Məhkəmə qərarları › İş №2-1(112)-7679/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7679/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7679/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 3 saylı Ərazi X4rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək payına düşən 1140 manat dövlət yardımının ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı koronavirus səbəbindən əhalinin müəyyən təbəqəsinə verilən 190 manat məbləğində dövlət yardımını almaq üçün müvafiq məşğulluq mərkəzinə müraciət etmişdir. Lakin ona yardım verilməsindən imtina edilərək bildirilmişdir ki, onun mülkiyyətində Şəmkir rayonunda 0,06 ha torpaq sahəsi mövcuddur. Mərhum həyat yoldaşı X15 1994-cü ildə şəhid olmuş və onun adında olan torpaq sahəsi iddiaçının adına keçmişdir. DƏDRX-nin 1 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, X21 Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 nömrəli qərarı ilə X9 0,06 ha torpaq sahəsi verilmiş və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 1314 nömrə ilə kitabda qeyd edilmişdir. Daha sonra Şəmkir Rayon 1 saylının 2V-119 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli, qərarı üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmiş **********62 reyestr nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınaraq, DƏDRX-dən ******* saylı çıxarış verilmişdir. Lakin 27 yanvar 2009-cu il tarixdə, Şəmkir rayon 1 nömrəli DNK-da İddiaçı adına etibarnamə əsasında çıxış edən X6 ilə X19 arasında həmin torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin alqı-satqı müqaviləsində göstərilmişdir ki, 01 iyun 2008-ci ildə Bakı şəhəri 30 nömrəli NK-dan İddiaçı əvəzindən 7E-13476 nömrəli etibarnamə əsasında X6 imza etmişdir. İddiaçı həmin sözü gedən torpağı satmışdır, onun adından öz adlarına keçirmədiklərindən xəbərsizdir. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh 3 saylı Ərazi Məşğulluq Mərkəzi əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq X13 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı barədə MEİS-in “Təhlil” alt sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçı torpaq mülkiyyətçisi olduğuna görə birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Habelə, iddiaçı barədə “Məşğulluq" altsistemindən araşdırma aparılan zaman onun X16 (FİN: 1V9UXSJ) ilə evli olduğu və ərinə də birdəfəlik ödənişdən “istifadəsində nəqliyyat vasitəsi olduğuna görə” imtina edilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.12-ci yarımbəndinə əsasən, mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara birdəfəlik ödənişin verilməsindən imtina edilir. İstinad edilən Qərarın 2.3.10-cu yarımbəndinə əsasən, bu Qaydanın 2.3.1- 2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadının da birdəfəlik ödənişi almaq hüququ yaranmır. İddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması, habelə əri - X16 mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəblərindən iddiaçının birdəfəlik ödəniş hüququ yaranmamış və haqlı olaraq da ödəmənin verilməsindən imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X17 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 27 yanvar 2009-cu il tarixli 4Ə-24 reyestr nömrəli alqı-satqı müaviləsinin surətindən görünür ki, İddiaçı (adından etibarnamə üzrə nümayəndə X6) Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsini X2. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı adına daşınmaz əmlakın olub-olmaması və xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququ ilə bağlı aparılmış qeydlərin qüvvədə olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı adına (arxiv əsaslarında təvəllüd göstərilməmişdir) Şamaxı şəhəri, Şirvan küçəsi, ev 19, mənzil 3 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda bildirilir ki, Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair X7 adına tam mülkiyyət hüququ ilə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindəm Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə JN-104A saylı 27 dekabr 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmin torpaq sahəsi Şəmkir 1 nömrəli dövlət notariat kontorunun 09 aprel 2008- ci il tarixli, 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı adına özgəninkiləşdirilmiş və ona 16 aprel 2008-ci il tarixli, ********** qeydfiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra qeyd edilən torpaq sahəsi Şəmkir 1 nömrəli dövlət notariat kontorunun 27 yanvar 2009-cu il tarixli, 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X10 adına özgəninkiləşdirilmişdir. Təqdim edilmiş fərdi məşğulluq alt sisteminin məlumatlarından görünür ki: -İddiaçı (FİNxxxxxxx) işsizlik statusu xx.xx.2022-ci il tarixdə verilmiş, işaxtaran kimi qeydiyyatda olduğu müddət 765 gün, işsiz kimi qediyyatda olduğu müddət 128 gündür. -İddiaçı ********* telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə 13:02:26 vaxtında ƏM nömrəli "torpaq mülkiyətçisi olduğuna görə" açıqlaması ilə SMS göndərilmişdir. -xx.xx.1963-cü il təvəllüdlü X16 (FİN1V9UXSJ) işsiz kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, işaxtaran kimi qeydiyyatda olduğu müddət 764 gündür. -X8 ********* telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə 08:43:07 vaxtında ƏM nömrəli "mülkiyyətində nəqliyyat vasitəsi olduğuna görə" açıqlaması ilə SMS göndərilmişdir. Elektron məhkəmə informasiya sistemində iddiaçıya aid qohumluq məlumatları bölməsindən çıxarışdan görünür ki, X3 Rəna Misir qızının həyat yoldaşıdır. Elektron məhkəmə informasiya sistemində X8 adına avtomobil nəqliyyat məlumatlarından görünür ki, X8 adına qeydiyyat şəhadətnaməsi AB182921, mercedes 220 minik, 90EJ087 dövlət qeydiyyat nişanlı, ban nömrəsi WDB2020221A369998 olan nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 3 saylı Ərazi Məşğulluq Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində işsiz kimi qeydiyyata alınmısınız və Siz torpaq mülkiyyətçisi olduğunuza görə 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 3 saylı Ərazi Məşğulluq Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, sizin 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 3 saylı Ərazi Məşğulluq Filialında (bundan sonra-Filial) baxılmışdır. Siz torpaq mülkiyyətçisi olduğunuza görə 190 manat birdəfəlik ödəmə ilə bağlı imtina verilmişdir. Müvafiq hüququnuz araşdırılarkən məlumatlarınız ümumiləşdirilmiş informasiya bazasından əldə edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat birdəfəlik ödəmələrin verilməsi ilə bağlı müraciət etmiş, mülkiyyətində torpaq sahəsinin olduğuna əsasən sistem vasitəsilə ona imtina cavabı göndərilmişdir. Hazırkı iddiasında iddiaçı qeyd edilən imtinanı əsassız hesab edir və ona 06 ay üzrə ümumilikdə 1140 manat birdəfəlik ödəmənin ödənilməsini mübahisələndirir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli 149 saylı Qərarının 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara (2.3.15). İş materiallarından görünür ki, iddiaçıya göndərilmiş SMS ismarıcında imtinanın əsası kimi “torpaq mülkiyyətçisi olduğuna görə” səbəbi qeyd olunmuşdur. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və ona 16 aprel 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra qeyd edilən torpaq 27 yanvar 2009-cu il tarixli, 4Ə-24 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında iddiaçı tərəfindən (adından onun etibarnamə üzrə nümayəndəsi tərəfindən) X1. Sözügedən torpaq sahəsi xx.xx.2009-cu il tarixdən V.Musayevin mülkiyyətinə verilsə də lakin sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Qeyd edilməlidir ki, iddiaçıya verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Beləliklə, iddiaçının faktiki mülkiyyətində torpaq sahəsi olmasa da lakin birdəfəlik ödəmə üçün müraciətin yoxlanılması zamanı real vaxt rejimində nazirliklərin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla sistemdə onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlər qalmış, bu səbəbdən iddiaçıya avtomatik olaraq elektron sistem tərəfindən imtina barədə ismarıc göndərilmişdir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydlərin qalması onun təqsirliliyi kimi qəbul edilə və onun ziyanına təfsir oluna bilməz. Lakin bu imtina əsasının özlüyündə belə aradan qalxması hazırkı iş üzrə iddiaçıya yenə də birdəfəlik ödəmə ilə bağlı tələbinin təmin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, hazırkı iddia yuxarıda da qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. İnzibati aktın qəbul edilməsinə yönəlmiş məcburetmə haqqında iddiada olduğu kimi öhdəliyin icrası haqqında iddia növü üzrə iddalara baxılarkən məhkəmə inzibati orqanın imtina əsasları ilə bilavasitə bağlı deyildir. Başqa sözlə, bu növ iddialarda məhkəmə bütövlükdə “hüququn mövcudluğu”nu yoxlayır, cavabdehin üzərinə yalnız müraciətin təminini istisna edən faktiki şərtləri sübut etmək qalır. Bu mövqedən çıxış edərək hazırkı iş üzrə məhkəmə iddiaçının birdəfəlik ödəməyə olan hüququnun mövcud olub-olmamasını yoxlamışdır. Yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.10, 2.3.12-ci yarımbəndərinə əsasən, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olan şəxslərə birdəfəlik ödənişin verilməsindən imtina edilir, bununla əlaqədar həmçinin həmin şəxslərin ər və ya arvadına da eyni səbəbdən birdəfəlik ödəniş verilmir. Hazırkı iş üzrə iddiaçının əri X11 birdəfəlik ödəmə verilməsindən imtina edilmiş, imtinaya əsası sonuncunun istifadəsində nəqliyyat vasitəsinin müəyyən olunması olmuşdur. Belə olan halda İddiaçı istinad edilən Qərarın 2.3.10, 2.3.12-ci yarımbəndlərinə əsasən birdəfəlik ödəməni almaq hüququ yaranmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar