Məhkəmə qərarları › İş №2-1(112)-7643/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7643/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7643/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı və X6 nümayəndəsi qismində (əri) İddiaçı iştirakı ilə, Birgə iddiaçılar İddiaçı və X6 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hərəkətlərdən çəkinmək öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Binəqədi Rayon İcra Hakimiyyətinin yuxarıda bəhs edilən ərazidə torofımdan hasar-Ьэгра islərinin dayandırılması üzrə hərəkətlərinin qeyri-qanuni olması və bu hərəkətlər nəticəsində mənə dəymiş 500 manat dəyərində maddi ziyanın kompensasiya edilməsi haqqında xahiş edir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X2 22 nömrəli xx.xx.2013 tarixli Qəran ilə (surəti əlavə edilir) “FAB" Boya zavodunun yaxınlığındakı 600 kv.m (6 sot) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona İddiaçı istifadəsinə verilmişdir. Eynilə X2 422 nömrəli xx.xx.2012 tarixli Qərarı ilə həmin ərazidə 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həyat yoldaşı X5 istifadəsinə verilmişdir. Təxminən 2014-cü ildə qeyd olunan 12 sotluq ərazinin digər ərazilərdən ayrılması və qonşularla hər hansı mümkün mübahisələrin qarşısının alınması üçün qonşularla birgə müvafiq hasarın çəkilməsi həyata keçirilmişdir. Lakin ötən dövrdə ərazidən keçən yük maşınları hasarın bir hissəsi zədələmiş və yararsız hala salmışdır. Bununla əlaqədar, qeyd olunan hasarın müvafiq «Г» şəkilli hissəsinin bərpasını öz hesabına bərpa etməyə icazə verilməsi məqsədilə X1 tərəfindən müraciət edilmiş və bu barədə bələdiyyədən şifahi razılıq alınmışdır, hətta Bələdiyyənin memarı tərəfindən ayrılmış torpaq sahəsinə verilmiş sənədlərin sahəyə uyğunluğunu təftiş etmək üçün yerində ölçmə-yoxlama işləri aparılmışdır. Beləliklə hündürlüyü təxminən 1,5 metr olan hasarın tikilməsi məqsədilə xx.xx.2022 tarixdə müvafiq işlərə başlanılması məqsədilə material (daş, qum və sement) alınmışdır. Həmin gün ustalar tərəfindən hasanın tikintisi işlərinə başlanarkən özünü Binəqədi kənd İcra nümayəndəsi kimi təqdim edən Natiq adlı şəxs tərəfindən hasarçəkmə işləri dayandırılmış və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq icazənin alınmasına ehtiyac olduğu bildirilmişdir. Sonrakı mərhələdə onun tərəfindən dəfələrlə həmin şəxslə görüş keçirilmişdir. Binəqədi kənd İcra nümayəndəsi kimi təqdim edilən Natiq adlı şəxs ona təqdim edilmiş bütün sənədlərin qaydasında olduğunu bildirmiş, lakin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq icazənin alınmasına ehtiyac olduğu bildirmişdir. Onun tərəfindən bildirilmişdir ki, əgər sənədlər qaydasındadırsa, Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 79.1.3 naddəsinə əsasən hündürlüyü 2,2 metrə qədər olan və qonşu torpaq sahəsi ilə sərhəddə və küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. Lakin onun bu arqumentlərinə məhəl qoyulmayaraq, Binəqədi Rayon İcra Hakimiyyətindən icazənin alınmalı olduğunu bildirmişdir. Məsələ ilə bağlı xx.xx.2022-ci tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. xx.xx.2020-ci tarixdə Binəqədi rayon İH tərəfindən göndərilmiş cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərai İdarəsi tərəfindən verilmiş Çıxarış və torpaq sahəsinin plan və ölçüsü) Rayon İH-ə təqdim olunduqdan sonra mürəciətinə yenidən baxıla bilər. İH-yə təqdim etdiyi sənədlər qanunidir və müvafiq bələdiyyə tərəfindən ona təqdim edilmişdir. Eyni zamanda AzərbaycanR Tikinti Məcəlləsinin 1-ci maddəsində də qeyd edildiyi kimi bu qanun həm də “bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.” Deməli, qanunun 79.1.3 maddəsinə əsasən hündürlüyü 2,2 metrə qədər olan və qonşu torpaq sahəsi ilə sərhəddə və küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. Bununla yanaşı, ötən dövrdə, yəni yuxarıda bəhs edilən hasarın bərpası üçün alınmış tərəfimdən alınmış 10 ədəd (Norm 300) sement, 2 kub qum, 1000 ədəd daş yağış altında yararsız hala düşmüşdür və bununla bağlı ona 500 beş yüz manat (10x6,5 manat (norm sement) + 0,40 x1000 manat (daş)+35 manat (qum və sürücüyə ödəniş) dəyərində maddi ziyan dəymişdir.

3. İddiaçıların hasarın bərpası ilə bağlı müraciəinə cavab olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçüsü) Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətinə yenidən baxıla bilər.

4. X2 xx.xx.2012-ci il tarixli №422 qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m. torpaq sahəsinin sahiblik və istifadə hüquqları X7 verilmişdir (qərarın əsli məhkəmə iclasında tədqiq edilmişdir).

5. X2 xx.xx.2013-cü il tarixli №22 qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1324/2013 saylı 08 aprel 2013-cü il tarixli qərarının icrası təmin olunmuş; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş 2inz(81)-1324/2013 saylı 08 aprel 2013-cü il tarixli Qərarının icrası ilə əlaqədar X2 61 saylı 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə mərhum X4 ayrılmış 600 kv.m. torpaq sahəsinin onun adından silinərək vətəndaş İddiaçı adına dəyişdirilməklə rəsmiləşdirilməsi qərara alınmışdır (qərarın əsli məhkəmə iclasında tədqiq edilmişdir).

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin iddia ərizəsində bəhs edilən ərazidə hasar-bərpa işlərinin dayandırılması üzrə hərəkətlərin qeyri-qanuni olması haqqında qərar qəbul edilməsi kimi icraata qəbul edilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Binəqədi Bələdiyyəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Binəqədi Bələdiyyəsinin məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında nəzərə alınmışdır.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi X2 xx.xx.2013-cü il tarixli 22 nömrəli qərarı ilə İddiaçı ayrılmış 600 kv.m. torpaq sahəsinin və X2 xx.xx.2012-ci il tarixli 422 nömrəli qərarı ilə X5 istifadəsinə verilmiş 600 kv.m. torpaq sahəsinin hündürlüyü 2,20 m olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərin Binəqədi Rayon İcra Hakimiyyətinə qadağan edilməsi kimi dəqiqləşdirilmiş, X8 birgə iddiaçı qismində nəzərə alınmışdır.

9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

13. İddiaçıların inzibati orqana müraciəti birgədir.

14. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

15. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı qismində çıxış edən şəxslərin müştərək hüquqi marağı olduğundan birgə iddiaçı qismində çıxış edə bilərlər.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Şəhərsalma və Tikinti Məcəlləsindən: 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);

18. X11 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Məhkəmə hesab edir ki, iddiaçıların istifadələrində olan torpaq sahəsinin hasarlaması hüquqları qanunla qorunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların hüquqlarının həyata keçirilməsinə müdaxilə olduğu təqdirdə qanuni olmalıdır.

20. İddiaçıların hasarın bərpası ilə bağlı müraciəinə cavab olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçüsü) Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətlərinə yenidən baxılması mümkündür. Məhkəmə qeyd edir ki, qeyd edilən məktubun (cavabın) məzmunu mahiyyət etibarilə iddiaçılara müvafiq işlərin görülməsi üçün inzibati orqanın razılığının (icazəsinin) alınmasını şərtləndirir.

21. Məhkəmə qeyd edir ki, vətəndaşın istifadəsində olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olun olunmadığından hasarın çəkilməsinin müvafiq razılığın (icazənin) verilməsi ilə şərtləndirilməsi və inzibati orqanın hasar-bərpa işlərinin görülməsinə dair müdaxiləsi (olduğu təqdirdə) qanuni hesab edilə bilməz.

22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. X2 xx.xx.2013-cü il tarixli 22 nömrəli qərarı ilə İddiaçı ayrılmış 600 kv.m. torpaq sahəsinin və X2 xx.xx.2012-ci il tarixli 422 nömrəli qərarı ilə X5 istifadəsinə verilmiş 600 kv.m. torpaq sahəsinin hündürlüyü 2 metr 20 santimetrədək olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar