Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7661/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar X9, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X25) “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar X19, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən ümumi (0.12 hektar) torpaq sahəsi olan 597 nömrəli bağ sahəsinin özəlləşdirməsinə dair ilkin qeydiyyata alınmasında iddiaçıların razılıq ərizələrinin olmadan aparılmış ilkin sənədlər əsasında verilmiş çıxarışın (xx.xx.2021-ci il tarixli) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il əsasən 83 nömrəli bağ tikinti kooperativi nəzdində mərhum X1 məxsus Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 597 nömrəli bağ sahəsi ona ayrılmış və həmin sahəyə 43 № - li order verilmişdi, həmin bağ sahəsinin X18 adına keçirilməsinə dair ərizə ilə X15 müraciət etmişdir və həmin razılıq ərizəsinə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli “07” nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsi, 597 nömrəli bağ sahəsi X18 istifadəsinə verilərək və onunla “16” iyun 2003-cü il tarixli, 31712 nömrəli müqavilə bağlanaraq, ailə üzvləri (Qaraxanov Əli, Qaraxanova Minə və İddiaçı2) həmin müqavilədə mülkiyyət hüququnun pay üzrə qanunvericiliyə uyğun olaraq adları istifadəçi kimi qeyd edilmişdir. Sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavabdeh təşkilatın cavab məktubundan göründüyü kimi üçüncü şəxsə onların xəbəri olmadan cavabdeh təşkilatın vəzifəli şəxslərin köməkliyi ilə, ilkin qeydiyyatın alınmasında onların xəbəri olmadan (yəni razılıq ərizələri), sənədləşmə aparılaraq qanunsuz olaraq xx.xx.2021-ci il tarixində üçüncü şəxsin adına çıxarış verilmişdir. İddiaçılar hesab edir ki, bu əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992- ci il tarixli 1374 nömrəli qərarına əsasən 83 nömrəli bağ tikinti kooperativi nəzdində X1 Vişnyovka2 (Albalılıq2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 597 nömrəli bağ sahəsi ayrılmış və 43 nömrəli order verilmişdir. Sözügedən bağ sahəsinin X18 adına keçirilməsinə dair X3 və ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələri ilə X12 müraciət etmişlər. Həmin razılıq ərizələrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 07 nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka2 (Albalılıq2) qəsəbəsi, 597 nömrəli bağ sahəsi X18 icarəsinə verilmiş və onunla 16 iyun 2003-cü il tarixli, 31712 nömrəli müqavilə bağlanılmışdır. ünvan 1 ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi xx.xx.2003-cü il tarixli, 31712 saylı icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə X18 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə diqqətə çatdırır ki, cavabdeh iddiaçıların hazırki tələb üzrə İdarəyə müraciətinin olmadığını bildirsə də, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların nümayəndəsi (vəkili) tərəfindən X20 verilmiş çıxarışın ləğv olunması ilə bağlı aidiyyəti üzrə cavabdehə müraciət olunmuş, müraciətinin xx.xx.2024-cü il tarixdə təqdim olunmasına dair xəbərnamə təqdim olunmuşdur. Daha sonra cavabdeh xx.xx.2024-cü il tarixli, **********41 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vişnyovka İİ ərazisindəki 597 nömrəli bağın istifadəyə verilməsi haqqında 31712 nömrəli müqavilədən görünür ki, Birliyin xx.xx.2003-cü il təvəllüdlü 07 saylı protokoluna əsasən Sabunçu rayonu, Vişnyovka İİ ərazisində yerləşən 0,12 ha olan 597 nömrəli bağ sahəsi X18 istifadəsinə verilmişdir. - Həmin müqavilənin 8-ci bəndinə əsasən istifadəçi ilə birlikdə bağdan istifadə edən yetkinlik yaşına çatmış ailə üzvlərinin hamsı bu müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar Birlik qarşısında həmrəylik məsuliyyəti daşıyır. X18 ailə üzvləri Qaraxanov Əli, Qaraxaova Mina və İddiaçı2 adları göstərilmişdir. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X10 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qızı – İddiaçı2 (AA*******, xx.xx.2023 - Asan 2, FİN:xxxxxxx, d/t:xx.xx.1973) və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X13 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X10 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan qızı - İddiaçı1 1ızı (AA*******, 05.08.2C21 - Asan 2, FİN:xxxxxxx, d/t:xx.xx.1971) və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X13 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********26 nömrəli məktuba əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1374 nömrəli qərarına əsasən 83 nömrəli bağ tikinti kooperativi nəzdində X2 Vişnyovka2 (Albalılıq 2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 597 nömrəli bağ sahəsi ayrılmış və 43 nömrəli order verilmişdir. Sözügedən bağ sahəsinin X18 adına keçirilməsinə dair X4 və ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələri ilə X12 müraciət etmişlər. Həmin razılıq ərizələrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 07 nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka2 (Albalılıq2) qəsəbəsi, 597 nömrəli bağ sahəsi X18 icarəsinə verilmiş və onunla 16 iyun 2003-cü il tarixli, 31712 nömrəli müqavilə bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********76 nömrəli məktuba əsasən keçmiş X8 və İstismarı Birliyi ilə X25 arasında bağlanılmış 16 iyun 2003-cü il tarixli 31712 nömrəli müqavilənin 8-ci bəndində adları qeyd edilən ailə üzvləri: Qaraxanov Əli (1944), Qaraxanova Mina (1948), İddiaçı1 (1973) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 597 saylı (0.12ha) bağ sahəsinin X18 adına ilkin qeydiyyata alınmasına razılıq verilib-verilməməsi barədə məlumat (sənəd) sənədlər toplusunda aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin bağ sahəsinə dair sənədlər xx.xx.2024-cü il tarixli məktubla təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: -Vişnyovka-2 bağlar sahəsindəki 83 №-li kooperativ tərəfindən verilmiş 43 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1374 nömrəli qərarına əsasən Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 597 saylı bağ sahəsi X1 ayrılmışdır. -X3,X11, X6, X5 və X7 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar ünvan 1nin X18 adına keçirilməsinə etiraz etməmişdirlər. -xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, ünvan 1 üzərində X18 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başcısının xx.xx.1992-ci il tarixli, 1374 №-lı sərəncamına əsasən X1-Vişnyovka 2 ərazisindəki 83 №-li BTK bağ sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1463 №-li, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə X13 Vişnyovka-2 bağlar sahəsində 597a nömrəli bağ sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 83 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 597 nömrəli bağ sahəsinin X1 ayrılmazdan əvvəl Qaraxanov Əliyə ayrılmasına dair sənəd, eləcə də xx.xx.1988-ci il tarixli 6/333 və xx.xx.1986-cı il tarixli 18/924 saylı sərəncam mövcud bazaya əsasən idarənin arxivində aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1374 nömrəli Sərəncamının surəti məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ mülkiyyətçinin toxunulmaz hüquqlarından biri hesab edilir və bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla və ya xitam edilə bilər. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna xitam verilməsi əsasən mülkiyyətçinin könüllü razılığı ilə, məhkəmə qərarı və ya ictimai maraqların qorunması üçün məcburi qaydada həyata keçirilir. Bu halda dövlət tərəfindən İnsan Hüquqlarının və X23 Haqqında Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddsinə əsasən ədalətli tarazlıq prinsipi təmin olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıların hazırkı iddia tələbi ilə nail olmaq istədikləri nəticə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən, ümumi sahəsi 0.12 hektar olan, 597 nömrəli bağ sahəsinə dair X18 adına aparılmış qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 597 və 597a nömrəli bağ sahələrinə dair fərqli hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, iddiaçılar tərəfindən mübahisələndirilən qeyd 597 nömrəli bağ sahəsinə aiddir və həmin bağ sahəsi ilkin olaraq sərəncama və orderə əsasən X2 məxsus olmuşdur.Daha sonra, bu bağ sahəsinə dair X25 ilə razılaşma əsasında müqavilə bağlanmış, həmin müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilədə, həmçinin Qaraxanov Əli, Qaraxanova Mina və İddiaçı2 kimi şəxslər qeyd edilmişdir ki, onlar ailə üzvləri olaraq yalnız istifadə hüququ əldə etmişlər. Bununla yanaşı, məhkəmə bildirir ki, 597a nömrəli bağ sahəsinə dair X10 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 №-li sərəncamı və qanun üzrə vərəsəlik şəhadətnaməsi hüquqmüəyyənedici sənəd kimi öz qüvvəsində qalır. Bu halda, aydın olur ki, 597 və 597a nömrəli bağ sahələrinə dair sənədlər bir-birindən asılı olmamaqla, müstəqil hüquqi status daşıyır. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən X18 adına aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Məhkəmə, həmçinin vurğulayır ki, mübahisəyə səbəb olan qeydlə bağlı təqdim edilən hüquqmüəyyənedici sənədlərin qüvvədə olması mübahisənin hüquqi baxımdan həllini zəruri edir. Nəticə etibarilə, məhkəmə aşkar edir ki, cavabdehin hərəkətləri ilə bağlı hər hansı qanunsuzluq faktı mövcud deyildir. Beləliklə, məhkəmə bildirir ki, həm 597 nömrəli bağ sahəsinə dair order və müqavilə, həm də 597a nömrəli bağ sahəsinə dair sərəncam və şəhadətnamə hüquqi qüvvəsini saxlayır və hər hansı hüquq pozuntusu aşkar olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma əsaslarından biri qismində çıxış edir. İş materiallarında olan müqavilədən də göründüyü kimi həmin icarə müqaviləsinin X21r. Onun ailə üzvləri kimi digər şəxslərin adı çəkilsə də, müqavilənin tərəfi məhz Rüfət Qaraxanovdur. Nəzərə alınmalıdır ki, qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallarda hüquqmüəyyənedici sənədlərdə adıçəkilən ailə üzvlərinin razılığının, hüquqların dövlət qeydiyatına alınması zamanı (misal mənzil fondunun özəlləşdirilməsi üzrə orderlərdə) zəruri olsa da, icarə müqavilələri ilə bağlı həmin razılığın mövcudluğu əhəmiyyət daşımır. Hazırkı halda da təqdim edilmiş hüquqmüəyyənedici sənəd üzrə icarə müqaviləsinin tərəfi kimi şəxsin qeydiyyat orqanına müraciəti üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmışdır ki, bu zaman həmin şəxsdən əlavə icarə müqaviləsinin tərəfi olmayan, ailə üzvü kimi adları çəkilən şəxslərin adlarının müqavilədə göstərilməsi və həmin şəxslərin razılığının mütləq mövcud olması qanunvericiliklə təsbit edilməmiş, həmin müqavilə özlüyündə müqavilənin tərəfi üçün mülkiyyət hüququ yaratmışdır. Nəzərə alınmalıdır ki, müqavilədə ailə üzvü kimi adıçəkilən şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış əmlaka istifadə hüququnun mövcud olması ilə əlaqədar müraciət etmək, müraciəti təmin edilmədikdə məhkəməyə müraciət etmək hüququna malik olsa da, həmin hüququn mövcud olub-olmamasından asılı olmayaraq mülkiyyət hüququnun realizəsinə hər hansı təsirin mövcudluğundan söhbət gedə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddia tələbi rədd olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7661/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7661/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver