Məhkəmə qərarları › İş №2-1(112)-7642/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7642/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7642/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə 27 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: BMM Tresta Azsantexmontaj müəssisəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş 216 saylı orderə əsasən 14-cü aşırım (hazırda Ağasadıq Gəraybəyli küçəsi 39 ünvanında yerləşən 4 №-li yataqxana binasının yaşayış sahəsi 18 kv.metr olan 25 saylı otağı X4 yaşayış (təhsil aldığı) üçün verilmişdir. İ-ЖГ 389129 №-li Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X7 ilə İddiaçı Bəylər qızı 15 iyul 1976-cı il tarixdə nikahlarını bağlamışlar. AZ-İ 305855 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X7 26 aprel 2008-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı və X5 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İddiaçı (bundan sonra – iddiaçı) ünvan 2 ünvanında yerləşən 25 saylı otağına dair mənzil kirayə müqaviləsinin bağlanılması ilə bağlı Bakı şəhəri Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…ünvan 2 ünvanında yerləşən yataqxananın 25 saylı otağında 1993-cü ildə Füzuli rayon məcburi köçkün kimi X2 ailə üzvləri birlikdə məskunlaşmış, xx.xx.2023-cü il tarixdə müvafiq Dövlət Proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülmüşdür. X6 üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin xx.xx.2023-cü il tarixli 145 saylı məktubu nəzərə alınaraq, qeyd edilən mənzilin digər şəxslər tərəfindən zəbt olunmasının qarşısının alınması və qorunub saxlanılması barədə məqsədilə 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən mühafizəyə götürülmüşdür”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən yataqxananın 25 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, mənzili xx.xx.1987-ci il tarixli, 216 saylı Orderə əsasən, İddiaçı əri mərhum X4 verilmişdir. İddiaçının əri X7 xx.xx.2008-ci il tarixində vəfat elmişdir. İddiaçı və oğlu X5 hazırda həmin ünvanda qeydiyyatdadırlar. Lakin 1993-cü il tarixində Füzuli rayonundan olan məcburi köçkün X2 ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşmışdırlar. Həmin şəxslər xx.xx.2023-cü il tarixində müvafiq Dövlət Proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülmüşdür. xx.xx.1987-ci il tarixli, 216 saylı Orderdən də görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 25 saylı mənzilində İddiaçı ailə üzvü kimi qeyd edilmişdir. Hazırda iddiaçı ünvan 5 ünvanında yerləşən 16 saylı mənzildə kirayədə yaşayır. Lakin qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən yataqxananın 25 saylı mənzilinə köçüb orada yaşaya bilmir. iddiaçının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yarandığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia verərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunbda bildirilmişdir ki, "xxxx" Dövlət Şirkətinə məxsus olmuş ünvan 6 ünvanda yerləşən keçmiş yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən yaşayış binası və orada yerləşən 25 saylı mənzil dövlət fonduna aid olmaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, ...Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 39, mənzil 25-də qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 19 mart 2024-cü il tarixli Registrdən çıxarışa əsasən ünvan 8 ünvanda yerləşən yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 15409) balansındadır. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən məhkəməyə daxil olmuş məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi (keçmiş 14-cü aşırım), 39 saylı binanın (keçmiş 4 saylı yataqxana) 25 saylı otağında 1992ci ildən məskunlaşan Fizuli rayonundan olan X1 şəhərinə köçürülmüş və həmin otaq 78 saylı MKİS-ə təhvil verilmişdir. Tərəflərindən 25 saylı otağın qapısı bağlanıb möhürlənmişdir. xx.xx.2024-cü il tarixdə həmin 25 saylı otağın qapısı binanın 41 saylı otağında Fizuli rayonundan olan məcburi köçkün X9 tərəfindən sındırılaraq zəbt edilmişdir və hal hazırda orada məskunlaşıb. Məcburi köçkün tərəfindən zəbt edilmiş 25 saylı otaq İddiaçı mərhum həyat yoldaşı X3 adına 216 saylı xx.xx.1987-ci il tarixdə order olmuş, lakin orderi 78 saylı MKİS-ə 2023-cü ildə təqdim etmişdirlər. Həmin otaqda məcburi köçkün məskunlaşdığından onun adına şəxsi hesab vərəqəsi açılmamışdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçının kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzil, 1992-ci ildən məcburi köçkünlər tərəfindən zəbt edilmişdir və iddiaçı hazırda həmin mənzildə yaşamır. Belə olan halda, cavabdehin iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanmasından imtinası əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkünlərin həmin mənzildn çıxarılması və özünün həmin mənzilə köçürülməsinə nail olduqdan sonra, hazırkı tələblə cavabdehə yenidən müraciət edə bilər. Cavabdeh tərəfindən aparılmış yeni inzbati icraatın nəticəsində müraciəti təmin edilməzsə, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar