Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-767/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m olan 17 nömrəli mənzil üzərində mülkiyyət hüququqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2007ci il tarixli 33 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m olan mənzil iddiaçıya satılmışdır. Daha sonra aralarında yaranmış mübahisə ilə əlaqədar iddiaçı tərəfindən "xxxx" MTKya qarşı “Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m olan mənzilin mənə təhvil verilməsinə” dair iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8674/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbim təmin edilmiş, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m mənzilin iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli AKT- ından da göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-8674/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi icra olunaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m olan 17 nömrəli mənzil iddiaçıya təhvil verilmişdir. Hazırda Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m olan 17 nömrəli mənzilə dair mülkiyyət hüququnu reyestr qeydi ilə rəsmiləşdirmək zərurəti yaranmışdır. Buna görə də, müvafiq ərizə ilə iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli, **********37 saylı cavab məktubundan da göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh imtina ərizəsini onunla əsaslandırmışdır ki, binanın istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. İddiaçı cavabdehin imtina edilməsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında 124.7 kv.m olan 17 nömrəli mənzil tərəfimdən müvafiq qaydada ödəniş edilərək əldə edilmişdir. Yaşayış binası 15 ildən artıqdır ki, istifadəyə verilmişdir, tam yaşayışlıdır və bir çox sakinlərin hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Buna görə də, tam istifadəyə verilmiş, hətta bir çox mənzil üzərində digər şəxslərin mülkiyyət hüquqları qeyd alınmış binada mənim hüquqlarımın qeydiyyatında imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-8674/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m mənzilin iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Bu da bir daha təsdiqləyir ki, qeyd olunan mənzilə dair iddiaçının mülkiyyət hüququ tanınmışdır və cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması ilə nəticələnir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124.7 kv.m olan 17 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildiririk ki,qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 8674/2017 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İidarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, mənzil 8-ci mərtəbədə yerləşir və faktiki sahəsi 109.6 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********37 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır.
5. "xxxx" MTK ilə İddiaçı arasında bağlnamış xx.xx.2007-ci il tarixli, 33 nömrəli Müqavilə iş materiallarına əlavə olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 8674/2017 nömrəli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-818/2017 saylı 16 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddia tələbi tam təmin edilmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi shaəsi 124,7 kv.m olan yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qərara alınmışdır.
7. Dövlət şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən binanın (tikinti obyektinin) istismarına icazəyə dair Komtənin arxivində sənd aşkar edilməmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən binanın istismara qəbul edilməsinə dair məlumat (sənəd) aşkar edilməmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 46 saylı mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
II. İddianın geri götürülmüş sayılması
10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
12. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) də iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən iş üzrə prosesual marağın ifadə olunduğunu müəyyən etmir.
13. Məhkəmə eyni zamanda nəzərə alır ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı İddiaçı ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan telefon nömrəsi vasitəsi ilə əlaqə saxlanılmış və iddiaçı bildirmişdir ki, hazırda iddia tələbi ilə bağlı hüquqi marağı yoxdur, belə ki, iddia tələbinin predmeti olan mənzili artıq başqa şəxsə satmışdır.
14. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
15. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
16. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
17. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
18. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
19. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
20. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva