Məhkəmə qərarları › İş №2-1(112)-768/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-768/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-768/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1998-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Müdafiə İdarəsi sıralarında daxili xidmət baş çavuşu rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2005-ci ilin dekabr ayından Fövqəladə Hallar Nazirliyi tabeliyində Yanğından Müdafiə İdarəsində hərbi xidmətini davam etdirmişdir. 2009-cu il tarixində işdə (yanğın zamanı) boynundan travma alaraq xəsarət alıb. FHN-nin xx.xx.2012-ci il tarixli, 057 JNb-li əmri ilə xəstəliyi səbəbilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU-nun Nevrologiya və X5 tərəfindən verilən 03 aprel 2012-ci il tarixli Arayışa əsasən, iddiaçı ambulator müayinə üçün müraciət etmişdir. Özünü 2006-cı ildən xəstə hesab edir. Xəstə 3 dəfə stasionar müalicə qəbul edib. Xəstənin şikayətləri: boyun nahiyəsində başlayıb sol qola və başa irradiasiya edən ağrılardan, bel ağrılarındandır. Obyektiv olaraq: AT 160/110 mm.c.st. Ürək tonları aydındır. Nevroloji status: kəllə sinirləri dəyişiksizdir. Vətər və sümük üstü reflekslər yuxarı ətraflarda canlıdır, diz refleksləri yüksəlib D=S. Paravertebral nöqtələr boyun və bel nahiyyəsində ağrılıdır. Boyun əzələlərinin defansı və başın antalqik olaraq sağa deviasiyası qeyd edilir. Neri, Laseq simptomları zəif müsbətdir. Emosional və vasomotor labildir. MRT müayinəsi: C4-C5 diskdə onurğa beyinin və sol C5 sinir kökcüyünün sıxan 6 mm. ölçüdə sol arxalateral yırtığ. C6-C7 diskdə anterior subaraxnoid sahəni sıxan qabarma. L4-L5 diskdə dural kisəni sıxan 3mm ölçüdə arxa mərkəzi protruziya .L5-S1 diskdə anterior epidural sahəni sıxan 2 mm ölçüdə arxa mərkəzi protruziya. Diaqnoz: Boyun və bel fəqərələrinin osteoxondrozu. Sol tərəfli vertebrogen servikokraniobraxiaİgiya, əzələ-tonik dəyişikliklər və kəskin ağrı sindromu ilə. Vertebrogen bel-oma radikulopatiyası. İddiaçı xx.xx.2012-ci il tarixdən Bakı şəhər 7 nömrəli Şəhər Poliklinikasında qeydiyyadadır. 10 may 2012-ci il tarixli Xəstəlik haqqında 22 № li Şəhadətamməyə əsasən «29» mart 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin 236 №-li göndərişə əsasən Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Soyadı, adı, atasının adı İddiaçı oglu, 1972-ci il təvəllüdlü, Ali təhsilli, Fövqəladə Hallar Nazirliyində 1998-ci ildən xidmət edib. Rütbəsi d/x bas çavuşu. Vəzifəsi və xidmət etdiyi qurum DYMX Xətai YMH sürücü. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) sm. Xəstəliyin anamnezi Şəhadətləndirilənin dediklərinə və təqdim olunan sənədlərə əsasən 2006-ci ildən xəstə hesab edir. Səbəbini ağır fiziki işlə əlaqələndirir. Şikayətləri: Boyun nahiyəsində və sol qola yayılan ağrılardan, hərəkət məhdudluğundan, Qan təyziqin yüksəlməsindən, sol qolda və sol ayaqda keyimədən, başgicəllənmədən. Müayinə və müalicə olduğu idarələr: 09.2011-xx.xx.2011 ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi. A.Heydərov adına Respublika Hospitalında “Sol tərəfli vertebrogen servikokraniotorakalgiya, kəskin ağrı sindromu ilə. Vertebrogen lümboişalgiya. Boyun fəqərələrinin Cıv-Cv disklərin 6 mm ölçüdə sol arxalateral. Lıv-Lv fəqərəarası diskin protruziyası (3mm). Lv-Sı diskin protruziyası (2mm).” diaqnozu ilə müalicə almışdır. 02.2012-xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi A.Heydərov adına Respublika Hospitalında “Boyun fəqərələrinin osteoxondrozu. Cıv-Cv fəqərəarası yırtığı (4mm). Cıv fəqərə səviyyəsində miyelomalaziya sahəsi (medulla spinasdə 2,5x6mm). Asteno-nevrotik vəziyyət. Sol tərəfli vertebrogen servikobraxialgiya, kəskin ağrı sindromu ilə” diaqnozu ilə müalicə almışdır. 2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU-nun Nevrologiya və X5nın müdiri Ə.E.X., professor Ş.İ. Mahalov tərəfindən müayinə edilmişdir: Diaqnoz: “...aşağı ətraflarda D fəqərəarası disklərin protruziyası. Vetebrogen mielopatiya”. Xəstəliklər hərbi dövrdə alınmışdır. XHEK-nın xidmətə yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 66 maddəsinin İİ qrafasına və ƏTC-ə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və FHN-nin xx.xx.2009-cu il tarixli 057 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əliliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar, TSEK-in diaqnozu – boyun və bel fəqərələrinin osteoxondrozu sol tərəfli vertebrogen, C5-C4 fəqərə arası diskin yırtığı, L4-L5-S1 fəqərə arası disklərin protruziyası, əlilliyin müəyyən olunma meyarı kimi – ikinci dərəcə əlillik – bel fəqərələrinin osteoxondrozu göstərilmişdir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əliliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar, TSEK-in diaqnozu – boyun və bel – oma fəqərələrinin osteoxondrozu, C4-C5 diskin yırtığı, Radikulopatiya, sol C5 kökcüyünün neyropatiyası, davamlı ağrı sindromu ilə, davamlı serviko-kranio-broxialgiyia, sol tərəfli işalgiya, servikalgiya, vertebrogen mənşəli mielopatiya, hərəkətin və yeriyişin pozulmaları, aşağı ətrafların hərəki və hissi pozulmaları göstərilmişdir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli qərarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əliliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar, TSEK-in diaqnozu – boyun və bel – oma fəqərələrinin osteoxondrozu, C4-C5 diskin yırtığı, Radikulopatiya, sol C5 kökcüyünün neyropatiyası, davamlı ağrı sindromu ilə, davamlı serviko-kranio-broxialgiyia, sol tərəfli işalgiya, servikalgiya, vertebrogen mənşəli mielopatiya, hərəkətin və yeriyişin pozulmaları, aşağı ətrafların hərəki və hissi pozulmaları göstərilmişdir. xx.xx.2021-ci il tarixli “Hayat clinic medical center”da olan müayinədən görünür ki, onurğanın boyun nahiyəsinin lordozu düzlənib. Boyun nahiyəsində fəqərələrin kobud deformasiyası qeyd edilmir. Onurğanın boyun hissəsində vertebral kanalın stenozu izlənilmir. Onurğa beyninin trayektoriyası və forması anatomik normaya uyğundur. C4 səviyyədə onurğa beyində ölçüləri 2x5 mm-ə qədər T2 hiperintens ocaq aşkar olunur. Subaraxnoidal boşluqların həcmi norma hüdudlarındadır. İntervertebral disklər C3-C4 intervertebral məsafənin hündürlüyü azalıb, disk tam həcmdə differensiasiya olunmur. Disklərin T2 MR siqnalında azalma aşkar olunur. C6-C7, Th1-Th2 disklərin arxa protruziyaları (2 mm) təyin edilir. Dural kisənin ventral səthinin kompressiyası, lateral nevral dəliklərin daralması mövcuddur. Paravertebral yumşaq toxumalarda patologiya aşkarlanmır. Nəticə: Boyun lordozun düzlənməsi. C3-C4 səviyyədə block vertebra əlamətləri. C4 səviyyədə onurğa beyində ölçüləri 2x5 mm-ə qədər T2 hiperintens ocaq (mielopatiya güman olunur). C6-C7, Th1-Th2 disklərin arxa protruziyaları. İddiaçı növbəti dəfə ona əlillik təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında 017003AAEH2 nömrəli göndəriş əsasında müayinə olunmuş, lakin həmin tarixli qərarla ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi, əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. xx.xx.2021-ci il tarixli TSEK müayinəsindən görünür ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Diskogen boyun, bel-oma radikulopatiyası. C6-C7,Th1-Th2,L4-L5,L5-S1 fəqərəarası disklərin protruziyası.Yuxarı ətrafların diplegiyası, Yuxarı ətrafların paraparezi (əzələ gücü solda 3,sağda 4 bal).Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, Vertebrogen mənşəli mielopatiya. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və Sol C6 kökcüyünün radikulopatiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunması və əlilliyə görə pensiya hüququnun bərpa olunmasına, pensiya hüququnun kəsildiyi andan bu günədək hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, işdə aldığı xəsarətin müalicəsinə dair həmin illər DİN-nin A.Heydərov adına Respublika Hospitalına yönəldilərək orada müalicə alıb. Bundan başqa, tez-tez baş gicəllənmə, boyun və qollarda keyimə, ən əsasda güclü təzyiq problemləri ilə qarşılaşır. boyun və bel - oma fəqərələrinin osteoxondrozu. C4-C5 diskin yırtığı, Radikulopatiya, sol C5 kökcüyünün neyropatiyası, davamlı ağrı sindromu ilə davamlı serviko-kranio-broxialgiya, sol tərəfi işalgiya, servikalgiya, vertebrogen mənşəli mielopatiya, hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların hərəki və hissi pozulmaları diaqnozu ilə 2012-cı il tarixdən İİ dərəcəli əlildir. Uzun illərdir müalicəsini müxtəlif klinikalarda davam etdirir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. İddiaçı məhkəməyə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasını, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Diskogen boyun,bel-oma radikulopatiyası. C6-C7,Th1- Th2,L4-L5,L5-S1 fəqərəarası disklərin protruziyası.Yuxarı ətrafların diplegiyası, Yuxarı ətrafların paraparezi (əzələ gücü solda 3,sağda 4 bal).Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, Vertebrogen mənşəli mielopatiya.Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, Sol C6 kökcüyünün radikulopatiyası diaqnozu qoyulmuşdur. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilərkən əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. Məhkəmə cavabdehin imtinasının əsası kimi qeyd edilən bu halı əsaslı hesab etmir. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı göstərilən xəstəliklərdən 2012-ci ildən əziyyət çəkir, həmin tarixdən də tibb müəssisəsində qeydiyyatda olmaqla mütəmadi olaraq ambulator müayinələrdə olmuş, eyni zamanda iddiaçıya 2014-cü ildən 2021-ci ilədək əlillik dərəcəsi verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün (Forma 088) göndərişdə qeyd edilən “radikulopatiya, diskogen boyun, bel-oma radikulopatiyası, C6- C7,Thl-Th2,L4-L5,L5-Sl fəqərəarası disklərin protruziyası, yuxarı ətrafların diplegiyası, yuxarı ətrafların paraparezi (əzələ gücü solda 3, sağda 4 bal), digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, vertebrogen mənşəli mielopatiya, fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və sol C6 kökcüyünün radikulopatiyası” diaqnoz şəxsin stasionarlarda müayinə və müalicələri zamanı aparılmış kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, xəstəliyin dinamikası, müalicə tədbirləri düzgün aparıldığından klinik proqnoz qənaətbəxş olmuşdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı adma olan (Forma N2-O88) arayışlarda sözügedən xəstəliklərin xx.xx.2011-ci il tarixdə başlanması qeyd edilmişdir və xəstəlik xroniki olduğundan tam müalicəsi yoxdur, lakin kəskinləşdikdə müvafiq ixtisas sahəsi üzrə həkinm nevroloq, neyrocərrahda müalicə oluna bilərlər. Məhkəməyə təqdim edilmiş T 291/2022 saylı ekspert rəyindən göründüyü kimi, məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulan suallara təkcə məhkəmə-tibbi ekspertləri tərəfindən deyil, həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və X3 sosial eksperti tərəfindən də qiymət verilmişdir. Bu səbəbdən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 7 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş 0170003AAEH2 saylı Forma 088-də qeyd edilən “Radikulopatiya, diskogen boyun, bel-oma radikulopatiyası. C6-C7, Thl-Th2, L4-L5,L5-S1 fəqərəarası disklərin protruziyası. Yuxarı ətrafların diplegiyası, Yuxarı ətrafların paraparezi (əzələ gücü solda 3, sağda 4 bal). Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, Vertebrogen mənşəli mielopatiya. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və Sol C6 kökcüyünün radikulopatiyası” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. İddiaçı olan xəstəliklərin tam müalicəsi yoxdur, qeyd edilən xəstəliklərlə əlaqədar zərurət yaranarkən reablitasiya və idman bərpa müalicələrinə cəlb edilə bilər. Qərardadda ekspertiza qarşısında qoyulmuş 5 və 6-cı suallar əlilliklə əlaqədar olduqlarından onların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. İddiaçının məhkəməyə təqdim etdiyi Tibbi Ərazi Bölmələrinin idarəetmə X2 Xəstəxanası PHŞ Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək ambulator müalicədə olmuş və onda əsas xsətəlik - total osteoxondroz, polidiskoz, Th1-Th2, Th3-Th4 fəqərələr arası disklərin yırtığı, C3-C4 fəqərələrin postravmatik total birləşməsi (blok vertebra), həmin diaqnozun XBT-10 üzrə kodu – M42., əsas xəstəliyin ağırlaşması – C4-C5, L4-L5, L5-S1, fəqərələrarası diskləri protruziyası, Radikulopatiya, davamlı ağrı sindromu, Neyropatiya, yeriyişin çətinləşməsi – həmin diaqnozun XBT-10 kodu – M51,8, M54.1, R26, G55, G60 göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2012-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının xəstəliklərin tam müalicəsinin olmaması göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinasının və etirazının əsası kimi istinad edilən hal, yəni iddiaçının əlavə mülicəyə ehtiyacının olması halı təqdiq olunmuş sübutlara əsasən öz təsdini tapmır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz (xx.xx.2021-ci il tarixli TSEK müayinəsindən görünür ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Diskogen boyun, bel-oma radikulopatiyası. C6-C7,Th1-Th2,L4-L5,L5-S1 fəqərəarası disklərin protruziyası.Yuxarı ətrafların diplegiyası, Yuxarı ətrafların paraparezi (əzələ gücü solda 3,sağda 4 bal).Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, Vertebrogen mənşəli mielopatiya. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, Sol C6 kökcüyünün radikulopatiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri: 13.5. Dorsopatiyalar - М40-М54. 13.5.1. kifoz və lordoz - М40 skolioz - М41 osteoxondroz - M42 digər deformasiya edən dorsopatiyalar – 43 boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi - M50 digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri – M51 digər rubrikalarda təsnif olunmayan başqa dorsopatiyalar – M53 dorsalgiya - 54 Məhkəmə iddiaçının əlilliyinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə qiymətləndirilməsinə münasibətdə qeyd edir ki, həmin meyarlar qüvvəyə minən tarixdən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Ona görə də, məhkəmə prosessual qənaət prinsipi baxımından iddiaçının əlilliyin 187 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlara əsasən qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iddianın təmin olunması barədə məhkəmənin qərarı qüvvəyə mindiyi təqdirdə qərarın icrası hazırkı dövrdə qüvvədə olan meyarlara əsasən müəyyən ediləcəkdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar