Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7670/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “sənədlərin surətlərinin təqdim edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ:
1. İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “cavabdeh inzibati orqanın hərəkətlərinin və xx.xx.2024-cü il tarixli, 3-16-5/7-635/16 nömrəli inzbati aktının qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası Krasnoselsk rayonu, Çaykənd kəndində anadan olmuş X2 (Həsən oğlunun) Həsənova (Kərimova) Mehparə Bəhrəm qızı ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış xx.xx.1991-ci il tarixli, 408 saylı nikah akt qeydinin və onların Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə qeydə alınmış 364 saylı nikahın pozulması haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərinin və X1 anket məlumatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi vəzifəsinin qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyət iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır.
4. Tərəflərə inzibati işin aidiyyət məsələsi ilə əlaqədar məhkəmə bildirişi göndərilsə də, onlar aidiyyət məsələsinə münasibətini bildirməmişlər.
5. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri saydı.
6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
8. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
9. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı qaldırılmışdır, cavabdeh səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır, ona görə işin aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə uyğun həll edilməlidir.
10. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.4-ci maddəsinin müddəası tətbiq edilməklə cavabdehin yerləşdiyi yer üzrə inzibati məhkəmədə baxılmalıdır.
11. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
12. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir.
13. Odur ki, məhkəmə hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır.
14. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
15. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
16. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “cavabdeh inzibati orqanın hərəkətlərinin və xx.xx.2024-cü il tarixli, 3-16-5/7-635/16 nömrəli inizbati aktının qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası Krasnoselsk rayonu, Çaykənd kəndində anadan olmuş X2 (Həsən oğlunun) Həsənova (Kərimova) Mehparə Bəhrəm qızı ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış xx.xx.1991-ci il tarixli, 408 saylı nikah akt qeydinin və onların Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə qeydə alınmış 364 saylı nikahın pozulması haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərinin və X1 anket məlumatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva