Məhkəmə qərarları › İş №2-1(112)-768/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-768/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-768/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qarajın yerləşmə cizgisinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 12 avqust 1999-cu il tarixli, 837 saylı sərəncamına əsasən ünvan 2ndə fərdi qaraj tikilməsi üçün verilmiş torpağın yerləşmə cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 12 avqust 1999-cu il tarixli, 837 saylı sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 Aprel küçəsində fərdi qaraj tikilməsi üçün mərhum X2nın adına torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda anası tərəfindən müvafiq sənədlər əsasında qaraj inşa edilərək istifadə edilmişdir. X2 07 fevral 2008-ci il tarixdə vəfat etmişdir. Anasından miras qalmış həmin qaraja dair vərəsəlik şəhadətnaməsi almaq üçün notraiat kontoruna müraciət etsə də. müvafiq sənədlər tələb edilmişdir. Sənədləri toplayan zaman müəyyən edilmişdir ki, həmin qaraja dair cizgi itirilmişdir. Cizginin yenidən alınması üçün cavabdehə müraciət etsə də, anasına ayrılmış torpaq sahəsinə cizgi verildiyindən həmin sahəyə yeni cizginin verilməsini məqsədəmüvaifq hesab etməmişlər. İmtina məktubunda həmin torpaq sahəsinə cizgi verildiyindən həmin sahəyə yeni cizginin verilməsini məqsədəmüvafiq hesab etməmələrini əsaslandırmamışlar. Belə ki, həmin qaraj onun mərhum anasına məxsusdur və yenidən həmin yerə cizgi verilməməsi əsassızdır. Hesab edir ki, ona həmin qaraja dair yeni cizgi verilməlidir ki, o, həmin qarajı adına sənədləşdirə bilsin. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq olunaraq verilmiş Cavabdeh Başçısının 837 nömrəli, 12 avqust 1999-cu il tarixli “Qaradağ rayon X11 İcriyyə Komitəsinin qərarında dəyişiklik edilməsi haqqında” sərəncamından görünür ki, Qaradağ rayon X11 İcriyyə Komitəsinin xx.xx.19911-ci il tarixli, 9/290 saylı qərarına əsasən Lökbatan qəsəbəsi, 28 Aprel küçəsi, ev 39, mənzil 20–də yaşayan X9 fərdi qaraj tikintisi üçün Lökbatan qəsəbəsi, 28 Aprel küçəsində ayrılmış torpaq sahəsində tiktirdiyi qarajın etibarsız hesab edilməsi (əsas vətəndaşın şəxsi ərizəsi), bu torpaq sahəsinin Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 9, mənzil 19-da yaşayan X6 verilməsi barədə sərəncam verilmişdir. Sərəncama cizgi əlavə edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq olunaraq verilmiş Qaradağ rayon X11 İcriyyə Komitəsinin xx.xx.19911-ci il tarixli, 9/290 saylı qərarından görünür ki, Lök-batan qəsəbəsi, 28 aprel küçəsi, 39 nömrəli evin 20 nömrəli mənzilində yaşayan X9 fərdi qaraj tikdirmək üçün Lök-batan qəsəbəsi 28 Aprel prospektində ayrılmış torpaq sahəsindən 6ₓ4 ölçüdə torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Qərara cizgi əlavə edilməmişdir. İşdə olan AZ-İ seriyalı, 914003 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 fevral 2018-ci il tarixdə “Ürəyin aterosklerotik xəstəliyi” səbəbindən vəfat etmişdir. İşdə olan Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 08 oktyabr 2019-cu il tarixli, 1815 nömrəli məktubdan görünür ki, 07 fevral 2018-ci il tarixdə ölmüş mərhum X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin veriməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət tdaxil olmuş və 227/2019 nömrəli vərəsəlik işi açılmışdır. X5 vəfat etməsi ilə əlaqədar 2019-cu ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir. Vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X5 adına olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki qaraja X5 adına hüquqmüəyyənedici sənəd (texniki pasport və çıxarış) verilməsi xahiş olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş C-32- 032 nömrəli, 14 noyabr 2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Cavabdeh başçısının 12 avqust 1999-cu il tarixli, 837 saylı saylı sərəncamına əsasən vətəndaş X9 fərdi qaraj tikintisi üçün Lökbatan qəsəbəsində torpaq sahəsi ayrılan zaman torpağın yerləşmə cizgisi verilmişdir. Yenidən torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi Cavabdeh tərəfindən məqsədəmüvafiq hesab olunmur. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Qaradağ rayon X11 İcraiyyə Komitəsinin xx.xx.19911-ci il tarixli, 9/290 saylı qərarına əsasən Lökbatan qəsəbəsi, 28 aprel küçəsi, 39 nömrəli evin 20 nömrəli mənzilində yaşayan X9 fərdi qaraj tikdirmək üçün Lök-batan qəsəbəsi 28 Aprel prospektində ayrılmış torpaq sahəsindən 6ₓ4 ölçüdə torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Həmin qərara cizgi əlavə edilməmişdir. X1 ərizəsinə əsasən Cavabdeh Başçısının 837 nömrəli, 12 avqust 1999-cu il tarixli sərəncamı ilə Qaradağ rayon X11 İcriyyə Komitəsinin xx.xx.19911ci il tarixli, 9/290 saylı qərarına əsasən Lökbatan qəsəbəsi, 28 Aprel küçəsi, ev 39, mənzil 20–də yaşayan X9 fərdi qaraj tikintisi üçün Lökbatan qəsəbəsi, 28 Aprel küçəsində ayrılmış torpaq sahəsində tiktirdiyi qarajın etibarsız hesab edilməsi (əsas vətəndaşın şəxsi ərizəsi), bu torpaq sahəsinin Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 9, mənzil 19-da yaşayan X6 verilməsi barədə sərəncam verilmişdir. Həmin sərəncama da, cizgi əlavə edilməmişdir. Sözügedən sərəncamlara əsasən ayrılmış qaraj tikintisi üçün torpaq sahələrinin cizgiləri cavabdeh tərəfindən iddiaçının mərhum X2na və onun hazırda vərəsəsi olan İddiaçı verilmədiyindən sonuncu qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərindəki qaraja dair mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilmir. İddiaçı sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin alınması məqsədilə, sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı hərəkətlərin edilməsinə dair cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən mərhum anasına ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin əvvəllər verildiyindən, təkrar verilməsinin mümkün olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən qarajın yerləşdiyi torpaq sahəsinə dair cizgi, istər X9 ilkin ayrılan zaman, istərsə də, sonradan iddiaçının mərhum X2na ayrılan zaman cavabdeh tərəfindən verilməmişdir. Bu halı, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş sözügedən sərəncamlardan çıxarışlar təsdiq edir. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iş üzrə mübahisəli ünvanda yerləşən qaraj sahəsinin yerləşdiyi torpaq sahəsinə əvvəllər cavabdeh tərəfindən cizgi verilməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən sözügdən torpaq sahəsinin yerləşmə cizgisinin verilməməsi iddiaçının gələcəkdə mülkiyyət hüquqlarının pozulmasına səbəb ola biləcəyindən, həmçinin, iddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmadığından, cavabdehin imtinası əsassız hesab olunmalı və bununla da, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yenə də həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin tələblərindən göründüyü kimi torpaq ayrılması barədə müvafiq sərəncam qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aiddir. Cavabdeh isə iddiaçının mərhumanasına ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin verməmişdir, bu hal isə iddiaçının mülkiyyət hüquqlarını qeydə alınmasına maneçilik törədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Cavabdeh Başçısının 12 avqust 1999-cu il tarixli, 837 saylı sərəncamı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 Aprel küçəsində fərdi qaraj tikilməsi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar