Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7662/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC- nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********96100 nömrəli qərarının qəbul edilməsinə səbəb olan və İlkin Məmmədov, İbadət Xankişiyev, Orzxan Həsənov, Əli Səfərov və "xxxx" MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ.
1. İddiaçı "xxxx" MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********96100 nömrəli qərarının ləğv edilməsi və həmin qərarın qəbul edilməsinə səbəb olan və İlkin Məmmədov, İbadət Xankişiyev, Orzxan Həsənov, Əli Səfərov və "xxxx" MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən iddiaçı barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, cavabdeh guya Cəmiyyətin 2022-ci illərdə riskli vergi ödəyicisi qrupuna aid edilmiş fiziki və hüquqi şəxslərdən mal almasına istinad edərək qeyd olunan qərarı qəbul etmişdir. Cavabdeh cəmiyyətin mal aldığı fiziki və hüquqi şəxslərdən İlkin Məmmədovu, İbadət Xankşiyevi, Orxan Həsənovu, Əli Səfərovu və EMB Trade MMC-ni riskli vergi ödəyicisi kimi qəbul edir. Halbuki, İlkin Məmmədov xx.xx.2022-ci il tarixdə, İbadət Xankişiyev xx.xx.2023- cü il tarixdə, Orxan Həsənov xx.xx.2022-ci il tarixdə, Əli Səfərov xx.xx.2023-cü il tarixdə, EMB Trade MMC isə xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi qrupuna daxil edilmiş və yalnız bundan sonra həmin şəxslərin riskli vergi ödəyicisi olduğu sistemdə görünmüşdür. Ümumiyyətlə bir məqamı qeyd etmək lazımdır ki, həmin şəxslər riskli vergi ödəyicisi siyahısında görünmədiyindən cəmiyyətin belə bir səlahiyyəti yoxdur ki, həmin şəxslərin malı hardan necə almalarını və ya istehsal etmələrini yoxlasın. Bu heç Cəmiyyətin marağında da deyil və cəmiyyət üçün artıq vaxt itkisidir. Belə ki, buna birbaşa nəzarət etməli olan vergi orqanıdır. İddia ərizəsinə əlavə edilmiş qaimələrdən isə görünür ki, cəmiyyət tərəfindən adları qeyd olunan fiziki və hüquqi şəxslərdən alınan malların hamısı həmin şəxslərin riskli vergi ödəyicisi qrupa daxil edildkləri tarixdən əvvəlki tarixə aiddir. Yəni cəmiyyət tərəfindən həmin şəxslərdən mal alınarkən onlar riskli vergi ödəyicisi olmamışlar. Gələcəkdə baş verəcək hər hansı hala görə də cəmiyyət məsuliyyət daşıya bilməzdi. İddiaçı yuxarıda qeyd edilən fiziki və hüquqi şəxslərlə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin fiziki və hüquqi şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır.’’ Qeyd etmək lazımdır ki, cəmiyyət artıq uzun müddətdir ki, bazarda fəaliyyət göstərir və bu kimi hallara yol verilməməsi Cəmiyyətin özünün birbaşa marağındadır. Belə ki, həm gələcəkdə vergi orqanı tərəfindən maliyyə sanksiyasına məruz qalmamaq, həm də tədarükçü olduğu üçün malların satışı zamanı alıcı şirkətlərin qarşısına etibarlı bir tərəfdaş kimi çıxmaq birbaşa şirkətin marağındadır. Vergi orqanının bu kimi qanunsuz və əsassız qərarları şirkətin iqtisadi fəaliyyətinə zərbə vurur və bu da nəticə etibarı ilə cəmiyyətin və dövləti maraqlarına ziddir. Riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Hətta alqı-satqı müqavilələri qüvvədə olduğu zaman yuxarıda adları qeyd olunan şəxslər (İlkin Məmmədov, İbadət Xankşiyev, Orxan Həsənov, Əli Səfərov və EMB Trade MMC) riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. İddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı qurum, ona satılan malların həcmi və ya çeşidi baxımından, ona təqdim edilən qaimə-fakturalara uyğun olduğu halda, hələ riskli vergi ödəyiciləri sırasına daxil edilməyən həmin şəxslərin (vergi ödəyicilərinin) uçot sənədlərindəki göstəricələrin fərqli olmasına görə məsuliyyət daşıya və onun üzərinə vergi öhdəliyi qoyula bilməz. Ən azından iddiaçı həmin şəxslərin gələcəkdə riskli vergi öədyiciləri olacağını əvvəlcədən görə də bilməzdi. Qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarları vardır ki, bunlara 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli və 12 may 2023-cü il tarixli 2-1 (102)-1058/2023 nömrəli qərarları (iddia ərizəsinə əlavə edilir) aid etmək olar. Bundan başqa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Cəmiyyət tərəfindən də İlkin Məmmədov, İbadət Xankşiyev, Orxan Həsənov, Əli Səfərov və EMB Trade MMC-dən, ümumilikdə 177310.42 manat vəsait hesabına alınan mallar Əmtəəsiz əməliyyat olmadığından, həmin vəsait xərc hesab edilməlidir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektlərinin) olduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi üzərində “Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (415509,87 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (7082,43 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaiməfakturaların məbləği (176487,12) istisna olmaqla) və alış aktlarının məbləği (203917.65 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (43244,35 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,0 manat) cəmi məbləğindən (254244,43 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0,0manat) çıxılması nəticəsində yaranan (254244,43 manat) məbləğin müqayisəsi nəticəsində 161265,44 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.”məzmunlu uyğunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********600900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 32253,09 manat əlavə vergi məbləği (161265,44 manat məbləğində xərci silinmişdir (178861,32 manat məbləğində aldığı riskli qaimələr xərc kimi nəzərə alınmamışdır)) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 2**********96100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin bildirməyi zəruri hesab edirik ki, AR Ali Məhkəməsinin iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe olaraq bildirilmişdir ki, şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, **********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********96100 nömrəli qərarının qəbul edilməsinə səbəb olan və İlkin Məmmədov, İbadət Xankişiyev, Orzxan Həsənov, Əli Səfərov və "xxxx" MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində mümkünlük şərtlərinə cavab vermir. Faktiki hallar və sübutlar.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********309700 nömrəli məlumatından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 01 nömrəli Əmrinə əsasən, Nümayəndə2 xx.xx.2017-ci il tarixindən İddiaçı qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 02/2022 saylı “alqı-satqı” müqaviləsinə əsasən, bir tərəfdən f/ş X9 (VÖEN **********) sonradan “satıcı adlandırılacaq) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) sonradan “Alıcı” adlandırılacaq) Baş Direktoru Nümayəndə2 şəxsində (sonradan tərəflər adlandırılacaq) olmaqla, satıcı alıcının yazılı sifarişi (sonradan “Sifarişçi” adlandırılacaq) əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olaraq malların təhvil təslim aktları və elektron qaimə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, xx/xx/2021 saylı alqı-satqı müqaviləsinə əsasən, bir tərəfdən f/ş X6 (VÖEN **********) sonradan “satıcı adlandırılacaq) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) sonradan “Alıcı” adlandırılacaq) Baş Direktoru Nümayəndə2 şəxsində (sonradan tərəflər adlandırılacaq) olmaqla, satıcı alıcının yazılı sifarişi (sonradan “Sifarişçi” adlandırılacaq) əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olaraq malların təhvil təslim aktları və elektron- qaimələr əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinə 10 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, No: xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): doqquz yüz otuz yeddi manat 80 qəpik. xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinə 12 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, No: xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): iki yüz on dprd manat 92 qəpik. xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinə 9 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, No: xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): doxsan dörd manat 50 qəpik. xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinə 3 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, No: xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): iki yüz manat 25 qəpik. xx.xx.2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinə 5 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, No: xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): altı yüz altmış üç manat 14 qəpik. xx.xx.2022-ci il tarixli, 01/22 saylı “alqı-satqı” müqaviləsinə əsasən, bir tərəfdən "xxxx" MMC (VÖEN **********) sonradan “satıcı adlandırılacaq) direktoru X3 şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) sonradan “Alıcı” adlandırılacaq) Baş Direktoru Nümayəndə2 şəxsində (sonradan tərəflər adlandırılacaq) olmaqla, satıcı alıcının yazılı sifarişi (sonradan “Sifarişçi” adlandırılacaq) əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə malların təhvil təslim aktları əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli, xx/xx/2022 saylı “alqı-satqı” müqaviləsinə əsasən, bir tərəfdən f/ş X10 (VÖEN **********) sonradan “satıcı adlandırılacaq) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) sonradan “Alıcı” adlandırılacaq) Baş Direktoru Nümayəndə2 şəxsində (sonradan tərəflər adlandırılacaq) olmaqla, satıcı alıcının yazılı sifarişi (sonradan “Sifarişçi” adlandırılacaq) əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə malların təhvil təslim aktları əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli, 01/2022 saylı “alqı-satqı” müqaviləsinə əsasən, bir tərəfdən f/ş X4 (VÖEN **********) sonradan “satıcı adlandırılacaq) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) sonradan “Alıcı” adlandırılacaq) Baş Direktoru Nümayəndə2 şəxsində (sonradan tərəflər adlandırılacaq) olmaqla, satıcı alıcının yazılı sifarişi (sonradan “Sifarişçi” adlandırılacaq) əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olaraq malların təhvil təslim aktları və elektron- qaimələr əlavə edilmişdir. **********600900 nömrəli, 24 yanvar 2024-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin (məlumatları) “dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi, əsaslandırılmış yazılı izahat və zəruri sənədlərin” təqdim edilməsi tələb edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixli, 2**********96100 nömrəli Qərara əsasən,161265.44 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi (178861,32 manat məbləğində aldığı riskli qaimələr xərc kimi nəzərə alınmamaqla) əsası ilə 2022-ci il dövr üzrə mənfəət vergisi üzrə 32.253,09 manat əlavə vergi borcu hesablanmışdır.
Məhkəmənin mövqeyi
6. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********96100 nömrəli qərarının qəbul edilməsinə səbəb olan və İlkin Məmmədov, İbadət Xankişiyev, Orzxan Həsənov, Əli Səfərov və "xxxx" MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsi qanunla nəzərdə tutulmuş mümlünlük şərtlərinə cavab vermir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır.
7. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Qeyd edilən normanın tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar .
10. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı müəssisə xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyatına alınmış, xx.xx.2022-ci, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində fiziki və hüquqi şəxslər ilə alqı-satqı müqavilələri bağlamışdır. Cavabdeh tərəfindən iddiaçıya nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçının kənarlaşmanın aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlərin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 32253,09 manat əlavə vergi məbləği (161265,44 manat məbləğində xərci silinmişdir (178861,32 manat məbləğində aldığı riskli qaimələr xərc kimi nəzərə alınmamışdır)) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 2**********96100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən inzibati aktdan narazı qalmış, qeyd edilən şəxslərdən ümumillikdə 177310,42 manat vəsait hesabına alınan mallar əmtəəsiz əməliyyat olmadığından, həmin vəsaitin xərc kimi hesab edilməsini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malları əldə etmələrinə dair təsdiq edici sənədlərə malik olub-olmaması iddiaçının məsuliyyət sferasına aid deyildir, lakin iş materiallarından göründüyü kimi iddiaçı 178861,32 manat məbləğində vəsaitinin malların alınması müqabilində ödənilməsinə dair sənədləri də (ödəniş sənədləri) nə cavabdehə, nə də ki məhkəmə gedişatında məhkəməyə təqdim etməmişdir.
12. İddiaçı 178861,32 manat məbləğində vəsaitinin malların alınması müqabilində ödənilməsinə dair sənədləri (ödəniş sənədləri) nə cavabdehə, nə də ki məhkəmə gedişatında məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının hazırki tələb üzrə subyektiv hüququnun olması məhkəmə tərəfindən müəyyən edilməmiş, subyektiv hüququnun pozulmasını iddiaçı əsaslandırmamışdır. Belə olan halda, məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına dair halların mövcud olması müəyyən edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
13. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********96100 nömrəli qərarının qəbul edilməsinə səbəb olan və İlkin Məmmədov, İbadət Xankişiyev, Orzxan Həsənov, Əli Səfərov və "xxxx" MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində iddia tələbi mümkün sayılmamalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
16. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
NƏTİCƏVİ HİSSƏ
17. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********96100 nömrəli qərarının qəbul edilməsinə səbəb olan və İlkin Məmmədov, İbadət Xankişiyev, Orzxan Həsənov, Əli Səfərov və "xxxx" MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində iddia tələbi mümkün sayılmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova