Məhkəmə qərarları › İş №2-1(112)-768/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-768/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-768/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh nümayəndəsi oğlunun X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada yaşamaqla Nərimanov rayonu, 18-ci Vağzalyanı küçəsi, 1956-cı kvartal ünvanında yerləşən mərhum X8 məxsus qeyriyaşayış binası olan qarajın Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cu il tarixli 2207 №-li sərəncamı əsasında tərtib olunmuş Texnki pasporta əsasən hüquqi varisi İddiaçı Vasileyevnanın adına yeni texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 29A, mənzil 21-də qeydiyyat olub yaşayan İddiaçı Vasileyevnaın atası mərhum X13 Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada 8 saylı evdə yaşamışdır. İddiaçı Vasileyevna həmin ünvanda yaşamış atası mərhum X3 üzrə vərəsəsidir. İddiaçı Vasileyevnanın qanuni vərəsəsi olduğu X5 Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada yaşamaqla ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri yaşayış binası olan qarajı vardır. Həmin qarajın X9 məxsus olmasını təsdiqləyən fərdi yaşayış sahəsinin texniki pasportu xx.xx.1994-cu il tarixdə təsdiqlənmişdir. X13 xx.xx.1998-ci ildə vəfat etmişdir. İddiaçı X1i vərəsəsi olması 27 dekabr 2021-ci il tarixdə notarial qaydada rəsmiləşdirilməklə ona bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin uzun illər özlərini qaçqın kimi qələmə verən tanımadığı şəxslər həmin qarajı zəbt edərək orada yaşadıqlarına görə həmin əmlakı əldə edə bilməmişdir. Ona görə də məcbur qalaraq 28 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryesteri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasna dair texniki pasportun onun adına rəsmiləşdirilməsindən ötrü müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryesteri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əmlak sahibinə xx.xx.2023-cü il tarixdə 3-21-3-30/2-1050/2023 **********50 saylı məktubla verilmiş cavabda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryesteri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları həmin ünvanda olub göstərilən qeyri-yaşayış binasına texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından (daha doğrusu həmin ünvanda yaşayanların buna imkan vermədiklərinə görə) texniki pasportun tərtib edilməsi mümkün olmadığı” göstərilmişdir. Tərəfindən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə isə xx.xx.2023-cu il tarixli 3-21-3-30/2-39740 **********40/2023 №-li məktubuna görə qeyri yaşayış binasına (qaraj) texniki baxış keşirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından koordinatların müəyyənləşməsinin mümkün olmadığı bildirilmişdir. Bu cavabdan sonra təkrar müraciəti əsasında ayrılmış mütəxəssis tərəfindən iddiaçının və 17ci polis bölməsinin əməkdaşlarının iştirakı ilə həmin sahəyə baxış keçirilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2023-cu il tarixli 3-21-3-30/2-46627/2023, ******* 46627 №-li məktubu ilə verilmiş cavabda “göstərilən qaraj faktiki olaraq qonşu qarajla birləşdirilərək və onlara bitişik əlavə sahələr artırılaraq mənzil kimi digər fiziki şəxs tərəfindən istifadə olunur. Eyni zamanda elektron kadastr bazasına əsasən təqdim edilmiş yerləşmə sxemindəki istinadlara əsasən qarajın yerləşməsi ümumi əraziyə uyğun olsa da, tikililər sıx yerləşdiyindən qarajın dəqiq sıradakı yerinin təyin etmək mümkün olmamışdır” kimi cavab verilmişdir. Həmin cavab əsassızdır. Belə ki, həmin baxış prosesində şəxsən iştirak etmiş və mütəxəssis tərəfindən qarajın kordinatlarıda tam müəyyən edilməklə ölçüləri götürülmüşdür. Həmin qarajdan mənzil kimi istifadə edən Cəbrayıl rayonun Sancalar kəndindən olan məcburi köçkün X12 da həmin qarajdan mənzil kimi istifadə etdiyini, azad olunmuş torpaqlara köçərkən həmin yeri boşaldacağında bildirmişdir. Göstərilənlərə görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin verdiyi cavab əsassız və qanuna uyğun deyildir. X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada yaşamaqla ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası olan qarajın Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cu il tarixli 2207 №-li sərəncamı əsasında tərtib olunmuş Texnki pasporta əsasən mərhumun hüquqi varisi İddiaçı Vasileyevnaın adına yeni texniki pasport və çıxarış verilməlidir.

3. Cavabdehin idddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan qeyri-yaşayış binasının (qaraj) iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə idaərnin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılması məqsədilə ünvanda olan zaman məlum olmuşdur ki, qaraja digər şəxs tərəfindən əlavə sahələr inşa edilərək yaşayış otaqları kimi istifadə olunur. Odur ki, texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5973/2024 saylı sərəncamının icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə təkrar texniki inventarlaşdırma işlərinin aparılması məqsədilə idarənin mütəxəssisləri tərəfindən iddiaçı ilə əlaqə saxlanılmış, yenidən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Təqdim edilmiş sənədlər X8 məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”-n 2 nömrəli əlavəsinin 7.1-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.

4. İddiaçının cavabdehin etirazına olan etirazı onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən müayinə (baxış) aktı real həqiqətləri əks etdirmir. Belə ki, həmin qarajın texniki vəziyyəti Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin sahə müvəkkili, iddiaçı mübahisə edilən qarajda yaşayan məcburi qaçqın və AR ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məsləhətçisi Bəybala adlı şəxsin iştirakları ilə məsləhətçi tərəfindən həmin qarajın dəqiq kordinatları həm daxildən, həm də xaricdən müayinə edilərək koordinat ölçüləri götürülmüşdür. Həmin qaraj sahəsi artırılaraq yaşayış evi kimi istifadə olunması isə həqiqətdir. Həmin ünvanda yaşayan məcburi köçkün də onlar yaşadığı əraziyə köçürüldükdə oranı boşaldacağını da etiraf etmiş və tərəfindən də buna qarşı etirazı olmamışdır. Göstərdiyi xüsusatlara görə də həmin qaraja texniki baxışın keçirilməsinə şəraitin yaradılmaması tamam yalandır. Onun yanında da qarajın bütün koordinatları ölçülərək götürülmüşdür. Ona görə də həmin müayinə (baxış) aktının sübut növü kimi qəbul olunmasının təmin edilməsini xahiş edir.

5. İddiaçı tərəfindən təqdim edilən mülahizəsində bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 29 A, mənzil 21-də qeydiyyat olub yaşayan İddiaçı Vasileyevnanın atası mərhum X13 Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada 8 saylı evdə yaşamışdır. İddiaçı Vasileyevna həmin ünvanda yaşamış atası mərhum X3 üzrə vərəsəsidir. İddiaçı Vasileyevnanın qanuni vərəsəsi olduğu X5 Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada yaşamaqla ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri yaşayış binası olan qarajı vardır. Həmin qarajın X9 məxsus olmasını təsdiqləyən fərdi yaşayış sahəsinin texniki pasportu xx.xx.1994-cu il tarixdə təsdiqlənmişdir. X13 xx.xx.1998-ci ildə vəfat etmişdir. İddiaçı X1i vərəsəsi olması 27 dekabr 2021-ci il tarixdə notarial qaydada rəsmiləşdirilməklə ona bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin uzun illər özlərini qaçqın kimi qələmə verən tanımadığı şəxslər həmin qarajı zəbt edərək orada yaşadıqlarına görə həmin əmlakı əldə edə bilməmişdir. Ona görədə məcbur qalaraq 28 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasna dair texniki pasportun onun adına rəsmiləşdirilməsindən ötrü müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryesteri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əmlak sahibinə xx.xx.2023-cu il tarixdə 3-21-3-30/2-1050/2023 **********50 saylı məktubla verilmiş cavabda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryesteri rublik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları həmin ünvanda olub göstərilən qeyriyaşayış binasına texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından (daha doğrusu həmin ünvanda yaşayanların buna imkan vermədiklərinə görə) texniki pasportun tərtib edilməsi mümkün olmadığı” göstərilmişdir. Tərəfindən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciətinə isə xx.xx.2023-cu il tarixli 3-21-3- 30/2-39740 **********40/2023 №-li məktubuna görə qeyri yaşayış binasına (qaraj) texniki baxış keşirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradlmadığından koordinatların müəyyənləşməsinin mümkün olmadığı bildirilmişdir. (belə hal və hallar olmamışdır) Bu cavabdan sonra təkrar müraciəti əsasında ayrılmış mütəxəssis tərəfindən 13 dekabr 2023-cu il tarixdə Bəybala adlı əməkdaş mobil telefonu 070 *** ** ** olan şəxs onların və 17-ci polis bölməsinin sahə rəisi X6 mobil telefonu 070 *** ** ** olan əməkdaşlarının iştirakı ilə həmin sahəyə baxış keçirilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2023-cu il tarixli 3-21-3-30/2-46627/2023 ******* 46627 №-li məktubu ilə verilmiş cavabda “göstərilən qaraj faktiki olaraq qonşu qarajla birləşdirilərək və onlara bitişik əlavə sahələr artırılaraq mənzil kimi digər fiziki şəxs tərəfindən istifadə olunur. Eyni zamanda elektron kadastr bazasına əsasən təqdim edilmiş yerləşmə sxemindəki istinadlara əsasən qarajın yerləşməsi ümumi əraziyə uyğun olsa da, tikililər sıx yerləşdiyindən qarajın dəqiq sıradakı yerinin təyin etmək mümkün olmamışdır” kimi cavab verilmişdir. Həmin cavab əsassızdır. Belə ki, həmin baxış prosesində şəxsən iştirak etmiş və mütəxəssis tərəfindən qarajın kordinatlarıda tam müəyyən edilməklə ölçüləri götürülmüşdür. Həmin qarajdan mənzil kimi istifadə edən Cəbrayıl rayonun Sancalar kəndindən olan məcburi köçkün X12 da həmin qarajdan mənzil kimi istifadə etdiyini, azad olunmuş torpaqlara köçərkən həmin yeri boşaldacağını da bildirmişdir. Göstərilənlərə görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin verdiyi cavab əsassız və qanuna uyğun deyildir. Ona görə də X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı binada yaşamaqla ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası olan qarajın Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cu il tarixli 2207 №-li sərəncamı əsasında tərtib olunmuş Texnki pasporta əsasən mərhumun hüquqi varisi İddiaçı Vasileyevnaın adına yeni texniki pasport və çıxarış verilməsi barədə verdiyi iddiaya cavabdeh tərəfindən etiraz verilmişdir. Həmin etiraza görə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2-1(112)- 5973/2024 saylı sərəncamının icrası ilə əlaqədar xx.xx.2024-cu il tarixdə təkrar texniki inventarlaşdırma işlərinin aparılması məqsədilə idarənin mütəxəssisləri tərəfindən iddiaçı ilə əlaqə saxlanıldığı yenidən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı göstərilmişdir. Bu yalandır. Hələ iddiadan əvvəldə ilkin sorğusuna belə cavab verilrildiyinə görə Bakı şəhəri Nərimanov rayon polis idarəsinə müraciət edilmiş, 17ci polis bölməsinin əməkdaşlarının iştirakı ilə cavabdeh tərəfin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda olduqda heç bir maneçilik olmadan həmin əraziyə baxılaraq koordinatları ölçülmüşdür. Kordinatların ölçülməsində cavabdeh tərəfin iddia etdiyi kimi iddiaçı tərəfin belə iştirakı olmadan da aparıla bilər. İlkin ölçülər götürüldükdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2023-cu il tarixli 3-21-3-30/2-46627/2023 ******* 46627 №-li məktubu ilə verilmiş cavabda “göstərilən qaraj faktiki olaraq qonşu qarajla birləşdirilərək və onlara bitişik əlavə sahələr artırılaraq mənzil kimi digər fiziki şəxs tərəfindən istifadə olunur. Eyni zamanda elektron kadastr bazasına əsasən təqdim edilmiş yerləşmə sxemindəki istinadlara əsasən qarajın yerləşməsi ümumi əraziyə uyğun olsa da, tikililər sıx yerləşdiyindən qarajın dəqiq sıradakı yerinin təyin etmək mümkün olmamışdır” kimi verdiyi cavab əsasız olduğundan tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixdə ona edilən telefon zənginə verdiyi cavabda xx.xx.2024-cü il tarixdə Lənkəran rayon məhkəməsində prosesdə olduğuna görə başqa tarixdə inventarlaşmada iştirak edə bilməyəcəyini, bundan əvvəl öz mütəxəssisləri tərəfindən koordinatların ölçüldüyü, onun iştirakı olmadan bunu müəyyən edə biləcəklərini, onun iştirakı lazımsa başqa təyin olunan vaxtda iştirak edə biləcəyini bildirdiyi halda şəraitin yaradılmaması kimi bəhanələrdən istifadə olunmuşdur. Etirazın digər bəndində təqdim edilmiş sənədlərin X10 məxsus olmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanunun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulduğu göstərilmişdir. AR Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatı”n 2 nömrəli əlavəsinin 7.1-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyesterindən çıxarış almadan verildikdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn əlmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsinin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə ölmüş X5 vərəsəsi kimi qızı İddiaçı Vasiliyevnanın tanınması barədə Bakı şəhəri 8 saylı notariat ofisinin notariusu X4 reyesterdə 2V-444№-li qeyd edilərək informasiya sisteminə daxil edilmiş Vərəsəlik işinin nömrəsi:V-180/2021 olan xx.xx.2022-cı ıl tarixli etibarnamənin və sözügedən qarajın X8 aid olmasına dair texniki pasportun surətlərinidə təqdim etməyinə baxmayaraq qanuni tələbi icra olunmamışdır. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin vermiş olduğu etirazı əsasız sayır, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, məktubda qeyd etdiyiniz Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 8 ünvanında məcburi köçkünlər müvəqqəti qeydiyyatda yoxdurlar və yaşamırlar.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-2F/2-905/2024 saylı məktubu ilə vət.X13 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 2207 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir.

8. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2207 saylı sərəncamına əsasən 18-ci Vağzalyanı küçəsi, 1956-cı kvartal ünvanında yerləşən qaraj vət. V.B. Mayorovun adına keçirilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən qarajın texniki-iqtisadi göstərişlərinin əks etdirən xx.xx.1994-cü il tarixli 6/3074 inventar nömrəli texniki pasport verilmişdir.

10. 8 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı X5 vərəsəsi olmaqla miras əmlakdan tam pay almalıdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünküyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cu il tarixli 2207 №-li “Qarajın V.B.Mayorovun adına keçirilməsi haqqında” Sərəncamına əsasən ünvan 6 ünvanında qaraj X5 adına keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cu il tarixli 2207 №-li Sərəncamı və iddiaçının atasının ərizəsinə əsasən BTİ tərəfindən ünvan 6 ünvanında yerləşən qaraja dair X5 adına xx.xx.1994-cü il tarixli 6/3074 inventar nömrəli Texniki Pasport tərtib edilmişdir.

23. Məhkəmə nəzərə alır ki, Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.1998-ci ildə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - BTİ tərəfindən xx.xx.1994-cü il tarixində X8 verilmiş 6/3074 inventar nömrəli texniki pasporta əsasən ünvan 6, Aşıq Molla küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən tikinti sahəsi 21.3 kv.m olan qarajdan ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi 07A2/1839 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6, Aşıq Molla küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən qaraj ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

24. Cavabdeh orqan etirazın dəlili olaraq qeyd etmişdir ki, qeyd olunan qeyri-yaşayış binasının (qaraj) iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

25. Məhkəmə bununla bağlı nəzərə alır ki, İddiaçı atası X5 adına tərtib edilmiş xx.xx.1994-cü il tarixli Texniki Pasportda qeyd olunmuş ölçülər nəzərə alınmaqla ünvan 6 ünvanında yerləşən qaraja dair yeni texniki pasportun verilməsini tələb etmişdir.

26. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının qeyriyaşayış sahəsinə (qaraja) dair texniki pasportun verilməsi üçün “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

27. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cu il tarixli 2207 №-li sərəncamı mübahisələ predmeti olan qaraj üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-ci maddəsində göstərilən əsaslardan (vərəsəlik hüququ haqqında şəhadətnamələr) biridir.

28. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin imtinasına əsas olmuş digər hal - qaraja digər şəxs tərəfindən yaşayış otaqları kimi istifadə olunması məhkəmə icraatı zamanı öz təsdiqini tapmamış, cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, məhkəmə ararşdırılması nəticəsində əldə edilən məlumatdan məcburi köçkünlərin orada yaşamadığı müəyyən olunur. Odur ki, cavabdehin həmin dəlili də əsassız hesab edilməlidir.

29. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 8 saylı bina - 18-ci Vağzalyanı küçəsi, 1956-cı kvartal ünvanında yerləşən mərhum X8 məxsus qeyri-yaşayış sahəsinin (qarajın) Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2207 №-li sərəncamı əsasında tərtib olunmuş Texnki pasporta əsasən İddiaçı adına yeni texniki pasport verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar