Məhkəmə qərarları › İş №2-1(112)-7678/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7678/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7678/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X9 və X8 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “X3 sökülməsi və götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC, Azərişıq ASC-nin Səbail EŞ və Səbail rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195 T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarına bitişik hissədə X1raşdırılması ilə bağlı cavabdehlərin hərəkətlərinin dayandırılması, inşa edilmiş tikili və qurğuların cavabdehlərin hesabına sökülməsi və götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərişıq ASC tərəfindən iddiaçıya məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarına bitişik hissədə qanunsuz 400 kva gücündə X4 (KTM) yerləşdirilmişdir. Hesab edir ki, həmin KTM-nin qoyulması qanunsuzdur və sökülməlidir. Qeyd olunan məsələ ilə bağlı yuxarı dövlət qurumlarına etdiyi şikayətlər nəticəsində KTM-nin quraşdırılma işlərinin tamamlanması, fəaliyyətə başlaması dayandırılmışdır. Lakin cavabdehlərə ünvanladığı məktublar absurd cavablar verilməklə fiziki olaraq cavabsız qalmış, KTM hələ də sökülüb ərazidən götürülməmiş və ya yeri dəyişdirilməmişdir. Sözügedən KTM cavabdeh tərəfindən heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən onun mülkiyyətində olan və hazırda yaşadığı fərdi yaşayış evinin hasarına bitiş sahədə yerləşdirilmişdir. Bu isə təhlükəsizlik baxımından ətrafda yaşayan qonşuları daxil olmaqla onları risk altında qoyur. Belə ki, həmin KTM normativ aktlarda müəyyən edilmiş qaydalara uyğun quraşdırılmamışdır. Müraciəti əsasında AR Energetika Nazirliyinin müfəttişləri tərəfindən xx.xx.2021 -ci il tarixində əraziyə və KTM- yə baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. KTM-nin qeyri-standart olması, AR Nazirlər Kabinetinin xx.xx.2020-cil tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.6.11-ci bəndinin tələblərinin pozulması, AR Nazirlər Kabinetinin xx.xx.2019-cil tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 2.1.7.1-ci yarımbəndinin tələblərinin pozulması, AR Nazirlər Kabinetinin xx.xx.2005-cil tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinin tələblərinin pozulması faktları müəyyən edilmişdir. Tərəfindən Azərişıq ASC-ə ünvanlanmış müraciətə cavab olaraq ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə KTM-n quraşdırılmasının dayandırılması və KTM üçün torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinə müraciət edildiyi bildirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış eyni məzmunlu müraciətinə isə cavab olaraq, xx.xx.2021-ci il tarixli məktubla icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı Azərişıq ASC-ə müraciət edildiyi bildirilmişdir. Göründüyü kimi müvafiq qurumlar başdansovdu cavablar verməklə məsələnin həlli istiqamətində müsbət addım atmamış, KTM-in yerinin dəyişdirilməsi ilə bağlı hər hansı hərəkət etməmiş, əksinə KTM-in quraşdırılması ilə bağlı qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavab məktublarından da aydın olur ki, KTM-in quraşdırılması üçün torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmalıdır. Lakin torpaq sahəsinin ayrılması ilə bağlı icra hakimiyyəti tərəfindən verilmiş hər hansı sənəd ( qərar, sərəncam və.s) mövcud deyil. Müəyyən edilmiş bu faktlar cavabdehlərin başdansovdu davrandıqlarını, hüquqazidd hərəkət etdiklərini və quraşdırılan KTM-nin əhalinin təhlükəsizliyi baxımından standartlara cavab vermədiyini ortaya qoyur. Digər tərəfdən həmin KTM-nin onun hasarına bitişik hissədə quraşdırılması onun mülkiyyət hüququnu, mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüququnu da pozur. Belə ki, KTM-nin həmin əraziyə qoyulması mülkiyyətində olan fərdi yaşayış evinə giriş-çıxış üçün qeyd olunan ərazidən yol açma və darvaza qoyma imkanını əlindən alır, buna maneə yaratmış olur. Halbuki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin altına alınmışdır və heç kəs mülkiyyətindən, ondan istifadə etməsindən məhrum edilə bilməz. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər "xxxx" ASC-nin Səbail EŞ-nin və Səbail rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştiraklarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, transformator məntəqəsi illərdir ki, ərazi üzrə əhaliyə xidmət edir. Qeyd olunan həmin transformator məntəqəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayan sakinlərin çoxsaylı müraciətlərini və Səbail Rayon İcra Hakimyyətinin şifahi razılığını nəzərə alaraq, həmin ərazini dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Səbail Rayon Polis İdarəsinin, Səbail Rayon İcra Hakimyyətinin əməkdaşlarının birgə iştirakı ilə "xxxx" ASC-nin öz daxili imkanları vasitəsi ilə qeyd olunan ərazidə transformator məntəqəsi (işlək vəziyyətə gətirilmədən) quraşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 15-(112)-98/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Müvəqqəti xarakterli müdafiə təbdirləri barədə ərizəsi təmin edilmiş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195 T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarının yaxınlığında X1raşdırılması, onun işlək vəziyyətə gətirilməsi ilə bağlı hərəkətlərin edilməsi "xxxx" ASC-yə qadağan edilmişdir. Qərarın icra edilməsi səbəbindən Cəmiyyət tərəfindən xx.xx.2023-cü ildə 13- 13/2-1/04-3221/2023 saylı məktubla Səbail Rayon İcra Hakimyyətinə müraciət edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 15-(112)- 98/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icra edilməsi iməqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195 T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarının yaxınlığında X1raşdırılması və onun işlək vəziyyətə gətirilməsi işi "xxxx" ASC tərəfindən dayandırılmışdır ki, bu da həmin abonentlərə elektrik enerjisinin verilməsində ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayan sakinlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında quraşdırılması nəzərdə tutulmuş transformator məntəqəsinin yerinin dəyişdirilməsi üçün (mövcud parametrlərə uyğun) torpaq sahəsinin "xxxx" ASC-yə ayrılmasına və inşaat pasportunun hazırlanmasına sərəncam verilməsi xahiş edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbinin təmin olunması icrası mümkün olmayan bir qərarın verilməsi deməkdir. Odur ki, iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195 T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarına bitişik hissədə X3 sökülməsi və götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləən ümumi sahəsi 219.1 kv.m olan ev 195T xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı adına tərtib edilmiş texniki pasportun surətindən görünür ki, görünür ki, sənəd üzrə torpaq sahəsi 0.06 ha, fakiki sahə 0.06 ha, tikintialtı sahə 0.01578 ha, digər sahələr 0.04422 ha, A liter tikilisinin tikildiyi il 2013, mərtəbəliliyi 2, ümumi sahə 219.1 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X6 Agentliyi Baki Filialının xx.xx.2021-ci il tarixli AERA-20-3914/21 nömrəli məktubunda bildirilmişdir ki, Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2021-ci il tarixində göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin elektrik enerjisi təchizatı "xxxx" ASC-nin Səbail RETSİ-nin balans və xidmətində olan gücü 630 kVA, gərginliyi 6/0,4 kV-luq 2577 saylı KTM-in 0,4 kVluq paylayıcı lövhəsindən çəkilmiş kabel xətti vasitəsilə yerinə yetirilir. Göstərilən ünvanda yerləşən fərdi yaşayış evində elektrik enerjisinin hesablaşması evin hasarının çöl tərəfində, metal lövhədə quraşdırılmış AMPY 5219A-GBT tipli, A330738707 zavod nömrəli, alt qapaq möhürü 1003536, dövlət möhürü 033936 olan 3 fazlı hesablaşma elektrik sayğacı vasitəsilə aparılır və ”Azərişıq” ASC-nin kompüter məlumat bazasında **********00042 nömrəli abonent kodu ilə İddiaçı adına qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin yaxınlığında Səbail RETSİ tərəfindən qeyri-standart KTM qoyulmuş, lakin KTM-də transformator quraşdırılmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.6.11-ci bəndinə əsasən transformator yarımstansiyasından yaşayış binasına qədər olan məsafə, səs təzyiqinin (küyün) normal buraxılabilən səviyyəsi təmin olunmaqla yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 2.1.7.1-ci yarımbəndinə əsasən hər bir enerji obyektində torpaq sahələrinin ayrılması aktları, binalar və qurğular ilə sahənin ümumi planı, həmçinin avadanlıqların texniki pasportları olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinin tələbinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına görə cavabdehlik daşıyır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evinin yaxınlığında qoyulmuş KTM-in, habelə KTM-də quraşdırılacaq transformatorun yuxarıda adıçəkilən Qaydaların tələblərinə uyğun quraşdırılması üçün Agentliyin Bakı filialı tərəfindən xx.xx.2021 -ci il tarixli A E RA-20-3662/21 nömrəli məktubla "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 6xx/xx/5697 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən ərazidə transformatorun quraşdırılması elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə nəzərədə tutulmuş və KTM-də transformatorun quraşdırılması fərdi yaşayış evinə qədər olan məsafə nəzərə alınmaqla qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 6-02/06/İH-640/2/9939 nömrəli məktubunda bildirilmişdir ki, yaşadığınız Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış evlərinin bir qrup sakinləri tərəfindən gərginliyin aşağı olması ilə bağlı "xxxx" ASC-yə etdikləri müraciəti nəzərə alaraq ərzinin elektrik təchizatının vəziyyəti araşdırılmış və məlum olmuşdur ki. ətrafda bpyük sürətlə aparılan tikintilərin elektrik təchizatı mövcud elektrik şəbəkəsindən qoşulduğu üçün evlərə gedən 0.4 KV-luq elektrik xətləri buraxıla bilən normativ məsafədən çox olması səbəbindən gərginlik düşgüsü yaranmışdır. Bununla əlaəqdar həmçinin, ev tikintisi üçün torpa q sahəsi paylanarkən mühəndis kommunikasiya xətləri və qurğuları üçün yer ayrılmadığını nəzərə alıb tərəfimizdən layihələndirmə işləri aparılmış və yük mərkəzi olaraq sizə məxsus yaşayış evinin yaxınlığında yol kənarında komplekt transformator məntəqəsinin (KTM) quraşdırılması qərara alınmışdır. Lakin etdiyiniz şikayətləri nəzərə alıb KTM-nə transformator quraşdırılmamış və yüksək gərginlikli kabel xəttinin çəkilməsi dayandırılmışdır. Həmçinin, bildiririk ki, həyətinizin çölündə, yolun kənrında qoyulmuş boş KTM uzun müddət "xxxx" ASC-nin elektrik şəbəkələrində istismarda olmuş və istismara tam yararlıdır. Hal-hazırda yeni KTM üçün torpaq sahəsinin ayrılması məqsədi ilə Səbail rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 10-H-151/3-063/3 nömrəli məktubunda bildirilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq əhalinin istifadəsində olan elektrik enerjisinin yaxşılaşdırılması məqsədilə "xxxx" ASC tərəfindən elektrik transformatoru quraşdırılmışdır. Əlavə olaraq qeyd edirik ki, müxtəlif instansiyalardan rayon icra hakimiyyətinə daxil olmuş çoxsaylı müraciətləriniz nəzərə alınaraq məsələyə baxılması məqsədilə tərəfimizdən "xxxx" ASC-yə rəsmi müraciət olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-667/2023 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə və həmin torpaqda KTM yerləşdirilməsi üçün icazə verilməsi dair sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci Ərazi X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-18-63/2-3693/23 nömrəli məktubu ilə təqdim olunmuş Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 195T saylı fərdi yaşayış evinin odadamlılıq dərəcəsinin təyin olunması ilə əlaqədar keçirilən yanğın-texniki müayinə zamanı tərtib olunmuş 29 avqust 2023-cü il tarixli Yanğın-texniki müayinə aktında qeyd edilmişdir ki, Müayinə zamanı aşağıdakılar müəyyən olundu: - Fərdi yaşayış evi 2 mərtəbəlidir, mişar daşından inşa olunmuşdur. - Fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Fərdi yaşayış evinin çöl hasarından 0,98 sm aralı məsafədə Azərişıq ASC-yə məxsus TR-630 kvt gücə malik (KTM) Kompleks trasformator məntəqəsi yerləşdirilmişdir. Transformator məntəqəsi ilə fərdi yaşayış evi arasında ara məsafə 8,4 metr təşkil edir; - Fərdi yaşayış evi ilə hasarın arasında avtodayanacaq yerləşir. Avtodayanacağın uzunluğu 7 metr, eni 7,42 sm olmaqla hasar ilə fərdi yaşayış evinə bitişikdir. - Avtodayanacağın daxilindən fərdi yaşayış evinə giriş mövcuddur; - Transformator məntəqəsi ilə fərdi yaşayış evinin həyətinə olan giriş qapısının ara məsafəsi 4 metr təşkil edir: - Transformator məntəqəsinin yanından 0,15 sm aralı məsafədə 25 mm-lik qaz borusu keçir; - Fərdi yaşayış evinin odadavamılıq dərəcəsi İİ - ci dərəcəlidir ( Təbii və ya suni daş materiallardan, təbəqə və plitələrdən istifadə etməklə, beton və ya dəmir-betondan hazırlanmış yükdaşıyan və bağlayıcı konstruksiyaları olan binalar. Binaların örtüklərində qorunmayan polad konstruksiyaların istifadəsinə icazə verilir). Tikinti norma və qaydaları,Bina və qurğuların yanğın təhlükəsizliyi 2.02.01-97. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5424 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qarajla, küçədə evin hasarının qarşısında quraşdırılmış 630 kVA gücündə 6/0,4 kV-luq transformator məntəqəsi arasında olan məsafənin 1 m, transformatorla fərdi yaşayış evi arasında məsafənin 8,4 m təşkil etdiyini, eləcə də 630 kVA gücündə transformatorun yağının çəkisinin 390 kq olmasını və fərdi yaşayış evinin həyətində yerləşən qarajla fərdi yaşayış evinin odadavamlılıq dərəcəsinin İİ dərəcə olduğunu nəzərə aldıqda, həmin ünvanda quraşdırılmış transformator məntəqəsi “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.6.11 -ci və 4.2.2.24-cü bəndlərinin tələblərinə uyğun deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati məhkəmələr, kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə mübahisə təbii inhisar subyekti olan "xxxx" ASC-nin bilavasitə müqavilə münasibətlərindən deyil, əhalini elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı publik fəaliyyətindən irəli gələn mübahisə olduğundan hüquqi təbiətinə görə inzibati hüquq mübahisəsidir və bu halda iddia düzgün olaraq inzibati məhkəmə icraatında qaldırılmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada transormator məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195T nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixdə X5 adına qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin yol tərəfdən hasarı yaxınlığında 630 kvt gücündə X4 (KTM) yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Energetika Nazirliyi Enerji X2 Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubu, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu, eləcə təqdim edilmiş xx.xx.2021-ci il tarixli fotoşəkillərdən ilkin olaraq məlum olur ki, KTM-in quraşdırılmasına son illər-2021-ci il tarixdən başlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda həmin ərazidə yaşayan sakinlər tərəfindən ötürülən elektrik enerjisinin gərginliyinin az olması ilə bağlı müraciətləri nəzərə alınaraq elektrik təchizatının vəziyyətinin yaxşılaşdırılması üçün yük mərkəzi olaraq iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında KTM-in quraşdırılmasının qərara alındığı bildirilmişdir. İddiaçının və cavabdeh tərəfin mütəxəssislərinin iştirakları ilə məhkəmə tərəfindən sözügedən ünvanda xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mübahisəli ərazidə transformator hazırkı halda işlək vəziyyətində deyildir, cavabdeh tərəfindən KTM-in quraşdırılması, onun yararlı vəziyyətinə gətirilməsi üçün müvafiq texniki tədbirlər həyata keçirilir, lakin hələ başa çatdırılmamış, transormator məntəqəsindən elektrik enerjisi ötürülmür. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə elektrik enerjisi hazırkı halda əvvəki qaydada, yəni iddiaçıya aid yaşayış evindən kənarda yerləşən başqa bir transformator məntəqəsindən qidalanan kabel xətləri ilə ötürülür, cavabdehin mütəxəssislərinin də qeyd etdiyi kimi hazırkı halda elektrik təchizatında gərginlik aşağı olsa da həmin transformator məntəqəsi işlək vəziyyətdədir və əhalini elektrik enerjisi ilə təmin edir. İddiaçı hazırkı iddiasında sözügedən KTM-in qüvvədə olan normativ aktların tələblərinə uyğun quraşdırılmadığından ilk növbədə onun təhlükəsizliyini risk altında qoyduğuna, eləcə də həmin KTM-in hasarına bitişik hissədə quraşdırılmasının onun mülkiyyət hüququnun, mülkiyyətindən maneəsiz istifadə hüququnu pozduğuna əsaslanaraq qeyd edilən transformator məntəqəsinin sökülməsi və götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini mübahisələndirir. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasə: -elektrik qurğuları - elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililərdir. -elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğularıdır. -1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. -10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqısatqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X6 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -1.1.1.1. Bu Qayda elektrik qurğularının etibarlı, təhlükəsiz və səmərəli istismarını təmin etmək və onları işlək və yararlı vəziyyətdə saxlamaq məqsədi daşıyır. -2.1.1.2. Avadanlığın, binaların və tikililərin istismarı bu Qaydaya və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş normativ-texniki sənədlərə uyğun olaraq həyata keçirilməlidir. -2.1.7.1. Hər bir enerji obyektində aşağıdakı sənədlər olmalıdır: a) torpaq sahələrinin ayrılması aktları; b) yeraltı təsərrüfat da daxil olmaqla binalar və qurğular ilə sahənin ümumi planı; c) qrunt sınaqları və qrunt sularının təhlilinin nəticələri ilə birlikdə ərazi haqqında geoloji, hidrogeoloji və digər məlumatlar; d) şurfların kəsilməsi ilə özüllərin qurulması aktları; e) gizli işlərin qəbul edilməsi aktları; f) binaların, qurğuların və avadanlıqların özülünün çökmələri haqqında ilkin aktlar; g) partlayış təhlükəsizliyi, yanğın təhlükəsizliyi, ildırımdan mühafizə və tikililərin korroziyaya qarşı mühafizə qurğuların sınaqdan keçirilməsinin ilkin aktları; h) daxili və xarici su təchizatı sistemlərinin, yanğınsöndürmə su xəttinin, kanalizasiya, qaz təchizatı, istilik təchizatı, istilik və ventilyasiya sınaqlarının ilkin aktları; i) avadanlıqların və texnoloji boru kəmərlərinin fərdi test və sınaqlarının ilkin aktları; j) işçi qəbul komissiyalarının aktları; k) bütün sonrakı dəyişikliklərlə təsdiq olunmuş layihə sənədləri; l) binaların, qurğuların, texnoloji birləşmələrin və avadanlıqların texniki pasportları; m) avadanlıq və qurğuların işçi icra cizgiləri, bütün yeraltı təsərrüfatın cizgiləri; n) birinci və ikinci tərəf dövrələrinin işçi icra elektrik birləşmə sxemləri; o) texnoloji işçi icra sxemləri; p) avadanlıq üçün ehtiyat hissələrinin cizgiləri; q) yanğınsöndürmə üzrə əməliyyat planı; r) dövlət nəzarətinin tələblərinə uyğun olaraq sənədləşdirmə; s) avadanlıqların, binaların və qurğuların istismarı üçün mövcud və ləğv edilmiş təlimatların siyahısı, növbətçi heyətə aid bütün kateqoriyalı mütəxəssislər və işçilərin vəzifə və əməyin mühafizəsi üzrə təlimatlar. Yuxarıda göstərilən sənədlərin komplekti enerji obyektinin texniki arxivində saxlanmalıdır. İşin fakiki hallarını sadalanan normalara uyğun yoxladıqda müəyyən olunur ki, ilk növbədə cavabdeh mübahisəli X1raşdırılmasına dair texniki sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin X1raşdırıldığı torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd iş üzrə müəyyən olunmamışdır. Məhkəmə sorğusuna cavabda da müvafiq yerli icra hakimiyyəti orqanı olan Səbail rayon İcra Hakimiyyəti KTM yerləşdirilməsi üçün torpaq sahəsi ayrılması, eləcə də həmin torpaqda quraşdırmaya icazə verilməsinə dair sənədlərin rayon icra hakimiyyətində olmadığını bildirmişdir. Bundan əlavə, transformator məntəqəsinin quraşdırılmasına dair tələb olunan bina və qurğular ilə sahənin ümumi planı, layihəsi, məntəqənin texniki imkanları, parametrlərini özündə əks etdirən texniki pasportu cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən standartlara cavab verən KTM-in qoyulması, transformator quraşdırılması hazırkı halda sübutetmə yükü daşıyan "xxxx" ASC tərəfindən sübuta yetirilməmişdir. Yerləşdirilən transformator məntəqəsinin iddiaçının mülkiyyət hüququ, eləcə də texniki təhlükəsizliyi baxımından yoxlanılmasına gəlincə məhkəmə aşağıdakı halları nəzərə alır. AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -4.2.6. Komplekt, dayaq, dor transformator yarımstansiyaları və şəbəkə seksiyalayıcı məntəqələr: -4.2.6.11. Yanğın təhlükəsizliyinə görə yarımstansiyalar odadavamlılıq dərəcəsi İ, İİ, İİİ olan binalardan ən azı 3 m və odadavamlılıq dərəcəsi İV və V olan binalardan isə ən azı 5 m aralı məsafədə yerləşməlidirlər. Bu məsələ ilə əlaqədər 4.2.2.24-cü yarımbənddə verilmiş tələblər də əldə rəhbər tutulmalıdır. Transformator yarımstansiyasından yaşayış binasına qədər olan məsafə, səs təzyiqinin (küyün) normal buraxılabilən səviyyəsi təmin olunmaq şərti ilə, 10 m-dən az olmamalıdır. -4.2.2.24. Yağının çəkisi 60 kq və daha çox olan bir ədəd yağdoldurulmuş avadanlıqdan otaqları B1-B2, Q və D kateqoriyalarından olan istehsalat binalarına, eləcə də ictimai və yaşayış binalarına kimi olan yanğın təhlükəsizliyi məsafələri aşağıda qeyd olunanlardan az olmamalıdır: a) 16 m binaların odadavamlılıq dərəcəsi İ və İİ olduqda; b) 20 m İİİ dərəcə olduqda; c) 24 m İV və V dərəcə olduqda. İş üzrə əldə edilmiş X12 Xidmətinin xx.xx.2023-cü il tarixli aktından müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin odadavamlılıq dərəcəsi İİ dərəcəlidir. Transformator məntəqəsi ilə fərdi yaşayış evi arasında ara məsafə 8.4 metrdir. Fərdi yaşayış evi ilə hasarın arasında avtodayanacaq yerləşir, avtodayanacaq fərdi yaşayış evinə bitişikdir. Fərdi yaşayış evinin çöl hasarından 0.98 sm aralı məsafədə TR-630 KVT gücə malik KTM yerləşdirilmişdir. Energetika Nazirliyi Enerji X2, X12 Xidmətinin nümayəndələrinin birgə iştirakları ilə yerli baxışın nəticəsi olaraq təqdim edilmiş ekspert rəyində ekspert 630 KVA gücündə olan transformatorların yağının 390 kq təşkil etdiyini, fərdi yaşayış evinin odadavamlılıq dərəcəsinin İİ dərəcə olduğunu nəzərə alaraq yağdoldurulmuş avadanlıqdan yaşayış binalarına olan məsafənin minimum 16 m olmalı olduğu halda qarajla transformator məntəqəsi arasında 1 m, transformatorla fərdi yaşayış evi arasında məsafənin 8.4 m olduğu müəyyən olunmuşdur. Eyni zamanda transformator məntəqəsinin səs təzyiqi (küy) baxımından qiymətləndirildikdə transformator məntəqəsi ilə fərdi yaşayış evi arasında məsafənin minimum 10 m tələb olunduğu halda 8.4m olduğu aşkar olunmuşdur. Beləliklə, quraşdırılan transformator məntəqəsinin fərdi yaşayış evinə dair məsafəsi “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.6.11 -ci və 4.2.2.24-cü bəndlərinin tələblərinə uyğun olmadığı öz təsdiqini tapmışdır. Əksini sübut edən hal isə cavabdeh tərəfindən nə ekspert tədqiqatına, nə də məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə cavabdehin transformator məntəqəsinin quraşdırılması ilə bağlı hərəkətlərini iddiaçının mülkiyyət hüququnu bilavasitə pozan, qanunsuz müdaxilə kimi qiymətləndirir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyət hüququ ilə məxsus **********72-10301 reyestr nömrəli Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195 T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarına bitişik hissədə X3 sökülməsi və götürülməsi vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilməli, ekspert xərci cavabdehə aid edilməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus **********72-10301 reyestr nömrəli Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195 T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarına bitişik hissədə X3 sökülməsi və götürülməsi vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Ekspert tədqiqatının dəyəri olan 102 manat xərc cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X7, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar