Məhkəmə qərarları › İş №2-1(112)-7671/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7671/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7671/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiyanın yenidən hesablanması”nın cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,onun 01 yanvar 2006-cı il tarixədək sığorta stajı 20 il 4 ay 14 gün təşkil edir, həmin tarixdən 01 iyun 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində 7,195,17 manat pensiya kapıtalı əsasında ona pensiya təyin edilmişdir. İddiaçı hesab edir ki, onun əmək pensiyası 259,78 manat yox, 800 manat məbləğində olmalıdır. Cavabdehin nümayəndəsinin ərizəsi onunla əsaslandırılmışdır ki, ona 25 may 2019cu il tarixən pensiya təyin edilmiş, 363,86 manat məbləğində ödənişi davam etdirilmişdir. Pensiya kapıtalı əsasında pensiya yenidən hesablanmış, indeksləşdirilmiş və 363,86 manat müəyyən edilmişdir. Pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 il 4 ay 14 gün stajı olduğu halda Qanunun 22-1.1-ci maddəsinə görə 25 il sığorta stajı nəzərə alınmışdır. 800 manat ödənilməli olması barədə heç bir əsas göstərilməmişdir. Bundan əlavə, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında eyni tələbə qiymət verilmişdir. İddia mümkün sayılmamalıdır. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 22 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ona 25 may 2019-cu il tarixən pensiya təyin edilmiş, 363,86 manat məbləğində ödənişi davam etdirilmişdir. Pensiya kapıtalı əsasında pensiya yenidən hesablanmış, indeksləşdirilmiş və 363,86 manat müəyyən edilmişdir. Pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 il 4 ay 14 gün stajı olduğu halda Qanunun 22-1.1-ci maddəsinə görə 25 il sığorta stajı nəzərə alınmışdır. Əmək pensiyasının yenidən hesablanması barədə 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının pensiya məbləği 363,86 manat olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı mülki və hərbi iş stajı daxil olmaqla pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 09 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və müəyyən etişdir ki, 01 yanvar 2006-cı il tarixədək sığorta stajı ümumilikdə 20 il 4 ay 20 gün təşkil edir və ona görə də pensiyanın yenidən hesablanması barədə mövqeyi qanuni və əsaslıdır. Ali Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinə 23 iyun 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsindən görünür ki, mülki və hərbi stajı nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırkı işdə hərbi xidmət və mülki iş stajı dövrünün nəzərə alınmaqla pensiyasının 800 manat olmasını, yəni mahiyyət etibarı ilə yenidən hesablanmasını xahiş edir. Bundan əvvəl, məhkəmələr tərəfindən qiymət verilmiş işdən də müəyyən edilir ki, iddiaçı həmin işdə hərbi xidmət müddəti və işlədiyi illərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etmiş, Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamış və qərarların əsaslandırılması onunla bağlı olmuşdur ki, iddiaçının hərbi və mülki iş stajı cavabdeh tərəfindən qiymətləndirilmiş və buna uyğun pensiya təyinatı aparılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 il 4 ay 20 gün olmuş, 01 iyun 2018-ci il tarixədək həmin ildən sığorta kapitalı əsasında ona pensiya təyinatı aparılmışdır. Hərbi və mülki xidmət illəri düzgün hesablanmışdır. Göründüyü kimi iddiaçı həmin hallara istinad etməklə ilkin iddiada əmək pensiyasının yenidən hesablanmalı olmasını, hazırkı işdə isə məbləğin 800 manata qaldırılmasını xahiş etmiş, iddia hər iki iş üzrə də mahiyyət etibarı ilə pensiyanın yenidən hesablanması ilə əlaqədar olmuşdur. Əks yanaşma ona dəlalət edir ki, 800 manat göstərilən iddia üzrə nəticəyə gəlinərsə, 900,1000,1500 və s məbləğində yenidən hesablanmaya dair iddialara da yenidən mahiyyəti üzrə qiymət verilməlidir. Halbuki, tələb eynidir, cavabdeh də pensiya orqanıdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğundan və həmin qərarlarda göstərilən əsaslar aradan qaldırılmadığından, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddia üzrə cavabdehlərdə birinin DSMF olması da vəziyyəti iddaçının xeyrinə dəyişmir. Digər iddia üzrə icraatda DSMF-nun özü tərəf olmasa da, Filial məhz hüquqi şəxsin adından çıxış edən inzibati orqandır və hazırkı növ pensiyanın yenidən hesablanması üzrə DSMF-nun adından səlahiyyət daşıyan ayrıca inzibati orqan qismində çıxış etməklə müraciətə qiymət verir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Cavabdeh qismində çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndindən göründüyü kimi Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi Fond əmək pensiyalarının təyin edilməsi və onunla əlaqədar fəaliyyət istiqamətləri ilə yanaşı Nizamnamədə və qanunvericilikdə nəzərdə tutulmuş digər fəaliyyət istiqamətləri üzrə fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göstərilən istiqamətlər üzrə də fəaliyyətin həyata keçirilməsini isə həmin Fond təşkil etdiyi, tabeliyində olan ixtisaslaşmış qurumları, indiki halda isə Filialları tərəfindən həyata keçirir. “Sosial Ödənişlərin Təyinatı üzrə X1 1-ci bəndinə əsasən hazırkı növ işlər üzrə hazırkı kateqoriya şəxslər barədə əmək pensiyasının təyinatı, yenidən hesablanması səlahiyyəti adıçəkilən Filialın səlahiyyətindədir və hazırkı növ işlər üzrə cavabdeh qismində məhz Filial tanınmalı, DSMF-nun özünün cavabdehliyi istisna edilməlidir. Göründüyü kimi iddia hər bir halda cavabdeh Dövlət Sosial Müdafiə Fondunun göstərilməsi hissəsində də mümkünlük şərtini ödəmir və həmin şərti ödəməmə iddiaçı ilə digər cavabdeh arasında mübahisə üzrə mahiyyəti üzrə qiymətləndirilmiş iddia üzrə yenidən eyni iddianın verilməsinin də mümkünlük baxımından istisna olunmasına əsas yaradır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar