Məhkəmə qərarları › İş №2-1(112)-7640/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7640/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7640/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı idarə heyətinin sədri X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sorğuya cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMMC) cavabdeh Bakı şəhər Cavabdehə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Arbitrium” Vəkil bürosunun 04 mart 2021-ci il tarixli 128 saylı vəkil sorğusuna ətraflı cavab verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMMC Nərimanov rayonu, H.Əliyev prospekti, ev 83-85 ünvanda yerləşən sahə mülkiyyətçilərinin 10.10.2018-ci il tarixli qərarı əsasında yaradılmış, 03.01.2019-cu ildə hüquqi şəxs kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1119-MM6-0105 nömrəsi ilə qeydiyyata alınmış, X6 MMMC-nin qanuni təmsilçisi seçilmişdir. MMMC fəaliyyətə başladığı vaxtdan bina ərazisinin və ümumi istifadədə olan pilləkan qəfəsələrinin və digər sahələrin səliqəli saxlanılmasında, binada quraşdırılmış liftlərin işlək vəziyyətdə qalmasında, bina ərazisinə yığılmış zibillərin daşınmasında və sair hallarla bağlı üzərinə götürdüyü öhdəlikləri vaxtıvaxtında icra etmiş, ümumi razılaşmaya uyğun olaraq bina sakinlərindən hər kv. metr üçün 20 qəpik məbləğində aylıq xidmət haqqlarının yığılması razılaşdırılmışdır. Bina mülkiyyətçilərinin çox hissəsi aylıq xidmət haqqlarını vaxtı-vaxtında versələr də, bir çoxu xidmət haqqlarından verməsindən imtina etmişlər. Yığımların məhkəmə qaydasında toplanması məqsədilə qeyd olunan yaşayış binasının tikintisinə nəzarəti həyata keçirmiş Nərimanov rayon İcra Hakimiyətinə və rayon icra hakimiyyətinin sifarişi əsasında tikintini həyata keçirən “Araz-2011-A" MMC-yə müraciətlər edilmiş, müraciətlərə cavab verilmədiyinə görə “Arbitrium” Vəkil bürosu ilə xidməti müqavilə bağlanılmış və aidiyyəti üzrə hər iki təşkilata vəkil sorğuları göndərilərək; Bakı şəhəri. ünvan 2 ünvan: Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 27A, mərtəbə 2. mənzil 3) Bakı şəhəri, ünvan 3 ünvan: Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 27, mərtəbə 3, mənzil 1) ünvan 4 ünvanı: Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 27, mərtəbə 6 mənzil 1) Bakı şəhəri, ünvan 5 ünvan: Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 27, mərtəbə 6, mənzil 1) Bakı şəhəri, ünvan 6 ünvan: Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 72, mərtəbə 4, mənzil 1) Bakı şəhəri, ünvan 7 ünvan: Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 72, mərtəbə 6, mənzil 4) Bakı şəhəri. ünvan 9 ünvan: Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 72, mərtəbə 8, mənzil 1) Bakı şəhəri, ünvan 10 ünvan: ünvan 11v rayonu. Ə.Orucəliyev küçəsi, ev 70. mərtəbə 7. mənzil 2 yeni ünvan: ünvan 13illərin kimlərin mülkiyyətində olması və həmin mülkiyyətçilərin doğum tarixləri və qeydiyyat ünvanları barədə ətraflı məlumat verilməsinə, həmçinin Cavabdeh ilə adıçəkilən mənzil mülkiyyətçiləri arasında bağlanmış müqavilələrin təsdiq edilmiş surətlərinin verilməsi xahiş olunmuşdur. Həm cavabdeh, həmdə üçüncü şəxs vəkil sorğularını icra etməmiş, formal olaraq 13.04.2021-ci il tarixli 1/218 saylı məktubla cavab verərək, sorğuda qeyd olunan məlumatların əldə edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarına, müvafiq polis bölmələrinə və qeydiyyat orqanlarına müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh inzibati orqanın informasiya sorğusuna cavab verməməsi nəticəsində MMMC aylıq xidmət haqqlarını ödəməyən mənzil sahiblərini müəyyən edib, həmin şəxslərdən məhkəmə qaydasında xidmət haqqlarının alınması barədə müraciət edə bilmir. Eləcə də qeyd olunan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə, mənzil sahiblərini müəyyən etmək mümkün olmamışdır. Əvvəla, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1, 2.2 və 2.3.2,-ci maddələrinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət elmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir, informasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 3.0.1. 3.0.5 və 3.0.6-cı maddələrində isə təsbit edilmişdir ki. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir; informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Göründüyü kimi, Cavabdeh sökülməsi nəzərdə tutulmuş bina sakinlərinə yeni tikiləcək yaşayış binasında mənzil sahəsi verilməsi üçün zəmanətçi qismində müqavilədə tərəf olmuşdur ki, həmin - müqavilərin bir nüsxəsi həmin orqanda mövcud olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxcs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhər Cavabdeh Başçısının müavinin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı MMMC Nərimanov rayonu, H.Əliyev prospekti, ev 83-85 ünvanda yerləşən sahə mülkiyyətçilərinin 10.10.2018-ci il tarixli qərarı əsasında yaradılmış və müvafiq qeydiyyatdan keçmiş hüquqi şəxs olmaqla, sözügedən yaşayış sahəsinin paylı mülkiyyətçilərinə qanunamüvafiq qaydada (müqavilələr əsasında) hər növ xidmətlər göstərilməklə məşğuldur. Paylı mülkiyyətçilərin xidmət ödənişlərindən yayınmaları ilə əlaqədar həmin mülkiyyətçilər barədə müvafiq məlumatların verilməsinə dair iddia tərəfinin 9 mart 2021-ci il tarixli 028 №-li sorğusuna cavabdeh tərəfindən 13.04.2021-ci il tarixli imtina məktubu verilmişdir. İmtinaya səbəb isə sorğunun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının (AR) Qanununun 2.4.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olması əsas götürülmüş, sorğunun informasiya sahiblərinə yəni, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumlarına və müvafiq polis bölmələrinə ünvanlanması tövsiyə olunmuşdur. Eləcə də bildirilmişdir ki, sözügedən yaşayış binasının mülkiyyətçiləri ilə Nərimanov RİH və "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə müqavilə öhdəlikləri 2013-cü ilin mart ayında icra edildiyindən həmin müqavilələr qüvvədən düşmüş hər cür hüquqi mənasını iitirmişdir. Digər tərəfdən ötən 8 il ərzində mənzil mülkiyyətçilərinin dəyişməsi ilə əlaqədar həmin mənzillər üzrə Nərimanov RİH-də hər hansı məlumatlar yoxdur və belə bir analitik qeydiyyatın aparılması Nərimanov RİH-in səlahiyyətlərinə aid deyildir. Ən başlıcası isə tələb olunan müqavilələr üzrə iddiaçı hər hansı tərəf deyildir. Cavabdeh hesab edir ki, iddia tələbinin Nərimanov RİH-ə hər hansı aidiyyəti yoxdur. Bu səbəbdən də cavabdeh qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia tələbinin mümkünsüzlüyü barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs "xxxx" MMC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62ci maddəsinə əsasən işə cavabdehin və üçüncü nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMMC-nin idarə heyətinin sədri X7 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, və digər sənədləri nəzərdən keçirərək və iddiaçının nümayənddəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya hüquqi şəxsinin Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMMC 03 yanvar 2019-cu il tarixdə Qeydiyyat və notariat baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhər Cavabdeh tərəfindən İddiaçı MMMC-yə ünvanlanmış 1/218 nömrəli 13.04.2021-ci il tarixli məktubla sonuncuya ünvan 16 ünvanları üzrə bir sıra mənzillərin kimlərin mülkiyyətində olması, həmin şəxslərin doğum tarixləri, qeydiyyat ünvanları və s. barədə məlumatların verilməsinə dair “ARBİTRİUM” vəkil bürosu vasitəsi ilə daxil olmuş müraciətlə əlaqədar məlumatların əldə edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarına, müvafiq polis bölmələrinə və qeydiyyat orqanlarına müraciət etmək tövsiyyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tətəfindən “Arbitrium” vəkil bürosuna ünvanlanmış 01.04 2021-ci il tarixli cavab məktubunda sonuncuya bildirilmişdir ki, ünvan 18 ünvanı X8; ünvan 19 ünvanı X3; ünvan 20 ünvanı isə X9 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindir. Bakı şəhəri, ünvan 21 ünvan: Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 27A mərtəbə 2, mənzil 3); Bakı şəhəri, ünvan 22 ünvan: Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 27, mərtəbə 3, mənzil 1); Bakı şəhəri, ünvan 23 ünvan: ünvan 24 dair məlumat aşkar edilməmişdir. ünvan 25 ünvanı X2; ünvan 26 ünvanı isə X4 adlarına qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, sənəd surətləri məhkəmə qərarı əsasında təqdim edilə bilər. Sözügedən mənzillərin mülkiyyətçilərinin doğum tarixləri və qeydiyyat ünvanlan ilə bağlı müvafiq məlumatların əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət etmək məqsədəuyğundur. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı “Arbitrium” vəkil Bürosunun 04 mart 2021-ci il tarixli 128 saylı vəkil sorğusuna ətraflı cavab verilməsi məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı MMMC “Arbitrium” vəkil Bürosunun 04 mart 2021-ci il tarixli 128 saylı vəkil sorğusuna ətraflı cavab verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə sorğunun icrasından imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının vəkil bürosu vasitəsilə edilmiş müraciətinə cavab olaraq bildirmişdir ki, sorğuda qeyd olunan mənzil mülkiyyətçilərinin ötən müddət ərzində (2013-cü ildən hazırki dövrədək) dəyişməsi ilə əlaqədar həmin mənzillər üzrə Nərimanov RİH-də hər hansı məlumatlar yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Həmçinin cavabdeh inzibati orqan iddiaçının hazırki tələbi üzrə (sorğuda qeyd olunan sənədlərin təqdim olunması) iddiaya cavab verməli şəxs deyil. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sorğuya cavab verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar