Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-767/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əlavələrin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin N-ci (Həzrə) Sərhəd komendantlığının qərargah rəisi vəzifəsində olduğu müddətdə (N009-N014-cü illər) ümumilikdə 60 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada N-ci Sərhəd Komendantlığının qərargah rəisi vəzifəsində xidmət etdiyi N009-N014-cü illər (cəmi 60 ay) olmaqla “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”-nin 4.6-cı bəndinə uyğun olaraq xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin (həmin işlədiyi vəzifə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) və DSX rəisinin 11 nömrəli əmrinin (əmrin 7-ci bəndində əlavə məzuniyyətin verilməsi nəzərdə tutulur) tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildən N017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və 04 dekabr N017-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində N003cü il fevral ayı tarixdən N008-ci ilin noyabr tarixinədək N nömrəli hərbi hissənin 13-cü (Şin) sərhəd zastavasının rəisi, N008-ci ilin noyabr ayından N009-cu ilin oktyabr ayınadək 3-cü (Laza) sərhəd zastavasının rəisi, N009-cu ilin oktyabr tarixindən N014-cü ilin noyabr tarixinədək N nömrəli hərbi hissənin N-ci Sərhəd komendantlığının (Həzrə sərhəd komendantlığı) qərargah rəisi vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd zastavaları Nazirlər Kabinetinin N00N-ci il tarixli 137 nömrəli qərarına və Dövlət Sərhəd Xidməti rəisinin 14.0N.N006-cı il tarixli 11 nömrəli əmrinin olmasına baxmayaraq xidməti müddətində ona veriləcək xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsi verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 15.01.N0N1-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin inzibati orqanın 03.0N.N0N1-ci il tarixli 10/5 nömrəli qərarı ilə tələbinin icrasından imtina edilmişdir. İnzibat orqan hesab etmişdir ki, hüququnun yarandığı müddətdən üç il müddət ötdüyünü nəzərə alaraq, ona pul təminatı ödənilməməlidir. Qeyd etmək istəyir ki, o, DSX-dən Silahlı Qüvvələrin ehtiyatına 04 dekabr N017-ci il tarixdə buraxılsa da, pensiyanın təyin olunması ilə əlaqədar N018-ci il fevral ayından ödənilməsinə başlanmışdır. Hesab edir ki, imtina qərarı əsassızdır və ləğv olunaraq cavabdehin üzərinə pul təminatı ilə bağlı öhdəlik qoyulmalıdır. Belə ki, Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral N006-cı il tarixli, 11 nömrəli əmrinə (yeni əmr 13.0N.N0N0-ci il tarixli, 041 nömrəli) əsasən ona xüsusi mürəkkəb şəraitinə görə pul əlavəsi verilməli idi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.N-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı N009-N014-cü illər ərzində DSX N nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığının qərargah rəisi vəzifəsində xidmət etmişdir. Qeyd olunan komendantlıq Qusar rayonu Həzrə kəndində yerləşir. Hərbi qulluqçuların xüsusi mürəkkəb xidmət şəraitində xidmət etdikləri ərazilər “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN.08.N00N-ci il tarixli 137 saylı qərarı ilə tənzimlənir. Həmin qərara edilmiş 1 və N saylı əlavələrdə məntəqələrin adları qeyd edilmişdir. İddiaçı N009-N014-cü illər ərzində xidmət etdiyi Qusar rayonu Həzrə kəndi həmin siyahılarda qeyd edilməmişdir. Odur ki, onun həmin məntəqədə xidmət etməsinə görə əlavələrin ödənilməsi mümükün deyil. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabehin etirazına iddiaçı tərəfindən mülahizə təqdim edilərək bildirilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məhkəməyə təqdim etdiyi etiraz tərəfindən oxunulmuş və təhlil edilmişdir. DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə mayoru cənab Elçin Abuzərli tərəfindən təqdim edilmiş 03.03.N0NN-ci il tarixli, 16/176N №-li etirazda qeyd olunur: Hərbi qulluqçuların xüsusi mürəkkəb xidmət şəraitində xidmət etdikləri ərazilər “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN avqust 137 nömrəli Qərarı ilə tənzimlənir. Həmin qərara edilmiş 1 və N saylı əlavələrdə məntəqələrin adları qeyd edilmişdir. İddiaçı N009-N014-cü illər ərzində xidmət etdiyi Qusar rayonu Həzrə kəndi həmin siyahılarda qeyd edilməmişdir. Odur ki, onun həmin məntəqədə xidmət etməsinə görə əlavələrin ödənilməsi mümkün deyil. İlk öncə qeyd edirki, Xudat sərhəd dəstəsinin qərargah rəisi olduğu N-ci Sərhəd komendantlığının dislokasiya yeri Qusar rayonu Həzrə kəndinin ərazisindədir və komendantlığın tabeliyində olan sərhəd zastavaları Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədini mühafizə edir. Sərhəd zastavaları Dövlət Sərhədinin mühafizəsi üzrə tapşırıqları çay-meşə, dağmeşə, dağlıq-qayalıq relyefi olan ərazilərdə, habelə sel, torpaq sürüşməsi, qar uçqunu kimi təbii fəlakətlərin baş verə biləcəyi istiqamətlərdə və kəskin dəyişkənliyi ilə səciyyələnən hava şəraitində yerinə yetirir. Relyefin xüsusiyyətlərindən asılı olaraq əksər sərhəd zastavalarının ərazisində yol infrastrukturunun olmaması hərəkətlərin çevik icrası üçün avtomobil və digər xüsusi texnikaların tətbiqini mümkünsüz edir. Bu baxımdan bütün taktiki manevrlər şəxsi heyətin fiziki gücü hesabına həyata keçirilir. Məhz mövcud amillər nəzərə alınaraq həmin sərhəd zastavaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 14.0N.N006-cı il tarixli 11 №-li əmri ilə xüsusi mürəkkəb şəraitinə aid edilən sərhəd zastavalarının siyahısına daxil edilmişdir. N-ci sərhəd (Həzrə) komendantlığının idarə heyəti xidməti-döyüş fəaliyyətinin təşkilinə rəhbərlik, sərhəd zastavalarına idarəetmədə əməli köməkliyin göstərilməsi, xidməti fəaliyyətin qəfil yoxlanılması, dövlət sərhədinin gücləndirilməsi və bu qəbildən olan digər tədbirləri biləvasitə tabelikdə olan xüsusi mürəkkəb xidmət şəraitli sərhəd zastavalarında həyata keçirdiyinə görə DSX rəisinin məlum əmri ilə adı çəkilən komendantlıq da xüsusi mürəkkəb xidmət şəraitli bölmələrin siyahısına daxil edilmişdir. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”-si. “Pul təminatı haqqında” Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. Hərbi qulluqçuların pul təminatı məsələləri üzrə göstərişlər, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası DSX rəisinin əmr və göstərişlərinə müvafiq olaraq, Maliyyə-Plan İdarəsinin rəisi tərəfindən verilir. Həmin Əsasnamənin 4.6.; 4.6.1; 4.77; 4.77.t.; 4.77.N.; 4.77.3 bəndlərində aşağıdakılar qeyd olunur: Bənd:4.6. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə almır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). Bənd: 4.6.1. Bu Əsasnamənin 4.6cı və 4.77-ci bəndində qeyd olunan əlavələrin hər ikisinə (“yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi”) hüququ olan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qeyd olunan əlavələrdən biri, ən yüksək olanı ödənilir. Bənd: 4.77. Yüksək dağlıq ərazilərində xidmətə görə faiz əlavəsi. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metr hündürlükdə yerləşən DSX-nin hərbi hissələrində xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarına əlavə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» N00N-ci il NN avqust tarixli, 137 nömrəli qərarı ilə tənzimlənir. Bənd:4.77.1. hündürlük 1N00 metrdən 1500 metrədək olduqda əmək haqqına artım əmsalı -1,1 (10%). Bənd: 4.77.N. hündürlük 1500 metrdən N000 metrədək olduqda əmək haqqına artım əmsalı - 1,N ( N0%) Bənd: 4.77.3. hündürlük N000 metrdən yuxarı olduqda əmək haqqına artım əmsalı - 13 (30%). Göründüyü kimi xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrində xidmət edən hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) pul əlavəsi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin 4.6-cı bəndinə uyğun ödənilir. Həmin bənddə qeyd olunur ki, pul əlavəsinin ödənilməsi Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə təsdiq edilmiş (xidmət etdiyi dövrdə mövcud olan DSX rəisinin 14.0N.N006-cı il tarixli, 11 №-li əmri) Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısına uyğun həyata keçirilir. Yəni bu bənddə pul əlavəsinin ödənilməsi (4.6-cı bənd nəzərdə tutulur) şərt etirazda qeyd olunduğu kimi Nazirlər Kabinetinin qərarına uyğun olaraq deyil, DSX-nin əmrinə əsasən ödənilməsi qeyd olunmuşdur. Hesab edir ki, yuxarıda qeyd olunanlar qiymətləndirilərək iddia tələbinin düzgün və əsaslı olmasını sübut edir. Qeyd olunanlara hüquqi qiymət verilməsini və sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmasını xahiş edir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-767/N0NN saylı, N1.04.N0NN-ci il tarixli qərardadı ilə iddia tələbi “DSX rəisinin 11 nömrəli əmrinin (əmrin 7-ci bəndində əlavə məzuniyyətin verilməsi nəzərdə tutulur) tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı N0.07.1999-cu il tarixdən 04.1N.N017-ci il tarixədək X5 xidmət etmişdir. O cümlədən, 15.10.N009-03.1N.N014-cü il tarixlərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 1-ci müavini, qərargah rəisi vəzifəsində xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin NN fevral N003-cü il tarixli, 046 saylı əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisi – X1, baş leytenant İddiaçı 6-cı sərhəd dəstəsinə 13-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin olunmuş hesab edilmiş, baş leytenant İddiaçı NN fevral N003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N1 noyabr N008-ci il tarixli, 0N74 saylı əmrindən çıxarışdan görünür ki, 13-cü sərhəd zastavasının rəisi mayor İddiaçı 19 noyabr N008-ci il tarixdən tutduğu vəzifədən azad olunmaqla 3-cü sərhəd zastavasına rəis vəzifəsinə təyin olunmuş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N7 oktyabr N009-cu il tarixli, 0N51 saylı əmrindən çıxarışdan görünür ki, 6-cı sərhəd dəstəsi 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı 5-ci sərhəd dəstəsinə 3-cü sərhəd komendantlığı komendantının 1-ci müavini – qərargah rəisi vəzifəsinə təyin edildiyi üçün, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N7 oktyabr N009cu il tarixdə vəzifəsindən azad olunmaqla N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Mayor İddiaçı N009-cu ilin növbəti məzuniyyətindən istifadə etmiş, maddi yardım və məzuniyyət müavinəti almışdır. 01 yanvar N009-cu il tarixdən N7 oktyabr N009cu il tarixədək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. İşdə olan iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə cavabdehə edilmiş müraciətin (ərizənin) surətindən görünür ki, o, ağır, şəraitsiz və xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrində xidmətlərini nəzərə alaraq, ona veriləcək pulun ödənilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya cavab olaraq ünvanladığı 03.0N.N0N1-ci il tarixli, 10/5 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 0N dekabr N019-cu il tarixli ərizəsi əsasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin 4.77 bəndinə uyğun olaraq xidmət etdiyi N nömrəli hərbi hissəyə sorğu verilmiş və hərbi hissədən daxil olmuş paylama cədvəlinə uyğun olaraq 35N,58 manat Beynəlxalq bankın Nizami rayon filialında adına açdığı ******************** nömrəli plastik kart hesabına 10 aprel N0N0-ci il tarixdə vəsait köçürülmüşdür Əlavə olaraq bildirilir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin 1.9 bəndini nəzərə alaraq Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Hərbi qulluqçunun hüququ yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir. Qeyd etdiyi ərizədə N nömrəli hərbi hissə üzrə ödənişin aparılması imkan xaricindədir. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı N0.07.1999-cu il tarixdən 04.1N.N017-ci il tarixədək X5 xidmət etmişdir. O, xidmət müddətinin 15.10.N009- 03.1N.N014-cü illərini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin N-ci Sərhəd komendantlığının (Həzrə sərhəd komendantlığı) 1-ci müavini, qərargah rəisi vəzifəsində xidmət etmişdir. Hazırda həmin illər üzrə xüsusi mürəkkəb xidmət şəraitinə görə ona əlavənin verilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı “xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi ilə bağlı” iddia tələbinə dair cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən iddiaçının müraciətindən 03 fevral N0N1-ci il tarixli, 10/5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, cavabdehin qənaətinə görə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN avqust N00N-ci il tarixli, 137 nömrəli Qərarına əlavə edilmiş 1 və N saylı əlavələrdə “Həzrə” məntəqəsinin adı qeyd olunmadığından, iddiaçıya həmin məntəqədə xidmət etməsinə görə əlavələrin ödənilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Həzrə” sərhəd komendantlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN avqust N00N-ci il tarixli, 137 nömrəli Qərarına əlavə edilmiş 1 və N saylı əlavələrdə göstərilməsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 56N nömrəli, 199N-ci il 19 oktyabr tarixli qərarının N-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir, göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin N018-ci il 31 avqust tarixli 0N51 nömrəli əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə təsdiq edilir. Həmin əmrdə “Həzrə” məntəqəsi xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapmışdır. DSX rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqəsi (Həzra) xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nın hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”–yə əsasən iddiaçıya pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada N-ci Sərhəd Komendantlığının qərargah rəisi vəzifəsində xidmət etdiyi N009-N014-cü illər (cəmi 60 ay) olmaqla xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin (həmin işlədiyi vəzifə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-767/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-767/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver