Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7651/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “09 iyul 1998-ci il tarixdə baş vermiş güclü zəlzələ nəticəsində Lerik rayonunun Lərmərud kəndində yerləşən iddiaçının fərdi yaşayış evinin qəzalı və istifadəyə tam yararsız vəziyyətə düşdüyü üçün həmin evin yerləşdiyi torpaq sahəsində iddiaçıya yeni evin tikilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı 09 iyul 1998-ci il tarixdə baş vermiş güclü zəlzələ nəticəsində Lerik rayonunun Lərmərud kəndində yerləşən iddiaçının fərdi yaşayış evinin qəzalı və istifadəyə tam yararsız vəziyyətə düşdüyü üçün həmin evin yerləşdiyi torpaq sahəsində iddiaçıya yeni evin tikilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Lerik rayonunun Lərmərud kəndində qeydiyyatda olmaqla 2005-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayə yaşayır. Artıq 16 ilə yaxın müddətdir ki, Lerik rayonunun Lərmərud kəndində yerləşən fərdi yaşayış evində yaşamaq mümkün olmadığı üçün Bakı şəhərinə köçərək burada ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Lərmərud kəndində yerləşən evi 09 iyul 1998-ci il tarixdə Lerik rayonu ərazisində baş vermiş təbii fəlakət-güclü zəlzələ nəticəsində qəzalı və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Baş vermiş təbii fəlakət nəticəsində həmkəndlisi Xəzail Həsənov və qonşu Nücü kənd zakini Şirməmməd Fərəcova məxsus evlər də qəzalı vəziyyətə düşmüşdür. Həmin dövrdə evinin artıq istifadəyə yararsız halda olması barədə Lerik rayon İcra Hakimiyyətinə bir neçə dəfə yazılı və şifahi olaraq məlumatlar versə də, ona yalnız yerli icra orqanı tərəfindən müvəqqəti istifadə etmək üçün bir ədəd çadır verilmişdir. Ailə üzvləri ilə birlikdə bir neçə ay həmin çadırda yaşamış və qış fəsli gəldikdən sonra kənddə ata evində yaşamağa məcbur olmuşdur. Yuxarıda qeyd edilən hər iki şəxsə sonradan dövlət tərəfindən yeni fərdi yaşayış evləri tikilsə də, iddiaçı üçün bundan əsassız olaraq imtina edilmişdir. Evini bərpa etməyə, yaxud yeni ev tikməyə maddi imkanı olmadığı üçün 2005-ci ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş və əvvəlcə ayrı-ayrı qohumlarının evində, sonradan isə kirayədə yaşamağa başlamışdır. İki otaqdan ibarət yaşayış evini 1992-1995ci illərdə müvafiq sənədlər əsasında tikmişdir. Evinə texniki pasport da verilmişdir. 09 iyul 1998-ci ildə rayon ərazisində güclü zəlzələ baş verdikdən bir neçə gün sonra təbii fəlakətlə bağlı Lerik rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın xətti ilə yaşadığı Nücü ərazisinin icra nümayəndəliyinə təbii fəlakətdən zərərçəkmiş şəxslərə ayrılmış çadırlardan biri həmin dövrdə ərazi icra nümayəndəsi işləyən Kərəməli Xanışov tərəfindən iddiaçıya verilmişdir. İki aydan sonra təbii fəlakətlə əlaqədar yaradılmış komissiyanın üzvlərindən biri olan mühəndis Fədail Hacıyev kəndə gələrək, iddiaçının evinə dəymiş ziyanla bağlı Nücü ərazi icra nümayəndəsi Kərəməli Xanışovun və iddiaçının iştirakı ilə zərər aktı tərtib etmişdir. Bunlara baxmayaraq, iddiaçının yaşayış evinə dəymiş zərərin bərpa olunması, yaxud yeni ev tikilməsi üçün dövlət tərəfindən iddiaçıya hər hansı köməklik göstərilməmişdir. Hətta sonrakı illərdə təbii fəlakətdən zərər çəkmiş həmkəndlisi Xəzail Həsənovla qonşu Nücü kənd sakini Şirməmməd Fərəcova Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlər tikilərək verilsə də, evinə dəymiş ziyanın aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bundan başqa, Lerik rayon İcra Hakimiyyəti Başçısının Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəli Əliyev tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 32 saylı arayışda göstərilmişdir ki, 09 iyul 1998-ci il tarixdə Lerik rayonu ərazisində baş vermiş güclü zəlzələ nəticəsində ona məxsus iki otaqlı fərdi yaşayış evi ciddi ziyan çəkmiş və buna görə də istifadəyə yararsız vəziyyətə düşmüşdür. Həmin dövrdə Lerik rayon Fövqəladə Hallar Komissiyası tərəfindən Nücü ƏİN-nə ayrılmış çadırlardan biri evinin qəzalı vəziyyətdə olduğuna görə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamaq üçün ona verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3cü bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında inzibati mübahisə Lerik rayonu, Lərmərud kəndində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibətləri ilə əlaqədar yaranmışdır. Belə olan halda tərəflər arasında olan hazırkı mübahisənin aidiyyəti İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinin 8.1.1-ci bəndinə uyğun tənzimlənir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir: “İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, 01.01.2020 tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Lerik rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “09 iyul 1998-ci il tarixdə baş vermiş güclü zəlzələ nəticəsində Lerik rayonunun Lərmərud kəndində yerləşən iddiaçının fərdi yaşayış evin qəzalı və istifadəyə tam yararsız vəziyyətə düşdüyü üçün həmin evin yerləşdiyi torpaq sahəsində iddiaçıya yeni evin tikilməsi” barədə iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7651/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7651/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver