Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7663/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “3.250 (üç min iki yüz əlli) manat maddi, 34.500 (otuz dörd min beş yüz) manat isə mənəvi ziyan, ümumilikdə 37.750 (otuz yeddi min yeddi yüz əlli) manat pulun "xxxx" MMC-dən tutularaq verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, internet xidmətlərindən istifadə etmək üçün yaşadığı Masallı rayon Ərkivan qəsəbəsindəki evinə stosionar telefon xətti çəkdirmişdir. Həmişə istər telefonun, istərsə də internetin aylıq ödənişlərini vaxtı-vaxtında ödəmişdir. 2024-cü ilin yanvar ayının ortalarında yağan qar səbəbindən telefon xəttində nasazlıq yarandı. Buna görə də internetdən istifadə etməyi mümkün olmadı. Bu problemlə bağlı dəfələrlə Aztelekom MMC-nin 170 qaynar xətt mərkəzinə və təşkilatın İnstagram sosial şəbəkəsindəki hesabına müraciət etmişdir. Hər dəfə problemin tez bir zamanda həll ediləcəyi bildirildi. Ancaq bu günə qədər telefon xətti bərpa edilməmişdir. Evdə yüksək təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkən 66 yaşında anası var. Bütün ailə üzvləri ilə, ən əsası da anası ilə tez-tez “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb, onun səhhəti ilə maraqlanırdı. Bundan başqa, müstəqil jurnalistdir. İctimai əsaslarla "7GÜN XƏBƏR" qəzeti (veb səhifə 7gun.org) ilə əməkdaşlıq edir. Gün ərzində müxtəlif məqalələr yazır. Həmin məqalələri harasa göndərmək üçün mütləqdir ki. internetdən istifadə etsin. Telefon xəttinin vaxtında bərpa edilməməsi peşə fəaliyyətinə təsir etmiş, ümumilikdə ailəsinə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə, "xxxx" MMC-nin vəzifəli şəxslərinin məsuliyyətsizliyi və səhlənkarlığı, habelə onların öz işlərinə laqeyd yanaşmaları nəticəsində o və anası hər gün əsəbləşib, stress keçirmişlər. Məhz buna görə anasının hər gün təzyiqi və şəkəri qalxmışdır. Qeyd edilən səbəbdən ailəsinə 3.250 (üç min iki yüz əlli) manat maddi. 34.500 (otuz dörd min beş yüz) manat isə mənəvi ziyan dəymişdir ki. Bu da ümumilikdə 37750 (otuz yeddi min yeddi yüz əlli) manat edir. Həmin məbləğ "xxxx" MMC ailəsinə ödənilməlidir. Mənəvi ziyanın ödənilməsi və telefon xəttinin bərpa edilməsi barədə müraciətindən sonra telefon xəttindəki nasazlıq aradan qaldırılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsi izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Həmin qərarın 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia istehlakçı ilə cavabdeh arasındakı müqavilə münasibətlərindən irəli gəlir. Bundan əlavə, Cavabdeh MMC-nin inzibati orqan statusu yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi (maddi və mənəvi ziyanın ödənilməsi) də mübahisə publik yox, mülki xarakterlidir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Odur ki, iddia mümükün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7663/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7663/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver