Məhkəmə qərarları › İş №2-1(112)-767/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-767/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-767/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Rüstəmov Nicat Roman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Rüstəmov Nicat Roman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Rüstəmov Nicat Roman oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş sağlamlıq imkanları məhdud olan oğlu Rüstəmov Nicat Roman oğlunun xəstəlik vəziyyətinin xx.xx.2023-cü il tarixdən qiymətləndirilməsi öhdəliyin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X4 ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2008-ci ildə Rüstəmov Nicat Roman oğlu anadan olmuş və məlum fakt Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin təqdim etdiyi AZ-İİ seriyalı, 111547 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamə ilə təsdiqlənir. Oğlu – Rüstəmov Nicat Roman oğlu sağlamlığı məhdud uşaq kimi anadan olmuş və məüyyən yaş həddinə çatdıqdan sonra ərazi üzrə həkim nəzarətində olmuş, habelə müvafiq mütəmadi müalicə almışdır. Sonuncu dəfə xx.xx.2020-xx.xx.2023-cü illər ərzində cavabdeh tərəfindən Rüstəmov Nicat Roman oğlunun sağlamlıq vəziyyəti “Uşaq autizmi. Kanner sindromu. Hiperkinetik davranış pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozğunluq. Yüngül dərəcəli kəmağıllıq, qulluq və müaicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə sağlamlıq imkanlaır məhdud uşaq kimi qiymətləndirilmişdir. 2023-cü ilin aprel ayından oğlu, Rüstəmov Nicat Roman oğluna sosial müavinəttin ödənilməsi dayandırılmış və aidiyyəti dövlət təşkilatları tərəfindən bu sosial ödənişin davam etdirilməsi üçün təkrar müayinədən keçirilməsi tələb olunduğu bildirilmişdir. Qeyd edir ki, yenidən müayinədən keçmək üçün müvafiq sənədlər toplamaq, 2 saylı X1 növbəyə durmaq, müayinədən keçmək və digər zəruri hərəkətlərin icrasına görə azından 3 (üç) ay vaxt tələb olunur. O, oğlu – Rüstəmov Nicat Roman oğlunun müvafiq müayinədən keçirilməsi üçün tələb olunan bütün hərəkətləri yerinə yetirdikdən sonra, 2 saylı X2 Həkim Psixiatr Komissiyası tərəfindən 1/2626 saylı, xx.xx.2023-cü il tarixli rəy təqdim edilmişdir. Həmin rəydə oğlu – Nicat Rüstəmovun əvvəlki diaqnozu təsdiqlənmiş və məlum rəy aidiyyəti üzrə təqdim edilmişdir. Agentlik 3-17-4/2-R-23963/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə bu rəyin tələblərini nəzərə almamış və imtinanın səbəbi kimi Nicat Rəhimovun orta məktəbdə təhsil alması qeyd edilmişdir. Məlumat üçün qeyd edir ki, Bakı şəhəri 318 saylı orta məktəbin təqdim etdiyi 237 saylı, xx.xx.2023-cü il tarixli arayışı ilə oğlu – Nicat Rüstəmovun bir il müddətində həmin məktəbdə təhsil alması və hazırda isə təhsilini davam etdirməməsi faktı təsdiqlənir. Cavabdehin məlum imtinasından sonra, o, oğlu – Nicat Rəhimovu təkrar həkim müayinəsindən keçirməli olmuş və 2 saylı X2 təqdim etdiyi 1/4562 saylı, xx.xx.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyi ilə oğlunun əvvəlki diaqnozu yenidən təsdiqlənmişdir. Agentlik 3-17-4/2-R-33738/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə məlum rəyin tələbi yenidən nəzərə alınmamış və bu imtinanın səbəbi kimi artıq Nicat Rüstəmovun sağlamlıq vəziyyətində əlilliyi təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkarlanmaması qeyd edilmişdir. Bundan əlavə, cavabdeh məlum məktubda qeyd edir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirmişdir. Hesab edir ki, cavabehin sağlamlıq imkanları məhdud olan uşağın xəstəlik vəziyyətinin qiymətləndiriləsi barədə öhdəliyin icrası haqqında hərəkətsizsliyi aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur.

3. Sonradan iddiaçının qanuni nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş oğlu - Rüstəmov Nicat Roman oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Rüstəmov Nicat Roman oğlunun əlillik müddəti tamamlandıqdan sonra atası İddiaçı müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan valideyn məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum İddiaçı övladı Rüstəmov Nicat Roman oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı N.Rüstəmova əyani müayinə aparılarq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirilmişdir. Əlillik alt sistemində olan məlumatlara əsasən məlum olmuşdur ki, Rüstəmov Nicat Roman oğlunun əlillik vəziyyəti Bakı 8 nömrəli X5 “Uşaq autizmi, Kanner sindromu. Hiperkinetik davranış pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişlər əsasında X9 Komissiyası tərəfinədn qiymətləndirilərək barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixli Z00143380UJC nömrəli göndəriş rəsmiləşdirilsə də, övladı N.Rüstəmovun əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində Azərbaycan Respubikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2002-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyinədn, 3-17-4/3-1825/2024 nömrəli qərara əsasən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan anarazı qalan valideyn məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixində məhkəmənin qərardadına əsasən övladı N.Rüstəmov DTSERA-da Tibbi-Sosial Ekspertiza Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırki vəziyyəti qiymətləndiirlmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2025-ci il tarixdə DTSERA-da xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zmaanı, atası tərəfindən impulsivliyə meyilli, əhval ruhiyyəsinin dəyişkən olduğu, yaşıdlarından geri qaldığı bildirimiş, ixtisaslaşmış tibb müəssisələrindən ötən və son illərə dair heç bir müayinə-müalicə sənədi təqdim edilməmişdir. Obyektiv müayinə zamanı dəri və görünün selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsi “Otağa simulyativ şəkidə daxilolmuş, iradi olaraq gözlərini yumaraq ünsiyyətə daxil olmamış, ASP əlamətləri müşahidə edilməmiş, əsas diaqnoz və əsas diaqnozun əlillik təyinatına əsas verən psixopatoloji ağırlaşmaları müayinə nəticəsində təsdiqini tapmamışdır.”kimi qiymətləndirilmişdir. Əyani müayinə zamanı əsas diaqnoz və əsas diaqnozun əlillik təyinatına əsas verən ağırlaşmalarının aydınlaşdırılması üçün həkim-ekspertlər tərəfinədn ixtisaslaşmış tibbi müəssisələrindən ötən və son illərə dair müayinə-müalicə sənədlərinintəqdim edilməmsi tələb edilsə də, valideyn nə əyani müayinə zamanı, nə də, ötən günlərdə heç bir tibbi sənəd təqdim etməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli, Z00143380UJC nömrəli göndərişində gösrərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyaları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi, nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçı oğlu Rüstəmov Nicat Roman oğlunun əlillik vəziyyəti Bakı 8 nömrəli X5 xx.xx.2020-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Əsasnamənin 3.1-ci bəndinə əsasən Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7.eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması i... meyarına əsasən 3 il müddətinə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə şəxsin əlillik vəziyyətinə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli göndərişləri əsasında baxılmış və əlavə əyani müayinə həyata keçirilərək Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Məhkəmənin 2-1(112)-5972/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 5637 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla rəy təqdim edilmişdir. Təqdim edilmiş rəydə göstərilmişdir ki, Rüstəmov Nicat Roman oğlunda Uşaq autizmi. Kanner sindromu. Orta dərəcəli kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozğunluğu müəyyən edilir. Müayinə gedişatında Rüstəmov Nicat Roman oğlunda göstərilən psixi patologiya və əqli gerilik əlamətləri öz təsdiqini tapır.

9. Məhkəmənin 2-1(112)-767/2025 nömrəli, xx.xx.2025-ci il tarixli “Əyani müayinənin təyin edilməsi barədə” qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən 18 mart 2025-ci il tarixli, 3-17-4/2-7319/2025 nömrəli məktbla bildirilmşdir ki, məhkəmənin qərardadına əsasən N.Rüstəmov əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlillik tyinatına əsas verən ağırlaşmaar aparılmış müayinələr nəticəsində öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixdən dianqozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərarın surəti məhkəməyə təqdim edilmişdir.

10. Məhkəmənin müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 17-4/2-15747/2025 nömrəli məktubla bildirilmişdir ki, tərəflərindən göndərilən xx.xx.2024cü il tarixli, 3447 nömrəli ekspert rəyi mütəxəssislər tərəfindən əyani müayinə protokoluna əsasən təkrarən baxılmaqla yenidən qiymətləndirilmiş və vətəndaş barəsində aparılan xx.xx.2025-ci il tarixli diaqnozun öz təsdiqini tapmaması barədə qərarın dəyişdirilməsinə heç bir əsas olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ...

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

23. Hazırkı işin hallarından göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı onun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlıdır. 24 Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarı qanunsuz və əsassız olmuşdur.

25. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli göndərişləri (diaqnoz uşaq autizmi. Kanner sindromu Yüngül kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ – 51” əsasında baxılmış və əlavə əyani müayinə həyata keçirilərək Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

25. Halbuki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən, əvvəlki əlillik təyinatları ilə bağlı məlumatlardan və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 5637 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya eyni diaqnozla əvvəl əlillik dərəcəsi təyin edilmiş, onun sağlamlıq vəziyyətində hər hansı bir yaxşılaşma müəyyən edilməmiş, eləcə də, iş materiallarında olan ekspert rəyi ilə bir daha təsdiq edilmişdir ki, Rüstəmov Nicat Roman oğlunda Uşaq autizmi. Kanner sindromu. Orta dərəcəli kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq inkişafının spesifik pozğunluğu müəyyən edilir. Müayinə gedişatında Rüstəmov Nicat Roman oğlunda göstərilən psixi patologiya və əqli gerilik əlamətləri öz təsdiqini tapır. Sözügedən diaqnozlara əsasən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 3 il müddətinə iddiaçı barəsində sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilmişdir və həmin xəstəliklərin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması sübuta yetirilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman işin halları obyektiv və hərtərəfli qiymətləndirilməyərək qanunsuz və əsassız olaraq iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir.

26. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.

27. Qərar vahid məhkəmə təcrübəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2067/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında sərgilənmiş hüquqi mövqe nəzərə alınmaqla qəbul edilmişdir.

28. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

29. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

30. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

31. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

33. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

34. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

36. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü Rüstəmov Nicat Roman oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar