Məhkəmə qərarları › İş №2-1(112)-768/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-768/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-768/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs "xxxx" BOKT cəlb olunmaqla) qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” cavabdehin üzərinə 2250 ABŞ dollaı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Milli Bankı Azərbaycan Respublikası Mərkəzi Bankı ilə, 3-cü şəxs "xxxx" ASC "xxxx" BOKT ilə əvəz edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və 3.785,65 manat məbləğində kompensasiya hesablanması öhdəliyiyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. - İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Parabank" Açıq Tipli Cəmiyyəti ilə xx.xx.2014-cü il tarixdə illik 24 % dərəcəsilə 12 ay müddətinə, 0518/PB saylı kredit müqaviləsi bağlayaraq, 5000 manat ABŞ dolları məbləğində kredit götürmüşdür. Sonradan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etmiş, iddiaçının cavabdeh “ Parabank” Açıq Tipli Cəmiyyətinə kredit müqaviləsi müddətinin sonu tarixə borcu olmamışdır. İddiaçı bildirir ki, xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi imzalayıb kredit götürdükdən sonra Azərbaycan manatının ABŞ dollarına nisbəti aşağı düşmüş, xx.xx.2015-ci il tarixdə birinci, xx.xx.2015- ci io tarixdə ikinci devalvasiya baş vermişdir. Bu səbəbdən də iddiaçı məcbur olub ödənişlərini devalvasiyadan sonrakı ABŞ dolları məzənnəsinə uyğun etmişdir. Belə ki, kredit götürərkən dolların məzənnəsi bir manata nisbətdə 0,78 ABŞ dolları olmuş, lakin kreditlərini ödədikdə artıq dolların kürsu 1,55 ABŞ dolları olmuşdur. Azerbaycan Respublikasının Prizdentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin lıəlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə fiziki şəxslərə devalvasiya baş verdiyi günə müvafiq kompensasiya nəzərdə tutlmuşdur. Qeyd olunan Fərman verilən günə iddiaçının borcu yox idi və devalvasiya dövrü xarici valyuta (ABŞ dolları) ilə ödəniş edib kredit borcunu tam ödəmişdir. İddiaçı 22oktyabr 2019-cu il tarixdə həmin Fərmanın icrası ilə əlaqədar xx.xx.2014-cü il tarixli 0518/PB saylı kredit müqaviləsi üzrə ona kompensasiyanın hesablanaraq ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ********** saylı məktubunda bildirilmişdir ki, iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reystrinə Prizdentin məlum Fərmanının tarixinədək heç bir məlumat daxil edilməmişdir. X3 Nəzarət Palatası ləğv olunmuş, bütün öhdəliklər Milli Banka həvalə olunmuşdur. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiyası tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilənin həqiqiliyinə məhkəmə ekspertiziyası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ona 2250 ABŞ dolları məbləğində kompensasiya ödəməlidirlər. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış hər hansı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Cavabdeh qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış hər hansı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adının bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilmədiyi, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və hazırlıq icraatı iclası mərhələsində iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0518/14/PB saylı, 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı illik 24 % olmaqla, 12 ay müddətinə, 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə araşdırması dövründə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0518/14/PB saylı, 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin və kredit müqaviləsinin təsdiq edilmiş surəti sorğu əsasında "xxxx" ASCdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0481/15/PB saylı, 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin, ödəniş cədvəinin və kreditin verilməsi barədə Sərəncam Orderinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba qoşma olaraq əlavə edilmiş iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2015-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli 24% olmaqla 12 ay müddətinə götürmüş olduğu 5000 ABŞ dolları məbləğində olan kredit borcunun maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar kredit məbləğinin anutent qrafiki üzrə 36 ay müddətinə uzadılmasını xahiş etmiş, xx.xx.2015-ci il tarixli Orderə əsasən 4560 ABŞ dolları məbləğində kredit İddiaçı ssuda hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 02 dekabr 2020-ci il tarixli məktubda "xxxx" BOKT ASC-nin təqdim etdiyi arayışlara əsasən İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 4.199,32 ABŞ dolları ödənilməmiş əsas kredit borcunun qaldığı halda xx.xx.2015ci il tarixə əsas kredit borcunun daha artıq məbləğdə, yəni 4.559,71 ABŞ dolları kimi göstərildiyi müəyyən olunmuş, qeyd edilənlərin nəzərə alınaraq "xxxx" BOKT ASC tərəfindən göstərilən uyğunsuzluqların izah edilməklə aradan qaldırıldıqdan sonra müraciətin mahiyyəti üzrə cavablandırılmasının mümkün olacağı bildirilmişdir. Məktubda qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə tərəfindən "xxxx" ASC-nə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışlarda uyğunsuzluq müəyyən edildiyi, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 4.199,32 ABŞ dolları ödənilməmiş əsas kredit borcunun qaldığı halda, xx.xx.2015-ci il tarixə əsas kredit borcunun daha artıq məbləğdə yəni 4.559,71 ABŞ dolları kimi göstərildiyinin bildirildiyi, qeyd olunan uyğunsuzluğun sübutlar təqdim edilməklə izah edilməsi "xxxx" ASC-dən tələb edilmişdir. "xxxx" BOKT ASC tərəfindən verilmiş Maliyyə Arayışlarının təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı kredit xətti üzrə xx.xx.2015-ci il tarixinə əsas borcu 4199,32 dollar, faiz borcunun 66.49 dollar, xx.xx.2015-ci il tarixli Maliyyə Arayışı üzrə 4559.71 dollar məbləğində əsas borcun, 21.27 dollar məbləğində faiz borcunun olduğu, xx.xx.2020-ci il tarixinə borcunun olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından "xxxx" BOKT ASC tərəfindən İddiaçı açılmış kredit xətti müqaviləsi üzrə ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində İddiaçı ödənilməli olan kompensasiyanın məbləği barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06 oktyabr 2021-ci il tarixli məktubda "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirildiyi, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış hər hansı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adının bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilmədiyi, hazırda "xxxx" BOKT ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 4.199,32 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 4.559,71 ABŞ dolları məbləğində əsas kredit borcunun mövcud olduğu, beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən "xxxx" BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 3.785,65 manat kompensasiyanın hesablanmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəməyə təqdim edilən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı 0481/15/PB saylı, 23 dekabr 2015-ci il tarixli (faktiki olaraq prolonqasiya edilən) kredit müqaviləsi üzrə kredit borcunu xx.xx.2018ci il tarixdə tam ödəmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 0518/14/PB saylı, 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 12 ay müddətinə, 5000 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixdə iddiaçı banka müraciət edərək xx.xx.2014-cü il tarixli müqavilə üzrə götürmüş olduğu 5000 ABŞ dolları məbləğində olan kredit borcunun ödəyə bilməməsi səbəbindən kredit məbləğinin anutent qrafiki üzrə 36 ay müddətinə uzadılmasını xahiş etmişdir. 0481/15/PB saylı, 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya illik 24% olmaqla 36 ay müddətinə 4560 ABŞ dolları məbləğində yeni kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini vaxtında tam icra etmişdir. İddiaçı götürdüyü kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyini, buna görə də üzləşdiyi maliyyə itkisinin əvəzi olaraq kompensasiya ödənilməsi barədə Azərbaycan Respublikası Maliyyə Bazarların Nəzarət Palatasına müraciət etsə də, sonuncu tərəfindən iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyi, bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığından məhkəməyə müraciət etməsi tövsiyə edilməklə, müraciət təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına aid olduğu halda müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, cavabdeh iddiaçının yuxarıda göstərilən Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməməsinə əsas olaraq X1 Kredit Reyestrinin və Fərman çərçivəsində yaradılmış məlumat bazasına kredit tarixçəsi barədə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində kredit reyestrinə Fərman tarixinədək heç bir məlumatın daxil edilmədiyi, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurətinin yarandığı göstərilmişdir. Halbuki iş materiallarında olan "xxxx" BOKT ASC tərəfindən verilmiş xx.xx.2015xx.xx.2019-cu dövr üzrə verilən hesabdan çıxarışa əsasən iddiaçının həmin kredit müqaviləsi üzrə öhdəliklərini bağladığı, sonuncu ödənişin xx.xx.2018-ci il tarixdə aparıldığı qeyd edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci bəndinə əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. İddiaçı ilə kredit təşkilatı arasında kredit müqaviləsi 16 dekabr 2014-cü il tarixində bağlandığından, ona verilmiş kredit məbləği 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmadığından onun həmin Fərmanın çərçivəsinə daxilində sözügedən kredit müqaviləsi üzrə kompensasiya almaq hüququ olmuşdur və iddiaçı ona kompensasiyanın ödənilməsi tələbində haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməli və 3.785,65 manat məbləğində kompensasiya hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməli və 3.785,65 manat məbləğində kompensasiya hesablanması öhdəliyiyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar