Məhkəmə qərarları › İş №2-1(112)-7649/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7649/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7649/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X6 göstərilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət emişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 avqust 1972-ci il tarixli orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinin icəradarı həmin mənzildən 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daimi yaşamaq üçün köçmüş X1. Eyni zamanda həmin orderdə onun ailə üzvləri olan 1989-cu ildə oradan qeydiyyatdan çıxmış X7 və X9 adları vardır. Hazırda həmin mənzildə o, İddiaçı və onun anası X6 yaşayır. O, orda doğulduğu vaxtdan, anası isə 1989-cu ildən yaşayır və daimi pasport qeydiyyatındadırlar. Onlardan başqa həmin mənzildə qeydiyyatda heç kim yoxdur. İndi isə onlar həmin mənzlin icarədarının onun olmasını istəyirlər. Sabunçu İH-nə xx.xx.2022-ci il tarxdə ərizə ilə müraciət edərək, həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Lakin, cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bildimişdir ki, onunla mənzil kirayə müqaviləsinin bağlanması barədə müvafiq sənədlər (order, sərəncam və s.) təqdim edilmədiyindən xahişi təmin edilməmişdir. Məkəmənin diqqətinə çatdırır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı X8 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daimi yaşamaq üçün köçmüşdür. Həmin səbəbədən də, o, mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını istəyir. Onunla qeydiyyatda olan anası buna razıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, məhkəməyə iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Q-60-068 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, yaşadığı Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla mənzil kirayə müqaviləsinin bağlanması barədə müvafiq sənədlər (evin orderi, RİH-nin sərəncamı vəs.) təqdim edilmədiyindən xahişi təmin edilməmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş Bakı şəhər XDS İK tərəfindən verilmiş 132377 saylı 18 avqust 1972-ci il tarixli orderin surətindən görünür ki, 26 Bakı Komissarı adına XDS İK-nin 40 nbmrəli xx.xx.1972-c il tarixi qərarına əsasən X3 Bakı şəhəri, Razin qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzili verilmişdir, ailə tərkibi X10 və X11maqla. İşdə olan Sabunçu rayonu İH MKTB-nin 86 saylı MKİS-nin 205: 205/1:205/2 No-li xx.xx.2020-ci il tarixli və 71 №-li xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzili tam kommunal şəraitli, təcrid olunmuş Yerdi İcra hakimiyyətinə məxsusdur. Sahibi (kirayəşin) X8 xx.xx.1990-cı ildə qydiyyatdan çıxıb. Mənzildə X6 xx.xx.1989-cu il tarixdən və İddiaçı1993-cü ildən daimi qeydiyyatdadırlar. Posoxova Taisiya xx.xx.1990-cı il tarixdə, X12 xx.xx.1989-cu il tarixdə, X10 xx.xx.1989-cu il tarixdə həmin ünvan üzrə qeydiyyatdan çıxıblar. İşdə olan Rusiya Federasiyasında qeyydiyyatda olan X8 (ƏP:xx-xx-499098, RF, Volqoqrad vilayəti, Elanskiy RDİŞ b/k 342-015-xx.xx.2001, FİN d/t xx.xx.1939) adından etibarnamə əsasında nümayəndəsi X6 tərəfindən verilmiş notarial təsdiq olunmuş xx.xx.2022-ci il tarixli **********828 saylı ərizədən görünür ki, X8 yaşadığı ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanması üçün sərəncam verilməsinə etiraz etmir. İşdə olan X6 tərəfindən verilmiş notarial təsdiq olunmuş xx.xx.2022-ci il tarixli **********709 saylı ərizədən görünür ki, o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 nömrəli mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanması üçün sərəncam verilməsinə etiraz etmir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətindən daxil olmuş 1/2060 nömrəli 30 sentyabr 2022-ci il tarixli məktubla Sabunçu rayonu İH MKTB-nin 86 saylı MKİS-nin 179 saylı xx.xx.2022-ci il tarixli aryışı təqdim edilmişdir. Həmin arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildə X6 və İddiaçı qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA-07948-2022 nömrəli cavab məktubundan görünür ki, vətəndaşlara mənzillərə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filalında saxlanılmır. Eləcə də həmin məktubla keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1972-ci il tarixli, 40/3232 saylı qərarının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir. Həmin qərardan müəyyən olunur ki, yerli komitənin və işçilərin ümumi yığıncağının qərarı təsdiqlənərək X3 ailə tərkibi 3 nəfərdən (özü və iki uşağı) ibarət tərkibdə Bakı şəhəri, Razin qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilə order verilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, o, doğulduğu vaxtdan yəni, 1993-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır, mənzilin kirayəçisi X2muş və onun adına mənzilə dair order keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) xx.xx.1972-ci il tarixli, 40/3232 saylı qərarı əsasında ailə tərkibi 3 nəfər özü və iki uşağı X10 və X11maqla verilmiş, onlar mənzildən 1990-cı ildən qeydiyyatdan çıxaraq, başqa yaşayış məntəqəsinə köçüb getmişlər və həmin mənzildə yaşamamışlar. Həmin vaxtdan mənzildə iddiaçının anası qeydiyyatda olmaqla yaşayır. Hazırda mənzildə qeydiyyatda olan iddiaçının anası X4 və əvvəlki kirayəçi X8 tərəfindən mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair notarial təsdiq olunmuş razılıq ərizəsi verilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Hаzırki iddiа vаsitəsi ilə iddiаçı оnun istifаdəsində оlаn mənzilə dаir kirаyə müqаviləsini bаğlаmаq bаrədə аrzulаdığı inzibаti аktın - sərəncаmın vеrilməsi vəzifəsinin cаvаbdеh Bakı şəhər Yasamal rayon İcrа Hаkimiyyətinin üzərinə qоyulmаsını tələb еdir. Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 1-ci mаddəsinə əsаsən, mənzil qаnunvеriciliyi dövlət оrqаnlаrı və bələdiyyələr tərəfindən vətəndаşlаrın mənzil hüququnun həyаtа kеçirilməsinə şərаit yаrаdılmаsınа, mənzil təhlükəsizliyinə, оnun tохunulmаzlığınа, əsаssız оlаrаq mənzil hüququndаn məhrum еtmənin yоlvеrilməzliyinə əsаslаnır. İddiаçının məhkəməyə təqdim еtdiyi sənədlər əsаsındа müəyyən оlundu ki, iddiaçı 2000-ci ildən həmin mənzildə yaşamasına, həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, inzibаti оrqаn tərəfindən həmin mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanmamışdır. Hazırda qüvvədə olan Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 135.1-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər, həmçinin bеlə хidmətlərindən istifаdə еdən dövlət оrqаnlаrı, bələdiyyələr və digər təşkilаtlаr yаşаyış sаhəsinə və kоmmunаl хidmətlərə görə hаqqı vахtındа və tаm məbləğdə ödəməyə bоrcludurlаr. Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 16-ci mаddəsinə əsаsən, yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır. Məhkəmə qеyd еdir ki, 1993-cü ildən istifаdəsində оlаn mənzildən iddiаçı tərəfindən mаnеəsiz istifаdə еdilməsinə, qeydiyyatda olmasına bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. Hаlbuki, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in 1982-ci il 08 yul tаriхli qаnununu ilə təsdiq оlunmuş Аzərbаycаn SSR-i Mənzil Məcəlləsinin 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 17.3.1.-ci mаddəsinə əsаsən-sоsiаl təyinаtlı mənzil fоndu-dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. İş mаtеriаllаrındаn göründüyü kimi inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, iddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10 ünvanında yerləşən 45 saylı mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması barədə müvafiq inzibati akt qəbul edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2.müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 59.1-ci mаddəsinə əsаsən, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar