xx.xx.2015-ci il tarixli **********58 saylı imtina məktubları ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və X18 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı bölgü sxeminin tərtib edilməsi, torpaq sahəsinin yeri göstərilməklə koordinatlarının müəyyənləşdirilməsi, torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və istifadə hüquqlarının yüklənməsi, torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi tələbləri ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının xx.xx.2018-ci il tarixli müraciəti zamanı elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin digər fiziki şəxsin (X3) istifadə hüququnun qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı arxiv sənədlərinin araşdırılaraq sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi naturada iddiaçıya göstərilməsi, 140.0 kv. metr torpaq sahəsinin faktiki başqa şəxsin istifadəsində olması və sözügedən sahə üzərində iki ayrıayrı yaşayış evlərinin bir hissəsində yerləşməsi barədə xx.xx.2021-ci il tarixli, **********27 saylı məktub ünvanlanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı göstərilən ərazinin bölgüsü nəzərdə tutulan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcud olması və göstərilən sahənin hüquqmüəyyənedici sənəd üzrə sahəyə heç bir aidiyyatı olmaması müəyyən edilmişdir. Daha sonra, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı göstərilən ərazi elektron kadastr məlumat bazasına əsasən bölgüsü nəzərdə tutulan torpaq sahəsinin bir hissəsi olmaqla digər fiziki şəxsin (X10) istifadə hüquqları qeydiyyata alınmış planölçüsündə qeyd olunan sahə ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən ayrı-ayrı müraciətlər zamanı müxtəlif yerlər göstərilmişdir. İddiaçının idarəyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şosse yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən 0.014 ha torpaq sahəsinin daimi istifadə hüququnun İddiaçı satılması ilə bağlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxslər X5 və X10 iddia tələbinə dair yazılı münasibətləri məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər məhkəmə iclasına gəlmədiyindən, və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X33 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X25 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqü vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli “Torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsi”nin surətindən müəyyən olunur ki, “Satıcı” X7. Resp. ƏMDK yanında DƏDRX-nin xx.xx.2015-ci il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab-104, səh. 9845) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəh. Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şosse yolu ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən 0,014 ha torpaq sahəsinin daimi istifadə hüququnu “Alıcı” İddiaçı satmışdır. Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli “Torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsi”nin surətindən müəyyən olunur ki, “Satıcı” X4. Resp. ƏMDK yanında DƏDRX-nin xx.xx.2015-ci il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab-104, səh. 9845) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəh. Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şosse yolu ünvanında yerləşən 0,2213 ha torpaq sahəsindəm 0,007 ha torpaq sahəsinin daimi istifadə hüququnu “Alıcı” İddiaçı satmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********56 №li xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş: xx.xx.2015-ci il tarixli “Torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsi”nin surətindən müəyyən olunur ki, “Satıcı” X34, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab №104, səhifə 9845) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi ünvanında yerləşən 4.535 ha torpaq sahəsindən daimi istifadə hüququndan 0.2213 ha torpaq sahəsinin daimi istifadə hüququnu “Alıcı” X1. Qalan 4.3137 ha torpaq sahəsinin daimi istifadə hüququ isə “Satıcı” X20 daimi istifadəsində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolunda 0.2213 ha torpaq sahəsi X6 daimi istifadəsinə Bakı şəhəri 41 saylı NK-nın notariusu N.T.Qazı-Zadə tərəfindən təsdiq edilmiş 3M/01-217 reyestrli xx.xx.2015-ci il tarixli Torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Bununla bağlı xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlak üzərindəki hüquq (daimi istifadə) Daşınmaz əmlakın Dölət reyestrində 1104 nömrəli reyestr kitabının 9845 nömrəli vərəqində qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli “Torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsi”nin surətindən müəyyən olunur ki, “Satıcı” X34, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ( kitab №104, səhifə 9845) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi ünvanında yerləşən 4.535 ha torpaq sahəsindən daimi istifadə hüququndan 0,06 ha torpaq sahəsinin daimi istifadə hüququnu “Alıcı” X2. Qalan 4,475 ha torpaq sahəsinin daimi istifadə hüququ isə ha torpaq sahəsinin daimi istifadə hüququ isə “Satıcı” X20 daimi istifadəsində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolunda 0.06 ha torpaq sahəsi X9 daimi istifadəsinə Bakı şəhəri 41 saylı NK-nın notariusu N.T.Qazı-Zadə tərəfindən təsdiq edilmiş 3M/01-215 reyestrli xx.xx.2015-ci il tarixli Torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Bununla bağlı xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlak üzərindəki hüquq (Daiki istifadə) daşınmaz əmlakın Dölət reyestrində 1104 nömrəli reyestr kitabının 9845 nömrəli vərəqində qeydə alınmışdır. Notarial qaydada təsdiq olunmuş Xəzər rayonu Maştağa-Buzovna şosse yolunda yerləşən 50000.0 kv. metr torpaq sahəsinin Bölgü eskizinin surətindən müəyyən olunur ki, bölgü eskizi X43, X14, X23, X21, X27, X19 tərəfindən razılaşdırılmışdır. ünvan 5 ünvanında qeydiyyatda olan X24 tərəfindən ünvan 6 ofisində təsdiqlənmiş **********378 №li ərizədən müəyyən olunur ki, X24 Bakı şəhəri, Maştağa-Buzovna şossesi, X48 9-da yerləşən faktiki İddiaçı məxsus olan 230 kv. metr torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində onun adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. ünvan 7 ünvanında qeydiyyatda olan X26 tərəfindən ünvan 6 ofisində təsdiqlənmiş **********194 №li ərizədən müəyyən olunur ki, X26 Bakı şəhəri, Maştağa-Buzovna şossesi, X48 9-da yerləşən faktiki İddiaçı məxsus olan 230 kv.m torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində onun adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. ünvan 8 ünvanında qeydiyyatda olan X35, Şirvan şəhəri, ünvan 9nda qeydiyyatda olan X28 və Saatlı rayonu, Potubəyli kəndində qeydiyyatda olan X15 tərəfindən 17 saylı notariat ofisində təsdiqlənmiş **********747 saylı ərizədən müəyyən olunur ki, Bakı şəhəri, Maştağa-Buzovna şossesi, X48 9-da yerləşən faktiki İddiaçı məxsus olan 230 kv. m. torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində onun adına qeydə alınmasına etiraz etmədiklərini bildirmişlər. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış: **********60 №li xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesində yerləşən torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətdə qeyd etdiyi məsələ ilə bağlı idarənin mütəxəssisi Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesində torpaq sahəsidə olmuş və torpaq sahəsinin yerini müəyyənləşdirilərək göstərilmişdir. **********53 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şosse yolu ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Bölgüsü nəzərdə tutulan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, tərəfindən göstərilən sahənin hüquqmüəyyənedici sənəd üzrə sahəyə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrasının mümkün olmadığı qeyd olunmuşdur. **********27 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şosse yolu ünvanında yerləşən torpaq sahəsinin yeri göstərilməklə koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Arxiv sənədləri araşdırılaraq sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi naturada ona göstərilmişdir. 140.0 kv. metr torpaq sahəsi faktiki başqa şəxsin istifadəsindədir və sözügedən sahə üzərində iki ayrı-ayrı yaşayış evlərinin bir hissəsi yerləşdiyi qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: **********58 saylı xx.xx.2015-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şosse yolu ünvanında yerləşən torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** saylı, xx.xx.2015-cü il tarixli ərizəsinə və təqdim edilmiş sənədlərə baxılmışdır.Torpaq sahəsinin bölünməsinə dair notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim olunduqdan sonra ərizəsinin icrasına yenidən baxıla bilər. **********02 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və istifadə hüquqların yüklənməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəsinə baxılmışdır. Elektron kadastr məlumatına əsasən tərəflərindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyündən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/7507 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Ayaz Naibovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: - Qeyd olunan 0,06 ha torpaq sahəsindən 0,014 ha torpaq sahəsi X18 və X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür və həmin sahədə onlar tərəfindən inşa edilmiş 2 ədəd yaşayış evinin hər birinin bir hissəsi sözügedən sahədə yerləşir. - X16 tərəfindən 0,02213 ha torpaq sahəsindən İddiaçı satılmış 0,007 ha torpaq sahəsi mövcud deyil. Belə ki, arxiv məlumatlarına əsasən 0,02214 ha torpaq sahəsi (0,0589 ha, 0,0271 ha, 0,03 ha, 0,03 ha, 0,025 ha, 0,02 ha) tamamilə hissə-hissə başqa şəxslərə satılıb. - X10 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə faktiki istifadəsində olduğu torpaq sahəsi üst-üstə düşmür. Belə ki sənəd üzrə olan torpaq sahəsi bitişik qonşu sahədir. Faktiki istifadəsində olan sahə dövlət reyestrindən çıxarışa əsasən X40 (0,026 ha) X43 (0,025 ha) və satılan 0,014 ha İddiaçı aiddir. - X3 koordinatlara əsasən adına qeydiyyatdan keçmiş torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur. - İddiaçı istifadəsində faktiki olaraq torpaq sahəsi mövcud deyil. Belə ki, vaxtı ilə ona göstərilən torpaq sahəsi **********51 reyestr nömrəsiilə X17 dövlət qeydiyyatına alınmışdır (sahə 0,0228 ha təşkil edir). Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (Maddə 5, 1-ci hissə). Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (maddə 5, 2-ci hissə). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 5, 3-cü hissə). Dövlət mülkiyyətində olan torpaqlara dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar daxildir (maddə 46.1). Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (48.2). Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (maddə 48.4). Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur (maddə 50.1). Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır (maddə 55). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (Maddə 139.3). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur (Maddə 8): - Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1); - bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8). Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır (Maddə 9.1); - Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); - Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2); - Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3); Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur (Maddə 10.2): - hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri(10.2.1); - torpaq sahəsinin planı və ölçüsü(10.2.2); - torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu plan-cizgisi (10.2.3); - dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4). Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Maddə 19.1). Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir (Maddə 19.2). Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır (Maddə 19.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İPM: Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (Maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (Maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (Maddə 68.2). Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən (dəqiqləşdirilmiş) müəyyən olunur ki, iddiaçının tələbi aşağıda qeyd olunan 2 hissədən ibarətdir: 1) Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış 07 oktyabr 2015-ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqavilə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********05 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən alqı-satqı yolu ilə satılmış 0.014 ha torpaq sahəsinə dair daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması; 2) Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış 07 oktyabr 2015-ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqavilə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********05 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolu ünvanında yerləşən 0,2213 torpaq sahəsindən alqı-satqı yolu ilə satılmış 0,007 ha torpaq sahəsinə dair daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinada göstərdiyi hallar iddiaçının mübahisəli 0.014 ha torpaq sahəsinə dair daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasından imtina olunmasına əsas ola bilməz. Belə ki, iddiaçının qeyd olunan torpaq sahəsinə dair istifadə hüquqlarını qanuni əsaslarla əldə etməsi işin mübahisələndirilməyən hallarındandır. İddiaçının qeyd olunan torpaq sahəsinə dair istifadə hüquqlarının qeydə alınmasından imtinaya əsas kimi isə 140.0 kv. metr torpaq sahəsinin faktiki başqa şəxsin istifadəsində olması və sözügedən sahə üzərində iki ayrı-ayrı yaşayış evlərinin bir hissəsinin yerləşməsi olmuşdur. İş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi, qeyd olunan 0,06 ha torpaq sahəsindən 0,014 ha torpaq sahəsi X18 və X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür və həmin sahədə onlar tərəfindən inşa edilmiş 2 ədəd yaşayış evinin hər birinin bir hissəsi sözügedən sahədə yerləşir. X10 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə faktiki istifadəsində olduğu torpaq sahəsi üst-üstə düşmür. Belə ki sənəd üzrə olan torpaq sahəsi bitişik qonşu sahədir. X10 faktiki istifadəsində olan sahə dövlət reyestrindən çıxarışa əsasən digər fiziki şəxslərlə yanaşı, İddiaçı satılan 0,014 ha torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,014 ha torpaq sahəsinin yerləşdiyi koordinatlar məlumdur və qeyd olunan torpaq sahəsinə dair hüquqlar Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Hazırda həmin torpaq sahəsindən istifadə edən X10 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi isə üst-üstə düşmür. Belə olan halda isə iddiaçı qanunla qorunan istifadə hüquqlarının (mülkiyyət hüquqları ilə yanaşı digər hüquqların qorunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsində nəzərdə tutulmuşdur) qorunmasını həyata keçirilməsi (X18 tərəfindən istifadə olunan ona məxsus torpaq sahəsinin boşaldılması ilə bağlı qanunla müəyyən olunmuş qaydada tədbirlərin həyata keçirilməsi) üçün həmin hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına nail olmalıdır. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istifadə hüquqları onun hazırda faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə deyil, Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış 07 oktyabr 2015-ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqavilə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********05 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən alqı-satqı yolu ilə satılmış və hazırda heç bir qanuni əsas olmadan X18 tərəfindən istifadə olunan 0.014 ha torpaq sahəsinə münasibətdə qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən iddiaçının mübahisəli 0.014 ha torpaq sahəsinə dair daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması hissəsində təmin edilməlidir. İddiaçının alqı-satqı yolu ilə ona satılmış 0,007 ha torpaq sahəsinə dair daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia iş materialları ilə sübuta yetirilmədiyindən əsassızdır. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi, X16 tərəfindən 0,02213 ha torpaq sahəsindən İddiaçı satılmış 0,007 ha torpaq sahəsi mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə təmin oluna bilməz. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış 07 oktyabr 2015-ci il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqısı haqqında müqavilə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən alqı-satqı yolu ilə satılmış 0.014 ha torpaq sahəsinə dair İddiaçı daimi istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-764/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-764/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver